Gülşən Orucova, Nərminə Qaragözova, Rafiq İsmayılov, Zahid Xəlilov



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə57/80
tarix16.11.2017
ölçüsü4,58 Kb.
#10688
1   ...   53   54   55   56   57   58   59   60   ...   80

Tədqiqat sualı: 
– Kobud olmağın nə kimi pis nəticələri ola bilər?
Tədqiqatın aparılması: 
Qruplarla iş. Şagirdlər verilmiş suallar əsasında öz fikirlərini işçi
vərəqlərinə qeyd edirlər.
Mətnin hər bir hissəsi ayrıca yazılmış halda qruplara verilir.
I qrup. Vasif möhkəm bədənli, güclü oğlandır. Hamı ondan çəkinir. Beləsindən necə
qorxmayasan! Yoldaşlarını vurur, qızların saçını dartır, itlə, pişiklə pis rəftar edir,
hətta nənəsi ilə kobud danışır. Bir sözlə, Vasif heç kimdən qorxmur, heç nədən
çəkinmir.
Tapşırıq: – Vasifin hərəkətlərinə münasibət bildirin. 
II qrup. Bir gün Vasif yolda  gördüyü hadisəni sinif yoldaşlarına danışmaq istədi. Amma
oğlanlar ona qulaq asmaq belə istəmədilər. Vasif qızların yanına gəldi. O yaxın -
la şan kimi qızlar oradan uzaqlaşdılar.
Sual: – Vasifə uşaqların pis münasibətinin səbəbi nə idi?
III qrup. Vasifin kefi pozuldu. Evə gələndə itlə oynamaq istədi. Amma Toplan onu görən
kimi küçəyə qaçdı. Hələ Məstanı demirsən! Pişik şkafın üstünə çıxıb qəzəbli,
yaşıl gözləri ilə ona baxırdı. 
Sual: – Heyvanlar insanlara qarşı çox mehriban olurlar. Vasif onlarla necə dost
ola bilərdi? Bəs onlar niyə Vasifdən üz döndərdilər?
IV qrup. Əlacı kəsilmiş Vasif nənəsinin yanına gəldi. Nənə nəvəsinin üzünə belə bax-
madan sakitcə corab toxumağa davam etdi. Güclü, qorxmaz Vasif tək qalmışdı.
Lap tək-tənha.
Sual: – Vasif səhvini başa düşdümü?
Məlumat mübadiləsi və müzakirənin təşkili. 
Qrupların təqdimatları dinlənilir və müzakirə
olunur. Aşağıdakı suallar verilir:
– Kobudluğun nəticəsi nə olur?
– Görəsən, tək qalmış Vasif nə düşündü? 
– Vasifə nə məsləhətlər verərdiniz?
Tapşırıq 1. Smayliklərlə yerinə yetirilir.
Nəticə:
Kobudluq edən şəxs tək qala bilər. Tək adam isə həyatda zəif adamdır.
Tətbiqetmə.
Cütlərlə iş. “Nə olardı, əgər...”  
– Vasif  yoldaşları ilə nəzakətlə davransaydı, nə olardı?
– Vasif  itlə mehriban rəftar etsəydi, nə olardı?
– Vasif  pişiklə mehriban davransaydı, nə olardı?
– Vasif  nənəsi  ilə səmimi, xoş rəftar etsəydi, nə olardı?
– Yoldaşları Vasifə qulaq assaydılar, nə olardı?
Ev tapşırığı:
– Vasifə məktub yazın. Məktubda ona öz məsləhətlərinizi verin. 
Qiymətləndirmə.
Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır.
KOBUD
Dərslərin planlaşdırılması
YAXŞI NƏDİR, PİS NƏDİR
151
Çap üçün deyil


Dərs 67. LOVĞA (2 saat)
Motivasiya. 
Müəllim: – Bunlar hansı xasiyyətin əlamətləridir: heç kəsi bəyənməmək,
özünü hamıdan üstün tutmaq, özünü yerli-yersiz tərifləmək, öyünmək? (Lovğalıq)
Şagirdlərin cavabları dinlənildikdən sonra tədqiqat sualı qoyulur.
Tədqiqat sualı: 
– Lovğa olmaq niyə pisdir?
Tədqiqatın aparılması. 
Qruplarla iş. Şagirdlər verilmiş suallar əsasında öz fikirlərini iş
vərəqlərinə qeyd edirlər.
I qrupMətn verilir:
Müəllim sabah yoxlama işi olacağını şagirdlərə xəbər verib tapşırdı ki, yaxşı
hazırlaşsınlar. Nadir yoldaşlarına dedi: – Mən yaxşı oxuyanam. Onsuz da hər şeyi
bilirəm. Məndən yaxşı bilən yoxdur. Hazırlaşmaq lazım deyil.  Mən əla yazacağam.
O, kitab-dəftərə heç toxunmadı, təkrar etmədi. Anası ona “Dərslərini təkrar elə,
yoxlama olacaq” deyəndə isə cavab verdi ki, “mən hər şeyi bilirəm. Yaxşı qiymət
alacağam”.
Səhəri gün Nadir yoxlamanı yaza bilmədi. Qalan uşaqlar isə yaxşı qiymət aldılar.
Tapşırıq: – Nadirin hərəkətinə münasibətinizi bildirin. 
II qrup. Mətn verilir:
Bizim sinifdə Müslüm adlı bir oğlan oxuyur. Əvvəllər o, biliyi və fərasəti ilə hamıdan
seçilir, sinif yoldaşları ilə səmimi və mehriban rəftar edir, yoldaşcasına davranırdı.
Müəllimlər də, şagirdlər də ona hörmət edirdilər. Sonralar o getdikcə dəyişməyə
başladı. Əvvəlcə yavaş-yavaş lovğalıq hissi onda özünü göstərməyə başladı. Yerli-
yersiz öyünür, hər yerdə özünü çoxbilən kimi göstərməyə, başqalarından üstün
olduğunu sübut etməyə çalışırdı. Artıq o heç kimi bəyənmir, yalnız özünü sevirdi.
Çox keçmədi ki, Müslüm dərslərindən də zəifləməyə, aşağı qiymət almağa başladı.
Artıq sinifdə heç kim ona hörmətlə yanaşmır, onu əvvəlki kimi saymır.
Sual: – Müslüm özünün əvvəlki hörmətini qaytara bilərmi? Bunun üçün o nə
etməlidir? 
III qrup. “İdman yarışı” mövzusunda hekayə qurun. Hekayədə aşağıdakı ifadələrdən istifadə
edin: “Özünü təriflədi, hamıdan daha üstün saydı, öyündü, çalışmadı, əziyyət
çəkmədi, mən birinciyəm, onsuz da güclüyəm, yarış günü,  yarışdı, uduzdu”.
Sual: – Udan tərəf olmaq üçün nə etmək lazımdır?
Məzmun standartları 
Təlim məqsədləri
1.2.1. Müşahidə etdikləri, eşitdikləri və
oxuduqları haqqında  danışır. 
Müşahidələri əsasında mövzu ilə bağlı  fikir
irəli sürür.
2.1.3. Öyrəndiyi yeni sözlərdən nitqində
istifadə edir.
Yeni sözlərin mənalarını dərk edərək nitqində
istifadə edir.
2.1.4. Yaxınmənalı və əksmənalı sözlərdən
nit qində istifadə edir.
Mətndəki yeni sözlərin mənasını başa düşür
və onları əksmənalı sözlərlə əvəz edir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun  sürətli, düzgün, şüurlu,
ifadəli oxu yur.
Şeiri oxuyarkən məzmununa uyğun səs
tonu seçir.
3.1.5. Əzbər bildiyi nəzm nümunələrinin
qısa məzmununu yazır.
Əzbər bildiyi şeirin məzmununu yazır.
4.1.5. Sözləri qrammatik mənasına görə
qruplaşdırır.
Hərəkət bildirən sözləri seçir, onları digər
zamanlarda işlədir.
Dərslərin planlaşdırılması
V bölmə
152
Çap üçün deyil


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə