96
istehsalatın partlayış və yanğın təhlükəliliyi üzrə kateqoriyası
göstərilməklə eksplikasiyası tərtib olunur.
Otaqların ümumi sahəsi məlum
olduqdan sonra sütunlar
şəbəkəsi, inşaat sxemi və binanın qabarit ölçüləri seçilir. TXS-in
tikintisində dəmir-beton və metal konstruksiyadan ibarət tipləş-
dirilmiş və ya fərdi inşaat elementləri istifadə oluna bilər.
TXS-in otaqlarının planlaşdırılmasının komponovka həllə-
rində
texnoloji, yanğına qarşı və sanitar-gigiyena tələblər nəzərə
alınmaqla variantlar işlənir.
İşlənmiş variantlardan stansiyanın avtoservis xidmətlərinə
tələbat artdıqda mümkün
ola biləcək genişlənməsi, texnoloji
proseslərin və istehsalatın təşkilinin dəyişdirilməsi və s. nəzərə
alınmaqla optimal hesab olunan variant seçilir.
3.7.
OTAQLARIN KOMPONOVKASI ÜZRƏ
TÖVSİYƏLƏR
TXS-də əsas otaq TQ və CT-nin işçi postlar zonasıdır.
İstehsalat prosesinin xarakterinə görə bu zona digər bütün
istehsalat-anbar otaqları ilə əlaqəli olmalıdır. İstehsalat sahələri
(işçi postları olan), məsələn, yığışdırma – yuma işləri (YYİ), kuzov,
rəngləmə və korroziyaya qarşı emal
işləri yerinə yetirmək üçün
sahələr adətən ayrılıqda nəzərdə tutulur.
Müştərilərə xidmətlə bağlı otaqların yerləşdirilməsinə xüsusi
diqqət verilir. Sifarişlərin qəbulu otağı (müştəri otağı), ehtiyat
hissələrinin satışı otağı, kassa, qəbul-təhvil postları, adətən, bir-
birinə yaxın, əlaqəli yerləşdirilir. Kafe, bar və s. bu otaqlar qrupuna
aiddir. Belə yerləşmə müştərilər və xidmət personalı üçün rahatdır.
Qəbul-təhvil postlarına diaqnostika postları yaxın olmalıdır.
Müştəri otağı və diaqnostika sahəsinin də bir-birinə yaxın olması
məqsədəuyğundur.
Texnoloji hesabat nəticəsinə görə qəbul-təhvil postlarının
sayı çox kiçik alındıqda avtomobillərin qəbulu və təhvilini texniki
xidmətin aparılacağı işçi postda təşkil etmək məqsədəuyğun olar.
97
Qeyd olunan otaqlar bloku stansiyanın ön hissəsidir və
müştəri buraya sərbəst daxil ola bilər. Bu hissədə, adətən, əsas giriş
və çıxış yerləşdirilir.
Dostları ilə paylaş: