Sənət, sənətkar və zaman
57
sadə dildə ifadə olunduğunu, xüsusilə aşıq poeziyasından
səmərəli istifadə etdiyini» söyləmişdir. A.Musaxanlı, Əli
Nazim, H.Zeynallı onun yaradıcılığına diqqət göstərmişlər.
Azərbaycan sovet tarixi poemasını ilk dəfə Hacı Kərim Sanılı
yazıb. Onun «Namus davası», «Zülmün sonu», «Novruz və
Gülarə», «Qurub qaçaqları» poemalarını məharətlə qurulmuş
sücetləri, xarakter aləmləri, bitkin tabloları ilə işlədiyi qeyd
edilir: «Onun poemalarının əsas problemləri xalqın qəhrəman
keçmişi, inqilab tarixi və yeni dövrün sosial, iqtisadi həyatının
geniş, əhatəli mənzərəsi ilə yaxından bağlıdır».
«Aran köçü» adlanan ilk poeması da təbiət lirikasına aid
gözəlliklərlə, poetik ifadələrlə zəngindir: «Aran köçü» təbii
gözəlliyin tərənnümü, təsviri, elat həyatının daha çox zahiri
dəbdəbəsi, hay-küyü, romantik örtüyü barədə şairin heyranlıqla
oxuduğu müxtəlif nəğmələrin, çəkdiyi bədii lövhələrin
müəyyən ideya məhvərində hərəkət edən təravətli çiçəklərdən
tutulmuş gül dəstəsini xatırladır. Əlbəttə, onu da deməliyik ki,
şair təbiət qarşısında sanki heyran qalır, əfsunlanmış,
sehrlənmiş kimi baxır».
Bununla belə, əsərdə bu gözəlliyin «insanla təmasda
olduğunu» unutmaq, konkret insan surəti yaratmaması, ədəbi
təcrübənin azlığı tənqidçilərin nəzərindən qaçmır. Bununla
belə, səmimi, emosional, düşündürücü köçəri həyatının bədii
təsvirini
Əli
Nazim
kimi
tənqidçilər
dəyərləndirir:
«...Ədəbiyyatımızda xalqın saf, doğru, məsum, həssas və aşiq
qəlbi çırpınır. Xalqın, avam camaatın, bilxassə kəndlilərin ruhu
qeyri-təbiilikdən uzaqdır. Onların bütün ruhları, mühitləri kimi
təbii və safdır. Məsələn, Sanılının «Axşam», «Sabah», «Bəzək»
şeirləri («Aran köçü»nün ayrı-ayrı parçalarıdır) el ədəbiyyatının
ən təbii bir ədəbiyyat olduğunu sübut etməzmi?»
Gülxani Pənah, Salatın Əhmədli
58
İnqilabi mövzuya həsr etdiyi «Zülmün sonu», köhnə,
istismarçı, dünyaya nifrət, «müasir cəmiyyətə hüsn-rəğbət»
ruhunda yazılmış «Turut qaçaqları», yığcamlığı, lakonikliyi,
bitkinliyi ilə seçilən «Novruz və Gülarə» və s. poemaları
dövrün ədəbi tənqidinin diqqətindədir, lakin onun yaradıcılığı
geniş şəkildə yalnız 1956-cı ildən sonra tədqiq edilməyə
başlandı.
Bu sırada Əhməd Cavadın da adı layiqli yer tutur. O,
yurduna, vətəninə, xalqına bağlı sənətkar idi. Sadə zəhmətkeş,
əliqabarlı insanların, mənəvi azadlıqlardan məhrum, haqları
tapdanan qadınların xoşbəxt, azad gələcəyini arzulayan («At bu
çadranı», «Qurban olduğum», «Sənsiz», «Gəlin», «Səsli qız»,
«O qıza», «Leyla») şeirlərində qadın qəlbinin incəliklərini
duymaq, bu incəlikləri şirin nəğmələrə çevirmək bacarığını
göstərmişdir. «Əhməd Cavad lirikası, əlbəttə, ilk növbədə, xalq
şeirindən, aşıq qoşmalarından bəhrələnmiş, onun həm
şəkillərindən, həm də ifadə və ibarələrindən mayalanmışdır.
Bununla belə, şairin özünəməxsus baxışları, sənətdə fərdi
deyim ədası vardır; həzinlik, çılğınlıq, aya, ulduza məftunluq,
obyektdə yeni bir məna aramaq, sağlam pafos və sabaha çağırış
notları onda güclüdür, bu isə onun üslubu üçün səciyyəvidir.
Bu məziyyətlərinə görədir ki, Əhməd Cavad hiss və duyğular
şairidir. Onun şair duyğuları bəzən naməlum səmtə baş alıb
getsə də, əvvəl-axır yenə gözəllik aləminə qovuşur».
V.Şekspirin «Otello», «Romeo və Cülyetta», F. Rablenin
«Qarqantua və Pantaqruel» əsərlərini, eyni zamanda Şota
Rustavelinin «Pələng dərisi geymiş pəhləvan» poemasını
oricinaldan Azərbaycan dilinə çevirmiş «mahir tərcüməçi»,
«əsrin səsinə səs verən», «ədəbiyyat tarixində oricinal və lirik
şeirlər» müəllifi kimi tarixdə layiqli yerini tutmuşdur.
Sənət, sənətkar və zaman
59
Bu dövrdə Azərbaycan ədəbiyyatında bədii nəsr-hekayə,
povest, roman yaradıcılığı inkişaf edirdi. M.S. Ordubadi,
Y.V.Çəmənzəminli
kimi
nasirlərlə
yanaşı,
H.Nəzərli,
Ə.Əbülhəsən, S.Rəhimov, M.Hüseyn, Mir Cəlal, Ə.Vəliyev,
S.Rəhman kimi gənc nasirlər də yetişməkdə idi. Onlar povest,
roman, hekayə canrlarında yaratdıqları əsərlərdə xalqın
mənafeyini, ictimai mənafeyi əsas tutur, cəmiyyətdə, ictimai
həyatda olduğu kimi, düşüncə və şüurlarda da inkişafı əsas
götürürdülər.
Dövrün yeni ədəbiyyatını yaratmaq lazım idi. Bu illərdə
yaranan
əsərlərin
əksəriyyətinin
«köhnəliklə
yeniliyin
mübarizəsi, münaqişəsi» üzərində qurulmasını tənqidçilər «tə-
sadüfi kimi deyil, zəruri və təbii bir hal» kimi qiymətləndirirlər:
«Çünki köhnə cəmiyyət daxilində yerləşən yeni münasibətlər
saf, təmiz halda, göydəndüşmə şəkildə əmələ gəlmirdi. Onda
içərisindən çıxdığı cəmiyyətin bir sıra xüsusiyyətləri bərkimiş,
sabitləşmiş şəkildə qalırdı. Bu cəhət özünü xüsusilə geriliyə və
fanatizmə, mövhumata və başqa təsisatlara ictimai əzabın,
istismarın amansız buxovlarından yenicə azad olmuş adamların
münasibətlərində özünü göstərirdi».
S.S.Axundovun «Molla Qasım» hekayəsi bu cəhətdən
«ibrətamiz» sayılır və hekayədə əhvalat inqilabdan əvvəl baş
versə də, keçmişlə bu günün müqayisəli təsviri əsasında yazılsa
da, «müasir səslənirdi».
30–cu illərdə Azərbaycan bədii nəsri «coşqun inkişaf
mərhələsinə» qədəm qoydu, ictimai həyatda baş verən
dəyişikliklə bağlı olaraq, ədəbiyyatın da qarşısında «yeni
tələblər dururdu, «başlıca vəzifələrdən biri ictimai varlığı
dolğun və hərtərəfli əks etdirən, zəhmətkeşlərdə quruculuq
işinə sədaqət ruhu aşılayan dərin mündəricəli, «bitkin formalı»
əsərlər yaratmaqdı, bunlar həm tanınmış, həm də gənc
Gülxani Pənah, Salatın Əhmədli
60
yazıçıların qarşısına qoyulan vəzifələr idi. Onlar yeni bir
ədəbiyyat uğrunda mübarizə aparır, nəsrin geniş imkanlarından
yararlanmaqla qələmə aldıqları həyatı geniş, hərtərəfli təsvir
edir, insan mənəviyyatı, psixologiyasında gedən yeniliyi,
inkişafı bədii boyalarla ifadə edir, yazdıqları əsərlərdə aktual
məsələləri ön plana çəkir, «yeni şüurun, ictimai əxlaqın,
humanizm ruhunun formalaşmasını, yaşanılan tarixin ayrı-ayrı
mərhələlərini bədii sənətin qüdrəti ilə yenidən canlandırırdılar.
Ə.Haqverdiyevin
«Xortdanın
cəhənnəm
məktubları»,
Qantəmirin
«Kolxozıstan»,
V.Talıblının
«Dirək»,
Ə.Məmmədxanlının «Burulğan», «Bakı gecələri», M.Hüseynin
«Daşqın», «Komissar», İ.Əfəndiyevin «Kənddən məktublar»
kimi əsərlərində «dövrün bir sıra diqqətəlayiq və səciyyəvi
ictimai – mənəvi məsələləri əks etdiril»diyini tənqidçilər qeyd
edirlər.
Bu dövrdə C.Məmmədquluzadə bədii nəsr sahəsində
fəaliyyətini davam etdirir. 1920-ci ildə Cənubi Azərbaycana
gedən, böyük çətinliklə «Molla Nəsrəddin» curnalının səkkiz
nömrəsini çap etdirən, 1922-ci ildə Bakıya qayıdıb ətrafına
yenidən məsləkdaşlarını (Ə.Haqverdiyev, M.S.Ordubadi, Əli
Nəzmi, Ömər Xəyyam) yığaraq curnalın nəşrini davam etdirən
C.Məmmədquluzadə kiçik hekayələr ustası, qüdrətli dramaturq,
publisist kimi fəaliyyətini davam etdirir: «İnqilabdan əvvəl öz
dövrünün uzaqgörən, açıqfikirli bir mütəfəkkiri kimi tanınan,
ictimai eybəcərliklərə zülm və əsarətə qarşı kəskin mübarizə
aparan, avamlığa, geriliyə, qadın əsarətinə, dini fanatizm və
mövhumata qəzəblə gülən C.Məmmədquluzadənin tənqid atəşi
inqilabdan sonra, əsasən, köhnəlik qalıqlarına qarşı çevrilir.
Ədibin
realizmində,
mövzularında,
əsərlərin
canr
xüsusiyyətlərində yeni keyfiyyətlər meydana çıxır».
Dostları ilə paylaş: |