Sənət, sənətkar və zaman
53
F. Köçərli elə bir dövrdə fəaliyyətə başlamışdır ki, o
dövrdə Rusiyada ictimai-siyasi ziddiyyətlər kəskinləşir. Azər-
baycanda milli şüur getdikcə qüvvətlənirdi. Azərbaycanda
dramaturgiya, nəsr, nəzm, realizm üslubu ilə inkişaf edir,
ədəbiyyat ideyaca zənginləşir, qəzet və curnallar dilimizdə nəşr
edilir. Azərbaycan ədəbiyyatı tarixinin sistemli şəkildə
öyrənilməyə meyil artırdı. Firidun Köçərli silsilə məqalələrini,
«Azərbaycan türklərinin ədəbiyyatı» əsərini, «Azərbaycan
ədəbiyyatı» əsərlərini yazır. Onun ən böyük xidməti «çox əsrlik
Azərbaycan ədəbiyyatı irsini toplayıb, elmi prinsip və
ardıcıllıqla öyrənərək öz tədqiqatının nəticələrini «Azərbaycan
ədəbiyyatı» əsərində xalqın istifadəsinə verməsi»dir.
Yusif Vəzir Çəmənzəminli tədqiqatlarında Nəsimi, Ab-
basqulu Ağa Bakıxanov, Mirzə Fətəli Axundov, Qasım Bəy
Zakir, Mirzə Ələkbər Sabir və başqa şairlər, sənətkarlar
haqqında, onların yaradıcılığı haqqında nəzəri fikirlərini
söyləmişdir, Mirzə Fətəli Axundov irsinə xüsusilə yüksək
qiymət verilmişdir: «Milliyyət hissi birinci dəfə olaraq bu
ədibdə oyanmışdır və intibahın dəlili olan kritisizm də Mirzə
Fətəlinin əsərlərilə başlayır».
Yusif Vəzir Çəmənzəminli «Milli – mədəni işlərimiz»
silsilə məqalələrində kitab nəşrinin vacibliyini qeyd edir. O
yazır: «Hankı yolda qənaət olunsa, nəşriyyat üçün qənaət
olmasın. Çünki bugünkü basılan kitablar kəsilən pullardan
qiymətlidir. Bir çox pullar var ki, sərf olunur və əməli nəticələr
vermir. Nəşriyyata xərclənənlər millət üçün böyük sərmayə
vücudə gətirər. Bütün gələcəyimiz mədəni binalarımız, tərəqqi
məhsullarımız bu sərmayə üzərinə binalanacaqdır».
Firudin Köçərlinin Azərbaycan ədəbiyyatı tarixi ilə bağlı
tədqiqatlarını yüksək dəyərləndirir: «Ədəbiyyatımızı müntəzəm
bir şəklə salmaq və ümumə tanıtmaq əhəmiyyətli, həm də çox
Gülxani Pənah, Salatın Əhmədli
54
əhəmiyyətli məsələlərdəndir. Bu yolda yigirmi ildən bəri
çalışmasilə və ədəbiyyatımızı nizama salmasilə məşhur Firidun
bəy Köçərlidir. Firidun bəy ən müqtədir, ən sevimli
ədiblərimizdən biridir. Bu şəxs ədəbiyyat tariximizi yazmaq ilə
bütün keçmişimizi diriltdi...».
Tədqiqatçılarımız Cümhuriyyət dövrünün araşdırıcıla-
rından Adilxan Ziyadxanın «Azərbaycan haqqında tarixi, ədəbi
və siyasi məlumat» (1919) əsərinin «milli ədəbiyyat tarixinin
öyrənilməsi
baxımından»
dəyərli
bilirlər.
A.Ziyadxan
Çəmənzəminlidən fərqli olaraq azərbaycanlı müəlliflərin, ərəb
və fars dillərində yazıb-yaradan ədiblərin irsini milli
ədəbiyyatımızın ayrılmaz tərkib hissəsi kimi tədqiqata cəlb
edir: «tədqiqatda ayrı-ayrı klassiklərin yaradıcılığının bağlı
olduqları ədəbi-kulturoloci və ictimai-siyasi mühit kontekstində
təhlilə cəlb olunması bütövlükdə milli ədəbiyyatın regional
çalarlarının üzə çıxarılmasına imkan vermişdir».
Əlimərdan bəy Topçubaşov, Ceyhun bəy Hacıbəyli və b.
Azərbaycan ədəbiyyatını, mədəniyyətini təbliğ etmək məq-
sədilə bir sıra məqalələr, kitablar Avropada çap etdirmişlər. Bu
dövrdə Abdulla Şaiq, Cəfər Cabbarlı, Abbas Səhhət yaradıcılığı
ilə bağlı müxtəlif məqalələr yazılmış, bu məqalələrdə «ədəbi-
estetik fikrin milli məfkurəyə üstünlük» verdiyi, «bədii əsərləri
bu yöndə dəyərləndirmək meyli» diqqəti çəkir.
1920-1940-ci İLLƏR DÖVRÜNDƏ
AZƏRBAYCAN ƏDƏBİYYATI
XX əsrin 20-ci illərində poeziya xüsusilə inkişafda idi.
Lirikada köhnə motivli, Sabiranə, məzmun etibarilə mücərrəd
Sənət, sənətkar və zaman
55
şeirlər də yaranırdı. Bir cəhət daha önəmdə idi ki, lirik şeirlərdə
xəlqilik, həyatilik daha güclü özünü göstərməyə başlamışdı,
realist və romantik meyillər bir-birinə yaxınlaşırdı. Onlarla
romantizm ədəbi üslubunda əsərlər yazan H.Cavid kimi
sənətkarlar «Azər» dastanını, H.Sanılı «Aran köçü», «Zülmün
sonu», «Namus davası» kimi əsərlər yazırdı ki, bunlar ədəbi
prosesdə böyük hadisələr idi, gənc qələm sahibləri inqilabi
ideyalara sədaqətlə yanaşı, vətənə, xalqa bağlılıq hisslərini də
geniş şəkildə yaratdıqları əsərdə əsas götürürdülər. Ölkədə
qurulan fəhlə–kəndli hökuməti ədəbi prosesə də təsirini
göstərməyə başladı. Xalqın müstəqilliyinin, dövlətimizin
suverenliyinin, ölkədə qurulan Xalq Cümhuriyyətinin qələbə
mücdəli arzularını, istiqlalını tərənnüm edən şairlərlə yanaşı,
xalqının inkişafını, maariflənməsini, ölkədə gedən quruculuq
işlərinə, yaxşılığa, inkişafa, tərəqqiyə doğru meyli görən şairlər
bu işdə sadə xalq kütlələrinin böyük rolunu görüb dövrün
nəbzini tutmağı –xalqının, vətənin səadəti uğrunda yazıb-
yaratmağı «şeirin manifesti» elan etdi. Səməd Vurğunun bu
misraları o manifestin ilk sətirləri idi:
Kimindir sabahdan axşama qədər,
Yağışda, yağmurda çalışan əllər.
Kimindir gecələr yuxusuz qalan,
Səhvlər buraxan, töhmətlər alan,
Fəqət hər ağrıya köksünü gərən,
İşıqlı bir günə yollar göstərən,
Günəşin altında, suyun içində
Əkində, tarlada, suda, biçində,
Dərisi çatlayan, gönü qaralan.
Torpağın bağrını təpiklə yaran.
Tərlan səhərlərin laçın övladı,
Şeirə yaraşmazmı onların adı?
Gülxani Pənah, Salatın Əhmədli
56
Səməd Vurğunun bu fikirləri aktuallığı ilə yeni yaradıcı-
lığa gələn qələm sahibləri üçün bir deviz oldu. Hüseyn Cavid
kimi sənətkarın «Azər» dastanı yaratması bu aktual məsələlərin
dərkinin nəticəsi kimi tədqiqatçılar tərəfindən qəbul edilir,
«Azər» dastanında Böyük Azərbaycan xalqının həyatının
əvvəlinin
Hər günəşə vardım, ləkəli gördüm,
Hər vicdana girdim, kölgəli gördüm.
Parlaq imanları şübhəli gördüm,
Məgərsə hər cilvə bir xülya imiş...
-görən şair sonrasını isə belə təsəvvür edir:
....Hər günəşə vardım, çiçəklər güldü,
Sövdalı bülbüllər salama gəldi.
Hər bəzmə uğradım, meylər töküldü,
Qədəhlər öpüşüb xurama gəldi.
Bu təzadlı bəndlərdəki məzmun, fikir, hətta ruh ayrılığı
açıq hiss olunur. Şair burada böyük bir xalqın kədər və se-
vincini poetik bir düstura sığışdıra bilmişdir. «Həmin misralar
yeniləşmənin fəal dəyişdirici rolunu, onun günəşə, işığa,
həyata, yaşamağa, yaratmağa çağıran səsini eşidən, duyan bir
şairin qələmindən çıxmışdır».
Bu dövrdə ədəbiyyatda görkəmli şair, şeirlərində milli
koloriti, dil sadəliyi, təbiət təsvirlərindəki ustalığı ilə seçilən
Hacı Kərim Sanılının yaradıcılığının mövzu dairəsinin «ge-
nişliyi», «müxtəlif bədii səviyyəli şeirləri», «bir–birindən fərq-
lənən poemaları», haqqında az da olsa B.Çobanzadə
«Azərbaycan ədəbiyyatının yeni dövrü» əsərində danışmış,
onun poeziyasının ideya və poetik qaynaqları haqqında fi-
kirlərini bildirmiş, «şairin lirik şeirlərinin oxucuda gözəl və
təmiz hisslər oyatdığını, onlarda xalq ruhunun canlı, təbii və
Dostları ilə paylaş: |