Sənət, sənətkar və zaman
73
ana dilində yaradırdı. Böyük çətinliklər, ağırlıqlar olsa da,
xalqın döyünən ürəyi, vuran əli ədəbiyyatı, milli məfkurəni
yaşadırdı.
Keçmiş Sovetlər birliyi tərkibində olan xalqların ədəbiy-
yatı «məzmunu, ideyaları yalnız sosialist dünyagörüşünə
əsaslanan» ədəbiyyat kimi fəaliyyət göstərməyə məhkum
edildiyindən Azərbaycan sənətkarlarının da yaradıcılıq im-
kanları məhdudlaşdırılırdı. Sosializm realizmi metodu qorunub
saxlanması tələb olunan ədəbiyyat sosializm quruluşunu, onun
müvəffəqiyyətini tərənnüm etməyə məcbur edilirdi və
sosializm quruculuğunun hökm sürdüyü Sovetlər birliyinin
cəmiyyətini-sosializm cəmiyyətindəki nöqsanları göstərmək, öz
fərdi
duyğularını
ictimai
duyğulardan
ayırıb,
«fərdi
yaşantılarını əks etdirilmək istəyindən məhrum idi. Sosializm
quruluşunun, kommunist ideologiyasının hökm sürdüyü bir
zamanda İkinci Dünya Müharibəsinə sürüklənmiş Sovet
ittifaqında
müharibə
başlandı. Xalq, eləcə də sovet
ədəbiyyatının bir qolu olan Azərbaycan sovet ədəbiyyatı «Hər
şey cəbhə üçün, hər şey qələbə üçün» şüarının ədəbiyyata da
aid olduğunu gözəl bilirdi. Bütün ideologiyası, yaradıcılıq
imkanları ilə bu şüardan irəli gələn tələblərə cavab verən əsərlər
yazırdı. Bununla belə faşizmə nifrət edən, fəlakətlər, ölüm,
kabus, müharibə, onları törədənlərə nifrət Azərbaycan şair və
yazıçılarına da imkan verirdi ki, milli qürur, milli
vətənpərvərlik ruhunu əks etdirən, yadelli işğalçılara,
imperialist qüvvələrə qarşı kinini, nifrətini ifadə edən qüvvətli
əsərlər yaratsın. Əsərlərində qoyduqları problemlərin bədii həlli
onları xalqına, millətinə sevdirirdi. Azad, müstəqil yaşamaq, öz
müqəddaratlarını özləri həll etmək, hər hansı imperialist
ölkəsinin müstəmləkə boyunduruğuna boyun əyməmək istəyini
ifadə edirdilər, humanist, azad, müstəqil yaşamaq arzularına
Gülxani Pənah, Salatın Əhmədli
74
çıxanlara qarşı humanizm prinsiplərinə əsaslanaraq kin, nifrət,
qəzəb dolu duyğularını ifadə edən, bədii cəhətdən qüvvətli
əsərlər yaradırdılar, milli ideologiyalarını da inkişaf etdirmək
arzularını həyata keçirməyə çalışırdılar.
40-cı illərin sonlarında Cənubi Azərbaycandan Şimali
Azərbaycana mühacirət edən Balaş Azəroğlu, Hökumə Bülluri,
Mədinə Gülgün, Əli Tudə, Söhrab Tahir kimi qələm sahibləri
Cənubi Azərbaycan, Təbriz həsrətini öz yaradıcılığında
qoruyub saxlamaqla o taylı-bu taylı Vahid Azərbaycan
ideologiyasını istər-istəməz öz yaradıcılıqlarında cücərdirdilər.
Vətənin bütövlüyü ideyaları şimallı-cənublu Azərbaycan
ədəbiyyatının inkişafına xidmət edirdi. Cümhuriyyət dövründə
vətəni tərk etməyə məcbur edilmiş Türkiyədə, Qərbi Avropada
məskunlaşan yazıçılarımız milli demokratik ideyaları ifadə
edən, milli ruhu güclü əsərlər yazır, sovet ideologiyasının
təsirindən uzaq Azərbaycan ədəbiyyatını yaradır, inkişaf
etdirirdilər.
Şimali
Azərbaycanda
sosialist
realizmi
metodlarının tüğyan etdiyi bir zamanda bu odun, alovun içində
müasir Azərbaycan poeziyası formalaşırdı. Və bu poeziyanı
yaradan görkəmli sənətkarlar yetişirdi və onların əsərlərində
Azərbaycanın tarixi, təbii gözəllikləri, milli vətənpərvərlik
hissləri, azərbaycançılıq hissləri güclənirdi. Cümhuriyyətin
alovlu tərənnümçüsü Əhməd Cavad vətənpərvər şeirləri ilə
təqiblərə məruz qalır. 1937-ci ildə güllələnir. Öz mübariz milli
məfkurəsi, alovlu vətənpərvərliyi, gözəl milli duyğuları ilə
sosialist ideologiyalarına sığmayan, azad yaşamaq-yaratmaq
eşqilə çırpınan, xalqının öz müqəddaratını özü həll etməsini
istəyən, heç bir ideoloci çərçivəyə sığmayan Mikayıl Müşfiq
sovet reciminə sığmadığı üçün 1937-ci ildə həbs edildi, 1938-ci
ilin əvvəllərində o da güllələndi.
Sənət, sənətkar və zaman
75
Belə acınacaqlı taleyi olan sənətkarlarımızın biri də Seyid
Hüseyn idi.
1937-ci ildə Sovet İttifaqına düşmən kimi həbs edilərək
güllələndi. Lakin bu odlar, alovlar içində ömrünü Azərbaycan
haqqında epopeya yaratmağa həsr edən Səməd Vurğun
yetişirdi.
Nədən şeirimin baş qəhrəmanı,
Gah İrandan gəlir, gah da Turandan?
-deyən qüdrətli qələm sahibi milli duyğuları, azərbaycançılıq
müstəvisi üzərində milli dərkin nümunələrini yaradırdı və istər-
istəməz sosialist metodu, sosializm ideologiyası içində elə milli
məfkurəvi ideyaları yaşatmış olurdu.
İstedadlı qələm sahibləri Ağahüseyn Rəsulzadə, Atababa
Musaxanlı, Bəkir Çobanzadə, Böyükağa Talıblı, Vəli Xuluflu,
Qantəmir, Əmin Abid, Əlabbas Müznib, Əli Nazim, Əli Razi,
Əhməd Cavad, İsmayıl Katib, Yusif Vəzir Çəmənzəminli,
Məmmədkazım Ələkbərli, Mikayıl Müşfiq, Mustafa Quliyev,
Ömər Faiq Nemanzadə, Ruhulla Axundov, Salman Mümtaz,
Seyid Hüseyn, Seyfulla Şamilov, Soltanməcid Qənizadə, Tağı
Şahbazi Simurq, Hacıbaba Nəzərli, Hacıkərim Sanılı, Hənəfi
Zeynallı, Hüseyn Cavid repressiya qurbanları olmuşlar.
Hüseyn Cavid Azərbaycan ədəbiyyatı tarixində mühüm
yer tutan, dramaturgiyada romantik ədəbiyyatın qüdrətli
nümunələrini yaradan, bütöv bir silsilə təşkil edən ictimai-
siyasi, fəlsəfi şeirlər müəllifidir. Yaratdığı şeirləri, nəzm və
nəsrlə qurulan «kəskin münaqişə xətləri ilə seçilən dramatik
əsərləri, fikir dərinliyi ilə seçilir, «problematikasının siqləti
baxımından
dünya
dramaturgiyasının
bir
sıra
nümayəndələrinin yaradıcılığı ilə müqayisə edilə bilən» sə-
nətkar kimi ədəbiyyatımızda yaşayır: «Hüseyn Cavidi ədəbi
yaradıcılığının ilk dövrlərindən başlayaraq son əsərlərinə qədər
Gülxani Pənah, Salatın Əhmədli
76
sinfi bərabərsizliyin doğurduğu faciələr düşündürürdü. O,
əzənlə əzilənlər arasındakı ziddiyyətləri erkən yaşlarından
duymuş, ədalətsizliyi, istismarı, zorakılığı, bir sözlə insanın
həyatını zəhərləyən mənfilikləri pisləmiş, tənqid etmişdir. Həm
də bu tənqid və inkar mücərrəd mövqedən, ümumiyyətlə
pisliyə, yamanlığa, mənfiliyə qarşı mübarizə mövqeyindən
aparılmır, sinfi ziddiyyətlərin konkret hüdudları, tərəfləri açılıb
göstərilməklə ictimai məzmun qazanırdı. Ədibin yaradıcılığına
diqqətlə yanaşılsa, asanlıqla görmək olar ki, ictimai cizgiləri
dərin və mənalı xarakterlər, problemlər, dramatizm Cavid
dramaturgiyasını şərtləndirən cəhətlərdir».
Yaradıcılığının zirvəsi «Şeyx Sənan», «İblis» faciələrində
dini təəssübkeşliyi və müharibəni, onun ancaq fəlakət, ölüm
gətirdiyini ifşa etmişdir. «Peyğəmbər» (1926), «Səyavuş»
(1934), «Şeyda» (1925), «Topal Teymur» (1926), «Şeyx Sə-
nan» (1926), «Uçurum» (1926), ölümündən sonra «Seçilmiş
əsərləri» (1958), «Pyeslər» (1963), «Seçilmiş əsərləri» (1968,
1970, 1971), «Dram əsərləri» (1975), «Seçilmiş əsərləri» IV
cilddə (1982-1985), «Pyeslər» II cilddə, rusca (1982-1983) nəşr
olunub. Yaratdığı əsərlərdə bəşəri hissləri əsas tutan, bütün
insanlığı düşündürən problemləri qabardan, Azərbaycan
xalqının ictimai fikir tarixində mühüm yer tutan, əsərlərində
insanın mənəvi, əxlaqi inkişafı, inqilabi yetkinliyi əsas tutulan,
adı XX əsrin böyük filosof şairləri ilə bir sırada çəkilən, «şərq
romantizminin mütərəqqi növü»nü yaradan, «soyğunçu
müharibələr, böyük inqilabi təbəddülatlar dövründə» yetişən
Hüseyn Cavid sovet dövründə bir-birinin ardınca «Knyaz»,
«Səyavuş», «Xəyyam», «Topal Teymur», «Peyğəmbər»,
«İblisin intiqamı» kimi məşhur dram əsərlərini yazmışdır. Bu
əsərlərində «bəşəri düşüncə», əbədi, sabit ideya dünyanın
xalqlarını birliyə, dostluğa, qardaşlığa çağıran qüdrətli bir
Dostları ilə paylaş: |