Gülşən Orucova, Nərminə Qaragözova, Rafiq İsmayılov, Zahid Xəlilov



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə42/80
tarix16.11.2017
ölçüsü4,58 Kb.
#10688
1   ...   38   39   40   41   42   43   44   45   ...   80

Şagirdlərin cavablarından sonra aşağıdakı şeir oxunur.
Köməkçi sual: – Sadaladıqlarımız nədir?
Tədqiqat sualı:
– Quşlar haqqında nə bilirik?
Tədqiqatın aparılması.
Qruplarla iş. Şagirdlər verilmiş suallar əsasında öz fikirlərini iş
vərəqlərində qeyd edirlər.
I qrup. Ev quşlarını tanıyırsınızmı? Onların faydası nədir?
II qrupQuşların adlarını xanalara yazın.
III qrup. Çöl quşları haqqında nə bilirik?
IV qrup. Çöl quşlarının təbiətə nə faydası var?
Məlumat mübadiləsi və müzakirənin təşkili.
Qrupların təqdimatı dinlənilir və müzakirə
olunur. Dərsliklə iş. Dərslikdən mətn oxunur.  
– Baba nə üçün kolluqda gizlənib bildirçin səsi çıxarırmış?
– Quşlar bir-birinə təhlükə barədə necə xəbər verirlər?
Dərsliyin 90-91-ci səhifələrindəki 1-5-ci tapşırıqlar yerinə yetirlir. 
Dinləmə mətni.
Kamal meşəyə getmişdi. Meşədə “tak, tak, tak” səsləri eşidib ayaq saxladı.
Meşəyə səs salan quşun nazik, uzun, möhkəm dimdiyi var idi. Bu quş ağac
oyuqlarından ziyankar həşəratları çıxarıb yeməklə ağacı xəstəlikdən qoruyurdu.
O elə bil həkimlik edirdi. Sonra Kamal bərkdən “qarr, qarr” səsləri eşitdi. Bu, qara
bir quş idi. Kamal bu quşu da tanımırdı. O, evə qayıdanda  televizorda quşlar
haqqında veriliş göstərilirdi. Kamal verilişdə maraqlı bir quş gördü. O, çox böyük
idi, sanki dəvə boyda. Amma çox ağır olduğundan uça bilmirdi.
Suallar:
– Kamala kömək edin. Siz bu quşları tanıdınızmı? 
– Meşə həkimi kim idi?
– “Qarr, qarr” edən qara quş hansı quşdur? 
– Uça bilməyən böyük quşu tanıyırsınızmı?
– Bu quşlar haqqında daha nə öyrənə bilərik?
Müəllim dərsliyin 91-ci səhifəsində quşlar haqqında verilən mətnləri təyin olunmuş vaxt
müddətində sürətli, düzgün oxumağı tapşırır. Vaxt bitdikdən sonra suallar verilir: 
– Ağacdələn haqqında nə öyrəndiniz?
– Qarğa haqqında nə öyrəndiniz?
– Dəvəquşu haqqında nə öyrəndiniz?
Bülbül gözəl oxuyur,
Sərçə yurda bağlıdır.
Qaranquş yaz qoxuyur,
Göyərçin sülh məramlıdır.
Qartal yeldən sürətli,
Turac şirin ətlidir.
Dəvəquşu böyüksə,
Kolibri çox kiçikdir.
1
B
Ü
L
B
Ü
L
2
X
O
R
U
Z
3
Q
A
R
A
N
Q
U
Ş
4
G
Ö
Y
Ə
R
Ç
İ
N
5
T
U
T
U
Q
U
Ş
U
6
A
Ğ
A
C
D
Ə
L
Ə
N
1. Gözəl səsli quş
2. Ay pipiyi qan ...
3. Yazın elçisi
4. Sülh quşu
5. Danışan quş
6. Meşə həkimi
ЩЕЙВАНЛАР ВЯ ГУШЛАР
111
Дярслярин планлашдырылмасы
Çap üçün deyil


– Ağacdələn, dəvəquşu və qarğanı görünüşlərinə görə başqa quşlardan fərqləndirən
cəhətləri sadalayın. Bu quşları başqa quşların arasından necə tanıyaq?
1-ci tapşırıq. Mətndə işlənmiş siqnal sözü işarə sözü ilə əvəz oluna bilər.
2-ci tapşırıq. Şagirdlərin fərziyyələri dinlənilir.
3-cü tapşırıq. Ağacdələni “meşə həkimi” də adlandırırlar.
4-cü tapşırıq. Dəvəquşunun qidalanması haqqında mətndə heç bir məlumat yoxdur.
5-ci tapşırıq. Şagirdlər quşlar haqqında öyrəndikləri məlumatları bir neçə cümlə ilə ifadə
edib dəftərlərinə yazırlar.
Əlavə tapşırıq. Oxuduğunuz mətnlərdə adları çəkilən quş adlarına əlamət və hərəkət
bildirən sözləri əlavə edib yazın.
Nəticə:_Hər_bir_canlı_kimi,_quşların_da_təbiətə_xeyri_var._Quşlar_təbiətdə_tarazlıq_yaradır,_ziyanverici_həşəratları_məhv_edirlər._Tətbiqetmə._İş_dəftərinin'>Nəticə:
Hər bir canlı kimi, quşların da təbiətə xeyri var. Quşlar təbiətdə tarazlıq yaradır,
ziyanverici həşəratları məhv edirlər.
Tətbiqetmə. 
İş dəftərinin 66-cı səhifəsində verilmiş 1-4-cü tapşırıqlardakı tapmacalar
oxunur. Açar sözlərə əsasən quşun adı deyilir, müvafiq şəkil rənglənir.
Yazı. “İ” hərfi. İş dəftəri, səh. 67.
Ev tapşırığı:
– Dərsdə adı çəkilməyən quş adlarını yazın. Quşların xüsusiyyətləri haqqında
məlumat toplayın.
Qiymətləndirmə.
Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır.
Dərs 43. QAYĞIKEŞ VALİDEYNLƏR (4 saat)
Ad bildirən sözlər
Əlamət bildirən sözlər
Hərəkət bildirən sözlər
qarğa
qara
oğurlayır, yeyir, atır
Məzmun standartları 
Təlim məqsədləri
1.2.1. Müşahidə etdikləri, eşitdikləri və
oxuduqları haqqında  danışır.
Mətndə oxuduğu məlumatları
genişləndirərək izah edir.
1.2.4. Nitq situasiyalarından asılı olaraq
danışıq prosesində müvafiq jest və
mimikalardan istifadə edir.
Fikrini ifadə edərkən müəyyən jestlərdən
yerli-yerində istifadə edir. 
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun  sürətli, düzgün, şüurlu,
ifadəli oxu yur.
Mətni sürətlə oxuyur.
Sualları cavablandırmaqla şüurlu oxuduğunu
nümayiş etdirir.
2.2.3. Mətnin hissələrinə başlıqlar
verməklə məzmununa aid sadə plan  tutur.
Mətnin hissələrini adlandıraraq nəql edir.
3.1.4. Müşahidə və təəssüratlar əsasında
kiçikhəcmli inşalar yazır. 
Heyvanların balalarına göstərdiyi qayğını
müşahidə edərək kiçikhəcmli esse yazır. 
4.1.5. Sözləri qrammatik mənasına görə
qruplaşdırır.
Hərəkət bildirən sözləri və onların zamanını
müəyyən edir.
ЫВ бюлмя
112
Дярслярин планлашдырылмасы
Çap üçün deyil


Motivasiya.
Dinləmə mətni:
Parkda uca bir çinar ağacı var idi. Burada sığırçın yuva qurmuş, bala
çıxarmışdı. Ana sığırçın bütün günü uçur, cücülər tapıb gətirir, balalarını yedirirdi.
Parkda bir pişik çinarın ətrafında dolanır, həsrətlə yuvaya sarı baxırdı. Bir gün
balalardan biri yuvadan yerə düşdü. Ana sığırçın həyəcanla vurnuxmağa başladı.
Pişiyin yaxınlaşdığını görüb onun üstünə şığıdı. Ana çırpınır, pişiyin üzünü-
gözünü dimdikləyirdi. Pişik tab gətirməyib oradan uzaqlaşdı. Parkda oynayan
uşaqlar isə balanı yuvaya qoydular.
Sual: – Ana sığırçının belə cəsarətli olmasına səbəb nə idi?
Tədqiqat sualı:
– Heyvanlar öz balalarına necə qayğı göstərirlər?
Tədqiqatın aparılması. 
Dərsliklə iş. Sinfin səviyyəsindən asılı olaraq mətnin (dərslik,
səh. 92) oxunması üçün vaxt təyin edilir. Şagirdlər həmin vaxt ərzində mətni oxuyub oradakı
məlumatları mənimsədiklərini nümayiş etdirirlər. Aşağıdakı suallar ətrafında müzakirələr
aparılır:
– Mətndə təsvir olunan heyvanlarla insanlar arasında hansı oxşar cəhətlər var?
– “Ölüm-dirim savaşı” ifadəsini necə başa düşürsünüz?
– Toyuq ilə ququ quşunun oxşar və fərqli cəhətlərini söyləyin.
– Ana toyuq öz balalarını necə qoruyur?
– Canavarlar öz balalarının necə qayğısına qalırlar?
– Pələnglər balalarına qayğılarını necə göstərirlər?
– Hansı heyvanlar balalarının qayğısına qalmır?
Məlumat mübadiləsi və müzakirənin təşkili.
1-3-cü tapşırıqlar yerinə yetirilir. 
1-ci tapşırıq. Cavab “C” variantıdır.
2-ci tapşırıq. 1. Balalarını sevən heyvanlar və quşlar
2. Cücələrini qoruyan  toyuq
3. Canavar qayğısı
4. Balalarına tərbiyə verən pələng
5. Balası ilə məşğul olmayan dələ və qu quşu
Mətn tutulmuş plana uyğun olaraq şagirdlər tərəfindən nəql olunur.
3-cü tapşırıq. Yumurta qoymaqla çoxalan heyvanlara tısbağanı, ilanı, timsahı misal
göstərmək olar. 
Nəticə:
Analıq hissi yalnız insanlarda deyil, heyvan və quşlarda da çox güclü olur.
Tətbiqetmə. 
İş dəftərinin 68-ci səhifəsindəki  “Tısbağa” mətni oxunur və təhlil olunur.
 Sual lar verilir:
– Tısbağa necə qorunur?
– Tısbağalar harada yaşayır?
– Ən böyük tısbağa təxminən hansı ölçüdədir?
– Tısbağalar necə çoxalır?
– Tısbağalar öz balalarına necə baxırlar?
Toyuq
Ququ quşu
ЩЕЙВАНЛАР ВЯ ГУШЛАР
113
Дярслярин планлашдырылмасы
Çap üçün deyil


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə