109
Sufilərin başçıları, altı yaşlı qardaşı İsmayıl mirzəni o biri qardaşı
İbrahim
mirzə ilə bərabər, gizli olaraq, Ərdəbilə gətirdilər, 40 gün-
dən sonra da Gilana apardılar. tərkibi, əbcəd hesa-
bilə İsmayıl mirzənin anadan olması tarixidir. Bu hadisə, hicri 898-ci
(=1493) ildə üz vermişdir.
Nə qədər ki, türkmən təbəqələri arasına ikitirəlik düşməyib,
istiqlaliyyətləri ixtilala üz tutmamışdı, Gilan hakimi mirzə Əli Karkiya
onlara qarşı lazımi məhəbbət göstərirdi. İsmayıl mirzə hicri 906-cı
(=1501)
ildə xüruc edərək, Rum ilə Şam sufi və müridlərindən 1500
nəfərlə Ərdəbilə gəldi. Qoşunu az olduğundan, müharibəni məslə-
hət görməyib Talışa getdi. Qış qurtarandan sonra yenə Ərdəbilə
gəlib Qarabağa hərəkət etdi. Oradan da şahanə bir cah-cəlal və
başına toplanan külli qoşunla, Şirvana yola düşdü.
Fərrux Yasər 20000 atlı və neçə min piyada qoşunla «Gülüstan
qalası» yaxınlığında Cəbəlani yaylağında onunla hərb etdi. Gülüs-
tan qalasının xarabası Şamaxı şəhərinin yuxarısında,
bir dağ üzərin-
də «Qız qalası» adı ilə məşhurdur. O buradakı döyüşdə məğlub
olub, böyüklərindən bir çoxu ilə bərabər öldürüldü. Şirvanşahın
igid oğlu İbrahim Şeyxşah, gəmiyə minib Gilana getdi. Şah İsmayı-
lın səltənət təbili bu ölkədə çalındı. Qışı Şirvanın Mahmudabad
şəhərində keçirdi. Qalaları və şəhərləri bütün xəzinələri ilə bərabər
onun əlinə keçdi. Lakin bəzi qalaların əhalisi təslim olmaq istəmir-
dilər. I Şah İsmayıl, bir tərəfdən çox dərin xəndək, üç tərəfdən isə
dəniz ilə əhatə olunmuş Bakı qalasını azacıq
müdafiə və müqavi-
mətdən sonra fəth etdi. Bu qalanı Nuşirəvan bina etmişdi. Şirvan
padişahları da ona çox möhkəm bir burc çəkmişdilər. Bundan son-
ra, məşhur qalalardan hesab edilən və Şirvan əmirləri ilə əhalidən
bəzisinin sığınağı olan Gülüstan qalasını mühasirəyə aldı. Bu za-
man xəbər yetişdi ki, Əmirzadə Əlvənd türkmən əsgərləri ilə Naxçı-
vana gəlib, qoşunu hər iki tərəfdən onunla vuruşa hazırlamışdır.
Şah İsmayıl buradan Azərbaycana yola düşdü. Əmirzadə Əlvənd,
Muslu Əmir Osmanı bir dəstə qoşunla göndərdi. Şah İsmayıl da öz
qoşunlarından bir dəstəni onun qarşısına göndərdi. Şiddətli
110
müharibədən sonra türkmən qoşunu məğlub oldu. Əmir Osman,
bir dəstə böyük adamlarla əsir düşüb öldürüldü. Əmirzadə Əlvən-
din özü 30000 əsgərlə onun qabağına yeridi. Hicri 907-ci (=1502)
ildə, Naxçıvanın Şərur adlı yerində, Şah İsmayıl 7000 qızılbaş qoşu-
nu ilə onu məğlub edib, böyük adamlardan və qoşun əhlindən bir
çoxunu öldürdü. Külli qənimət ələ keçdi. Əmirzadə Əlvənd Ərzən-
cana qaçdı. Şah İsmayıl Təbrizə gəlib səltənət taxtına oturdu. Hə-
mədan ətrafında Sultan Muradı da məğlub etdi.
Sultan
Murad məğlub olduqdan sonra, bir müddət Bağdadda
qaldı. Buradan damadı Əlaüddövlə Zülqədərə pənah apardı. Onun
vasitəsilə öz məqsədinə çatmaq istədi. Hicri 912-ci (=1507) ildə
Zülqədərin qoşunu ilə gəlib Diyarbəkirin qala və şəhərlərindən
bəzisini aldı. Sonrakı il Şah İsmayıl çoxlu qoşunla onu dəf etməyə
getdi. Müharibə alovu iki gün şiddətlə şölələndi, üçüncü gün
Sultan Murad məğlub olub yenə Əlaüddövlənin yanına getdi.
Şah İsmayıl bir-birinin ardınca
Diyarbəkir, İraqi-Ərəb, İraqi-
Əcəm, Fars, Xorasan və Mavəraünnəhrin bəzi yerlərini fəth edib,
yenə də Təbrizə qayıtdı.
Bu zaman xəbər çatdı ki, Şeyxşah Şirvanı ələ keçirib istiqlaliy-
yətdən dəm vurur və xərac verməkdən də boyun qaçırır. Bu xəbər
şahın qəzəbini alovlandırdı. Qışın şiddətli soyuq bir çağında, hicri
915-ci (=1510) ildə, Şirvana hərəkət etdi. Şeyxşah müqavimət
göstərə bilməyib Beyqurd qalasına qaçdı. Bu qala Şamaxının üç
ağac şimalında, çətin keçidli bir yerdə olub xarabaları indi də möv-
cuddur.
111
A.Bakıxanov kitabxanasına məxsus “Gülüstani-İrəm”in
əlyazmasından bir səhifə
112
Bu qalanın yanında həmin adla böyük bir kənd də vardır.
Şah İsmayıl Şirvana gəlib Lələ bəyi Şamaxıda Şirvan
hakimi
təyin etdi və özü də bu vilayətin qala və şəhərlərini almaqla
məşğul oldu. Bakı və Şabran qalasının mühafizləri təslim oldular.
Dərbəndlilər qalanın möhkəmliyinə arxalanaraq bir neçə gün mü-
qavimət göstərdilərsə də, axırda təslim oldular. Şah İsmayıl, yeni
hökumətə dayaq olmaq və onu möhkəm saxlamaq üçün İraqda
yaşayan Bayat türklərindən bir dəstəni siyahi üzrə köçürüb Dər-
bənd və Şabranda yerləşdirdi. Özü də həmin qışda Qarabağa gəldi,
baharda Sultaniyyəyə getdi.
Sultan Səlim, hicri 920-ci (=1515) ildə, İran
ilə müharibəyə
gəlib Çaldıran səhrasında Şah İsmayıla qalib gəldi və Təbrizi aldı. O
burada doqquz gün qaldıqdan sonra Ruma qayıtdı. Qürurunun
çoxluğundan, Əlaüddövlə bu iki padişahdan heç birini (Sultan
Səlimi və Şah İsmayılı) tanımaq istəmirdi. Buna görə Sultan Səlim
Fərhad paşanı onu cəzalandırmağa məmur etdi. Əlaüddövlə tayfa-
sından bəzisi Ruma dağıldı və bir parçası da sonralar Zülqədər oğ-
lu adı ilə məşhur olan nəvəsi ilə Azərbaycana gəldi. Şəmsəddinli
mahalı bunlardandır. Bir çoxları da Car, Tala və Dağıstanla qonşu
olan yerlərə dağıldılar. Ləzgilər « - z» hərfini « -b» hərfi ilə dəyi-
şərək, bunlara indi də Bülqədər deyirlər.
Bu tayfa Hülaku xanın Türküstandan köçürüb Şirazda
yerləşdirdiyi türkmənlərdəndir. Bunlar
orada Diyarbəkirə və Mosu-
la gələrək cəlal və iqtidar sahibi olduqdan sonra, qonşu vilayətlərə
təcavüz edirdilər. Bunlardan on nəfəri, yüz otuz səkkiz il o ölkədə
hökmranlıq etmişlər. Bunların sonuncusu olan Əlaüddövlə, bir
dərəcəyə çatdı ki, bir-birilə vuruşmaqda
olan Misir və Şam valilə-
rinin hər ikisi onun köməyinə möhtac oldu. Buna görə o deyərmiş:
«Mənim iki toyuğum var, bunlardan bir qızıl, digəri isə gümüş
yumurtlayır».
Hicri 929-cu (=1523) ildə, Şah İsmayıl Azərbaycanda olduğu
zaman, Şirvan hakimi Şeyxşah ona itaət edərək çoxlu hədiyyə ilə
hüzuruna gəldi. Şirvanşahlar xanədanına mənsub bir şahzadə