13
MÜQƏDDƏMƏ
ŞİRVAN VƏ DAĞISTAN VİLAYƏTLƏRİNİN
HÜDUD VƏ ƏRAZİSİ, ADLANMALARININ SƏBƏBİ,
ƏHALİSİNİN MƏNŞƏİ, DİLLƏRİ VƏ
DİNLƏRİ HAQQINDA
Şirvan
vilayəti, şərq tərəfdən Xəzər dənizi ilə, cənub-qərbdən
onu Muğan və Ermənistan vilayətlərindən ayıran Kür çayı ilə, şimal-
qərbdən Qanıq (Alazan) çayı ilə, İlisu nahiyəsindən keçən qeyri-
müəyyən xətlə Qafqaz sıra dağları, Kürə və Təbərsəran nahiyələrini
Qaziqumuq və Qaytaq məmləkətlərindən ayıran dağ silsiləsi ilə və
oradan da, Dərvaq çayı yatağından onun Xəzər dənizinə qovuş-
duğu yerə qədər uzanan sahə ilə məhduddur. (Şirvan) Kür dəhnə-
sindən Dərvaq dəhnəsinə qədər təqribən 39°- 42°-yə qədər şimal
en dairəsi, Qanıq çayı dəhnəsindən Əfşəran burnuna qədər 64°-
68°-yə qədər şərq uzunluq dairəsi üzərində vaqedir. Düz xətlə hər
bir dərəcənin məsafəsi, təqribən, 15 coğrafi
mil - yeddi rus versti
qədər və ya bir ağac yarımdır. Hər ağac - üç islami mil uzunluq-
dadır. İslami mil - doxsan altı min barmaq boydadır. Bir barmaq da
orta boylu altı arpa uzunluqdadır (arpaların birinin arxası o birinin
qarnına bitişik surətdə düzülmək şərtilə).
Beləliklə, indiki Şirvan məmləkəti Səlyan, Şəki, Bakı, Quba,
Dərbənd, Təbərsəran, Kürə, Samur nahiyəsi və İlisunun aşağı bir
qismindən ibarətdir. Bunlar, ölkənin ən gözəl və ən geniş vilayətlə-
rindəndir.
Qafqaz dağlarının böyük bir silsiləsi onun arasından üzü cə-
nub-şərqə düşübdür ki, xoş havalı yaylaqları, otlaqları, şirin bulaq-
ları və hər iki tərəfə axan çoxlu çayları vardır.
Əksəriyyət üzrə, dəniz və Kür çayı sahillərindəki geniş və
məhsuldar çöllərdə bol taxıl zəmiləri, meşələr, bağlar və sair vardır.
Dəniz kənarında olan bu ölkə, Rusiya və İran dövlətləri və müxtəlif
14
Dağıstan tayfaları arasında
olduğundan, ticarət işlərində də mü-
kəmməl tərəqqi edə bilər.
“Təqvimül-büldan”
1
müəllifi deyir ki, Şirvanı Sasani sülaləsin-
dən olan Ənuşirəvan-Adil bina etmişdir, bu cəhətdən onun adı ilə
tanınmışdır. «Ənu» ləfzi çox işlənmək nəticəsində atılşmışdır. Bəzi-
ləri deyirlər ki, Şirvanın əsli Şirvand, yəni şir olan yer olub, sonra
Şirvan olmuşdur. Moisey Xorenskinin
2
tarixində və Zendavesta ki-
tabında Şerovaner deyə adlanır. Əmin-Əhməd
3
«Həft-iqlim» adlı
əsərində deyir ki, Şirvan, əvvəllərdə bir şəhərin, sonra isə, bir ölkə-
nin adı olmuşdur.
Çamçiyan
4
«Ermənistan tarixi»ndə Şirvan vilayətini Əğvan ad-
landırır və deyir ki,
onunla Alan, yəni Dağıstan arasındakı sərhəd
əvvəl Alğon səddi və sonra da, Dərbənd səddi olmuşdur.
Türkmən Həsən padişahın oğlu Sultan Yaqub hicri 892-ci
(=1487) ildə ermənilərin xəlifəsi (baş keşişi) Simeona verdiyi fər-
manda, Şirvanı Əğvan deyə adlandırmışdır.
Dağıstan vilayəti 42°-dən 44°-yə qədər şimal en dairəsi və
63°-dən 66°-yə qədər şərq uzunluq dairəsindədir. Şərq tərəfdən
1
Məşhur ərəb tarixçisi Əbülfidanın əsəridir. Hicri 672-ci (=1273) ildə anadan olmuş
və 732-ci (=1331) ildə vəfat etmişdir. Onun ən məşhur kitabları «Əlmüxtəsər fi-ta-
rixülbəşər» ilə «Təqvimülbüldan» adlı əsərləridir.
2
Moisey Xorenski –V əcp tarixçisidir. Qədim dövr tarixi yazan erməni müəlliflərin-
dən ən görkəmlisi hesab olunur. Üç hissədən ibarət olan əsərində ən qədim dövrlər-
dən başlayaraq V əsrin birinci yarısına qədər ermənilərin tarixini sistematik surətdə
yazmışdır. Onun bu tarix kitabı bir çox xarici dillərə, o cumlədən rus dilinə də tərcü-
mə olunmuşdur.
3
Əmin-Əhməd Razi - «Həft-iqlim» adlı məşhur əsərin müəllifidir. Bu əsr köhnə
üsul üzrə yeddi iqlimin (qitənin) məşhur şəhər və qəsəbələrini və hər iqlimdə yetiş-
miş olan adlı-sanlı adamları bildirir. Kitab, hicri 1002-ci (=1593) ildə yazılmışdır.
4
Çamçiyan - XVII əsr erməni istorioqrafiyasının görkəmli nümayəndəsidir. Erməni
və əcnəbi mənbələrdən istifadə edərək, erməni tarixini ta ilk dövrlərindən başlaya-
raq XVII əsrin axırına qədər yazmışdır. Çamçiyanın «Ermənistan tarixi» adlı bu
əsəri, üç cilddən ibarət olaraq, 1785-1787-ci illərdə Venesiya şəhərində çap olun-
muşdur.
15
Xəzər dənizi ilə, şimaldan Terek çayı ilə, qərbdən Çərkəz və Os
(Osetin) mülkü ilə, cənub-qərb tərəfdən Gürcüstanla və cənub-
şərqdən Şirvanla məhduddur. Bu ölkənin şimal-şərq qismi gözəl
yerlərə malik olub, yaşayış vəsaitinin bolluğu ilə məşhurdur. Bu his-
sə, xüsusilə dəniz
və Terek sahillərində, çayların bolluğu və gediş-
gəlişin çoxluğu üzündən, əkinçilik məhsulatının zənginliyi və ticarət
vəsaitinin genişliyi ilə tanınır. Buranın o biri dağlıq qismi, bəzi məh-
suldar vadi və yaylaqlara malik olsa da, ümumiyyətlə, yaşamaq
üçün çox çətin və məşəqqətlidir.
Bu vilayət Məsudinin
1
rəvayətinə görə, hicri 332-ci (=944) ildə
aşağıdakı üç ölkədən ibarət olmuşdur:
1) Qaytaq - bura Dərbəndin şimal tərəfindədir. Hökumət
mərkəzi Səməndər, yəni Tarxudur ki, Nuşirəvan bina etdirib. Sə-
məndər Xəzər xalqının paytaxtı olmuş idi,
lakin Səlman ibni Rəbiə
buranı aldıqdan sonra, xaqan öz paytaxtını Atilə köçürdü. Səmən-
dər əhalisinin çoxu xəzərlər, müsəlmanlar və yəhudilərdən ibarət
olmuşdur...
2) Sərir (taxt) - Dərbəndin şimal-qərbində, üç mənzillik məsa-
fədədir. On iki min ailədən ibarət olmuşdur. Sərir padişahı Filanşah
adlanıb, nəsara (xristian) dinində idi. Bəzilərinin dediyinə görə, Sa-
sani sülaləsindən olan Yəzdicird, ərəblər tərəfindən məğlub edil-
dikdən sonra Xorasana getdi. O öz qızıl taxtını başqa qiymətli şey-
lərlə bərabər Bəhram-Çubin nəslindən olan bir mənsəb sahibinə
verərək, Cibali-Fəthə, yəni Qafqaza göndərdi.
O da indi Sərir adla-
nan mülkü ələ keçirib öz nəslinə tərk etdi. Nizaminin dediyinə gö-
rə, buranın Sərir adlanması Keyxosrovun taxt və tacından nəşət
etmişdir; çünki bu taxt və tac burada bir mağaranın içində idi.
Bəzilərinin dediyinə görə, bu ölkənin hakimləri qızıl taxt üzərində
1
Məsudi - ərəb tarixçilərinin ən böyüklərindən biridir, hicri III əsrin axırlarında
Bağdad şəhərində anadan olmuş və 346-cı (=957/8) ildə Misirdə vəfat etmişdir.
Əsərlərindən ən məşhuru «Mürucüzzəhəb» adlı kitabdır.
16
oturub hökm verdikləri üçün, bu ölkəyə Sərir adı verilmişdir. Sərir
hökmdarı rəiyyəti öz qulu hesab edərdi və dağlılar çöllülərə nis-
bətən daha şücaətli olduqlarından xəzərlər üzərinə basqın edərək
onları qarət edərdilər. Səririn Zirihgəran mülkü olub, hazırda
Köbəçi adlanır. Əhalisi müsəlman, nəsara (xristian) və yəhudidir.
3) Dağlıq Qumuq - Səririn şimalında və Qaytağın
qərbində-
dir. Əhalisi nəsaradır (xristiandır). Padişahları olmadığından öz rəis-
lərinə itaət edirlər. Çox məhsuldar və abad olan Alan ölkəsinə bu-
radan gedərdilər. Kəndlər bir-birinə yaxın olduğundan, bir xoruz
banlayanda bütün kəndlərin xoruzları banlardı. Alan padişahının
ləqəbi Kərkərandac, və ya Kərkəndac, arvadının adı isə, Məğəs idi.
Otuz min atlı qoşunu var idi. Babalarından biri Abbasilər xilafətinin
birinci əsrində nəsara (xristian) dinini qəbul etdi. O vaxta qədər on-
lar atəşpərəst idilər. Hicri 320-ci (=932) ildə onlar nəsara (xristian)
dinini tərk edib, Rum imperatorunun onlara göndərdiyi keşişləri
ölkələrindən çıxarıb qovdular. Alan ilə Cibali-Fəth (Qafqaz) arasın-
da, körpülü bir çay kənarında olan dağın başında bir qala vardır ki,
Hisni-Babi-Alan (Alan qapısının qalası) adlanır.
Dağdan keçmək
ancaq burdan mümkün idi. Bu qala qalaların ən möhkəmi idi. Fars
şairləri bunu çox tərif etmişlər. O, İsfəndiyarın əmrilə tikilmişdir.
Müslimə ibni-Əbdülməlik Qafqazın bir çox yerini itaəti altına
aldıqdan sonra ərəb mühafizlərini bu qalada qoydu. Onlara sərhəd
boyunda olan Tiflis şəhərindən maaş və ərzaq göndərilirdi. Babi-
Laziqə də Gürcüstan nahiyəsində olub, padişahı müsəlman idi. Ala-
nın qərb tərəfində Kəşək mülkü Cibali-Fəthdən Pont dənizinə, yəni
Qara dənizə qədər uzanıb gedir. Buranın əhalisi yaraşıqlı bir tayfa-
dır. Burada tala adlanan və Misir qumaşından daha qiymətli olan
bir qumaş toxuyurlar. Buradan Trabizona tacirlər dəniz vasitəsilə
gedib-gəlirlər. Alanların hücumundan qorunmaq üçün dəniz kəna-
rında qalaları vardır, Kəşək tayfası çox, lakin dağınıqdır. Əgər bun-
lar ittifaq etsəydilər, hamıya qalib gələrdilər. Onların ölkəsinin o
biri tərəfi Səbbüldan (yeddişəhər) ölkəsidir...