Gülşən Orucova, Nərminə Qaragözova, Rafiq İsmayılov, Zahid Xəlilov



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə43/80
tarix16.11.2017
ölçüsü4,58 Kb.
#10688
1   ...   39   40   41   42   43   44   45   46   ...   80

ЫВ бюлмя
114
Дярслярин планлашдырылмасы
– “Qayğıkeş valideynlər” mətni ilə “Tısbağa” mətnini müqayisə edin. Tısbağa kimi daha
hansı heyvanlar öz balalarının qayğısına qalmır?
Motivasiya.'>DİL QAYDALARI
Motivasiya. 
Dərsliyin 93-cü səhifəsindəki 4-cü tapşırıq yerinə yetirilir. Şəkil adlarını vur -
ğu nun yerini dəyişərək elə tələffüz edirlər ki, hərəkət bildirən söz alınır. Yaxşı olar ki, həmin
sözlər həm ad, həm də hərəkət bildirən sözlər kimi cümlədə işlənsin. 
“Mən nə edirəm?” oyunu.
Uşaqlar dairəvi formada düzülürlər. Hər kəs jestlərlə müəyyən bir hərəkəti təqlid edir. Bir-
bir soruşurlar: “Mən nə edirəm?”  Suala növbə ilə cavab verirlər. Cavab tapan şagird növbəti
jesti edir.
Tədqiqat sualı:
– Əşyanın hərəkətini bildirən sözləri necə tanıyaq? Hərəkətin hansı za-
mana aid olduğunu necə bilmək olar?
Tədqiqatın aparılması.
Qruplarla iş. Şagirdlər verilmiş suallar əsasında öz fikirlərini işçi
vərəqlərində qeyd edirlər.
I qrupMətndən hərəkət bildirən sözləri seçin. Onları cədvəl üzrə yazın və sual verin.
II qrupGün rejimini yazın. Hərəkət bildirən sözləri seçin. Onları elə dəyişin ki,  hərəkət
keçmişdə baş versin. Onlara sual verin.
III qrupPeşə sahiblərinin hərəkətlərini (gördükləri işləri) yazın. 
Həkim –
Müəllim –              
Bağban –
Neftçi –
Bərbər –                   
Bənna –
Dərzi –
Yazdığınız sözləri elə dəyişin ki,  hərəkət gələcəkdə baş versin. Onlara sual verin. 
IV qrup– Heyvanlar və quşlar nə edir? Uyğun olaraq xətlərlə birləşdirin. Hərəkət bildirən
sözlərə sual verin.
sərçə
hürdü
pişik
quruldadı
it    
qarıldadı
inək
cikkildədi
qurbağa
böyürdü
qarğa
miyovuldadı
Hərəkət bildirən sözləri elə dəyişin ki,  onlar hərəkətin indi baş verdiyini bildirsin.
Onlara sual verin.
Məlumat mübadiləsi və müzakirənin təşkili. 
Qrupların təqdimatı dinlənilir və müzakirə
olunur. Dərsliklə iş. Dərsliyin 93-cü səhifəsindəki nəzəri hissə oxunur, izah olunur. 5-ci
tapşırıq yerinə yetirilir.
Nəticə:
Hərəkət bildirən sözlər nə etdi? nə edir? nə edəcək? suallarından birinə  cavab
verir. Hərəkət bildirən sözlər indiki, keçmiş və gələcək zamana aid ola bilər.
Tətbiqetmə. 
Dərsliyin 93-cü səhifəsindəki 6-cı tapşırıq yerinə yetirilir.
Ev tapşırığı:
– Balasının qayğısına qalan hansı heyvanı özünüz (həyatda, filmdə, tele-
viziya, internet vasitəsilə) müşahidə etmisiniz? Gördükləriniz haqqında kiçik esse yazın.
Qiymətləndirmə.
Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır.
Keçmişdə
İndi
Gələcəkdə
Çap üçün deyil


Dərs 44. QAZLAR (4 saat)
Motivasiya.
Müəllim: – Hansı ev quşlarını tanıyırsınız?
– Onlardan hansı uça bilir?
– Sizcə, ev quşları niyə çöl quşları kimi yüksəkdən uça bilmir?
Tədqiqat sualı:
– Həyatda nəyəsə nail olmaq üçün nə etmək lazımdır?
Tədqiqatın aparılması.
Qruplarla iş. Şagirdlər verilmiş suallar əsasında öz fikirlərini iş
vərəqlərində qeyd edirlər.
I qrupEv quşları, onların həyat tərzi.
II qrupÇöl quşları, onların həyat tərzi.
III qrup. Qaz” sözünü cümlələrdə müxtəlif mənalarda işlədin. Qaz (quş) haqqında bildiyi -
nizi yazın.
IV qrupZəhmət haqda atalar sözlərini yazın və mənasını izah edin.
V qrupKrossvord. Çöl quşlarının  (qaz, kəklik, şahin, sərçə, qartalxüsusiyyətləri
sadalanır
Şagirdlər xüsusiyyətlərdən çıxış etməklə quşların adlarını krossvordun müvafiq
xanalarında yazırlar.
Məlumat mübadiləsi və müzakirənin təşkili. 
Qrupların təqdimatı dinlənilir və müzakirə
olunur.
Qazlar haqqında I mətn (dərslik, səh. 94) oxunur, təhlil edilir. Dərsliyin 94-cü səhifəsindəki
Məzmun standartları 
Təlim məqsədləri
1.2.1. Müşahidə etdikləri, eşitdikləri və
oxuduqları haqqında  danışır.
Müşahidə etdiklərini məntiqi ardıcıllıqla
nəql edir.
2.1.2. Öyrəndiyi yeni sözlərin mənasını
izah edir.
Kontekstdən çıxış edərək mətndə rast gəldiyi
yeni sözlərin mənasını izah edir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun  sürətli, düzgün, şüurlu,
ifadəli oxu yur.
Mətni təhlil edərək şüurlu oxuduğunu
nümayiş etdirir. 
Mətndə rast gəldiyi yeni
məlumatları qeyd edir.
2.2.3. Mətnin hissələrinə başlıqlar
verməklə məzmununa aid sadə plan  tutur.
Mətnin hissələrinə məzmuna uyğun başlıqlar
verir.
2.2.4. Mətndəki  əsas  fikrə münasibətini
bildirir.
Mətndəki əsas fikri ifadə edir.
3.1.2. Çap hərfləri ilə yazılmış mətni
üzündən köçürür.
Qeyri-ardıcıl verilmiş mətnin düzgün ardıcıl -
lığını müəyyənləşdirməklə üzündən köçürür.  
4.1.5. Sözləri qrammatik mənasına görə
qruplaşdırır.
Əlamət və hərəkət bildirən sözləri fərq 
-
ləndirir.
Z
Ə
H
M
Ə
T
ЩЕЙВАНЛАР ВЯ ГУШЛАР
115
Дярслярин планлашдырылмасы
Çap üçün deyil


1-ci tapşırıq yerinə yetirilir.  “B” variantındakı fikir mətnin məzmununa daha çox uyğun gəlir. 
Əlavə tapşırıq:
– 1-ci mətnin sonuncu cümləsində əlamət bildirən sözləri seç, onlara yaxınmənalı,
əksmənalı sözlər tapıb dəftərə yaz.
Güclü – qüvvətli – zəif
Ağıllı – bilikli – axmaq  
Çevik – cəld – ləng
2-ci mətni oxumazdan əvvəl müəllim şagirdlərə Qaraca qız” filmindən fraqmentlər
nümayiş etdirir.  Bunu müəllim özü də şərh edə bilər.
Tutu ilə Ağcanın münasibəti, əsl dostun, yoldaşın necə olması haqqında fikirlər söylənilir.
Sual: – Əsl dost necə olmalıdır?
Dərsliklə iş. Qazlar haqqında 2-ci  mətn (dərslik, səh. 95) oxunur, təhlil edilir. Dərsliyin
96-cı səhifəsindəki 2-4-cü tapşırıqlar yerinə yetirilir.
2-ci tapşırıq. Cavab 3-cü cümlədir.
3-cü tapşırıq. Cavab “C” variantıdır.
Tapşırıq 4. Şagirdlər mətnləri adlandırdıqdan sonra (1-ci mətn “Ev quşları niyə uça bilmir”,
2-ci mətn “Köməyə gələn qaz”) mətnlərdə öyrəndikləri yeni məlumatları seçirlər.
Dərsliyin 96-cı səhifəsində əsərin ideyası  ilə bağlı nəzəri məlumat oxunur və izah edilir.
Müəllim keçilən mövzularla bağlı əsərlərin ideyasını soruşur. 
5-ci tapşırıq cavablandırılır (“B” variantı). 
Əlavə tapşırıq: Qazlar” haqqındakı bu mətni əvvəlki mətnlə müqayisə edin (1-ci mətn
hekayə, 2-ci isə təmsildir).
Hər iki mətndən öyrəndiyiniz məlumatlar əsasında qazların xüsusiyyətlərini sadalayın.
Əlavə tapşırıq:  2-ci mətndə işlənmiş hərəkət bildirən sözləri seçin, onların nə zaman baş
verdiyini sualların köməyi ilə araşdırın. Həmin sözləri dəyişməklə digər zamanlarda da
işlədin. (Cədvəl çəkmək olar.)
Nəticə:
Həyatda nəyəsə nail olmaq üçün zəhmət çəkmək, çalışmaq lazımdır. Əsl dost öz
dostunu darda qoymaz.
Tətbiqetmə. 
Verilmiş cümlələrin ardıcıllığını müəyyənləşdirərək mətni dəftərinizə
köçürün.
Ququ quşu uçub göyərçinin yuvasında yumurtladı.
Yazıq göyərçin onun ardınca baxa-baxa qaldı.
Bala ququ qanad açandan sonra uçub öz anasını axtarmağa getdi.
Bir neçə gündən sonra yumurtadan balaca ququ quşu çıxdı.
Göyərçin ona analıq etdi.
Ev tapşırığı: 
Dərsliyin 96-cı səhifəsindəki 6-cı tapşırığı yerinə yetirin. 
Qiymətləndirmə.
Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır.
ЫВ бюлмя
116
Дярслярин планлашдырылмасы
Çap üçün deyil


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə