Görkəmli dilçi alim, ədib professor



Yüklə 4,33 Mb.
Pdf görüntüsü
səhifə97/158
tarix21.07.2018
ölçüsü4,33 Mb.
#57605
1   ...   93   94   95   96   97   98   99   100   ...   158
    Bu səhifədəki naviqasiya:
  • Kamaş

204 
 
   
Ayıtdı, Yusif evdən çıqmaz, siz varun 
   
Hər birinüz işlü işinüzə gedün [4,216]. 
“Varmaq”  sözünə  başqa  abidəllərin  dilində  də  təsadüf  olunur;məs:  Pəs 
varasan,  bir  cici-bacı  türkmən  qızın  alasan  [3].  “Varmaq”  sözü  öz  izlərini 
Azərbaycan  dilinin  qərb  qrupu  dialekt  və  şivələrində  tərkib  daxilində  qoruyub 
saxlaya bilmişdir; məs: Varıf getmək
Qarındaş – qardaş; məs: 
   
Ayıtdı bən Yusif qərdaşdur bana,  
   
Bəlli inanun, ey qərindaşlar bana[4,283]. 
Əsərin  dilində  “qardaş”  və  “qarındaş”  sözləri  paralel  işlənmişdir.  Lakin 
dilimizin  sonrakı  inkişaf  mərhələsində  “qardaş”  sözü  “qarındaş”  sözünü 
üstələmişdir.  “Qarındaş”  sözü  “Dədə  Qorqud”un  dilində  də  işləkdir;  məs:  Gök 
bədəvisin tutdırdı, Qazan bəgin qarındaşı Qaragünə bindi [3, 42]. 
Qılmaq – etmək; məs: 
   
Ol ikinci yarı ömərdir benam, 
   
Qıldı ani ol sahibi gəram[4,211]. 
“Yusif və Züleyxa ” poemasının dilində “qılmaq” sözü işləkdir. Ümumiyyətlə 
bu  söz  XIX  əsrin  əvvəllərinə  kimi  ədəbi-bədii  əsərlərin  dilində  işlənmişdir;  məs: 
Qılmışam qurban  bu canı şol şəhi xuban için (Nəsimi) [5,134]. 
XVIII  əsrdən  sonara  “qılmaq”  sözünün  istifadə  dairəsi  get-gedə 
məhdudlaşmışdır.  Onun    din,  etiqad  və  s.  məzmunlu  sözlərlə  daha  çox  bağlandığı 
aydın  olur.  Müasir  ədəbi  dilimizdə  rəhm  qılmaq,  vəfa  qılmaq,  namaz  qılmaq  kimi 
sözlərin tərkibində işlənir. 
Duş – yuxu, röya; məs:  
   
Tanlə söylər babasinə duşini,  
   
Bildi Yəqub andə Yusif işini [4,215]. 
“Duş”  sözü  sonrakı  inkişaf  mərhələlərində  Azərbaycan  ədəbi  dilində 
arxaikləşdiyi halda, bu gün Qazax dialektində, həmçinin Zaqatala rayon şivəsində öz 
varlığını “tuş”şəklində qoruyub saxlamaqdadır. 
Dügün – toy, şənlik; məs:  
   
Xəlqə toy oldi, tamaşavü dügün, 
   
Yürəgində xod  Züleyxanın dügün [4,229]. 
Digər  abidələrin  dilində  də  “dügün”  sözü  çox  işləkdir;  məs:  Beyrək  Oğuza 
gəldi.  Baqdı-gördi  bir  ozan  gedər,  aydır:  “Mərə  ozan  nerəyə  gedərsən?”  Ozan 
aydır: “Bəg yigit, dügünə”gedirəm”. Beyrək aydır: “dügün kimün?” ”Yalançı oğlu 
Yalançığın” – dedi [3, 60]. 
“Dügün”  sözü  indi  də  canlı  xalq  danışıq  dilində  “toy-düyün”  şəklində 
işlənməkdədir. 
Vaxtı  ilə  Azərbaycan  dilində  işlənmiş,  lakin  hər  hansı  ictimai-tarixi  şərait 
üzündən  ədəbi  dilimizi  tərk  etmiş  türk  mənşəli  sözlərin  bir  qismi  öz  varlığını 
şivələrdə qoruyub saxlaya bilmişdir.  


205 
 
Şairin  bədii  irsi    qədim  qaynaqlara  malik  olan  doğma  ana  dilimizin,  bədii 
tərcüməmizin  və başlanğıcı XV  əsrdən başlayan  nəşrimizin keçmiş olduğu uzun və 
mürəkkəb tarixi ikişaf yolunu izləmək üçün ən etibarlı mənbədir. 
 
ƏDƏBİYYAT 
1.
 
Dəmirçizadə Ə. “Kitabi-Dədə Qorqud” dastanlarının dili. Bakı, 1959. 
2.
 
Əzizov E. Azərbaycan dilinin tarixi dialektoyogiyası. Bakı, 1999. 
3.
 
“Kitabi-Dədə Qorqud” (Tərtib edənlər: Zeynalov F., Əlizadə S). 
4.
 
Qəhrəmanov  C, Xəlilov Ş. Mustafa Zərir. Yusif və Züleyxa. Bakı, 1991. 
5.
 
Mirzəzadə H. Azərbaycan dilinin tarixi qrammatikası. Bakı, 1960. 
 
 
 
Şəbnəm Şəmsəddinova

 
 
QƏDİM TÜRK YAZILI ABİDƏLƏRİ (ORXON-YENİSEY)VƏ 
MÜASİR AZƏRBAYCAN DİLİNDƏ FELLƏR 
 
"Fellərin dürlülüyü və zənginliyi etibarilə türk dili  
bütün lisançıların diqqətini cəlb edə bilmişdir". 
Bəkir Çobanzadə 
 
"Dil  xalqın  malıdır  və  bu  cəhətdən  tamamilə  təbiidir,  hər  bir  dil  mənsub 
olduğu xalqın tarixi ilə bağlıdır. Dil elə güzgüdür ki,  xalqın tarixi bu və  ya digər 
şəkildə öz əksini orda tapır" (7,1). Bu baxımdan da qeyd oluna bilər ki, hər bir dil 
onu  yaradan  və  yaşadan  xalqın  düşüncə  tərzində,  təfəkküründə  özünü  qoruyub 
saxlayır. Dildə və dil vahidlərində baş verən inkişaf və ya tənəzzül xalq tərəfindən 
formalaşan ədəbi abidələrdə, o cümlədən yazılı mənbələrdə özünü əks etdirir. Bu 
cəhət də Azərbaycan dilinin tarixini öyrənməyə əsas verir. Azərbaycan dilini başqa 
türk  dilləri  ilə  müqayisəli  şəkildə  tədqiq  etmək  və  onun  ilk  təşəkkül  dövrünü 
aydınlaşdırmaqda,  türk  dillərinə  aid  bir  sıra  yazılı  abidələr,  onların  araşdırılması 
kömək etmişdir. Bu baxımdan qədim türk yazılı abidələrindən olan Orxon-Yenisey 
abidələrinin  tədqiqi  əvəzolunmazdır.  Belə  ki,  bu  abidələr  türk  dillərinin  əldə  olan 
ən qədim yazı nümunələri hesab olunur. 
 
 
 
 
 
Bütün  türk  dilləri  kimi,  qədim  türk  yazısı  abidələrinin  dili  də  fellə 
zəngindir.  "Nitq  hissəsinin  zənginliyi  ona  daxil  olan  sözlərin  miqdarı  ilə  deyil, 
onların  rəngarəng  məqamda  işlənməsi  ilə,  çoxlu  məna  xüsusiyyətiləri  ifadə  edə 
bilməsi ilə ölçülür. Bu baxımdan türk dilləri öz fel sisteminin zənginliyi ilə dünya 
dilləri arasında ilk yerlərdən birini tutur" (9, 502). 
 
                                                           

Şəmsəddinova Şəbnəm - Bakı Dövlət Universitetinin magistrantı. 


206 
 
Orxon-Yenisey  yazılı  abidələrində  mövcud  olan  fellərdə  baş  vermiş 
semantik və ya struktur təkamülü təsəvvür etmək üçün bunları dil mənşəyinə görə 
ayırmaq və inkişafını izləmək lazım gəlir. Bu mənada, abidələrin dilində fellər həm 
bolluğu, həm də zənginliyi ilə seçilir. Fellər zəngin olmaqla bərabər, öz sabitliyini 
qoruyub  saxlayır  və  onların  əksəriyyəti  bu  gün  ədəbi  dilimiz  və  dialektlərdə 
müxtəlif şəkildə işlənməkdədir. 
 Yuxarıda 
söylədiyimiz 
ümumi 
fikirləri 
aydınlaşdırmaq  üçün  müqayisəli  şəkildə  Orxon-Yenisey  yazılı  abidələrinin 
materialları  ilə  müasir  Azərbaycan  dili  və  dialektlərimizdə  izini  saxlayan  felləri 
nəzərdən keçirək: 
 
 
 
 
 
 
 
Orxon-Yenisey  abidələrinin  dilində  işlənmiş  fellərin  bəziləri  öz  fonetik 
quruluşunu və mənasının dəyişməyərək bu gün də ədəbi dilimizdə işlənməkdədir. 
Məs.: bil-, keç-, yarat-, tut-, tök-, yığ-, tik-, öl- və s. ( İçikdük üçün teŋri ölürmis 
erinç.  T3)  Abidələrin  dilində  qeydə  alınmış  fellərin  çox  hissəsi  fonetik  tərkibini 
dəyişən, lakin mənasını dəyişməyən sözlərdir. Onlar  müasir dilimiz üçün  fonetik 
arxaizm sayılsa da, bəzi türk dillərində ilkin formasını saxlamaqdadır. Məs.: ber- – 
ver-, tınla- – dinlə-,  kaç- –  qaç, tüzel- – düzəl-, sebin- –sevin-, yit- –it-,  bin- – 
min-, kazğan- – qazan-, esid-– eşitvə s.( Bu sabımın edqüti esid....KT
ş
2) 
 
Qədim  türk  yazılı  abidələrinin  dilində  formasını  qoruyub  saxlasa  da,  
müasir dilimizdə semantik dəyişikliyə uğrayan fellər də vardır: 
 
Kon-/qon-  –  (İlqerü  Kadırkan  yışığ  aşa  bodunığ  ança  konturtımız...  KT
ş 
21)  Bu  fel  bu  gün  dilimizdə  işlənsə  də,  ilkin  mənasından  uzaqlaşmışdır.  Orxon 
abidələrində  "məskunlaşmaq,  yerləşmək"  mənalarında  işlənən  bu  fel  semantik 
daralmaya məruz qalaraq "quşun qonması" birləşməsində öz mənasını saxlamışdır. 
Müasir  dilimizdə  işlənən  qonaq,qonşu  kimi  sözlərin  tərkibində  ilkin  mənasını 
mühafizə  edib  saxlamışdır.  Hal-hazırda  isə  Türkiyə  türkcəsində  ədəbi  dil 
səviyyəsində işlənən gecəqondu (gecə məskən saldı) leksik vahidində öz tarixi izini 
qorumaqdadır. Kon- feli eyni zamanda fonetik arxaizm də (kon-/qon-sayıla bilər. 
 Kıl-  –  (Bodun  ...yotazın  yok  kıltım.  BK
c
4)  abidələrdə  "etmək,  eləmək" 
köməkçi  feli  kimi  işlənmişdir.  Qılmaq  feli  Azərbaycan  dilində  həm  müstəqil 
leksik  vahid  kimi,  həm  də  adlarla  birlikdə  köməkçi  fel  kimi  işlənmiş,  mürəkəb 
fellərin  yaranmasında  mühüm rol oynamışdır. Müasir  Azərbaycan dilində qılmaq 
feli  mürəkkəb  fellərin  düzəlməsində  iştirak  etmir,  yalnız  "namaz  qılmaq" 
birləşməsində 
saxlanmışdır.Lakin 
bəzi 
şivələrimizdə 
"rəhm 
qılmağ"(İsm.),"təhərqılmax"(Cəb.)  kimi alınma sözlərin tərkibində işlənir. 
 
-  –  abidələrin  dilində  bu  fel  "ölmək"  mənasında  işlənir.  (  Törüq 
kazğanıp,  uça  barmıs.  KT
ş
16)  Bu  gün  bu  fel  dialektlərimizdə  cənnət  (Şam.), 
yıxılmaq (Yar.), ağacdan düşmək (Zaq.) mənalarında işlənir. Lakin "uçunmaq" (bir 
anlığa  ruhun  bədəndən  çıxma,  ölmə  dərəcəsinə  çatma)  sözündə  abidənin  dilində 
işlənmiş mənasını qoruyub saxlamışdır. 
 
Kamaş-–(Türk  bodun  adak  kamaştı.  BK
ş
  30)  "zəifləmək,  əsmək" 
mənalarında işlənmişdir. Bu gün isə ədəbi dilimizdə "gözü, dişiqamaşmaq"(Güclü 
işığa  baxmaqdan  görməz,  turş  bir  şey  yeməkdən  dişin  uyuşması.  4,27) 


Yüklə 4,33 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə