Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə21/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   ...   17   18   19   20   21   22   23   24   ...   147

 
Sənət, sənətkar və zaman
 
 
 
81 
 Xalq  ədəbiyyatı  motivləri  əsasında  yazdığı  mənzum 
nağıllarda  haqq,  ədalət  uca  tutulur,  zülm  pislənir,  «Qaya» 
poemasında  əvvəllər  vaxtını  boş  keçirən,  faydalı  əməklə  məş-
ğul olmayan Qaya qayğıkeş müəlliminin köməyi ilə doğru yola 
çəkilir, zəhmətkeş, sağlam ruhlu insanlara qoşulur. 
M.  Müşfiqin  tərcümə  sahəsindəki  uğurları  böyükdür. 
Taras  Şevçenkonun  «Kobzar»  əsərini  Ə.  Cavadla  birlikdə, 
Puşkinin  «Qaçaqlar»  əsərini  Ş.  Abbasovla  birlikdə,  R.Rza  ilə 
birlikdə 
Lermontovun 
«Demon» 
poemasını, 
Puşkinin  
«Yevgeni Onegin»  mənzum romanından  «Tatyananın Oneginə 
məktubu»nu  R.  Rza  ilə  birlikdə,  «Poltava»  əsərindən  bir 
parçanı,  «Dustaq»  şeirini,  M.  F.  Axundovun  «A.  S.  Puşkinin 
ölümünə  həsr  olunmuş  «Şərq  poeması»nı,  Lermontovun 
«Yelkən»,  «Şairin  ölümünə»  şeirlərini,  Ömər  Xəyyamın 
rübailərini,  Mirmehdi  Seyidzadə  ilə  birlikdə  Firdovsinin 
«Şahnamə»sindən    «Rüstəm  və  İsfəndiyar  dastanı»nı,  «Sultan 
Mahmud    haqqında  həcv»  hissələrini,  rus  sovet  şairlərindən 
A.Carovun,  İ.Utkinin,  A.Bezemenskinin  və  başqalarının 
əsərlərindən  nümunələri  dilimizə  tərcümə  etmişdir.  1926-32-ci 
illərdə  istedadlı  şair  kimi  tanınan  Mikayıl  Müşfiq  lirik  şeirləri 
ilə  yanaşı,  poemalar  da  («Buruqlar  arasında»,  «Çoban» 
«Əfşan»,  «Dağlar  faciəsi»,  «Mənim  dostum»,  «Şölə», 
«Sındırılan saz», «Azadlıq dastanı» və s.)  yazmışdır. Yaratdığı 
poemalarda  lirik,  dolğun,  əhatəli,  bədii  surətlər  yaratmışdır.  
Poemaları 
lirik 
və 
epik-lirik 
poemalardır. 
«Epik-lirik 
poemalarda  müəyyən  sücet  xətti,  surətlər,  xarakterlər  olmaqla 
bərabər,  lirik  haşiyələr  də  vardır;  şair  müəyyən  dərəcədə 
hadisələrə  müdaxilə  edir,  bəzən  əsas  iştirakçılardan  olur  və 
hadisələrə  yekun  vurur  («Çoban»,  «Sındırılan  saz»,  «Dağlar 
faciəsi»  və s. poemalarda olduğu kimi). 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
82 
Lirik  poemalarda  isə  çox  vaxt  əsərin  lirik  qəhrəmanı 
şairin  özüdür,  onun  ideyaları,  hiss  və  həyəcanları,  sevinc  və 
ürək çırpıntılarıdır.   Şair hər  yerdə bütün  hadisələrə münasibə-
tini  açıq  ifadə  edir,  təsvir  etdiyi  şəxsiyyət  haqqında  müla-
hizələrini  deyir,  hadisələrlə  əlaqədar  ricətlərə  geniş  yer  verir. 
Bu cəhətdən «Azadlıq dastanı» daha səciyyəvidir. 
M.Müşfiq repressiyaya məruz qalmış, 1938-ci il yanvarın 
6-da  güllələnmişdir.  Şairin  faciəli  ölümü  onu  sevən  xalqını, 
dostlarını  sarsıtmış,  Müşfiq  böyüklüyü,  Müşfiq  istedadı, 
Azərbaycan 
ədəbiyyatına, 
mədəniyyətinə, 
bütövlükdə 
Azərbaycan  xalqına  az  yaşıyla  böyük  xidmətlər  göstərdiyi, 
onun  kimi  qələmiylə  xalqına,  millətinə,  onun  ədəbiyyatına 
xidmət  edən  Müşfiqlərin  faciələrini  unutmamışlar.  Onun 
haqqında  gözəl  əsərlər  yaranmışdır.  Ədəbiyyatşünaslar, 
tənqidçilər 
Müşfiq 
poeziyasını 
tədqiq 
etmiş, 
«böyük 
coşqunluqla, ilhamla yaratdığı bədii əsərləri tədqiq etmiş, onun 
sənətkarlıq  qüdrətini  üzə  çıxarmışlar.  Müşfiq  yaradıcılığının 
müasir  Azərbaycan  poeziyasının  yaranmasında,  inkişafında 
böyük  rol  oynadığını  dönə-dönə  qeyd  etmişlər.  Xalq  şairi, 
repressiyaya  məruz  qalmış  Gülhüseyn  Hüseynoğlu  bütün 
ömrünü onun yaradıcılığının tədqiqinə, əsərlərinin nəşrinə həsr 
etmiş,  əsərlərinin  3  cildliyini  hazırlayıb  nəşr  etdirmiş,  şairin 
istedadlı qızı, alim, tədqiqatçı Aytəkin Abdullayeva «Müşfiq və 
folklor»  mövzusunda  yazdığı  elmi  monoqrafiyada  şairin 
folklorla  əlaqəli  yaradıcılığını  tədqiq  etmiş,  qiymətli  bir  əsər 
yazmışdır. 
R. Rzanın «Qızılgül olmayaydı» poemasında M. Müşfiqin 
yaddançıxmaz  obrazı  yaradılıb.  Rəsul  Rza  «qüvvətli  fitri 
istedad», çağlar poetik təbə, həm ötkəm, çılğın, həm də kövrək, 
romantik  bir  təbiətə,  kəskin  və  müstəsna  hafizəyə  malik  olan» 


 
Sənət, sənətkar və zaman
 
 
 
83 
Mikayıl Müşfiqə həsr etdiyi «Qızılgül olmayaydı» poemasında 
onun xarakteri haqqında səmimiyyətlə yazır: 
 
O hamıdan sadəydi, 
hamıdan açıq ürək. 
Yetim kimi kövrək 
Dilindəydi çox zaman 
acığı, qəzəbi. 
 
Gah görürdün, 
Kəskin, odlu sözüylə. 
Rəqibini dağladı 
Gah görürdün, 
bircə sözdən 
qısılıb bir bucağa, 
xısın-xısın ağladı. 
 
Hər il iyun ayında şairin xatirəsi yad edilir, doğma yurdu 
Xızıya  yığışıb  gedən  AYB-nin  üzvləri,  şairlər,  alimlər,  qələm 
sahibləri  onun  büstü  önünə  əklil  qoyur,  Müşfiq  taleli 
sənətkarlarımız da xatırlanır.  
Yaradıcılığının  çiçəkləndiyi  bir  zamanda  çirkin  siyasətin 
qurbanı olan Ağahüseyn Rəsulzadə yaradıcılığına Sabirin ciddi 
təsiri olub. «Qırmızı Gəncə» qəzetinin redaktoru, 1934-cü ildən 
AYB-nin  üzvü  olub.  Bir  sıra  məsul  vəzifələrdə  çalışan  ictimai 
xadim  olmaqla  yanaşı,    bədii  yaradıcılıqla  da  məşğul  olmuş, 
«Muzdur»  adlı  kitabı  1927-ci  ildə  çapdan  çıxmışdır.  Şuşada 
«Azərbaycan  ədəbiyyatı  cəmiyyəti»  şöbəsinə  rəhbərlik  etmiş, 
Azərbaycan  Yazıçılar  İttifaqının  yaradıcılarından  biri  olmuş, 
həyatının  son  illərində  «Yeni  yol»  qəzeti  redaksiyasında 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
84 
redaktor  müavini  olmuşdur,  1938-ci  ildə  repressiyaya  məruz 
qalmışdır. 
Atababa  Musaxanlı  da  Ağahüseyn  Rəsulzadə  kimi  ciddi 
cəza  sisteminin    qurbanıdır.  Ədəbi  fəaliyyətə  şeirlə  başlamış, 
hekayə  və  mənsur  şeirləri  ilə  yanaşı  tənqid  və  ədəbiyyat-
şünaslıq da yaradıcılığında əsas yer tutur. 1929-1930-cu illərdə 
yazdığı  «Şaiq-şair  və  müəllim»,  «Ədəbiyyatımız  tarixində 
Sabir»,  «Aran  köçü  və  müəllifi»  «Mirzə  Fətəlinin  ictimai-
tərbiyəvi  mülahizələri», «Azərbaycan ədəbiyyatının  inkişafı  və 
xüsusiyyətləri»  və  s.  məqalələrin  müəllifidir.  Eyni  zamanda 
«Kitabi-Dədə Qorqud»la,  klassik ədəbiyyatla  bağlı tədqiqatları 
ədəbi  fikri  zənginləşdirir.  1941-ci  il  avqustun  14-də  cəza 
tədbirlərinin qurbanı olmuşdur. 
Böyükağa Talıblı ədəbi fəaliyyətə 1911-ci ildə Bakı realnı 
məktəbin 3-cü sinfində oxuyarkən yazdığı «Yaxşı məsləhət hər 
şeydən  yaxşıdır»  hekayəsi  ilə  başlamışdır.  Sonralar  ədəbi 
fəaliyyətini  müntəzəm  davam  etdirmiş,  hekayə,  publisistik 
məqalələri  ilə  mətbuatda  çıxış  etmişdir.  1916-cı  ildə    «Keyf 
içində» 
pyesini 
yazmışdır. 
Azərbaycan 
Ədəbiyyatı 
Cəmiyyətinin sədri kimi fəaliyyət göstərmiş, milli mədəniyyəti-
mizin  inkişafında  xeyli  fəal  olmuşdur.  Bədii  tərcümələrlə  də 
məşğul olmuş,  Tiflis  Azərbaycan Proletar Yazıçıları  bölməsini 
təşkil etmişdir. 
Onun  «Erkək  Tükəzban»  (1926),  «Qırx  zopa»  (1927), 
«Keyf  içində»  (1929),  «Tövbə»  (1030),  «Dirək»  (1930)  əsər-
ləri,  ölümündən  sonra  «Seçilmiş  əsərləri»  (1966;  1983)  və  s. 
kitabları  yenidən  nəşr  olunmuşdur.  1938-ci  ilin  repressiya 
qurbanı  olmuş  Böyükağa  Talıblı  nasir,  publisist  kimi  Azər-
baycan  ədəbiyyatı  tarixinin  inkişafında  böyük  xidmətləri  olan 
şəxsiyyətdir. 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə