Görkəmli dilçi alim, ədib professor



Yüklə 4,33 Mb.
Pdf görüntüsü
səhifə99/158
tarix21.07.2018
ölçüsü4,33 Mb.
#57605
1   ...   95   96   97   98   99   100   101   102   ...   158

209 
 
sabitləşmiş,  ya  da  müəyyən  dəyişikliklə  ədəbi  dil  və  ya  dialeklərimizdə 
işlənməkdədir. 
 
ƏDƏBİYYAT 
1. Azərbaycan dilinin dialektoloji lüğəti. Bakı,2007 
2. Azərbaycan dilinin izahlı lüğəti. Bakı, 2006 
3. Abdullayeva Q. Kül tiqin abidəsi. Bakı, 2007 
4. Əzizov E. Azərbaycan dilinin tarixi dialektologiyası. Bakı, 1999 
5.  İbrahimova  E.  Orxon-Yenisey  abidələrinin  leksikasına  dair  (Azərbaycan  dili 
dialekt  və  şivələri  ilə  müqayisə)  //Bakı  Universiteti  Xəbərləri.  Humanitar  elmlər  seriyası. 
2010 №4 
6. Rəcəbov Ə. Qədim türk yazılı abidələrinin dili. I-II hissə. Bakı, 2006 
7. Rüstəmov R. Azərbaycan dili dialekt və şivələrində fel. Bakı, 1965 
8. Şükürlü Ə.  Qədim türk yazılı abidələrinin dili. Bakı, 1993 
9. Vəliyeva G. Qədim türk dili. Bakı, 2013 
10. http//www. turkoloji.cu.edu.tr 
 
Aysel Əhmədova

 
 
ALTAY DİLLƏRİNDƏ -Kİ ŞƏKİLÇİSİ 
 
Bu  şəkilçi  türk,  monqol,  tunqus-mancur  dilləri  üçün  ortaq  şəkilçidir.  Bu 
dillərin  hər  birində  -ki  şəkilçisi  müxtəlif  fonetik  variantlarda,  lakin  oxşar 
funksiyalarda  işlənir.  V.Kotviç  bu  şəkilçini  “ümumaltay  mənsubiyyət  şəkilçisi” 
adlandırır (11,117). 
-ki şəkilçisi Altay dillərində üç əsas mövqedə işlənir: 
1.  İsim  və  zərflərdən  sifət  yaratmaqda  iştirak  edir.  Bu  mövqedə  -ki 
şəkilçisindən, əsasən, türk dillərində istifadə olunur: səhərki, şimdiki, kışkı
2. Yerlik halda olan sözlərə artırılır və yenə də sifət yaratmağa xidmət edir: 
evdəki, ağaçtaki, xotandaki “şəhərdəki”. Bu forma türk və monqol dillərində geniş 
yayılmışdır. Buradakı şəkilçi, əsasən, -dakı, -dəki şəkilçisi kimi qeyd olunur. 
3.  Yiyəlik  halda  olan  sözlərə  əlavə  olunur:  seninki,  onlarınkı,  meniki.  Bəzi 
tədqiqatçılar bu mövqedə işlənən şəkilçinin -inki,-niki mürəkkəb şəkilçisi olduğunu 
göstərirlər. 
Birinci mövqedə işlənən -ki şəkilçisi əksər dilçilər tərəfindən sifət düzəldən 
şəkilçi kimi qeyd olunur. M.Ergin isə bu şəkilçinin isim düzəldən şəkilçi olduğunu 
göstərir: “Bu şəkilçi isimlərdən təmsil və əlamət isimləri, yəni əvəzlik və sifət kimi 
işlənən  isimlər  yaradır.  Əsas  funksiyası  içində  olmaq,  əlaqə  və  aidlik  ifadə 
etməkdir.  Bir  əşyanı  əlaqədar  və  ya  bağlı  olduğu  başqa  bir  əşyaya  görə  və  ya 
zaman  və  məkandakı  yerinə  işarə  etməklə  göstərir:  şimdiki,  deminki,  önceki, 
                                                           

Əhmədova Aysel - Bakı Dövlət Universitetinin magistrantı.  


210 
 
sonraki”  (1,152).  M.Ergin  -ki  şəkilçisinin  bu  funksiyasını  eyni  şəkilçinin  yerlik 
halda olan sözlərə əlavə olunduqda yerinə yetirdiyi funksiya ilə də müqayisə edir 
və göstərir ki,  səhər, axşam, indi kimi sözlər zaman  məfhumu ifadə etdiklərindən 
onlara  -ki  şəkilçisinin  artırılması  üçün  yerlik  hal  şəkilçisinə  ehtiyac  duyulmur 
(1,152). 
Türk dillərində bu şəkilçi daha çox zərflərə, bəzən də isimlərə əlavə olunur: 
indiki, sonrakı, dünənki, səhərki, kışkı. Bu şəkilçi ilə  yaranan sözlər türk dillərinə 
dair  yazılan  əsərlərdə  “nisbi  sifətlər”  adı  ilə  qeyd  olunur.  “Türk  dillərinin 
müqayisəli-tarixi  qrammatikası”nda  nisbi  sifətlər  haqqında  yazılır:  “Nisbi  sifətlər 
əlaməti (və ya onun yoxluğunu) hər hansı bir əşya ilə əlaqəsi, eləcə də məkan və 
zaman anlayışı vasitəsi ilə ifadə edir” (15,151). N.K.Dmitriyev türk dillərində nisbi 
sifətlərin  yalnız  -ki  şəkilçisi  ilə  yarandığını  qeyd  edir:  kışkı  “qışdakı”,  kalalaqı 
“şəhərdəki” (7,79). A.N.Kononov bu mövqedə -ki şəkilçisinin təmiz morfoloji rol 
oynadığını  və  sözdüzəldici  şəkilçi  olduğunu  göstərir.  O  həmçinin  bu  şəkilçinin 
morfoloji deyil, sintaktik funksiya daşıdığını qeyd edən T.İ.Qruninə də etiraz edir 
(9,143). 
Monqol  dillərində  də  -ki  şəkilçisinin  hal  şəkilçisi  qəbul  etməmiş  sözlərlə 
işlənə  bilməsi  qeyd  olunur.  N.Poppe  monqol  yazı  dilində  işlənən  belə  sözlərə 
aşağıdakı  nümunələri  verir:  degēreki  “yuxarıdakı”  (degēre  “yuxarı”  sözündən), 
dotorakı “içəridəki” (dotora “içəri” sözündən), endeki  “buradakı” (ende “burada” 
sözündən) (13,110). B.X.Todayeva da  müasir  xalxa dilində -x şəkilçisinin (qədim 
monqol dilində işlənən -ki şəkilçisinin fonetik variantının) bu mövqedə işləndiyini 
göstərir:  endex  “buradakı”  (end  “burada”  sözündən),  oyrox  “yaxındakı”  (oyr 
“yaxın”  sözündən)  (17,79).  Q.İ.  Ramstedt  isə  bu  tipli  sözlərdə  -ki  şəkilçisinin 
yerlik  hal  şəkilçisindən  sonra  işləndiyini  və  -dakı  şəkilçisi  əmələ  gətirdiyini 
göstərir: endeki “buradakı”, erteki “ertəki”. Əslində, bu sözlərin hər birində tarixən 
hal  şəkilçisi  olmuş,  lakin  daşlaşaraq  sözün  bir  hissəsinə  çevrilmişdir.  Türk 
dillərində sonra, içrə, ertə tipli sözlərdə də bu hadisə müşahidə olunur. 
Tunqus-mancur  dillərində  -ki  şəkilçisi  sifət  düzəldən  şəkilçi  kimi  işlənmir.  
Ümumiyyətlə, Altay dillərində -ki şəkilçisinin bu funksiyada işlənməsi məhduddur. 
İkinci  funksiyada  da  -ki  şəkilçisi  birinciyə  uyğun  qrammatik  məna  ifadə 
edir, yeganə fərq onun yerlik hal şəkilçisindən sonra işlənməsidir. Bir çox dilçilər 
onun bu mövqedə yerlik hal şəkilçisi ilə birləşdiyini və -dakı mürəkkəb şəkilçisini 
əmələ  gətirdiyini  göstərir.  Azərbaycan  dilçiliyində  də  bu  şəkilçinin  -dakı,  -dəki 
kimi qeyd olunması geniş yayılmışdır. 
M.Ergin  göstərir  ki,  bu  məqamda  -ki  şəkilçisi  çox  geniş  yayılmışdır  və 
demək olar ki, yerlik hal şəkilçisinin əlavə olunduğu bütün sözlərlə işlənir (1,153). 
-ki şəkilçisinin tək işləndikdə zaman, yerlik hal şəkilçisi ilə birlikdə işləndikdə isə 
məkan bildirdiyi qeyd olunur (15,152). Lakin qədim türk dilində -ki şəkilçisi bəzi 
yer bildirən sözlərə əlavə olunduqda yerlik hal şəkilçisinə ehtiyac duyulmamışdır, 
məsələn, çölgi “çöldə yaşayan” (10,108). Qədim türk dilində bu şəkilçi -ra, -re və  
-ya, -ye şəkilçili sözlərə də əlavə olunmuşdur:  içreki “içəridəki”, önreki “öndəki”, 


Yüklə 4,33 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə