Gulistani Irem cur cdr


ŞİRVANŞAHLARIN SƏLTƏNƏTİ VƏ NƏSƏBƏLƏRİ



Yüklə 7,74 Mb.
Pdf görüntüsü
səhifə25/70
tarix01.08.2018
ölçüsü7,74 Mb.
#60562
1   ...   21   22   23   24   25   26   27   28   ...   70

 
101 
ŞİRVANŞAHLARIN SƏLTƏNƏTİ VƏ NƏSƏBƏLƏRİ 
HAQQINDA 
 
Onların haqqında yalnız bu qədər məlumdur ki, müstəqil bir 
səltənətə malik olmayıb çox vaxt fars, ərəb və türklərin sultanlarına 
tabe olmuşlar, bəzən də müstəqil hökmranlıq sürmüşlər.  Şirvan-
şahların böyük xaqan Mənuçehrdən əvvəlki silsilələri (şəcərələri) də 
lazımınca məlum deyildir. 
Ömər ibni-Xəttabın xilafəti zamanında, Nuşirəvani-Adil tərə-
findən təsis edilmiş şirvanşahlar sülaləsindən Şəhriyar adlı bir nəfər 
Şirvanda hökmranlıq edirdi. Süraqə ibni-Əmr və  Əbdürrəhman 
ibni-Səlmə, Xüzeyfə ibni-Yəmən, Müğeyrə ibni-Şəbə,  Əşəs ibni-
Qeys, Əbdüləzizi-Bahili, Əbu Übeydeyi-Cərrah, Səid ibni-Əmr Hərşi 
və Müslimə ibni-Əbdülməlik xəlifə  Şirvanda hökmranlıq edirdilər. 
Bəni-Abbas xəlifələri dövründə isə, Şirvan çox vaxt Azərbaycan ha-
kimlərinin idarəsi altında idi. II əsrin sonlarında Fərruxzad Əxşican 
(Əxistan) oğlu və bundan sonra Filanşah, xəlifələr adından naib 
olaraq padişahlıq etmişlər. IV əsrin  əvvəllərində  Əli ibni-Heyşəm, 
bundan sonra da Bəhrami-Cubin nəslindən Məhəmməd ibni-Yəzid 
Şirvanda vali olmuşlar. Məhəmməd ibni-Yəzidin hökmü bir aylıq 
məsafədə rəvan idi. Bir müddətdən sonra, Sultan Firidün hökmran-
lıq etmişdir. Ondan sonra bir şey məlum deyildir. 
Hicri IV əsrin ortalarında, Xaqani-Kəbir ləqəbi ilə məşhur Mə-
nuçehr, əzəmətli və müstəqil bir hökmdar idi. Məşhur şair Xaqani 
Şirvani, bununla müasir olmuşdur. Onun şövkət və iqtidarını və oğ-
lunun Bakı ətrafında vəhşi heyvanlar ovuna çıxmasını qəsidələrinin 
birində gözəl surətdə təsvir edir. 
O zaman dəniz ilə yanar odlar arasında olan Bakı,  əhalinin 
azlığından  şir və sair yırtıci heyvanlar yatağı imiş. Dövlətşah 
«Təzkirətüşşüəra»sında yazır: alim və mənsəb sahibi olan İbrahim 
ibni-Əli Xaqani, dünyadan əl çəkmək bəhanəsilə Həccə getmək is-
təyirdi. Xaqan isə buna razı olmurdu. O, xaqandan izinsiz yola çıxdı, 
xaqanın məmurları Bəyləqan şəhərində onu tutub geri qaytardılar. 
 
102
Bundan məlum olur ki, Ərran ölkəsinin bir qismi də xaqanın ixtiya-
rında imiş. Qaziyi-Beyzavi «Nizamüttəvarix»də şirvanşahlar sülalə-
sini Bəhrami-Cubin nəslindən sayır, o da (Bəhrami-Cubin) bir neçə 
arxadan sonra, Ərdəşiri-Babəkana yetişir. Qazi Əhmədi-Qəffari 
«Cahanara» adlı əsərində şirvanşahları, aşağıdakı tərtib üzrə, Nuşi-
rəvan nəslindən sayır: 
Mənuçehr ibni-Kəsran ibni-Kavus ibni-Şəhriyar ibni-Guştasib 
ibni-Fridun ibni-Fəramərz ibni-Salar ibni-Zeyd ibni-Covn ibni-
Mərziban ibni-Hürmüz ibni-Nuşirəvan. 
Bir çox tarixçilərin yazdığına görə, Mənuçehr ədalətli bir padi-
şah olub, elm və sənət əhlini əziz və möhtərəm tutardı. O həmişə 
rəiyyətin asayişinə və ölkənin abadlığına səy edərdi. Ondan sonra 
oğlu Fərruxzad, sonra onun oğlu Güştasib taxta oturdu; bəzi tarix-
çilərin yazdığına görə, Kürün iki qolu arasında, dərya kənarında 
böyük və  məhsulu bol olan Güştasibi  şəhərini bu bina etmişdir. 
Bundan sonra oğlu Fəramərz, sonra onun oğlu Fərruxzad, sonra 
onun oğlu ədalətilə məşhur Keyqubad və sonra da oğlu Kavus Şir-
vanda hökmranlıq etmişdir. 
Kavus ədalətli və rəiyyətpərvər bir padişah olub, uzun müddət 
padişahlıq etmişdir. O, Əşrəf Çobanini dəf etmək üçün Canibəy 
xana dəfələrlə yaxşı yardım göstərmişdir. Hicri 774-cü (=1373) ildə 
vəfat etmişdir. Qəbri Quba şəhərinin xaricində indi də mövcuddur. 
Onun oğlu Huşənk on ilə yaxın qanun, ədalət və bacarıqla hökm-
ranlıq edib, vəfat etdi. Sonra, düşmənlərin qələbəsi üzündən, hö-
kumət bunların əlindən çıxdı. 
Şirvanda hökmran olan bir əmir çox zülm edirdi, şirvanlılar 
birləşib onu öldürdülər. Bu zaman Şeyx  İbrahim Dərbəndi ibni-
Sultan Məhəmməd ibni-Keyqubad şirvanşah, Şirvan şəhərlərindən 
sayılan  Şəkidə, yoxsul bir halda əkinçiliklə  məşğul olurdu. Şirvan-
lılar gəlib onu tarlada bir ağacın altında yatmış gördülər.  Əyninə 
şahanə paltar və başına əmmamə qoyaraq, gətirib padşahlıq tax-
tına oturtdular. 0, yuxarıda deyildiyi kimi, Əmir Teymur Kürəkənlə 
müasir olmuşdur. 


 
103 
Tarixçilərdən bəzisi deyir ki, Əmir İbrahim Təbrizi alıb, ertəsi il 
daha da irəliləmək istəyirdi. Lakin aldığı yerləri də əldən verdi. Bu 
hadisə, ola bilsin ki, türkmən Qara Yusifin Sultan Əhməd Elxani ilə 
müharibə etdiyi və Azərbaycan işlərinin tamamilə qarma-qarışıq 
olduğu bir zamanda əmələ  gəlmişdir. Məlum olur ki, Əmir Qara 
Yusif hicri 813-cü (=1411) ildə, Sultan Əhmədi öldürdükdən sonra, 
Təbrizi  Əmir  İbrahimin  əlindən alıb,  Şirvanı da ələ keçirmişdir. 
Bunu, Dərbəndin «Qiyamət dərvazası» üzərindəki kitabə də təsdiq 
edir. Kitabəyə görə, bu dərvaza hicri 814-cü (=1412) ildə Qara 
Yusifin oğlu Əmir İsfəndiyarın əmrilə təmir edilmişdir. 
Bu məsələ, Hacı Zeynəlabidin  Şirvaninin sözləri ilə  də  təsdiq 
edilməkdədir. O, «Riyazüssəyahət»ində belə yazır: 
Qara Yusif külli qoşunla Şirvana gəlib bir çox yerləri viran etdi. 
Əmir  İbrahimi  əsir edib ondan çoxlu mal-dövlət aldı. Lakin 
hökuməti yenə özünə verdi. 
Hicri 820-ci (=1418) ildə  Əmir  İbrahim vəfat etdi və Sultan 
Xəlil padişahlıq taxtına oturdu. «Sultan Xəlil» tərkibi  əbcəd hesa-
bilə onun taxta oturması tarixidir. Bakı, Quba və Səlyan yollarında 
olan karvansaraların bəzisi, Bakıdakı bir çox məscidlər və burclar 
onun tərəfindən bina edilmişdir. Bundan əlavə o, Dərbənd  şəhə-
rinin hasar və qalasını da təmir etdirmişdir. Onun adı bu abidələr 
üzərindəki kitabələrdə indi də oxunmaqdadır. Bakıda tikdirmiş 
olduğu ali imarətin (sarayın) xarabaları onun şan və  şövkətindən 
bir nişanədir. 
«Riyazüssəyahət»də deyilir: İskəndər Qara Yüsif oğlu külli 
qoşunla Şirvana gəldi. Sultan Xəlil qaçdı və türkmənlərdən bu öl-
kəyə saysız sədəmə toxundu. O, Şahrux mirzənin köməyilə türk-
mənlərin  şərrini dəf etdi. 53 il səltənət sürdükdən sonra, Sultan 
Xəlil vəfat etdi. Oğlu Fərrux Yasər ona canişin oldu. «Şirvanşah» 
tərkibi (əbcəd hesabilə) onun taxta oturması tarixidir. Hicri 906-cı 
(=1501) ildə Şah İsmayıl Səfəvi ilə apardığı müharibədə öldürüldü. 
Sonra, oğlanları  Bəhram bəy və Qazi bəy hər biri bir ilə yaxın 
hökumət sürdü. Onlar ədalətli və rəiyyətpərvər idilər. Vəfatlarından 
 
104
sonra, Şeyxşah ləqəbli İbrahim ibni-Fərrux Yasər taxta oturdu. O bir 
neçə vaxtdan sonra Şah  İsmayıl və  Şah Təhmasib Səfəvi ilə sülh 
etdi. Onların hakimiyyəti altında 22 il asudə hökmranlıq sürdükdən 
sonra vəfat etdi. Oğlu II Sultan Xəlil taxta oturub, Şah Təhmasiblə 
qohum oldu. O, hicri 942-ci (=1536) ildə vəfat etdi. Ondan sonra 
Şahrux ibni-Sultan Fərrux ibni-Şeyxşah əmirlər və dövlət böyüklə-
rinin arzusu ilə  səltənətə keçdi, lakin uşaq odduğundan iş baş 
tutmadı. Hicri 945-ci (=1539) ildə,  Şirvan vilayəti  İran padişahının 
təsərrüfünə keçdi. 
I  Şah Təhmasib Səfəvi buranın idarəsini öz qardaşı  Əlqas 
mirzəyə verdi. Əlqas mirzə üsyan etdikdən sonra Şah Təhmasib 
hicri 954-cü (=1547) ildə  oğlu  İsmayıl mirzəni buraya hakim 
göndərdi, hicri 955-ci (=1548) ildə, şirvanşahlar nəslindən Bürhan 
mirzə adlı bir nəfər fürsət tapıb  Şirvanı aldı. Lakin bir neçə gün 
hökmranlıq sürdükdən sonra vəfat etdi. 
Şirvan hökuməti, şahın bibisi oğlu və damadı Ustacallı Abdulla 
xana həvalə olundu. O da 17 il hökmranlıq sürdükdən sonra vəfat 
etdi. Bundan sonra, rumlu Aras xan 13 il hökmranlıq sürdü. Hicri 
986-cı (=1578) ildə Lala paşa gəlib  Şirvanı aldı  və Osman paşanı 
buraya hakim təyin edib geri qayıtdı. 
Rum və  İran qoşunları bir müddət bir-birilə müharibə 
edirdilər.  İranın vəziri - əzəmi mirzə  Səlman gəlib Osman paşanı 
məğlub etdi. O da bu məğlubiyyətdən sonra Dərbəndə getdi. 
Şirvanda qalan Məhəmmədqulu xəlifə Zülqədər, osmanlı-tatar 
müharibəsində öldürüldü. Şirvan ikinci dəfə Osman paşanın  əlinə 
keçdi. Mirzə Səlman yenə gəldi. Osman paşa Dərbəndə qayıtdı. 
Peykər xan Qacar və onun vəfatından sonra Xəlifə  Ənsar 
Qaradaği  Şirvana hakim təyin olundular; lakin onlar bir iş görə 
bilmədilər və  hər ikisi çox keçmədən vəfat etdi. Bunlardan sonra 
Osman paşa, sonra Həsən paşa, Mahmud paşa və  Əhməd paşa 
Şirvanda hökmranlıq sürürdülər. 
Hicri 1016-cı (=1607) ildə I Şah Abbas gəlib buranı aldı. Bu 
zamandan etibarən Şirvanı İran bəylərbəyisi idarə etməyə başladı. 


Yüklə 7,74 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə