Sənət, sənətkar və zaman
61
Yaradıcılığını üç əsas istiqamətdə (dramaturgiya, bədii
nəsr, publisistika) inkişaf etdirən C.Məmmədquluzadə «Ana-
mın kitabı» (1919-20), «Kamança» (1920), «Danabaş kəndinin
məktəbi» (1921), «Dəli yığıncağı» (1927) və s. dramatik
əsərlərində vətən, xalq birliyi ideyasını irəli sürür: cəmiyyətin
bir – birinə zidd qüvvələrinin arasındakı daxili ziddiyyətləri
açıb
göstərir,
ana
dilinin
saflığı
məsələsini
qoyur.
Hekayələrində qadın azadlığı, realist demokratik sənət və
ədəbiyyat uğrunda mübarizə, mövhumata, bürokratizmə qarşı
kəskin çıxış, dilin təmizliyini qorumaq, gənc nəslin sağlam
ruhda tərbiyəsi məsələləri qoyulur. Çadraya qarşı çıxan, qeyri-
qanuni evlənmə qaydalarını gülüş hədəfinə çevirən («Yuxu»,
«Qoşa balınc» və s.), cəmiyyətdə gedən yeniliklərə mane olan
yaramaz, tüfeyli, süründürməçi, şöhrətpərəst, xalqı aldadıb
varlanma istəyində olanlara qarşı («Taxıl həkimi», «Qəza
müxbiri», «Ucuzluq», «Oğru inək» və s.) çıxan, tərbiyə
mövzusunda («Şərq fakültəsi», «Saqqallı uşaq», «Buz» və s.)
hekayələrini yazır. Publisist yazıları ilə də xalqına, millətinə,
onun inkişafına xidmət edən yazıçı beynəlxalq imperializmə
qarşı yazdığı kəskin yazılarında xarici imperialistləri tənqid
edir. İngilis irticaçılarının müstəmləkəçilik siyasətini ifşa edir:
C.Məmmədquluzadənin inqilabdan əvvəlki bədii nəsrinə xas
xəlqiliyi, mənalı gülüşü, lakonizmi, sadəliyi və mübarizliyi bu
hekayələrdə də görürük. Ədib cəmiyyət quruculuğuna mane
olan yaramazlara, tüfeylilərə, oğrulara, süründürməçilərə, xalqı
aldatmaq yolu ilə varlanmaq istəyənlərə, şöhrətpərəstlərə qarşı
mübarizə aparır, «Taxıl həkimi», «Qəza müxbiri», «Ucuzluq»,
«Oğru inək» «İki alma», «Toy» və s əsərlərində rəhmdillik,
qonaqpərvərlik, kimsəsizlərə əl tutmaq kimi hissləri təbliğ edir,
Azərbaycanın milli sərvətlərinə göz dikənləri, diş qıcırdanları
kəskin felyetonları ilə ifşa edir. Publisist yazılarında («Şərq
Gülxani Pənah, Salatın Əhmədli
62
qadını», «Beynəlxalq qadınlar günü», «Səkkiz mart qadınlar
günü») qadın azadlığı uğrunda mübarizəni də əsas götürən
ədibin apardığı mübarizənin səmərəsindən duyduğu iftixar hissi
öz ifadəsini tapır. «Proletar şairi», «Şeir bülbülləri», «Sənət və
ədəbiyyat», «Şeir nəşəsi», «Mədfən» kimi əsərlərində «C.
Məmmədquluzadə sənət və ədəbiyyatın qarşısında həyatilik,
ideyalılıq, sadəlik və aydınlıq kimi ciddi, mühüm tələblər
qoyur. O, sənət və ədəbiyyatı ictimai məzmundan məhrum
etməyə çalışanlara, sənətlə həyat arasında keçilməz sədd
qoyanlara, xalqa yabançı, qəliz və anlaşılmaz dildə danışanlara,
qafiyəpərdazlara düşməndir. Ədib yeni mövzulara, böyük
ideyalara biganəlik göstərən formalist şeirə qarşı qəti etiraz
edir, məzmunsuz, bayağı şeirlərdən «nəşə alanlara» üz tutaraq
tənqid edir: «İxtiyar məndə olsa, şeir nəşəsini qadağan edərəm.
Necə ki, tiryək nəşəsi qadağandır».
Azərbaycan nəsrinin inkişafında Seyid Hüseynin rolu
böyükdür. Hekayə canrının inkişaf tarixi onun adıyla bağlanır.
20–ci illərin sonundan 30-cu illərin birinci yarısınadək yazdığı
hekayələr öz müasirliyi ilə, bədii tutumu ilə ona şöhrət
qazandırmışdır. İnqilabdan əvvəl onu tanıdan tənqidi əsərləri
olmuşsa, 1927-ci ildən nəsr – hekayə sahəsindəki uğurları ilə
şöhrət qazanmışdır. «Gələcək həyat yollarında», «Bir günəşin
tarixi», «Sarıköynək», «Onun oğlu», «Hacı Sultan» (1927),
sonralar «Mehriban», «Daxili naziri», «Həzin bir xatirə»
hekayələri «İnqilab və mədəniyyət» («Azərbaycan») curnalının
səhifələrində çap etdirilmişdir. 1927-1937-ci illər arasında
çağdaş Azərbaycan ədəbiyyatının yaranması tarixində mühüm
rol oynamış, həyatiliyi və bədii lirikliyi ilə oxucu kütləsinin
rəğbətini qazanan S. Hüseynin nəsrindəki müasirlik idi: «... o
zaman biz gənclər «İnqilab və mədəniyyət» curnalının yeni
nömrəsini alan kimi Seyid Hüseynin hekayəsini axtarırdıq.
Sənət, sənətkar və zaman
63
Onun hekayələrində əks olunan ictimai, əxlaqi və bədii
məsələlər oxucular arasında müzakirə və mübahisə yaradırdı,
çünki Seyid Hüseyn müasirlərini düşündürən canlı hadisələrə
toxunur, həyatdan, xalqın mübarizəsindən yazırdı» (Mirzə
İbrahimov).
1920-ci ildən sonra Seyid Hüseyn həm də publisistik,
tənqidi yazıları ilə də mətbuatda müntəzəm çıxış edirdi. O,
Sabir, Hadi, C.Cabbarlı, Abdulla Şaiq haqqında məqalələr,
xatirələr yazmış, Məhəmməd Hadinin Azərbaycan ədəbiyyatı
tarixində əhəmiyyətli fəaliyyətini təqdir etmişdir. Sabirin
həyatı, mühiti haqqında maraqlı məlumatlar vermişdir. Mehdi
Hüseyn Seyid Hüseyn ədəbi fəaliyyətinin ideya – siyasi
istiqamətinə belə qiymət verir: «Seyid Hüseyn ... proletar
hakimiyyəti illərində bitərəf qalmağın qətiyyən müəyyən
olmadığını söyləyir. O, «Çarxların hücumu» adlı hekayəsində
hücuma keçən inqilabın obrazını verməyə çalışaraq, bu hücum
zamanında bitərəf qalan və öz yolunu təyin edə bilməyən
adamların ayaq altında əzilməkdən başqa bir yol tapa
bilməyəcəklərini anladır».
O, 1920 –ci il inqilabından sonra da inqilabdan əvvəlki
kimi «demokratik, realist sənət haqqında doğru estetik»
görüşlərini tənqidi görüşlərində davam etdirir.
Süleyman Sani Axundov da həm inqilabdan əvvəl, həm
də inqilabdan sonra 1939-cu ilə qədər ədəbiyyatımızın inki-
şafında mühüm rol oynayan simalardandır. 20-ci illərdəki
yaradıcılığında dramaturgiya əsas yer tutan S.S.Axundov «mən
mövhumat, avamlıq və ətalətlə mübarizə etmək üçün ən yaxşı
vasitələrdən biri də teatr olduğunu anlayaraq pyes yazmağa
başladım» - deyir. 1921-22-ci illərdə irili–xırdalı on bir pyes,
23-cü ildə isə «Yeni həyat» adlı kiçik pyesini yazmış və
sonralar bədii nəsrlə məşğul olmuşdur. «Tənqid-təbliğ» teatrı
Gülxani Pənah, Salatın Əhmədli
64
üçün yazdığı doqquz pyesi aktual mövzuları özündə əks etdirən
kiçik
həcmli əsərlərdir. Ümumiyyətlə, «Tənqid–təbliğ»
teatrının repertuarında S.S.Axundovun əsərləri mühüm yer
tutmuşdur.
«Laçın yuvası», «Eşq və intiqam», «Şeytan», «Bir eşqin
nəticəsi», «Səadət zəhmətdədir», «İki yol», «Qaranlıqdan
işığa», «Çərxi–fələk» və s. pyeslərinin bir qisminin müasir
həyatın aktual məsələlərindən bəhs etdiyi, bir qisminin isə
«mövzusu inqilabdan əvvəlki həyatdan götürülsə də, günün
vacib sosial problemlərinə» həsr olunduğu, «ümumilikdə isə bu
pyeslərin iyirminci illər ictimai mühitin vacib aktual mə-
sələlərinin təhlil və təbliğinə» xidmət etdiyi bildirilir. 20-ci
ildən sonrakı nəsr yaradıcılığında-«Kövkəbi–hürriyyət», «Yu-
xu», «Qatil uşaq», «Cəhalət qurbanı», «Ümid çırağı»,
«Təbrik». «Sona xala» kimi hekayələrində müasir həyatın
təsviri, qadın azadlığı məsələsi, köhnə həyatla yeni həyatın
müqayisəli təhlili, («Namus», «Mister Qreyin köpəyi», «Son
ümid» və s.) əsasdır.
XX əsr Azərbaycan ədəbiyyatının realist ənənələrini
inqilabdan sonra da inkişaf etdirən, bədii və dramaturgiya
sahəsində tanınan, bu sahələri mövzuca zənginləşdirən görkəm-
li yazıçılarımızdan biri də Əbdürrəhim bəy Haqverdiyevdir. Ə.
Haqverdiyev yazdığı pyes, hekayə, məqalə, xatirələrilə yanaşı,
rus və dünya ədəbiyyatından tərcümələri ilə də ədəbiyyat
tariximizdə mühüm yer tutur. «Ağac kölgəsində», «Köhnə
duman», «Qadınlar bayramı», «Yoldaş Koroğlu», «Çox gözəl»,
«Sağsağan» pyeslərində yeni həyat, xalqın şüurunda yaranan
dönüş,
«insanların
şüurunda
əmələ
gələn
dəyişmə»,
«yeniləşmə» əsasdır.
1920-37-ci illərdə Tağı Şahbazi Simurqun yaradıcılığında
qadın azadlığı məsələsi əsas yer tutur. «Zərifə», «Haqsızlıq
Dostları ilə paylaş: |