Gülşən Orucova, Nərminə Qaragözova, Rafiq İsmayılov, Zahid Xəlilov



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə45/80
tarix16.11.2017
ölçüsü4,58 Kb.
#10688
1   ...   41   42   43   44   45   46   47   48   ...   80

Dərs 47. QUYRUQ NƏYƏ GƏRƏKDİR (2 saat)
Motivasiya.
Müəllim uşaqlardan canlıların bədən üzvlərinin (göz, burun, dodaq, qulaq,
pəncə, əl, qanad, üzgəc, ayaq) funksiyalarını soruşur. Şəkillər nümayiş olunur.
Hər orqanın bir funksiyanı yerinə yetirdiyi açıqlanır. 
Sual: – Bəs, sizcə, quyruq nəyəsə lazım ola bilərmi?
Fərziyyələr söylənilir.
Dərsliklə iş. Mətn oxunur, təhlil olunur, suallar cavablandırılır. 1-2-ci tapşırıqlar yerinə ye-
tirilir.
Müəllim: – Sizcə, tülküyə (izini silmək üçün), kenquruya (müvazinətini saxlayır) quyruq
nə üçün lazım ola bilər?
Nəticə:
Hər bir bədən üzvünün öz funksiyası var.
İş dəftərinin 72-ci səhifəsindəki mövzu ilə bağlı tapşırıqlar yerinə yetirilir.
Yazı. İfadə mətni:
İş dəftərinin 72-ci səhifəsindəki dil qaydaları ilə bağlı tapşırıqlar yerinə yetirilir.
Ev tapşırığı:
– 1. Araşdırma aparın: filə xortum nə üçün lazımdır?
2. Dərsliyin 99-cu səhifəsindəki 3-cü tapşırığı yerinə yetirin.
Qiymətləndirmə.
Müəllimin təlim nəticələri üzrə hazırladığı meyarlar əsasında aparılır.
Məzmun standartları 
Təlim məqsədləri
1.2.1. Müşahidə etdikləri, eşitdikləri və
oxuduqları haqqında  danışır.
Öyrəndiyi məlumatlara əsaslanaraq fikrini
izah edir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun  sürətli, düzgün, şüurlu,
ifadəli oxu yur.
Mətni təhlil etməklə şüurlu oxuduğunu
nümayiş etdirir.  
3.1.5. Əzbər bildiyi nəzm nümunələrinin
qısa məzmununu yazır.
Şeiri əzbərləyib qısa məzmununu öz sözləri
ilə yazır.
4.1.5. Sözləri qrammatik mənasına görə
qruplaşdırır.
Əlamət bildirən sözləri müəyyən edir.
ANANIN SÖZLƏRİ
Anasının yanına
Qaçdı balaca Qəşəm,
Dedi: – Ana, ay ana,
Gözəl güllər dərmişəm.
Bundan bağban əminin
Heç olmadı xəbəri.
Gizlin dərib gətirdim
Mən sənə bu gülləri.
Ana söylədi: – Oğlum,
Çox məyus etdin məni.
Analar sevməyirlər
Oğurluq hədiyyəni.   
Tofiq Mütəllibov
ЫВ бюлмя
120
Дярслярин планлашдырылмасы
Çap üçün deyil


Dərs 48. FİLLƏR (2 saat)
Motivasiya.
Müəllim: – Krossvordu həll etsəniz, sarı zolaqda dərsin adı alınacaq.
1. İçində ləpə olan quru meyvə.
2. Süd verən ev heyvanı, qaramal.
3. Dənizin dalğası, qozun içi.
– Biz fil haqqında nə bilirik?
Tədqiqat sualı:
– Filin hansı özünəməxsus xüsusiyyətləri var?
Tədqiqatın aparılması.
Qruplarla iş. Şagirdlər verilmiş suallar əsasında öz fikirlərini iş
vərəqlərində qeyd edirlər.
I qrup. Sizcə, filin xortumu nədir: burun, yoxsa buynuz?
II qrupFil necə qidalanır?
III qrup. “Dəvədən böyük fil var” atalar sözünü necə başa düşürsünüz?
IV qrup. Filin faydası nədir? Onu nə üçün saxlayırlar?
Məlumat mübadiləsi və müzakirənin təşkili. 
Qrupların təqdimatları dinlənilir və
müzakirə olunur. Dərsliklə iş. 1-2-ci tapşırıqlar yerinə yetirilir.  
1-ci tapşırıq. “A” variantı: “Görür” – “Yerinə yetirir”. 
2-ci tapşırıq. “Qədimdə fillərdən hətta müharibə zamanı döyüşlərdə istifadə olunub”
cümləsi mətnə çəkilmiş şəkillə əlaqəlidir. 
Əlavə tapşırıq.
Mətnin 4-cü abzasındakı hərəkət bildirən sözləri seç, onları cümlələrdə keçmiş zamanda
işlət.
Məzmun standartları 
Təlim məqsədləri
2.1.4. Yaxınmənalı və əksmənalı sözlərdən
nit qində istifadə edir.
Mətndə rast gəldiyi yeni sözlərin mənasını
izah edir, onları kontekstə görə yaxınmənalı
sözlərlə əvəz edir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun  sürətli, düzgün, şüurlu,
ifadəli oxu yur.
Mətni sürətli, düzgün oxuyur. Şəkillə mətn
arasındakı uyğunluğu müəyyən edir.
3.1.4. Müşahidə və təəssüratlar əsasında
kiçikhəcmli inşalar yazır. 
Öyrəndikləri və müşahidə etdikləri əsasında
esse yazır.
4.1.5. Sözləri qrammatik mənasına görə
qruplaşdırır.
Hərəkət bildirən sözləri və onların hansı za-
mana aid olduğunu müəyyən edir.
F
I
N
D
I
Q
İ
N
Ə
K
L
Ə
P
Ə
Bildiklərimiz
Bilmək istədiklərimiz
Öyrəndiklərimiz
ЩЕЙВАНЛАР ВЯ ГУШЛАР
121
Дярслярин планлашдырылмасы
Çap üçün deyil


Yazı. Ən çox sevdiyim heyvan. (inşa)  
Plan: 1. Ən çox sevdiyim heyvan hansıdır?
2. Onun hansı xüsusiyyətləri var?
3. Mən onun hansı xüsusiyyətlərini sevirəm?
Nəticə:
BİBÖ cədvəlində öyrəndiklərimiz qeyd olunur. Bir daha sadalanır.  
Tətbiqetmə. 
İş dəftərinin 73-cü səhifəsindəki mövzu ilə bağlı tapşırıqlar yerinə yetirilir.
Ev tapşırığı:
– Dərsliyin 100-cü səhifəsindəki 3-cü tapşırığı yerinə yetirin.
Qiymətləndirmə.
Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır.
Dərs 49. XİLASKAR İT (2 saat)
Motivasiya. 
Müəllim: – İtlərə hansı məqsədlərlə təlim keçirlər? (evi qorumaq, çobana
kömək etmək, sərhədçilərə və polisə iz tapmaqda kömək etmək və s.)
Sual: – İtlərin insanlara daha hansı köməyi dəyə bilər?
Dərsliklə iş. Mətn hissə-hissə oxunur, təhlil olunur. Mətnin janrı (hekayə) müəyyən olunur.
101-ci səhifədəki tapşırıq yerinə yetirilir. 
Aşağıdakı tapşırıqlar ətrafında diskussiya aparılır:
1. İtin hansı xüsusiyyətlərinə görə yanğınsöndürənlər ondan istifadə edirlər?
A) iy bilməsinə görə
B) soyuğa, istiyə qarşı çox davamlı olduğuna görə
C) daha cəld, dözümlü və ağıllı olduğuna görə
2. Mətndəki it nəyə görə özünü təhlükəyə atıb gəlinciyi yanan evdən çıxardı?
A) gəlinciyi canlı bildiyinə görə
B) xilas etdiyi balaca qızı sevindirmək üçün
Məzmun standartları 
Təlim məqsədləri
1.2.1. Müşahidə etdikləri, eşitdikləri və
oxuduqları haqqında  danışır.
Öyrəndiyi məlumatlara əsaslanaraq fikrini
izah edir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun  sürətli, düzgün, şüurlu,
ifadəli oxu yur.
Mətni sürətli, ifadəli oxuyur. Suallara cavab
verməklə şüurlu oxuduğunu nümayiş etdirir.
2.2.2. Bədii mətnləri janrlara  görə (şeir,
hekayə, təmsil, nağıl) fərqləndirir.
Mətnin hekayə janrına aid olduğunu müəy -
yənləşdirir.
3.1.4. Müşahidə və təəssüratlar əsasında
kiçikhəcmli inşalar yazır. 
Öyrəndikləri və müşahidə etdikləri əsasında
esse yazır. 
4.1.3. Rast gəldiyi yeni sözlərin yazılış və
tələffüz qaydalarını müəyyənləşdirmək
üçün lüğətdən istifadə edir. 
İmla yazısındakı deyilişi və yazılışı
fərqlənən sözlərin düzgün yazılışını lüğətin
köməyi ilə müəyyənləşdirir.
4.1.5. Sözləri qrammatik mənasına görə
qruplaşdırır.
Hərəkət bildirən sözləri fərqləndirir və onları
zamana görə ayırır.
ЫВ бюлмя
122
Дярслярин планлашдырылмасы
Çap üçün deyil


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə