Görkəmli dilçi alim, ədib professor



Yüklə 4,33 Mb.
Pdf görüntüsü
səhifə98/158
tarix21.07.2018
ölçüsü4,33 Mb.
#57605
1   ...   94   95   96   97   98   99   100   101   ...   158

207 
 
birləşmələrində    işlənməkdədir.Cəbrayıl  və  Şamaxı  şivələrində  isə  "utanmaq, 
çəkinmək" kimi tamam fərqli mənanın ifadəçisidir. 
Yügür-  –  Orxon abidələrinin dilində"ax-, tökül-"  mənalarında  işlənmişdir. 
(Kara  tərim  yügürti...  T52)  Bu  gün  ədəbi  dilimizdə  yüyürmək  formasına  düşərək 
"qaçmaq,  bərk  getmək"  mənalarını  ifadə  edir.  Birləşmə  daxilində  isə  müxtəlif 
mənalarda  "üstünə  yürümək-  hücum  etmək",  Qarabağ  şivələrində  isə"yüyürüb-
yortmaq çox gəzmək" işlənir. 
 
Öt-  –  Qədim  türk  yazılı  abidələrində  ötün-  "müraciət,  xahiş  etmək" 
mənalarında  işlənmişdir.  (Kağanıma  ötüntüm,  ança  ötüntim.  T  12)  Müasir 
dilimizdə  isə  "quşun  oxuması,  cəh-cəh  vurması"  mənalarını  verən  "quşlar  ötdü" 
birləşməsində qalmaqdadır.Qeyd edək ki, Orxon abidələrində bu  felə öt- şəklində 
rast gəlmədik. Lakin Bilgə Kağan abidəsində ötüg-xahiş (ş 39), Ongin abidəsində 
ötlə-nəsihət vermək (11)   formalarında işlənmişdir. Bizcə, bu fellər arasında məna 
yaxınlığı var və onların kökündə "öt" sözü durur. 
Orxon  abidələrində  işlənmiş  bəzi  fellər  hal-hazırda  müasir  dilimizdə 
müstəqil  şəkildə  işlənmir.  Abidələrin  dilində  müstəqil  fel  kimi  işlənən  belə  özlər 
dilimizdə asemantikləşmiş kök morfem kimi işlənir və bəzi sözlərin tərkibində öz 
tarixi izini qoruyub saxlaya bilmişdir. 
Taşık- – (İlkü sü taşıkmış erti...T32) Abidələrin dilində "xilas olmaq, bayıra 
çıxmaq"  mənasının  ifadəçisi  kimi  qeydə  alınmışdır.  "Kitabi-  Dədə  Qordud"  da 
daş//dış  oğuz  ifadəsində  də  müşahidə  olunur.  Fikrimizcə,  dilimizdə  işlənən 
"daşımaq"( Bir yerdən başqa yerə aparmaq.4, 546) sözünün tərkibində ilkin məna 
izləri  qalmaqdadır.  Türkiyə  türkcəsində  isə  taşınmak-  "köçmək"  sözündə 
saxlanılmışdır. 
Tapla- – Bilgə Kağan abidəsinin dilində qeydə alınan bu fel "qəbul etmək, 
hörmət etmək" kimi mücərrəd mənada işlənmişdir. (Üze teŋri, iduq yir,sub...kağan 
kuti taplamadı erinç. 
ş 
35) Fikrimizcə, bu gün ədəbi dilimizdə işlənən tapın- (səcdə 
etmək, pərəstiş etmək. 4, 266)felinin kökü də bununla bağlıdır. 
Sakın-  –Kül  tigin  abidəsinin  dilinində  geniş  işlənmə  tezliyinə  malik  olan 
fellərdəndir.  "Düşünmək,  fikirləşmək"  mənalarının  ifadə  edir.  (  İnim  Kül  tigin 
kergek  boldı  özüm  sakındım.  ş10)    Uyğur  mətnlərində  isə  saqınç-,  saqı-,  saqış- 
kimi  törəmələrinə  rast  gəlinir.  Bu  törəmələr  Göytürk  abidələrində  olmasa 
da,bundan  öncə  sak-  sözünün  var  olması  fikri  qəbul  edilə  bilər.  Bu  gün  də 
dilimizdə  işlənən  "Allah  saxlasın"  ifadəsində  qədim  mənasını  saxlaya  bilmişdir. 
Buna əlavə olaraq düşünmək ilə qorumaqhimayə etmək arasındakı məna yaxınlığı, 
bütün bu törəmələri bir kökə bağlamağa imkan verir. Bu gün dilimizdə işlənən say- 
və  san-  fellərini  də  həm  forma,  həm  də  məna  baxımından  sak-,  sa-  kökünə 
bağlayırlar (10).   
 
 
 
 
 
 
 
Öy- – (Yağru kontukda kisre anığ biliq anta öyür ermis. KT

5) abidənin 
dilində  "öyrənirmiş,  yiyələnirmiş"  mənalarını  ifadə  edir.  Felin  kökü  iki  səsdən 
ibarət  olan  "öy"  sözüdür.  Bu  gün  ədəbi  dilimizin  lüğət  tərkibində  geniş  işlənmə 
tezliyinə  sahib  olan,  həmçinin  eyni  mənanın  ifadəçisi  kimi  qeydə  alınan  öyrən


208 
 
felinin tərkibində öz izini qorumaqdadır. Lakin  öy- feli müstəqil kök morfem kim 
ayrıla bilmir. Bundan belə nəticəyə gəlmək olar ki, öyrənmək felinin ilkin variantı 
"öy" şəklində olmuşdur. 
Bundan başqa abidələrin dilində rast gəlinən, bu gün isə  müstəqil fel kimi 
işlənməyən, müxtəlif söz və ifadələrin tərkibində qalan fellərin sırasına bıç-bıçaq, 
ba-bağlamaq, ut-utanmaqvə s. əlavə etmək olar. 
Məlumdur  ki,  Azərbaycan  dili  dialekt  leksikasının  inkişafında  qədim  türk 
sözləri mühüm yer tutur.   Müasir Azərbaycan ədəbi dilindən fərqli olaraq, qədim 
türk leksikasının mühüm bir hissəsi dialekt və şivələrin lüğət tərkibində qalmışdır. 
Dilin inkişafı ilə əlaqədar olaraq bu fellər müəyən dəyişikliklərə uğramışdır. 
Bar-  – "getmək,  çatmaq,  yola  düşmək"  ( Türk  bodun  adı  yok  bolu  barmıs 
erti. O3) Barmaq feli Azərbaycan dilində b > v əvəzlənməsinə məruz qalaraq var
şəkilində işlənmişdir. Tarixi baxımdan ən qədim fellərdən olub, bu günə qədər öz 
varlığını  bir  sıra  törəmələrdə  mühafizə  etmişdir.  Dilimizin  inkişaf  müddətində 
"var-" feli yavaş-yavaş öz mövqeyini itirərək, ədəbi dili tərk etmişdir. Bu fel özünü 
yalnız bir-iki ifadənin tərkibində saxlamışdır. Məs: fərqinə varmaq, ifrata varmaq, 
var-gəl etmək. Bu gün qərb qrupuna daxil dialekt və şivələrdə ( Qaz., Şəm., Tov.,) 
varıf  getdi,  varıf  gəlsənə  və  s.  şəklində  işlənərək  ilkin  mənasını  qoruyub 
saxlamışdır. 
Yığla-//  Yuğla-  –  "ağlamaq"  (Bunça  bodun  kəlipən  sığıtamıs,  yuğlamıs. 
BK
ş   
5)  Dialekt  leksikasında  bu  fel  yıqla//yığla  şəklində  (Dərb.,  Qax.,Şəki.)  eyni 
mənada  işlənir.  Qeyd  edək  ki,  məişət  mərasim  nəğmələrinin  nümunələrindən  biri 
də  yas  nəğmələridir  ki,  onlar  xalq  arasında  yuğ,  yuğlama,  ağı  adları  ilə  yayılmış, 
xalqın kədəri, hüznü ilə bağlı meydana gəlmişdir. 
Təz- – qaçmaq ( Korğu eki-üç kisiligin təzip bardı. BK
ş
 41) Bu felə əsasən, 
Qərb və Muğan qrupu  şivələrində daha çox rast  gəlinir. Dialekt leksikasında  həm 
təz- təzdənməx', təzix'mək, təzməx'( Çənb., Cəb., İmiş.), həm də tez- tezməg (Bil.), 
tözərəx'lənməx'(Nax.) şəklində işlənir. 
Bay  kıl-  –  "varlandırmaq"  (Çığay  bodunığ  bay  kıltım..KT
ş 
10)  Ən  qədim 
sözlərdən biri olan bay ( varlı, zəngin) Azərbaycan dili dialekt və şivələrində bəzi 
düzəltmə  və  mürəkkəb  fellərin  tərkibində  saxlanılmışdır.  Meğri  şivəsində 
bayımmax, bayındırmax şəkilində işlənərək ilkin mənasını qoruyub saxlamaqdadır. 
Kabıs-  –vuruşmaq  (Tabğaç,  Oğuz,  Kıtay-  bu  üçəğü  kabısar.  T12) 
Dialektlərimizdə  bu  felə  qapışmax-vuruşmaq(Şər),  qapışmağ-  güləşmək(  Mas., 
Sab., Ağs.) şəklində rast gəlirik. Qeyd edək ki, Ə.Rəcəbli kabıs-və kabış-fellərinin 
hər  ikisini  "birləşmək,  ittifaqa  girmək"  mənalarında  verir  (6,  534).  Fikrimizcə, 
birinci  fel  vuruşmaq,  ikinci  fel  isə  müasir  dilimizdə  işlənən  qovuşmaq  felinin 
qədim formasıdır. 
Orxon-Yenisey  abidələrinin  dil  materialları  ilə  müasir  dildə  olan  fellərin 
qarşılaşdırılması,  ayrı-ayrı  fellərin  qədim  xüsusiyyətlərini  müəyyənləşdirməyə  və 
semantik  inkişafını  izləməyə  imkan  verir.Araşdırmamız  onu  göstərir  ki,  tarixən 
müstəqil  fel  kimi  mövcud  olan  belə  sözlər  ya  eyni  semantik  yüklə  dildə 


Yüklə 4,33 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə