Görkəmli dilçi alim, ədib professor



Yüklə 4,33 Mb.
Pdf görüntüsü
səhifə101/158
tarix21.07.2018
ölçüsü4,33 Mb.
#57605
1   ...   97   98   99   100   101   102   103   104   ...   158

213 
 
dillərdə yiyəlik halda olan söz müstəqil xəbər ola bilmir (4,86). Belə sözlərin xəbər 
yerində  işlənə  bilməsi  üçün  ona  -ki  şəkilçisinin  əlavə  edilməsi  zəruridir:  Ere  bo 
nalmainqe  “Bu ev adamınkıdır (başqasınınkıdır)”  və  ya  Ere  uçe bōinqe  “Bu qapı 
evinkidir”.  Bu  forma  sahib  şəxsi  ifadə  etməklə  birlikdə  mənsub  əşyanı  da  əvəz 
edir:  Meni  bō  de  sebĵen,  nalmainqe  de  qosixon  “Bizim  evdə  şənlikdir, 
başqasınınkında isə matəm”. 
Bu  fikir  tunqus  dilləri  üçün  də  doğrudur.  Ancaq  bir  fərq  var.  V.A.Avrorin 
yazır  ki,  mancur  yazı  dilində  ellipsis  baş  verməyibsə,  yəni  mənsub  əşyanı  ifadə 
edən söz mövcuddursa, bu forma işlənə bilməz. Evenk dilində isə belə birləşmələr 
mövcuddur: minnqi dyuv “mənim evim”, yəni bu dildə -nqi şəkilçili söz isimlərdən 
əvvəl  də  işlənə  bilir.  O.Sunik  belə  sözlərin  iki  formasını  göstərir:  1.  Müstəqil 
forma:  -nqi  şəkilçisi  ilə  yaranır  (ayrı-ayrı  dillərdə  -ŋi,  -ni  variantları  da  işlənir. 
Mancur dillərindəkinə uyğun olaraq, həm sahib şəxsi, həm də mənsub əşyanı ifadə 
edir; 2. Qeyri-müstəqil forma: -n(i) (ulç, even, negidal dillərində) yalnız sahib şəxsi 
ifadə edir və mənsubiyyət şəkilçili isimlərdən əvvəl işlənir. (16,62). 
Mancur  dilində  feli  sifətlərə  də  -nqe  şəkilçisi  əlavə  olunur:  minde  buxenqe 
“mənə  verilmiş”  (16,63).  Bu  şəkilçi  həmin  feli  sifəti  substantivləşdirir.  Orok 
dilində  bu  mövqedə  -nne,  -nni  şəkilçiləri  işlənir,  məsələn,  nimerixennetei  “qonaq 
gələnlərə”  (13,98).  Bəzi  alimlər  bu  şəkilçinin  yiyəlik  haldakı  sözlərlə  işlənən 
şəkilçidən  tamamilə  fərqli  olduğunu  göstərirlər,  lakin  hər  iki  halda  sözün 
substantivləşməsi, yəni həm əlamət, həm də əşyanı ifadə etməsi də göstərir ki, bu 
iki şəkilçi bir-biri ilə bağlıdır. 
Tunqus-mancur  dillərinə  dair  yazılan  əsərlərdə  bu  şəkilçi  mənsubiyyət 
şəkilçilərinin bir növü kimi verilir. Məsələn, orok dilinə dair aparılan tədqiqatda bu 
şəkilçi  nisbi  mənsubiyyət  göstəricisi  hesab  olunur  (13,39).  Evenk  dilinin 
qrammatikasında  isə  bu  şəkilçi  sözdüzəldici  mənsubiyyət  şəkilçisi  kimi  qeyd 
olunur.  Həmin  şəkilçinin  yiyəlik  hal  şəkilçisi  olan  -nqi  şəkilçisindən  fərqi  belə 
göstərilir: yiyəlik hal şəkilçisindən fərqli olaraq bu şəkilçi cəm şəkilçisindən əvvəl 
işlənir  (6,36).  Türk  dillərində  də  oxşar  xüsusiyyət  var.  Yiyəlik  hal  şəkilçisindən 
əvvəl gələn cəm şəkilçisi sahib şəxsin, -ki şəkilçisindən sonra işlənən cəm şəkilçisi 
isə  mənsub  əşyanın  kəmiyyətini  bildirir:  müəllimlərin,  müəlliminkilər.  Bu 
şəkilçinin  tunqus-mancur  dillərində  mənsubiyyət  şəkilçisi  hesab  edilməsi  onunla 
əlaqədardır ki, mənsubiyyət şəkilçiləri kimi bu şəkilçi də yiyəlik hallı birləşmənin 
bir  tərəfinin  bütün  birləşməni  əvəz  etməsinə  imkan  verir.  B.V.Boldırev  evenk 
dilində  -ŋi  şəkilçisinin  sözdüzəldici  şəkilçi,  onun  vasitəsilə  yaranan  sözlərin  isə 
yiyəlik sifəti adlandırılmasına etiraz edir. Bu sözlərin sifət olmadığını sübut etmək 
üçün göstərir ki, tunqus-mancur dillərində bu sözlər mənsubiyyət şəkilçisi də qəbul 
edə bilir (məsələn, aminqīs adılin “sənin atanın şəbəkəsi”), ona görə də isim hesab 
olunmalıdır (5,25). 
Q.İ.Ramstedt bu şəkilçini adyektiv şəkilçi adlandırmışdır. Lakin bu fikir ilk 
iki  məqam  üçün  doğru  olsa  da,  yiyəlik  hallı  sözlərə  əlavə  olunan  -ki  şəkilçisinin 
vəzifəsini  düzgün  əks  etdirmir.  Bu  şəkilçini  qəbul  edən  yiyəlik  hallı  sözlər 


214 
 
müəllifin  özünün  də  göstərdiyi  kimi  adnominal  xüsusiyyətini  itirir,  yəni  isimdən 
əvvəl işlənmir. O göstərir ki, bu formanın isimdən əvvəl işlənə bilməsi bu dillərin 
inkişafının sonrakı mərhələsində baş vermişdir. Sifətin əsas funksiyası isə adlardan 
əvvəl gəlib onları təyin etməkdir. 
Bu  şəkilçini  ədat  kimi  də  göstərirlər.  M.Ergin  də  -ki  şəkilçisinin  ədat 
mənşəli ola biləcəyini qeyd edir. Bunun səbəbini isə şəkilçinin hal şəkilçilərindən 
sonra  gəlməsi  və  ahəng  qanununa  tabe  olmaması  ilə  bağlayır.  Ancaq  bir  qədər 
sonra  bu  şəkilçinin  qədim  türk  dilində  ahəng  qanununa  tabe  olduğunu  və  bunun 
izinin  dialektlərdə  göründüyünü  qeyd  edir  (1,154).  A.N.Kononov  bu  şəkilçinin  -
ğu/-gü ədatından yarandığını qeyd edir (10,108). 
Müasir dövrdə bu şəkilçini ədat hesab etmək cəhdi özünü doğrultmur, çünki 
ədatlardan fərqli olaraq bu şəkilçi vurğu qəbul edir və heç bir ədatın ifadə etmədiyi 
qrammatik mənaları ifadə edə bilir. 
 Birinci  və  ikinci  mövqedə  -ki  şəkilçisi  sifət  yaradır,  üçüncüdə  isə  yiyəlik 
halda  olan  sözü  substantivləşdirir.  Bu  fərqlərə  baxmayaraq,  hər  üç  məqamda  -ki 
şəkilçisi  aidlik  məzmunu  yaratmağa  xidmət  edir.  Məsələn,  səhərki  “səhərə  aid 
olan,  səhər  baş  verən”,  mənimki  “mənə  aid  olan”,    evdəki  “evdə  olan”  mənalarını 
ifadə edir. Buna  görə də hər  üç  məqamda  işlənən şəkilçi eyni şəkilçi  hesab oluna 
bilər və M.Erginin də qeyd etdiyi kimi aidlik şəkilçisi adlandırıla bilər. 
 
ƏDƏBİYYAT 
1. Ergin M. Türk dil bilgisi. Sofya, 1967. 
2. Poppe N. Introduction to Mongolian Comparative Studies. Helsinki, 1987. 
3. Zeynalov F.R. Türk dillərinin müqayisəli qrammatikası. I hissə (Fonetika, leksika, 
morfologiya). Bakı, 2008. 
4.  Аврорин  В.А.  Грамматика  маньчжурского  письменного  языка.  Санкт-
Петербург, 2000. 
5.  Болдырев  Б.В.  Категория  косвенной  принадлежности  в  тунгусо-
маньчжурских языках. Москва, 1976. 
6.  Василевич  Г.М.  Очерк  грамматики  эвенкийского  (тунгусского)  языка. 
Ленинград, 1940. 
7. Дмитриев Н.К. Грамматика башкирского языка. Москва, 1948. 
8. Исследования по сравнительной грамматике тюркских языков. Морфология. 
1956. 
9.  Кононов  А.Н.  Грамматика  турецкого  литературного  языка.  Москва–
Ленинград, 1956. 
10.  Кононов  А.Н.  Грамматикаязыка  тюркских  рунических  памятников  (VII  – 
IX вв). Ленинград, 1980. 
11. КотвичВ. Исследование по алтайским языкам. Москва, 1962. 
12. Петрова Т.И. Язык ороков (ульта). Ленинград, 1967. 
13. Поппе Н.Н. Грамматика письменно-монгольского языка. Москва, 1937. 
14. Рамстедт Г.И. Введение в алтайское языкознание. Москва, 1957. 
15.  Сравнительно-историческая  грамматика  тюркских  языков.  Морфология. 
Москва, 1988. 


Yüklə 4,33 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə