Gülşən Orucova, Nərminə Qaragözova, Rafiq İsmayılov, Zahid Xəlilov



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə49/80
tarix16.11.2017
ölçüsü4,58 Kb.
#10688
1   ...   45   46   47   48   49   50   51   52   ...   80

Dərs 56. RƏHMLİ KÜÇÜK (4 saat)
Motivasiya.
Müəllim belə bir süjet danışır:
– Yağışlı bir gündə avtobus dayanacağında çoxlu sərnişin dayanmışdır. Siz də onların
arasındasınız. Bir nəfər yaxınlaşır, yer olmadığın dan yağışın altında dayanmalı olur. Siz bu
halda nə edərdiniz?
Fərziyyələr dinlənilir. 
– Elə etmək olarmı, hamıya yaxşı olsun?
Dərsliklə iş. Mətn “Akvarium” üsulu ilə səsli oxunur (bu zaman müəllim tapşırır ki, mətni
oxuyanlar obrazların nitqini onların xarakterinə uyğun səsləndirməyə çalışsınlar) və təhlil olu -
nur. Mərkəzdəki qrupun mülahizələrini və nəticələrini II qrup davam etdirir və ümumi nəticə
çıxarılır. 
1-5-ci tapşırıqlar yerinə yetirilir.  
Sual: – Döymək” – “döyəcləmək”, “ev” – “evcik” sözləri arasındakı məna fərqlərini izah
edin. 
Tapşırıq 2. Küçüyün xarakterinə uyğun sözlər seçilir: həssas, mərhəmətli, xeyirxah,
qəribə, sadəlövh, cəsur, mehriban, təvazökar. 
Sual: – Bu sözlər əşyanın nəyini bildirir: adını, əlamətini, yaxud hərəkətini?
Tapşırıq 3. Yəqin ki, şagirdlər “C” variantını mətnə başlıq seçəcəklər. Onlar öz seçimini
əsaslandırmalıdırlar. Müəllim şagirdlərə təklif edə bilər ki, cavab variantlarında nəzərdə
tutulmamış başqa versiyalar da irəli sürsünlər; məsələn: “Hamıya yaxşılıq etmək istəyən küçük”.
Məzmun standartları 
Təlim məqsədləri
1.2.1. Müşahidə etdikləri, eşitdikləri və
oxuduqları haqqında  danışır. 
Müşahidə etdiklərinə və öyrəndiklərinə
əsaslanaraq fikirlərini ifadə edir.
2.1.2. Öyrəndiyi yeni sözlərin mənasını
izah edir.
Düzəltmə sözlə sözün kökü arasındakı
məna fərqini izah edir.
2.1.3. Öyrəndiyi yeni sözlərdən nitqində
istifadə edir.
Verilmiş sözlərdən mürəkkəb söz yaradaraq
cümlədə işlədir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun  sürətli, düzgün, şüurlu,
ifadəli oxu yur.
Mətni oxuyarkən obrazların nitqini onların
xarakterinə uyğun səsləndirir.
2.2.3. Mətnin hissələrinə başlıqlar
verməklə məzmununa aid sadə plan  tutur.
Mətnin ideyasına uyğun olaraq yeni başlıq
seçir. 
2.2.4. Mətndəki  əsas  fikrə münasibətini
bildirir.
Mətndəki obrazları xarakterizə etməklə əsas
fikrə münasibət bildirir.
3.1.1. Yazısında sadə hüsnxət norma larına
riayət edir.
“Q” hərfini hüsnxət normalarına uyğun yazır
və digər hərflərlə birləşdirir.
3.1.2. Çap hərfləri ilə yazılmış mətni
üzündən köçürür.
Mətnin müəyyən hissələrini üzündən köçürür.
4.1.3. Rast gəldiyi yeni sözlərin yazılış və
tələffüz qaydalarını müəyyənləşdirmək
üçün lüğətdən istifadə edir. 
Mürəkkəb sözlərin defislə, yoxsa bitişik yazıl -
dığını lüğətin köməyi ilə müəyyənləşdirir.
4.1.5. Sözləri qrammatik mənasına görə
qruplaşdırır.
Əlamət bildirən sözləri fərqləndirir. 
Dərslərin planlaşdırılması
YAXŞI NƏDİR, PİS NƏDİR
131
Çap üçün deyil


5-ci tapşırıq yerinə yetirilir.  Şifrlənmiş söz “mərhəmət” sözüdür. Sözün mənası açıqlanır:
rəhm, şəfqət, xeyirxahlıq, insaf.
Müəllim şagirdlərə müraciət edir:
– Sinif yoldaşlarınız arasında daha çox mərhəmətli olan kimdir?
– Nə üçün onu mərhəmətli sayırsınız?
Şagirdlər nümunələr göstərirlər. 
Yazı. Küçüyün rəhmli olduğunu bildirən hissələr mətndən seçilir  və dəftərə köçürülür.
İş dəftərinin 81-ci səhifəsindəki mövzu ilə bağlı tapşırıqlar yerinə yetirilir.
DİL QAYDALARI
6-cı tapşırıq yerinə yetirilir.  A və B cümlələrində dolu sözü mətndəki mənası ilə eynidir,
nə? sualına cavab verir, ad bildirir. 3-cü cümlədə isə necə? sualına cavab verir, əlamət bildirir. 
Motivasiya.
 7-ci tapşırıq yerinə yetirilir.  Ev və eşik sözlərindən ev-eşiyinəağıl və batan
sözlərindən isə ağlabatan sözləri yaranmışdır.
Müəllim ayaqqab və ayaqqabı şəkilləri nümayiş etdirir (başqa şəkillər də göstərilə bilər:
dəvəquşdəvəquşuitburunitburnu) və soruşur:
– Bu şəkillərin bir-biri ilə nə əlaqəsi var?
Köməkçi sual
ayaq + qab = ?
dəvə + quş = ?
it + burun = ?
Tədqiqat sualı:
– Mürəkkəb sözlər necə yaranır?
Tədqiqatın aparılması.
Qruplarla iş. Şagirdlər verilmiş suallar əsasında öz fikirlərini işçi
vərəqlərinə qeyd edirlər.
I qrupVerilən sözlərdən (sözlərin siyahısını müəllim tərtib edir) quruluşca mürəkkəb
olanları seçin. Onlardan istifadə etməklə cümlə qurun.
II qrupSağ sütundakı sözlərdən sol sütundakı sözlərə uyğun gələni əlavə etməklə mü -
rək kəb sözlər düzəldin. 3 sözü cümlədə işlədin.
III qrup.  Mürəkkəb sözləri sadə sözlərə ayırın: qızılgül, ürəyiyumşaq, yastıdaban,
qısaqol, qaramal, ağbəniz, xoşbəxt, istiot, meşəbəyi, qaratoyuq, aşsüzən,
boşqab.
IV qrupSağ sütundakı sözlərdən sol sütundakı sözlərə uyğun gələni əlavə etməklə mü -
rək kəb sözlər düzəldin. Lüğətin köməyi ilə onlardan hansının bitişik, hansının
defislə yazıldığını müəyyənləşdirin.
I sütun
II sütun
it
çəp
qızıl
üç
şələ
göz
bucaq
quyruq
burun
gül
Mürəkkəb söz
I sadə söz
II sadə söz
Dərslərin planlaşdırılması
V bölmə
132
Çap üçün deyil


Məlumat mübadiləsi və müzakirənin təşkili. 
Qrupların təqdimatları dinlənilir və müzakirə
olunur. Dərsliklə iş. Dərsliyin 114-cü səhifəsindəki nəzəri hissə oxunur, izah olunur, 8-11-ci
tapşırıqlar yerinə yetirilir.
Tapşırıq 9. Qara sözündən qaragözqarabənizmal-qara mürəkkəb sözləri yaranır.
Nəticə:
Mürəkkəb söz iki sözün birləşməsindən yaranır.
Tətbiqetmə.
İş dəftərinin 81-ci səhifəsindəki dil qaydaları ilə bağlı tapşırıqlar yerinə 
yetirilir.
Yazı. Hüsnxət. “Q” hərfi. İş dəftəri, səh. 82.
Ev tapşırığı:
– Dərsliyin 113-cü səhifəsindəki 4-cü tapşırığı yerinə yetirin. 
(Müəllim şagirdlərə dolunun kənd təsərrüfatına da böyük ziyan vurduğunu xatırladır.)
Qiymətləndirmə.
Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır.
Dərs 57. KİM İSLANDI YAĞIŞDA (4 saat)
Motivasiya.
Müəllim: – Elə təsəvvür edin ki, bu gün sizə çoxlu qonaq gələcək. Ananız
da çox narahatdır ki, görəcəyi işləri çatdırmaz. Bu halda siz nə edirsiniz? 
A) Anamın verəcəyi tapşırığı gözləyirəm.
B) Anamla birlikdə eyni işi yerinə yetirirəm.
I sütun
II sütun
boş
ağac
gül
kəklik
söz
çiçək
qab
otu 
söhbət
dələn
Məzmun standartları 
Təlim məqsədləri
1.2.1. Müşahidə etdikləri, eşitdikləri və
oxuduqları haqqında  danışır. 
Qazandığı bilikləri əvvəl bildikləri ilə müqa -
yisə edir. 
Oxuduğu şeirin məzmununu danışır.
2.2.3. Mətnin hissələrinə başlıqlar verməklə
məzmununa aid sadə plan  tutur.
Şeirin hissələrinə başlıqlar verir, mətnin
planını tutmaqla məzmun ardıcıllığını
müəyyən edir. 
1.2.2. Dialoqlarda vəziyyətə uyğun nitq
etiketlərin dən istifadə edir. 
Situasiyadan asılı olaraq nitqində müvafiq
təşəkkür etiketlərindən istifadə edir.
2.2.4. Mətndəki  əsas  fikrə münasibətini
bildirir.
Mətndəki əsas fikri izah edir və münasibət
bildirir. 
3.1.4. Müşahidə və təəssüratlar əsasında
kiçikhəcmli inşalar yazır. 
Müşahidə etdikləri əsasında esse yazır.
4.1.5. Sözləri qrammatik mənasına görə
qruplaşdırır.
Ad, əlamət, hərəkət  bildirən sözləri fərqlən di -
rir və nitqində istifadə edir.
Dərslərin planlaşdırılması
YAXŞI NƏDİR, PİS NƏDİR
133
Çap üçün deyil


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə