Görkəmli dilçi alim, ədib professor



Yüklə 4,33 Mb.
Pdf görüntüsü
səhifə102/158
tarix21.07.2018
ölçüsü4,33 Mb.
#57605
1   ...   98   99   100   101   102   103   104   105   ...   158

215 
 
16.  Суник  О.П.  Очерки  по  синтаксису  тунгусо-маньчжурских  языков 
(поссессивный строй предложения). Ленинград, 1947. 
17. Тодаева Б.Х. Грамматика современного монгольского языка. Москва, 1951. 


216 
 
AZƏRBAYCAN TÜRKCƏSİ: MÜASİR DİL, 
DİALEKTOLOGİYA 
 
 
Sənubər Abdullayeva

 
 
AZƏRBAYCAN DİLİNDƏ PREDİKATİV QURULUŞLU 
FRAZEOLOGİZMLƏR 
 
Predikativ  quruluşlu  frazeoloji  vahidlər  Azərbaycan  dilində  sistem  təşkil 
edir.  Belə  vahidlər  Azərbaycan  xalqının  milli  təfəkkürünü,  milli  psixologiyasını 
göstərir. 
Predikativ  quruluşlu  frazeoloji  vahidlərin  cümlə  strukturlu  olması  onun 
müəyyən semantik yük daşıması deməkdir. Elə bir yük ki, əsrlər boyu xalqın tarixi 
kökündə  olmuş  informasiyanı  özündə  ehtiva  edir.  Odur  ki,  predikativ  quruluşlu 
frazeoloji  vahidlər  koqnitiv  tədqiqat  üçün  maraqlı  material  verir.  Onların 
məzmununda  olan  koqnitiv  informasiya    semasioloji  araşdırma  üçün  rəmzləri 
qoruyub saxlayır. Predikativ quruluşlu frazeoloji vahidlər daxilində frazeoloji sual 
cümlələri xwsusi yer tutur. 
Frazeoloji  sual  cümlələrin  əsasında  sanki  aforistik  semantika  dayanır.  Hər 
bir  cümlə  müəyyən  situasiyanın  informasiyasını  əks  etdirir  və  situativ  xarakter 
daşıyır.  Azərbaycan  xalqının  milli  təfəkkürünü  səciyyələndirən  frazeoloji  sual 
cümlələrin koqnitiv əsasında bütöv və standart situasiya dayanır: 
Başıma  haranın  daşını  salım?  İstiot  yeməmisən,  için  niyə  göynəyir?Nə 
qoyub, nə axtarırsan? Səndən soruşurlar ki, ayın neçəsidir? Nə üzlə? Nə itin azıb? 
Nə  yuvanın  quşudur?  Nə  gündəsən?  Gör  analar  necə  oğullar  doğub?  Nə  gəzir? 
Mənə üçlük atırsan? Ağzı nədir?  və s. 
Göründüyü  kimi,  bunların  hər  biri  ayrıca  formalaşmış  müstəqil  dil 
vahidləridir.  Belə  leksikləşmiş  cümlələr  dilçilik  ədəbiyyatında  frazeoloji  sual 
cümlələri adlanır. [1,139]. 
Frazeoloji sual cümlələri də müəyyən söz qrupundan ibarət olub, dildə hazır 
şəkildə  mövcuddur  və  nitq  prosesində  bu  cümlələrdən  bütünlüklə,  tam  halda 
istifadə  edilir.  Frazeoloji  sual  cümləsini  formalaşdıran  sözlər  arasında  leksik-
qrammatik asılılıq yoxdur. 
Ümumiyyətlə,  demək  olar  ki,  frazeoloji  vahidlərə  xas  olan  bütün 
xüsusiyyətlər  frazeoloji  sual  cümlələrinə  də  şamil  edilə  bilər.  Məcazilik,  məna 
bütövlüyü,  sabitlik,  başqa  dilə  hərfən  tərcümə  edilməmək,  obrazlılıq,  emosional 
boya  və  s.  sabit  tərkibə  və  dəyişməz  söz  sırasına  malikdir.  Frazeoloji  sual 
                                                           

  Abdullayeva  Sənubər  -  Bakı  Dövlət  Universitetinin  Azərbaycan  dilçiliyi  kafedrasının 
müdiri, filologiya üzrə elmlər doktoru, professor. 


217 
 
cümlələrində də komponentlər ilkin mənalarını itirir, bu konstruksiyanı təşkil edən 
leksik  vahidlər  öz  mənalarını  saxlaya  bilmir,  məcazlaşma  prosesi  keçirir, 
ümumiləşmiş  mənaya  malik  olur,  dil  sistemində  yeni  keyfiyyət  daşıyıcısına 
çevrilir. 
Frazeoloji  sual  cümlələri  də  frazeoloji  vahid  səciyyəsi  daşıyır.  Frazeoloji 
cümlə komponentlərin möhkəm birliyindən əmələ gəldiyi üçün komponentlər bir-
birindən  ayrılıqda cümlə daxili mənalarını itirir, sabitləşir, daşlaşır, idiomatik ifadə 
adı  altında  lüğətlərə  daxil  olur.  Onların  müəyyənləşdirici  xüsusiyyəti  ikinci 
dərəcəli nominasiya semantikası daşımasıdır. 
Frazeoloji  sual  cümlələri  də  milli  dilimizin  xüsusiyyətlərinə  xas  olan 
əlamətlərə malik olub, dilimizdə mövcud olan leksik-qrammatik modellərə uyğun 
gəlir. 
Qeyd etdiyimiz kimi, frazeoloji sual cümlələrinin böyük bir hissəsi sabit söz 
sırasına malikdir. Bu tamlıq onun bir məna ifadə etməsi ilə bağlıdır. Frazeoloji sual 
cümləsinin  mənası  onu    təşkil  edən  ayrı-ayrı  sözlərin  mənasından  yaranmadığı 
üçün onda leksik-semantik bütövlük vardır. Bu tamlıq, bütövlük sabit söz sırasını 
da qoruyub saxlayır. 
Lakin bu o demək deyil ki, frazeoloji sual cümlələri tam dəyişməzdir. Bəzi 
cümlələrdə mənanı pozmadan müəyyən dəyişmələr etmək mümkündür. Frazeoloji 
sual cümlələrin  bu xususiyyətini nəzərə alaraq onu iki qrupa bölmək olar : 
1.  Sabit  tərkibə  və  dəyişməz  söz  sırasına  malik  olan  frazeoloji  sual 
cümlələri:  Ağlın nə kəsir? Ayaq basmağa yer harda? Sən hara, bura hara? Mən 
 hayda, sən nə hayda? 
2.  Müəyyən  leksik  dəyişikliyə  yol  verən  frazeoloji  sual  cümlələri.  Belə 
frazeoloji  cümlələrdə  əsas  mənanı  pozmamaq  şərtilə  çox  nadir  hallarda  bəzi 
dəyişiklər etmək olur. 
a)  müəyyən  sözləri  ixtisar  etmək  olar:  Nağdı  qoyub  nisyə  dalınca  niyə 
gedirsən? - Nağdı qoyub nisyə dalınca gedirsən? 
b)  bəzi  frazeoloji  sual  cümlələrinə  müəyyən  söz  əlavə  etmək  olar:  Mənə 
gəlirsən? - Mənə gəliş gəlirsən? 
c)  Frazeoloji  sual  cümlənin  tərkibindəki  sözlərdən  birini  eynihüquqlu  və 
eyni  nitq  hissəsindən olan başqa sözlə əvəz etmək  mümkündür.  İstiot yeməmisən, 
için  niyə  göynəyir?    -  Soğan  yeməmisən  için  niyə  göynəyir?  ;  Başıma  haranın 
külünü töküm? - Başıma haranın daşını töküm? - Başıma nə kül töküm? - Başıma 
nə daş salım? 
ç) Çox az hallarda  frazeoloji sual cümlələrində leksik vahidlərin yerini 
dəyişmək  olur:  Analar  gör  necə  oğullar  doğub?    Gör  analar  necə  oğullar 
doğub? 
Ümumilikdə götürdükdə isə, frazeoloji sual cümlələrində söz sırası  sabitdir. 
Frazeoloji  vahidlərin  müəyyənləşmə  meyarından  hesab  olunan  sözə 
ekvivalentlik frazeoloji sual cümlələrinə aid edilə bilməz. Doğrudur, frazeoloji sual 
cümlələrinin  tərkib  hissələri  müəyyən  dərəcədə  bir-birinə  bağlı  olub,  bir  məna 


Yüklə 4,33 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə