Gülşən Orucova, Nərminə Qaragözova, Rafiq İsmayılov, Zahid Xəlilov


Şəhərin kənarında gecələyən dostlar



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə56/80
tarix16.11.2017
ölçüsü4,58 Kb.
#10688
1   ...   52   53   54   55   56   57   58   59   ...   80

Şəhərin kənarında gecələyən dostlar
1. Su satmağa yollanan dostlar
2. Şəhərdə
3. Şəhərin kənarında
4. Suyun içinə düşən böcək
Mətnin məzmunu plan üzrə nəql edilir.
Şagirdlərə mətnin davamını təxmin etmək tapşırılır: – Sizcə, mətnin sonrakı hissəsində
səhəngə düşmüş böcəyin nə rolu olacaq? Nəyə görə müəllif Nicatın böcəyə münasibətini bu
qədər vurğulayır?
Şagirdlərin versiyalarından sonra mətnin II hissəsi (dərslik, səh. 129) oxunur, təhlil olunur
və suallar verilir:
– Nicatla Dəcəlin münasibətində nə daha çox xoşunuza gəldi?
– Siz bir qəbahət iş görəndə etiraf edə bilərsinizmi?
– Siz böcəyə nə deyərdiniz?
Oxunan hissəyə başlıq verilib plan tutulur: 
Əsl dostlar
1. Kiçilən dostlar
2. Sirli böcək
3. Böcəyin xilas edilməsi
4. Sinaq
5. Əsl dostluq
Mətnin məzmunu plan üzrə nəql edilir.
Mətnin sonundakı tapşırıqlar yerinə yetirilir.
Tapşırıq 1. Smayliklərlə yerinə yetirilir.
Tapşırıq 2. “B” variantındakı cümlə mətnin ideyası ilə bağlı deyil.
Tapşırıq 3. 1-ci boşluğa “dünən səni darda qoydum”, 2-ci boşluğa “Axı ata-anası onun
yolunu gözləyir”, 3-cü boşluğa “Axı səhvi mən etmişəm” cümləsi uyğun gəlir. 
Tapşırıq 4. Ardıcıllıq aşağıdakı şəkildə olmalıdır:
Ç, B, A, D, E, C
Danışma.
Müəllim aşağıdakı sualları verməklə şagirdləri danışmağa, fikirlərini sərbəst
ifadə etməyə yönəldir.
– Dostunuzla bağlı elə hadisə veribmi ki, siz onun etibarına, sadiqliyinə bir daha əmin ol-
musunuz?
– Dostluğun möhkəmliyi daha nədə əks olunur?
Nəticə: Dost dosta tən gərək. Yoldaşlıq edirsənsə, həm çətinlikdə, həm də dar gündə bir
olmalısan. Səhvini etiraf etməyi bacarmaq lazımdır. Yoldaşına qarşı ədalətli, rəhmli
olarsansa, əvəzini görərsən.
İş dəftərinin 91-ci səhifəsindəki mövzu ilə bağlı tapşırıqlar yerinə yetirilir.
Müsbət təlim mühiti yaratmaq və şagirdlərin kommunikasiyasını təşkil etmək üçün “Fikri
yenidən qısaca ifadə etmək” (yaxud “Xarab olmuş telefon”) üsulu ilə şagirdlər fikirlərini bir-
birinə çatdırırlar. Bunun üçün şagirdlər qruplara bölünürlər. Hər qrupa üzərində atalar sözləri
yazılmış vərəqlər paylanır. Məsələn, bir qrupa üzərində “Dost-düşmən qara gündə bəlli olar”
atalar sözü yazılmış vərəq verilir. Bir şagird bu fikri oxuyur, vərəqin atalar sözü yazılmış
hissəsini qatlayıb, təmiz hissədə bu fikri başa düşdüyü şəkildə yazır və digər yoldaşına
ötürür. Beləliklə, hər iştirakçı əvvəlki qeydlərə əsasən öz fikrini yazır. İş sona çatdıqda axırıncı
Dərslərin planlaşdırılması
V bölmə
148
Çap üçün deyil


iştirakçı ilk və son fikirləri ucadan oxuyur. Adətən, bu fikirlər bir-birindən kəskin fərqlənir.
Sonra şagirdlər vərəqi açıb ilk yazılmış cümlədən başlayaraq fikirlərin birindən digərinə doğru
necə dəyişdiyini oxumaqla izləyirlər.
Digər qruplara “Dostun yoxsa – axtar, tapdın – qoru”, “Örtülü bazar dostluğu pozar”, “Dost-
dostdan bezar olmaz, aralıqda mərdimazar olmasa” atalar sözləri yazılmış vərəqlər verilə bilər.
Bütün qrupların fikirləri oxunduqdan sonra refleksiya keçirmək yaxşı olardı:
– Bu tapşırıqdan hansı nəticəni çıxarmaq olar?
– İnformasiyanın düzgün ötürülməməsi nəticəsində nə baş verə bilər?
– Fikri yenidən düzgün və qısaca ifadə etmək hansı hallarda vacibdir?
Dil qaydaları. İmla mətni:
İş dəftərinin91-ci səhifəsindəki dil qaydaları ilə bağlı tapşırıqlar yerinə yetirilir.
Yazı. Hüsnxət. “N” hərfi. İş dəftəri, səh. 93.
Ev tapşırığı:
– “Əsl dost necə olmalıdır” mövzusunda inşa yazın. İnşa mətnində dostluğa
aid atalar sözlərindən istifadə edin.
Qiymətləndirmə.
Müəllimin təlim nəticələri üzrə hazırladığı meyarlar əsasında aparılır.
Dərs 65. KƏPƏNƏK VƏ QARANQUŞ (2 saat)
Motivasiya.
Müəllim:
– Ailəniz hər hansı tədbirə – ad gününə, bayrama və s. hazırlaşarkən siz də, balaca
QIRĞI (36 söz)
Qırğı gələndə quşların hərəsi bir tərəfə uçub canını qurtarır. Heç bir quş onunla
dostluq eləmək istəmir. Orxan da deyir ki, mən qırğıyam. Qollarını geniş açıb
üstümüzə şığıyır. Biz də quşlar kimi hərəmiz bir tərəfə qaçıb dağılırıq.
Məzmun standartları 
Təlim məqsədləri
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun  sürətli, düzgün, şüurlu,
ifadəli oxu yur.
Mətnin məzmunu ilə bağlı sualları
cavablan dır maq la şüurlu oxuduğunu
nümayiş etdirir.
2.1.4. Yaxınmənalı və əksmənalı sözlərdən
nit qində istifadə edir.
Verilmiş sözlərin mənasını başa düşür,
onları yaxınmənalı və əksmənalı sözlərlə
əvəz edir. 
2.2.4. Mətndəki  əsas  fikrə münasibətini
bildirir.
Verilmiş atalar sözlərindən mətnin
məzmununa uyğun olanını seçməklə əsas
fikri anladığını nümayiş etdirir.
3.1.2. Çap hərfləri ilə yazılmış mətni
üzündən köçürür.
Mətnin müəyyən olunmuş hissəsini
üzündən köçürür.
3.1.4. Müşahidə və təəssüratlar əsasında
kiçikhəcmli inşalar yazır. 
Kiçikhəcmli inşa yazır.
4.1.5. Sözləri qrammatik mənasına görə
qruplaşdırır.
Hərəkətin zamanını müəyyənləşdirir.
Dərslərin planlaşdırılması
YAXŞI NƏDİR, PİS NƏDİR
149
Çap üçün deyil


olmağınıza baxmayaraq, ev işlərində iştirak edirsinizmi? Bunu nəyə görə edirsiniz (et-
mirsiniz)? Sizcə, böyüklərin sizin köməyinizə ehtiyacı varmı?
Tədqiqat sualı:
– Zəiflər də xeyirxah işlərdə güclülərə kömək etməlidirlərmi?
Tədqiqatın aparılması.
Dərsliklə iş. Mətn oxunur və təhlil edilir. 1-2-ci tapşırıqlar yerinə
yetirilir.
“Mətni davam etdir”. Qruplarla iş.
I qrup. Mətni elə dəyişin ki, qaranquş da alovu söndürmək üçün öz köməyini göstərsin.
II qrup. Mətni elə dəyişin ki, kəpənək qaranquşun sözlərindən sonra öz dostlarını da
köməyə çağırsın.
III qrup. Mətni elə dəyişin ki, kəpənəyin sözlərindən sonra qaranquş ətrafda olan bütün
həşəratları və  böcəkləri köməyə çağırsın.
IV qrup. Mətni elə dəyişin ki, qaranquş öz balalarını alovu söndürmək üçün çağırsın. 
Məlumat mübadiləsi və müzakirənin təşkili. 
Qrupların təqdimatı dinlənilir və müzakirə
olunur.
Yazı. Mətnin ilk üç abzası dəftərə köçürülür.
Nəticə:
Hər kəs ümumi işə töhfə verməklə vicdanı qarşısındakı borcunu yerinə yetirmiş
olur.
Dil qaydaları. Tapşırıq. Mətndən hərəkətin hər üç zamanında işlənmiş sözlər seçilir və onlar
cümlədə işlədilir.
Ev tapşırığı:
– “Çətin vəziyyətdə yoldaşına necə kömək edərsən?” mövzusunda inşa
yazın.
Qiymətləndirmə.
Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır.
Dərs 66. KOBUD (2 saat)
Motivasiya.
Müəllim dairənin ortasında “kobud” sözünü yazır. Bu sözlə bağlı olanlar
şaxələrdə yazılır:
Məzmun standartları 
Təlim məqsədləri
1.1.2. Dinlədiyi fikirlə bağlı münasibətini
əsaslandırır.
Dinlədiyi fikirlərdən çıxış edərək öz
mülahizələrini söyləyir.
1.2.1. Müşahidə etdikləri, eşitdikləri və
oxuduqları haqqında  danışır. 
Müşahidələri əsasında fikir irəli sürür.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun  sürətli, düzgün, şüurlu,
ifadəli oxu yur.
Mətnin məzmunu ilə bağlı fikir yürütməklə
şüurlu oxuduğunu nümayiş etdirir.
2.2.4. Mətndəki  əsas  fikrə münasibətini
bildirir.
Mətndəki obrazın xarakterini açmaqla əsas
fikrə münasibətini bildirir.
3.1.6. Sinif səviyyəsinə uyğun olaraq
müəyyən edilən sadə  əməli yazılar
(məktub, açıqca, elan, ərizə) yazır.
Mətnin qəhrəmanına məktub yazaraq öz
məsləhətlərini verir.
Dərslərin planlaşdırılması
V bölmə
150
Çap üçün deyil


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə