37
Onun fikrincə, tarixi dövrləşdirmədə əsas götürülən və geniş yayılan ikinci
prinsip “ədəbiyyatla əlaqəsi, onun inkişafına təsir etdiyi fərz olunan siyasi, iqtisadi
və ictimai əlamətlər”in əsas götürülməsidir. Bu tip tarixi dövrləşdirmə prinsiplərinə
rus və türk ədəbiyyatı tarixlərindən nümunələr gətirilir.
Alim M.Friçenin “Qərbi Avropa ədəbiyyatının tarixi taslaqları” (Очерк
развития Западно Европейской литературы. М. 1922) əsərində tarixi
dövrləşdirməni “iqtisad və təsərrüfat dövrlərini əsas alaraq” apardığına da diqqət
çəkir. O, tarixi dövrləşdirmə üçün təklif edilən bu prinsiplərlə qismən razılaşır.
Eyni zamanda ədəbiyyat tarixinə elmi nüfuzu tam şəkildə gerçəkləşdirə biləcək
prinsiplərin tapılması zərurəti üzərində düşünür. Mövcud prinsiplərdə onu ən çox
narazı salan cəhət
dövrləşdirmədə iqtisadi, ictimai, siyasi və digər amillərin ön plan
keçməsi, ədəbiyyatın inkişaf qanunauyğunluqlarının burada təsbit olunmamasıdır.
B.Çobanzadə iqtisadi, ictimai, siyasi amillərin “ədəbiyyat üzərinə təsiri”ni
qəbul edir, lakin tarixi dövrləşdirmədə “ədəbiyyatın xüsusi
bir hadisə olaraq inkişaf
və təkamül dövrlərinin” nəzərə alınmasının zəruriliyi məsələsi onu daha çox
düşündürür. O, elmi və metodoloji cəhətdən bu gün də çox müasir və haqqında
fikirləşməyə dəyən bir sual qoyur: “Ədəbiyyat özünün xüsusi təbiətinə, ümumi
ictimai və iqtisadi qanunlardan əlavə, öz xüsusi inkişaf yollarına, qanunlarına da
malik deyilmi?” (4, 253)
Alim tarixi dövrləşdirmənin prinsiplərində elmiliyə təminat verəcək əsas tələb
kimi iqtisadi, ictimai və siyasi amillərlə bir sırada ədəbiyyatın “öz xüsusi inkişaf
yolları”nı, “qanunları”nı da nəzərə almağın vacibliyini əsas tələb kimi irəli sürür:
“Buna görə də ədəbiyyat tarixini dövrlərə ayırmaq da bu xüsusi əlamətləri göz
önündə tutmaqla qabil ola bilər.”² B.Çobanzadə bu qənaətdədir ki, müəyyən bir
zaman kəsiyindəki ədəbiyyatın şəkil və mündəricəsindəki “üzviyyət”i–“xüsusi
inkişaf yolları” və “qanunları” tapmaqla “həmin bu ədəbi üzviyyətin
təkamülündəki mərhələləri” müəyyənləş- dirmək olar.
O, ədəbiyyata elmi yanaşmada və tarixi dövrləşdirmənin prinspləri üzərində
düşünərkən özünün “xarici”, Sakulinin isə “geterogen prinsipləri” adını verdiyi
başqa bir prinsipi də məqbul hesab edir. Bu prinsipin nəzəri əsaslandırmalarında
artıq ədəbiyyat ictimai, iqtisadi, siyasi və digər amillərdən sərf nəzər edilir,
əlahiddə, özünəməxsus, inkişaf qanunlarına, təkamül xüsusiyyətlərinə malik
avtonom bir sahə kimi götürülür. B.Çobanzadə yazır: “... professor Sakulin
“geterogen prinsipi” (Гетерогенный принцип) adını verərək öz tərəfindən yalnız
ədəbi və muxtariyyətli, avtonom prinsip üzərində təsnif yapılmasını təklif edir” (4,
253). Əslində bu prinsip B.Çobanzadəyə ədəbiyyatın spesifikasını və inkişaf
qanunauyğunluqlarını tam şəkildə nəzərə alan prinsip kimi daha elmi görünür və o
bu prinsipi qeyd – şərtsiz qəbul edir. Lakin B.Çobanzadə eyni zamanda “ədəbiyyat
tarixini bu surətlə, yəni özünəməxsus əlamətlərinə görə sistem altına almaq və
dövrlərə ayırmaq prinsipinin çox mühüm olmaqla bərabər, tətbiqi də çox çətin”
olduğunu yaxşı başa düşür.
38
Alim türk ədəbiyyatı üzrə aparılan tarixi dövrləşdirmələrdə vahid bir prinsipin
əsas götürülməməsini, dövrləşdirmənin fərqli prinsiplər əsasında aparılmasını, əsas
götürülən bəzi prinsiplərin isə ədəbiyyatın mühüm estetik xüsusiyyətlərini ehtiva
etməməsini onların qüsurlu cəhətləri kimi qeyd edir və yazır: “... Bütün bu təsniflər
nə prinsip etibarilə vəhdətə malikdir, nə də xarakteristikləri etibarilə aydındır” (4,
255).
B.Çobanzadə Azərbaycan ədəbiyyat tarixçiliyi ilə bağlı özünə qədər aparılan
tədqiqatlarda dövrləşdirmə ilə bağlı ağıllı – başlı heç bir qeydə və mülahizəyə rast
gəlmədiyini yazır və türk ədəbiyyatı tarixində mükəmməl elmi prinsiplərə,
Azərbaycan ədəbiyyatı tarixində isə ümumən bu barədə “heç bir qeydə” rast
gəlməməsini ədəbiyyatlarımızın tarixinin lazımi səviyyədə, onun “tarixinin
keçirdiyi inkişaf və təkamül mərhələlərini gözəlcə qavramaq” səviyyəsində
öyrənilmədiyini, bu istiqamətdə ciddi işlərin görülməsi lüzumunu qabardır. O,
ədəbiyyat tarixini həm üfüqi, həm də şaquli istiqamətlərdə öyrənmək prinsipini
müdafiə edir. Həm Avropa, həm də rus ədəbiyyat tarixçiliyində bunun kifayət
qədər təcrübəsi olduğuna diqqət çəkir. Üfüqi istiqamət deyərkən, B.Çobanzadə
Azərbaycan ədəbiyyatını türk xalqları ədəbiyyatının tərkib hissəsi kimi öyrənməyi
nəzərdə tutur. B.Çobanzadəyə görə, məhz bu tipli tədqiqat zamanı, “müxtəlif
şivələrdə bulunan ədəbiyyat məhsulları arasındakı müşabehət və fərqlər
özlüyündən meydana çıxacaqdır” (4, 257).
Alim “şaquli cizgi ilə,yaxud muqəttələ” yolu ilə tədqiqat deyərkən türk
xalqları ədəbiyyatının hər hansı bir zaman kəsiyinə məxsus olan dövrünün bütün
təmayülləri (ancaq əsas istiqaməti və nümayəndəsinin yaradıcılığı əsasında yox) ilə
öyrənmək prinsipini səmərəli hesab edir. Alim hesab edir ki, hər bir dövrdə
müxtəlif təbəqə və zümrələrə, o cümlədən hakim və məhkum siniflərə məxsus
ədəbiyyat tipləri olduğundan bu ədəbiyyatları bütövlükdə tədqiqata cəlb etməyən
“ədəbiyyat tarixçisi vəzifəsini ikmal etmiş olmaz.” O, F.Köprülüzadənin,
İ.Hikmətin tədqiqatlarında bu istiqamətdə müəyyən işlərin görüldüyünü də qeyd
edir.
“Hər halda hər hansı bir ölkə və yaxud şivənin ədəbiyyatını ayırıb alaraq
tədqiqdə bulunmaq və daha fənası belə tədqiqlərə dayanaraq inkişaf mərhələlərini
təyin etmək qabil deyildir”² qənaətinə gələrək alim 1926 – cı ildə Birinci
Ümumittifaq Türkoloji qurultayda türk ədəbiyyatının üfüqi və şaquli, coğrafi və
tarix kəsmələrində dərinliyi və genişliyi ilə tədqiqini ədəbiyyat tarixinin
öyrənilməsi və dövrləşdirilməsi baxımından məqbul elmi prinsiplər kimi qəbul və
təqdir edir.
Alim Azərbaycan ədəbiyyatını türk xalqları ədəbiyyatının tərkib hissəsi kimi
öyrənmək konsepsiyasını irəli sürəndə “türk birliyinə rus müdaxiləsi
dövlət siyasəti
səviyyəsində cərəyan edirdi” (1, 20). “Ədəbi dildəki parçalanmalar, ortaq
mədəniyyətlərin məhəlli mədəniyyətlərə dönüşdürülməsi, Türkiyə amili ilə
Türküstan amili arasındakı doğma bağların, əlaqələrin özülündən zədələnməsi” (1,
10) bu siyasətin tərkib hissəsi idi. Azər Turan öz tədqiqatında tamamilə doğru yazır