Gülşən Orucova, Nərminə Qaragözova, Rafiq İsmayılov, Zahid Xəlilov



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə60/80
tarix16.11.2017
ölçüsü4,58 Kb.
#10688
1   ...   56   57   58   59   60   61   62   63   ...   80

Müəllim bu hadisələri özündə əks etdirən slayd nümayiş etdirdikdən sonra sinfə sualla
müraciət edir:
– Planetin bütün xəstəliklərinin günahkarı kimlərdir?
(İnsanlar. Yəqin, insanlar yaddan çıxarıblar ki, bizimlə birlikdə Yer üzündə yaşayan hey-
vanlar, bitkilər üçün, həmçinin çaylar və dənizlər, ümumiyyətlə, yaşadığımız planet üçün ca -
vabdehdirlər. 
Hamımızın yaşadığı bir planet var, o da Yer kürəsidir. Biz özümüzə yaşamaq üçün başqa
planet seçə bilmərik, eyni zamanda Yer də özünə başqa sakinlər seçə bilməz. 
Biz hamımız Yer adlanan böyük gəminin sərnişinləriyik, deməli, ondan düşüb heç nəyə
minə bilmərik. Yer kürəsi sağlam deyilsə, deməli, insanlar da sağlam deyil. Gəlin yaşa dığımız
planeti qaydaya salaq. Ana Təbiət də rahat olsun.)
Təqdimatlardan sonra “Təbiətin dərdi” şeirinin sonuncu bəndi oxunur:
Bu cür saf, gözəl məkanda
Cənnət var – Aran, Şirvan.
Dünyanın şah guşəsidir
Bizim doğma Azərbaycan!
Dil qaydaları. Mətndən indiki zamanda olan hərəkət bildirən sözlər seçilir və həmin sözlər
keçmiş zamanda işlədilir.
3-cü tapşırıqla bağlı sözlərin böyük hərflə yazılışına dair qaydalar təkrar olunur. Müəllim
bildirir ki, əsərlərdə obraz adları, hətta onlar insan anlayışı bildirməsə belə, böyük hərflə
yazılır.  
Yazı. Ana təbiətə cavab məktubu yazın. Məktubda elə fikirlər səsləndirin ki, Ana təbiət
sakitləşsin, inansın ki, siz onun həyəcanına son qoyacaqsınız.
Nəticə:
Misalları həll edərək şifrlənmiş cümləni oxuyun.
20 – 14 = q
4 x 3 = ə
24 + 37 = u
72 + 8 = i
61 – 13 = o
3 x 7 = a
50 – 25 = r
38 + 4 = t
58 – 30 = b
92 – 36 = y
42  12  28  80  12  42  80;  6 48 25 61 56 21 6 – Təbiəti qoruyaq.
Tətbiqetmə.
İş dəftərinin 98-ci səhifəsindəki mövzu ilə bağlı tapşırıqlar yerinə yetirilir.
Ev tapşırığı:
– “Mən təbiəti qorumaq üçün nə edə bilərəm” mövzusunda inşa yazın.
Qiymətləndirmə.
Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır.
Dərslərin planlaşdırılması
VI bölmə
158
Çap üçün deyil


Dərs 72. GÜNƏBAXAN (2 saat)
Motivasiya.
– O hansı bitkidir ki, gün çıxanda gülür, gün batanda küsür, günəşi çox
sevir?
“Günəbaxan” cavabı alındıqdan sonra müəllim soruşur:
Sizcə, ayabaxan bitkisi də varmı? 
Tədqiqat sualı:
– Günəbaxan bitkisi haqqında nə bilirik, daha nələri bilməliyik? Ayabaxan
bitkisi varsa, onu necə təsəvvür edirsiniz?
Tədqiqatın aparılması. 
Qruplarla iş. Şagirdlər verilmiş suallar əsasında öz fikirlərini iş
vərəqlərində qeyd edirlər.
I qrup
1. Günəbaxanın niyə belə adlandığını izah edin və şəklini çəkin.
2. Ayabaxan bitkisi varsa, o nə zaman açılır?
II qrup
1. Günəbaxanın faydası haqqında nə bilirsiniz?
2. Ayabaxan bitkisi varsa, onun faydası nə ola bilər?
III qrup
1. Günəbaxan və sünbülü müqayisə edin. Onların oxşar və 
fərqli cəhəti nədir?
2. Ayabaxan bitkisi varsa, onun toxumları necə ola bilər?
IV qrup
1. Günəbaxan və qızılgülü müqayisə edin. Onların oxşar və  
fərqli cəhəti nədir?
2. Ayabaxan bitkisi varsa, onu necə təsəvvür edirsiniz? 
Şəklini çəkin.
Məlumat mübadiləsi və müzakirənin təşkili.
Qrupların təqdimatı dinlənilir və müzakirə
olunur. Dərsliklə iş. Dərsliyin 139-cu səhifəsindəki “Günəbaxan” və “Ayabaxan” mətnləri oxu -
nur, janrına görə onların fərqi aydınlaşdırılır.  1-4-cü tapşırıqlar yerinə yetirilir. 
4-cü tapşırıq. “Gün” – ad, “baxan” – hərəkət bildirən sözdür.
Nəticə:
Günəbaxan faydalı bitkidir. “Ayabaxan” adlı bitki yoxdur.  
Tətbiqetmə. 
Şagirdlər tanıdıqları çiçəklərin, bitkilərin xüsusiyyətləri haqqında bildiklərini
danışırlar.
Ev tapşırığı:
– Günəbaxanın şəklini çəkib onun haqqında daha çox məlumat toplayın.
Qiymətləndirmə.
Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır.
Məzmun standartları 
Təlim məqsədləri
1.2.1. Müşahidə etdikləri, eşitdikləri və
oxuduqları haqqında danışır.
Topladığı məlumatlar əsasında danışır.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun  sürətli, düzgün, şüurlu,
ifadəli oxu yur.
Mətndəki fikirləri tamamlamaqla məzmunu
mənimsəyərək şüurlu oxuduğunu nümayiş
etdirir.
2.2.2. Bədii mətnləri janrlara  görə (şeir,
hekayə, təmsil, nağıl) fərqləndirir.
Şeirlə nəsri  fərqləndirir.
4.1.5. Sözləri qrammatik mənasına görə
qruplaşdırır.
Ad və hərəkət bildirən sözləri fərqləndirir.
Dərslərin planlaşdırılması
TƏBİƏTİN SİRLƏRİ
159
Çap üçün deyil


Dərs 73. İPƏKQURDU (4 saat)
Motivasiya.
Parçanın bir neçə növü nümayiş etdirilir. Suallar verilir:
– Kim bu parçaların növünü bilir? (İpək, yun, kətan, çit)
– Parçalar nədən toxunur? (Sapdan) 
Tədqiqat sualı:
– Sapı nədən əyirirlər?
Fərziyyələr dinlənilir. Daha sonra dərslikdəki mətn oxunub təhlil olunur. 
Qeyd. Yalnız tut yarpağı yeyən tırtıllar xeyirlidir. Palıd, qoz yarpağı yeyən tırtıllar
çox ziyanlıdır. Zəhərli olduğuna görə onları quşlar da yemir. Ona görə belə həşəratları
məhv etmək çətin olur.
Məlumat mübadiləsi və müzakirənin təşkili.
Dərsliklə iş. Dərsliyin 140-cı səhifəsindəki
1-2-ci tapşırıqlar yerinə yetirilir. 
1-ci tapşırıq. Nöqtələrin yerinə tut yarpağı, barama, sap, kəpənək, ipək sözləri əlavə olu -
nur.
2-ci tapşırıq. Qoyundan yun qırxılır, pambıq qozasından pambıq alınır, ipəkqurdu  barama
hörür. Bunların hər üçündən – yundan, pambıqdan, baramadan sap alınır. Yun sapdan yun
parça, pambıq sapdan pambıq parça, baramadan alınan sapdan ipək parça toxunur. Bu
parçalardan paltar tikilir. 
Yazı. Mətndən ipəkqurdu tırtılının kəpənəyə çevrildiyi hissəni dəftərinizə köçürün.
İş dəftərinin 99-cu səhifəsindəki mövzu ilə bağlı tapşırıqlar yerinə yetirilir.
Nəticə:
Təbiətin bəxş etdiyi sərvətlərdən istifadə etmək, onları qorumaq lazımdır.
DİL QAYDALARI
Motivasiya.
Dərslikdən 3-cü tapşırıq yerinə yetirilir. İnsanın arzusu, böyüyə hörmət, topu
tutmaq, alma bağı ifadələri səslənir.
Tədqiqat sualı:
– Sözlərdən alınmış ifadələr həmin sözlərdən nə ilə fərqlənir?
Tədqiqatın aparılması.
Qruplarla iş. Şagirdlər verilmiş suallar əsasında öz fikirlərini iş
vərəqlərində qeyd edirlər.
I qrup. Sol və sağ sütunlardakı sözləri düzgün birləşdirməklə söz birləşmələri yaradın.
şəhər
otaq
Məzmun standartları 
Təlim məqsədləri
1.2.1. Müşahidə etdikləri, eşitdikləri və
oxuduqları haqqında danışır. 
Öyrəndiyi və müşahidə etdiyi məlumatlara
əsaslanaraq tapşırıqları həll edir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun  sürətli, düzgün, şüurlu,
ifadəli oxu yur.
Mətni sürətli, düzgün oxuyur. Mətndəki  əsas
məlumatları seçməklə şüurlu oxuduğunu
nümayiş etdirir.
3.1.1. Yazısında sadə hüsnxət norma larına
riayət edir.
“O” hərfini hüsnxət normalarına uyğun yazır
və digər hərflərlə birləşdirir.
3.1.2. Çap hərfləri ilə yazılmış mətni
üzündən köçürür.
Mətndə müəyyən olunmuş hissəni üzündən
köçürür.
3.1.4. Müşahidə və təəssüratlar əsasında
kiçikhəcmli inşalar yazır. 
İpəkqurdu haqqında aldığı məlumatlara
əsaslanaraq esse yazır.
4.1.6. Cümləni digər nitq vahidlərindən
fərqləndirir. 
Söz birləşmələrini söz və cümlələrdən
fərqləndirir.
Dərslərin planlaşdırılması
VI bölmə
160
Çap üçün deyil


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə