Gülşən Orucova, Nərminə Qaragözova, Rafiq İsmayılov, Zahid Xəlilov



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə50/80
tarix16.11.2017
ölçüsü4,58 Kb.
#10688
1   ...   46   47   48   49   50   51   52   53   ...   80

C) Köməyimi təklif edirəm.
Ç) Müraciət gözləmədən bacardığım işi yerinə yetirirəm.
Müəllim sualların cavablarına görə qruplaşma aparır.
Köməkçi sual: – Hansı qrupun uşaqlarını daha qayğıkeş hesab etmək olar?
Tədqiqat sualı:
– Qayğıkeşlik nə deməkdir?
Tədqiqatın aparılması.
Qruplarla iş. Şagirdlər verilmiş suallar əsasında öz fikirlərini iş
vərəqlərinə qeyd edirlər. Şeir bəndlərə əsasən 5 hissəyə bölünür. Hər hissə bir qrupa təqdim
olunur. Şagirdlər təqdim olunan hissəyə başlıq verir və həmin hissənin məzmununu danışırlar.
Başlıqlar təxminən belə ola bilər:
1. Yağışın yağması
2. Quzu islanmasın yağışda
3. Paltarlar  islanmasın yağışda
4. Cücələr  islanmasın yağışda
5. İslanan tək mən oldum
Məlumat mübadiləsi və müzakirənin təşkili. 
Qrupların təqdimatı dinlənilir və müzakirə
olunur.
1-ci tapşırıq yerinə yetirilir.  Ardıcıllıq aşağıdakı  kimi olmalıdır: C, D, A, B, Ç
Şeirin məzmunu cümlələrin ardıcıllığına görə nəql olunur. 
2-ci tapşırıq yerinə yetirilir (məmnunluq, iftixar, sevinc).  
3-cü tapşırıqdakı suallar cavablandırılır. Hər iki mətnin qəhrəmanının başqalarına
təmənnasız yaxşılıq etməsi oxşar cəhət kimi seçilir.   
4-cü tapşırıq yerinə yetrilir. Cümlələrə güclü, hiss edirlər (duyurlar), quşlar, qara, canlanır
sözləri əlavə olunmaqla tamamlanır. Əlavə edilmiş sözlər qrammatik mənalarına görə
qruplaşdırılır.
Tətbiqetmə.
Şərti mikrofon kimi seçilən hansısa əşya şagirdlərdən birinə verilir. Həmin
şagird, məsələn, “Mənə sinif yoldaşım K. yaxşılıq edib. O, ... (yaxşılığın nədən ibarət olduğu
haqda danışır)” deyərək mikrofonu digər şagirdə ötürür. Müəllim mikrofonun bir şagirddən
növbə ilə digərinə keçməsinə nəzarət edir. Sonda kimin adı daha çox çəkilirsə, müəllim
həmin şagirdi qarşıya çağırır və şagirdlər ona xorla: “Etdiyin hər yaxşılığa görə sağ ol”, –
deyirlər. 
Bu cür oyunların keçirilməsi şagirdləri əxlaqi dəyərlərə, xeyirxah işlər görməyə
həvəsləndirir.
İş dəftərinin 83-cü səhifəsindəki mövzu ilə bağlı tapşırıqlar yerinə yetirilir.
Nəticə:
Qayğıkeşlik ətrafdakılara qarşı diqqətli olmaq, təmənnasız yaxşılıq etmək,
köməyini əsirgəməmək deməkdir.
Yazı. “Başınıza gələn elə bir hadisə olubmu ki, sonda şeirdə işlənən nitq etiketini sizə də
söyləsinlər?” sualı əsasında şagirdlər həmin vəziyyətlə bağlı kiçik bir esse yazırlar. 
Ev tapşırığı:
– Yaxşılıqla bağlı atalar sözləri öyrənin.
Qiymətləndirmə.
Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır.
Dərslərin planlaşdırılması
V bölmə
134
Çap üçün deyil


Dərs 58. YALANÇI TÜLKÜ (2 saat)
Motivasiya.
Müəllim: – “Yalan ayaq tutar, amma yeriməz” atalar sözünü necə başa
düşürsünüz?
Cavablar dinlənilir.
– Heç yalanla rastlaşmısınız? (özünüz, yaxud başqası tərəfindən deyilən)
– Həmin yalanın üstü açılıbmı?
– Sizcə, nəyə görə insanlar yalan danışmalı olurlar?
Dərslikdən mətn oxunur. Əfi ilan və qənim olmaq ifadələrinin mənaları açıqlanır. 
Suallar: – “Əlindən qurtarmaq”, “başına yığışmaq”, “bir ağızdan qışqırmaq”, “izi-tozu qal-
mamaq”, “canını qurtarmaq” ifadələrini necə başa düşürsünüz?
– Mətnin adındakı “yalançı” sözünü hansı sözlə əvəz etmək olar? (lovğa)
Mətnin məzmununa aid  plan tutulur:
1. Tülkünün İlanı öldürmək üçün Kirpiyə yalvarmağı
2. Heyvanlar arasında Tülkünün lovğalanmağı
3. Üstü açılan yalan
Şagirdlər tərtib etdikləri plana görə nağılı danışırlar. 
Suallar: – Keçdiyimiz daha hansı mətndə əsərin qəhrəmanı yalan danışır? (“Yaşıl fincan”)
– “Yalançl Tülkü” və “Yaşıl fincan” mətnləri arasında ümumi və fərqli xüsusiyyətləri
aydınlaşdırın. Hər iki mətndə yalanı doğuran səbəbləri izah edin. 
Bu iki mətnə aid suallar cavablandıqdan sonra belə nəticəyə gəlinir: “Yalanın üstü gec-
tez açılır. Şirin yalandan acı həqiqət yaxşıdır”. 
Müəllim şagirdlərdən yalanla bağlı bildikləri atalar sözlərini də soruşa bilər. 
Yalan ayaq tutar, amma yeriməz.
Yalançı özünün düşmənidir.
Yalanın ömrü az olar.
Yalan danışan yanındakını qanmaz yerinə qoyar.
Yalan cücərər, amma bitməz.
Məzmun standartları 
Təlim məqsədləri
1.2.3. Nitqində müvafiq bədii ifadələrdən
istifadə edir. 
Oxuduğu və eşitdiyi atalar sözlərini yerli-
yerində işlədir.
2.1.2. Öyrəndiyi yeni sözlərin mənasını izah
edir.
Çoxmənalı sözün kontekstə görə mənasını
izah edir.
2.1.4. Yaxınmənalı və əksmənalı sözlərdən
nit qində istifadə edir.
Mətndə rast gəldiyi yeni ifadələrin mənasını
başa düşür və onları yaxınmənalı ifadələrlə
əvəz edir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun  sürətli, düzgün, şüurlu,
ifadəli oxu yur.
Mətnin məzmunundan çıxış edərək ona
çəkilmiş illüstrasiyanı şərh edir, uyğunsuzluğu
müəyyənləşdirir. 
2.2.3. Mətnin hissələrinə başlıqlar verməklə
məzmununa aid sadə plan  tutur.
Mətnin məzmununa uyğun plan tutur.
2.2.5. Mətnin məzmununu tərtib etdiyi plana
uyğun  nəql edir.
Mətnin məzmununu tutulmuş plana uyğun
nəql edir.
4.1.3. Rast gəldiyi yeni sözlərin yazılış və
tələffüz qaydalarını müəyyənləşdirmək
üçün lüğətdən istifadə edir. 
Mürəkkəb sözlərin defislə, yoxsa bitişik yazıl -
dığını lüğətin köməyi ilə müəyyənləşdirir.
Dərslərin planlaşdırılması
YAXŞI NƏDİR, PİS NƏDİR
135
Çap üçün deyil


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə