Gulistani Irem cur cdr



Yüklə 7,74 Mb.
Pdf görüntüsü
səhifə31/70
tarix01.08.2018
ölçüsü7,74 Mb.
#60562
1   ...   27   28   29   30   31   32   33   34   ...   70

 
125 
nu, qızılbaş qoşununun gəlməsini eşidərək geri qayıtdı. Qazi Gəray 
və Səfi Gəray, Osman paşa kömək etmək üçün, bir dəs-tə qoşunla 
Dağıstanda qaldılar. Bu hadisələrin qurbanı olan Şirvan  əhalisinin 
bir hissəsi Osman paşanın yanına qayıtdı, bəzisi də Şəkinin Xaçmaz 
adlı yerində  Əbubəkr mirzənin başına toplandı. mirzə  Səlman, 
əmirlər və qoşunla Şirvana gəldisə də heç bir iş görə bilmədi. Xaç-
maza,  Əbubəkr mirzənin üstünə göndərdiyi dəstə  də  məqsədə 
çatmadan geri qayıtdı. Xülasə, vilayət xaraba qalmışdı. 
O il Qarabağ, Azərbaycan və Gilanda taxıl qıtlığı tam mənasilə 
hökm sürməkdə idi. Başlıca maneələrdən biri də əmirlər arasında 
nifaq və intizamsızlıq idi. Bu səbəblərə görə mirzə Səlman Şirvanı 
boş buraxıb Təbrizə qayıtdı. Səfər tədarükü üçün ətrafa fərmanlar 
göndərdi. Şahın ordusu üçün İşkənbər və Kələnbər - yaylaq, Qara-
bağ isə - qışlaq təyin olundu. Səlman xanı Şirvan əyalətinə hakim, 
ustacallı  əmirlərindən bir neçəsini də oranın nahiyələrinə  əmir 
göndərdilər. Bunlar da Arasbar yolu ilə Kür çayı kənarına gəldilər. 
Havanın istiliyindən dənizin iki ağaclığında qədim bir şəhər xaraba-
sı olan Həməşərədə dayandılar. Firdovsinin «Şahnamə»sində bu 
yer Əbərşəhrə adlanır. Burada qoşun toplamaq və səfər tədarükü 
görməklə  məşğul  oldular.  Bu  zaman,  Qazi  Gəray sultan və  Səfi 
Gəray sultan çoxlu qoşunla Şirvana axın etdilər. Onlar qızılbaşların 
vəziyyətindən xəbər tutub, şirvanlıların bələdçiliyi ilə, Kür çayından 
keçdilər. Yağış və palçığın çoxluğundan, qızılbaş qoşununun bir-bi-
rindən xəbəri yox idi. Belə bir zamanda onların üstünə töküldülər. 
Onları göz açmağa qoymayıb, bir çoxlarını  qırdılar, ordunun da 
var-yoxunu talan edərək, həmin gün yenə Şirvana qayıtdılar. Qızıl-
baş qoşunu çox pozğun bir halda özünü toplayıb, Qızılağac hüdu-
dunda yerləşdi. 
Osman paşa  Şamaxıya gəlib rumluların bir dəstəsini Bakı 
qalasına göndərdi və bu möhkəm qalanı daha da möhkəmləndirdi. 
Mirzə  Səlmanın  İran qoşunu və  əmirlərilə  gəlməsi xəbəri Rum 
(osmanlı) və tatar camaatına çatdıqda müqavimət qəsdilə qayşıya 
çıxdılar. Molla Həsən yurdunda çarxçıların müharibəsi vaqe oldu. 
 
126
Onlar, qoşununun çoxluğunu və yaxşı  təchiz olunduğunu nəzərə 
alaraq, özlərində müqavimət qüvvəsi görmədilər. Osman paşa 
Dərbəndə, tatar sultanları da Dağıstana qayıtdılar. 
Bu zaman bəylərbəyi Səlman xan Şirvanın  əmirlərilə  bərabər 
Kürdən keçdilər. Tatarlardan gördükləri sınıqlığın  əvəzini çıxmaq 
üçün Bakı qalasını almağa səy və qeyrət etdilər. Əmir xan da, Şab-
rana aparmış olduğu qoşunla, Bakı qalasının üstünə gəldi. On sək-
kiz gün davam edən mühasirə heç bir nəticə vermədi. Azuqə  və 
ələfin yoxluğuna görə burada dayanmaq çox çətin oldu. Əvvəllər-
də, arpa unu Təbriz batmanı ilə, altı misqal sikkəli gümüş pula satı-
lırdı. Axırlarda isə, əsla tapılmırdı. Qızılbaş qoşunu, Şirvanı boşalt-
mağa məcbur olub, Qarabağa gəldi. Hökumət başçıları və əmirlər 
belə məsləhət gördülər ki, Şirvanın mühafizəsi Qacar tayfasından, 
otuz iki oymağı və sairdən ibarət olan Qarabağ camaatına verilsin. 
Bunların idarəsi də Qarabağ bəylərbəyisi İmamqulu xan Ziyad oğlu 
Qacara tapşırılsın. O qəbul etməsə də, yenə onun boynuna qoydu-
lar. Onun məsləhəti ilə Peykər sultan Ziyad oğlu Qacarı, xan rütbə-
silə Şirvan bəylərbəyisi təyin etdilər. Qacar əmirlərindən bir neçəsi-
ni də bu vilayətin nahiyələrinə təyin edib onunla bərabər Şamaxıya 
göndərdilər. 
Qazi Gəray sultan tatarlardan və osmanlılardan ibarət külli 
qoşunla ikinci dəfə Şirvana üz qoydu. Bu hadisədən əvvəl, İmam-
qulu xandan çoxlu kömək almış olan Peykər xan Qacar, Çəkərli, 
Qaramanlı və sair əmirlərilə qarşıya çıxdı, Şamaxı ilə Şabran arasın-
da müharibə başlandı. Qazi Gəray sultan qızılbaş müharibəsində 
göstərdiyi hünərə görə, bunları o qədər saymırdı. Buna görə 
cəsarətlə meydana girdi. Vuruşma zamanı bir dəstə qacar arasına 
düşüb əsir oldu. Qoşunu Səfi Gəray sultanla bərabər qaçdı. 
Qazi Gəray sultanı şahın ordusuna apardılar; sonra da Qəzvin 
ilə Gilan arasında olan məşhur qalalardan Əlmövt qalasına göndər-
dilər. Bir müddət burada qaldı, azad edildikdən sonra Ruma getdi. 
Hicri 997-ci (=1589) ildə, Xandigarın yardımı ilə Krım və  Dəşt 


 
127 
səltənəti ona çatdı. Deyirlər ki, igid, arif, şeir həvəskarı və musiqi-
şünas bir əmir idi. 
Hicri 991-ci (=1583) ildə qızılbaşlardan bir dəstə, Şabran ətra-
fında  İbrahim paşa tərəfindən tikdirilmiş olan qalanın üzərinə 
getməyə məmur oldu. İbrahim paşa məğlub olaraq qaçdı və qala 
da alınıb dağıdıldı. Ayrı bir dəstə də Qəbələ və Şəki üzərinə yürü-
yüb qətl və qarət işində heç şeydən çəkinmədi. Bu zaman Peykər 
xan xəstələnib vəfat etdi. Osmanlılar yenə yürüşə başladılar, şirvan-
lılar da üsyan etdilər.  Şahlıq dərbarından qaradağlı  Xəlifə  Ənsar, 
Peykər xanın yerinə  təyin edildi. O gəlib  şiranlıları  cəzalandırdı. 
Üsyanda daha artıq fəaliyyət göstərən Quba əhalisinin yurdlarını 
və mallarını yandırıb qarət etdi. Özü də çox keçmədən vəfat etdi. 
Osman paşa, yeni Rum qoşunu ilə Dərbəndə çatmış olan Cəfər 
paşa, Heydər paşa, Şəmsi bəy və Piyalə bəylə birlikdə qazılbaşların 
üzərinə yeridi. Samur çayı sahilində, Palasa adlı yerdə üz-üzə gəl-
dilər. Qızılbaşlar məğlub oldu, onlardan bir çoxu İmamqulu xan və 
sair əmirlərlə bərabər öldürüldülər. Sağ qalanlar da İrana qayıtdılar. 
Bu hadisələrdən sonra, həm də gələcək il şah ordusunun İraqa 
qayıtması ilə  əlaqədar olaraq, Şirvanın vəziyyəti elə qarışdı ki, 
qızılbaş  əmirləriindən heç biri burda dura bilmədi. Osman paşa 
Dərbənddən  Şamaxıya gəlib qalanı möhkəmləndirdi,  əyalət də 
müstəqil oldu. Hicri 993-cü (=1585) ildə, Cəfər paşa Dərbənddən 
gedib, əhalisi baş qaldırmış olan Kürə qalasını aldı və qarət etdi. 
Hicri 996-cı (=1588) ildə Sultan Məhəmməd Qarabağ Gəncə-
sindən İraqa hərəkət etdi. Birinci mənzildə, Əbuşəhmə adlı yerdə, 
böyük oğlu və  vəliəhdi Həmzə, gecə öz dəlləyi Xudaverdi tərə-
findən öldürüldü. Bu hadisədən sonra, sərəsgər Fərhad paşa, ona 
müqavimət göstərə bilməyən Kartli valisi Simon xanın icazəsilə 
Qarabağa gəldi. Gəncə qalasını bina edərək Təbrizi və Azərbayca-
nın bir çox şəhərlərini ələ keçirdi. Ancaq Ərdəbilin ətrafı qızılbaş-
ların əlində qaldı. Beləliklə, türklər 20 il müharibəsiz bütün vilayət-
lərin üzərində hökmran oldular. (Həmzə mirzə öldürüldükdən son-
ra) Sultan Məhəmməd Xudabəndə  həmin il iş başından çəkilib, 
 
128
səltənəti oğlu Şah Abbasa tərk etdi. O da bir neçə il dövlət işlərini 
islah etmək, qoşunu nizama salmaq və rəiyyətin vəziyyətini yoluna 
qoymaqla məşğul oldu. Beləliklə, itaətsizliyi və çəkişməni əmirlərin 
və oymaqların arasından qaldırdı. 
Bu zaman Şirvan və Dağıstanın işləri çox abad bir halda idi. 
Lahıcan hakimi mirzə Əli Karkiyanın qardaşı oğlu Xan Əhməd xan 
bütün Gilanı ələ keçirmişdi. O, hicri 975-ci (=1568) ildə, Qəhqəhə 
və İstəxr qalalarında 12 ildən bəri məhbus idi. Sultan Məhəmməd 
Xudabəndə zamanında yenə keçmiş hakimlik mənsəbinə  təyin 
edilmişdi. Xan Əhməd xan (Şah Abbasa qarşı) üsyan etdi. Lakin 
qızılbaş qoşunu gəldikdə, Gilan valisi Məhəmmədəmin xan Cəmşid 
xan oğlu ilə bir yerdə, hicri 1000-ci (=1592) ildə, gəmiyə minib 
Şirvana qaçmağa məcbur oldu. Vəzirini yardım almaq üçün Rum 
sultanı Xandigarın dərgahına göndərdi. Xandigar tərəfindən, bun-
ların Qostəntiniyyəyə fərmanı sadir oldu. Şirvan valisi mehmandar-
lığa təyin olundu. Məhəmmədəmin xan Gəncədə  vəfat etdi. Xan 
Əhməd xan onun (vəfatı haqqında) yazdığı mərsiyədə deyir: 
 
Ruzigarın gərdişindən və fələklərin zülmündən 
Ürəyimiz məhzun, ruhumuz qəmgindir. 
Ey gözüm, yaş əvəzinə qan axıt ki, biz 
Nadir bir xəzinəni Gəncədə torpağa basdırdıq. 
 
Özü də Ruma gedib, axırda Nəcəfi-Əşrəfdə vəfat etdi. Sonrakı 
il İran dövləti ilə çəkişməkdə olan Astara hakimi Əmir Həmzə xan 
Talış, mühasirə şiddətindən cana gəlib aman istədi. Şirvana getmək 
üçün ona izn verildi. Burada bir müddət Rum dövlətinin ənam və 
nəvazişinə  nail  oldu.  Lakin  bir  az  keçəndən sonra, xain mülazim-
lərindən iki nəfər onu ovlaqda öldürdü. Ailəsi də vətənə qayıtdı. 
Bir neçə vaxtdan sonra Əbubəkr mirzə ibni-Bürhan mirzə, öz 
oğlu Bürhanəli mirzəni  şahın dərbarına göndərib  İran dövlətinin 
himayəsi altına girmək istədi. O, osmanlılardan üz çevirmiş  və 
iğtişaş  vəsaitini hazırlamaqla  Şirvan vilayətini almaq fikrində idi. 


Yüklə 7,74 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə