Görkəmli dilçi alim, ədib professor



Yüklə 4,33 Mb.
Pdf görüntüsü
səhifə103/158
tarix21.07.2018
ölçüsü4,33 Mb.
#57605
1   ...   99   100   101   102   103   104   105   106   ...   158

218 
 
ifadə  edir.  Amma  sözə  ekvivalent  olması  frazeoloji  sual  cümləsi  üçün  əsas  şərt 
hesab  edilə  bilməz.  Frazeoloji  sual  cümlələri  çox  nadir  hallarda  sözə  ekvivalent 
olur. Belə cümlələri təşkil edən leksik vahidlər öz ilkin mənalarını tamamilə itirir, 
tam  məcazlaşma  prosesi  keçirir.  Məsələn,  ölmək  ölməkdir,  xırıldamaq  nə 
deməkdir?  cümləsi  «qətiyyət»  mənasına  müvafiq gəlir.  Arşın udmusan?  - özünü 
çəkib,  dimdik  dayanan  adam  haqqında  deyilir.  Meşədən  çıxmısan?-  kobud  adam 
üçün  işlədilir.    Frazeoloji  sual  cümlələri  üçün  cümləyə,  bitmiş  bir  fikrə 
ekvivalentlik səciyyəvi hesab edilir. 
Xəncərinin  daşı  düşməz  ki?  -  özünə  alçaqlıq  saymazsan;    Fil  qulağında 
yatmısan? - heç nədən xəbəri olmamaq və s. 
Frazeoloji sual  cümlələrində  emosionallıq və  ekspressivlik çox güclü olur. 
Frazeoloji  sual  cümlələri  qrammatik  cəhətdən  formalaşaraq  bitmiş  bir  fikiri  ifadə 
edir. Belə cümlələrin xəbəri ya feldən, ya da başqa nitq hissələrindən ibarət olur. 
Bu  vasitələrlə  yanaşı  frazeoloji  sual  cümləsinin  təşkilində  intonasiya 
mühüm rol oynayır. Eyni bir leksik tərkibə malik olan cümlə intonasiyasından asılı 
olaraq ya nəqli, ya da sual cümlə kimi müəyyənləşir. Məs. : 
Xəncərinin  qaşı  düşər?  -  Bu  misaldakı  intonasiyadan  asılı  olaraq  onun 
cümlənin hansı növünə şamil edilməsi müəyyənləşir. Əgər intonasiya dəyişmirsə, 
bütün  komponentlər  eyni,  adi  intonasiya  ilə  deyilirsə,  bu  cümlə  məlumatverici 
xarakter  olacaq  və  nəqli  cümlə  olacaq.  Əgər  intonasiya  cümlənin  sonuna  doğru 
yüksəlirsə,  sual  intonasiyası  ilə  deyilirsə,  sual  məqsədi  daşıyırsa,  istehzaedici 
xarakter alaraq sual cümləsi olacaq. 
Frazeoloji  sual  cümlələrinin  təşkilində  sual  əvəzlikləri  və  ədatlar  iştirak 
etdikdə  də,  yenə  sual  intonasiyası  olmalıdır.  Lakin  bu  əlavə  vasitələr  iştirak 
etməyən  cümlələrdə  intonasiyanın  rolu  artıq  dərəcədə  nəzərə  çarpır.  Beləliklə, 
sintaktik quruluşca frazeoloji sual cümlələrini üç növə ayırmaq olar: 
a) yalnız intonasiya ilə ifadə edilən frazeoloji sual cümlələri
b) intonasiya və sual əvəzlikləri ilə ifadə edilən frazeoloji sual cümlələri; 
c) intonasiya və sual ədatı ilə ifadə edilən frazeoloji sual cümlələri. 
Qeyd  etdiyimiz  kimi,  komponentlərin  birləşərək  frazeoloji    cümlə  kimi 
formalaşmasında  intonasiyanın  böyük  əhəmiyyəti  vardır.  Cümlə  vahid  sual 
intonasiyasına  tabe  olur,  heç  bir  əlavə  vasitənin    iştirakı  olmadan  tam  frazeoloji 
sual cümləsi kimi müəyyən hökm ifadə edir. 
I.  Ovcumun  içini  iyləmişəm?  Bu  frazeoloji  cümlə  haradan  bilim?  sual 
cümləsinin mənasına uyğun gəlir. Adətən, I şəxsin təkində formalaşan bu frazeoloji 
sual  cümləsində  fel  nəqli  keçmiş  zamanda  özünü  göstərir.  Bu  ifadənin  digər 
qrammatik  variantı  felin  qrammatik  formasını  dəyişməklə  alınır.  Ovcumun  içini 
iyləmişdim? sual cümləsi  əvvəlki ifadənin qrammatik variantı hesab edilir. Çünki 
bu  ifadədə  fel  nəqli  keçmiş  zamanın  hekayə  formasında  işlənmişdir.  Feldəki 
qrammatik dəyişiklik ifadənin mənasına təsir etmir. Bu ifadənin II şəxsə müraciətlə 
olan forması da dildə işləkdir: Hardan biləsən, ovcunun içini iyləmişdin? 


219 
 
İstər  bədii  əsərlərdə,  istərsə  də  danışıq  dilində  bu  cümlənin  sual 
intonasiyasını qüvvətləndirmək üçün məgər  (bəyəm) sual ədatının işlənməsinə də 
təsadüf etmək olur: Ovcumun  içini iyləmişəm, bəyəm? (S. Qədirzadə. Sarmaşıqlı 
aynəbənd) . 
2.  Qızsan,    oğlan?  -  Bu  frazeoloji  sual  cümlənin  daşıdığı  semantik  məna 
milli təfəkkürün bir hissəsidir. Adətən tapşırıq dalınca gedən adama müsbət və ya 
mənfi  nəticəni  öyrənmək  üçün  verilir.  Konkret  II  şəxsə  müraciətlə  formalaşan  bu 
frazeoloji  sual  cümləsi  ya  bağlayıcı  ilə,  və  onsuz  işlənə  bilər.  Qız  gəlmisən,  ya 
oğlan? qeyri - ritorik  frazeoloji sual cümləsi olub cavab almaq məqsədilə işlədilir 
və qrammatik sual cümləsini xatırladır. 
Sinonim  olmayan  sözlərin  əvəz  edilməsi  ilə  qızsa,  oğlan  frazeoloji  sual 
cümləsinin  əliboş  gəlmisən,  ya  əlidolu  variantı  yaranmışdır.  Hal-hazırda  əliboş 
gəlmisən, ya əlidolu frazeoloji ifadəsi mövcud ifadənin ekvivalenti kimi çıxış edir, 
dildə paralel şəkildə işlənir. 
3. Fil qulağında yatmısan? - Bu frazeoloji sual cümləsi də yalnız intonasiya 
vasitəsi  ilə  ifadə  olunur.  Fil  qulağında  yatmısan  nəqli  frazeoloji  cümləsindən 
yalnız intonasiya ilə fərqlənir. Əgər  o cümlənin intonasiyasını dəyişsək, asanlıqla 
nəqli  cümləyə  çevrilər.  Odur  ki,  bu  frazeoloji  cümlənin  sual  kateqoriyasının  
yeganə göstəricisi sual intonasiyasıdır. 
Bu  frazeoloji  sual  cümlə  semantik  cəhətdən    heç  nədən  xəbəri  olmamaq 
mənasına uyğun gəlir. Bu cümlə semantik cəhətdən heç bir şeydən xəbəri olmamaq 
mənasına  uyğun  gəlir.  Fil  qulağında  yatmısan?  cümləsi  II  şəxsə  müraciətlə 
formalaşsa  da,  müasir  dildə  bu  cümlənin  III  şəxsə  aid  olan  variantı  da    (fil 
qulağında yatıb?) mövcuddur. I şəxsə aid olduqda ancaq nəqli səciyyə daşıyır. 
4.  Dəvə  gördün?  Heç  qığını  da  görmədim.  -  Bu  frazeoloji  ifadədən  şahidi 
olduğu  hansısa  hadisənin  və  yaxud  işin  şahidliyini  boynundan  atmaq  istədikdə 
istifadə olunur. Heç nə görməmişəm cümləsinin ekvivalentidir. 
İfadələrdə leksik cəhətdən dəyişiklik edilmiş, komponentlərdən biri sinonim 
olmayan  sözlə  əvəz  edilmişdir.  Yeni  variant  yaranmış,  amma  ifadənin  mənası 
pozulmamışdır.  Dəvə  gördün?  Heç  qığını  da  görmədim  frazeoloji  ifadədən 
göründüyü kimi, frazeoloji birləşmənin nəqli cümlə olan hissəsində heç əvəzliyi və 
da, də ədatı iştirak edir. Heç əvəzliyi və da ədatı suala verilən cavabdakı hökmün 
qətiliyini  artırmaq,  cavaba  inam  hissini  gücləndirmək  məqsədini  daşıyır.  Dəvə 
gördün? sual cümləsi isə intonasiya vasitəsilə formalaşmış, bu isə cümlənin məna 
bitkinliyini  təmin  etmişdir.    II  şəxsə  müraciət  olunmuş  bu  cümlə  başqa  şəxslərdə 
özünü göstərmir. 
Dəvə  görmüsən,  heç  qığın  da  görməmişəm.(K.Əfsəroğlu,  Hamam  hamam 
içində. Azərb. J., 2001, №1. s. 138.) 
5.  Mənə  üçlük  atırsan?  -  Bu  frazeoloji  sual  cümləsi  məni  ələ  salırsan? 
Sözümün  qabağında  söz  deyirsən?  mənalarına  müvafiq  gəlir.  II  şəxsə  müraciətlə 
işlədilən bu frazeoloji ifadədə başqa şəxslərə şamil edilə bilməz. 


Yüklə 4,33 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə