Sənət, sənətkar və zaman
45
Bax bir, nə gözəldir, necə candır, nə cavandır,
Biz verməriz əldən bunu, düşmənlərə qandır!
M. Hadinin bu sətirlərində M.Ə.Rəsulzadənin «Ah,
Azərbaycan! Biz sənin haqqını tələb etmək deyil, yalnız adını
söyləmək üçün... nə qədər töhmətlərə məruz qaldıq...» kəl-
mələrində yaşayan bir ruh, amal, ideya var. M. Hadi bol-
şeviklərin hakimiyyətə gəlməsinə, Xalq Cümhuriyyətinin sü-
qutuna dözməyərək Gəncə üsyanında yaxından iştirak etmiş, bu
amal, məqsədə xidmət etmiş, bu yolda həlak olmuşdur.
Türkçülük, turançı ideyaları ilə köklənmiş Abdulla Şaiqin
yaradıcılığında Xalq Cümhuriyyətinə bəslənən hörmət və
ehtiram əsasdır. «Yeni Ay doğarkən», «Marş», «Vətənin yanıq
səsi», «Arazdan Turana» şeirlərində vətəndaş şairin qəlbinin
səsi duyulur. Bu şeirlərdə azad, müstəqil dövlətə, Xalq
Cümhuriyyətinə sevgi yaşayır. Milləti, xalqı haqsızlığı
yıxmağa, «Turanda gün doğunca» zülmətlə çarpışmağa, irəlidə
mübarizə yolu ilə qazanılacaq qələbələrə, orada doğacaq
Günəşə – yeni dövlətə, dövlətin qurduğu gözəl, xoşbəxt,
firavan, cənnət kimi həyata səsləmə var.
Haydı, yola çıxalım, haqsızlığı yıxalım,
Turanda gün doğunca, çarpışalım.
Arş iləri, iləridə cənnət kimi çəmən var.
Günəş orda hər doğar, səadət orda parlar.
Türk firqəsi Müsavat,
Açalım quş tək qanad.
Sarılıb hürriyyətə,
Bulalım şanlı həyat.
Milli ədəbiyyat tarixində «istiqlal şairi» kimi tanınan
Əhməd Cavadın «Türk ordusuna», «Şəhidlərə», «Azərbaycan
bayrağına», «Elin bayrağı», «İngilis», «İstanbul», «Bakı deyir
Gülxani Pənah, Salatın Əhmədli
46
ki» və s. şeirlərində ölkədə milli azadlıq uğrunda gedən
mübarizələr tərənnüm olunur, bu yolda canını qurban verənlərə
hörmət və ehtiram göstərilir. Bu şeirlərdə «Bir kərə yüksələn»
və bir daha enməyən, onu endirməyə çalışanlara qarşı xalqın
apardığı mübarizə əsasdır, bu mübarizədə «müvəqqəti
məğlubiyyət»
olsa
da,
beşiyində
boğulmuş
müstəqil
Azərbaycan dövlətinin bayrağının 70 ildən sonra yenə başımız
üstündə dalğalanması həqiqəti yaşayır, xalqın mübarizə dolu
həyatında qanı, canı bahasına əldə etdiyi müstəqilliyə yenidən
qovuşması, milli duyğular güclüdür, bu gün də şairin
«Azərbaycan bayrağına» şeirində milli qürur, bayrağımızın
milli dövlətçiliyimizin atributlarından biri kimi öyülməsi, hər
zaman özünü qoruyub saxlayan müasirlik hissi – qan bahasına
əldə edilmiş dövlətə, onun bayrağına hörmət və ehtiramdan
yoğrulmuş misralar yaddaşlara həkk olunub:
Türküstan yelləri öpüb alnını,
Söylüyor dərdini sana, bayrağım!
Üç rəngin əksini Quzğun dənizdən,
Ərmağan yollasın yara, bayrağım!
Əhməd Cavad yaradıcılığında ölkəni yenidən işğal edən
rus imperiyasına nifrət hissi var. «Göygöl» şeirinin ideya
məzmununda azadlıq göynərtisi, müstəqillik arzusu, milli
istiqlal yanğısı ilə yanaşı üsyankar bir qəlbin səsi duyulur.
Türkçülük, turançılıq ideyalarına gənc yaşlarından böyük
səmimi rəğbəti olan Cəfər Cabbarlı milli hərəkatın genişləndiyi
ilk illərdə «Trablis müharibəsi» və «Ədirnə fəthi» pyeslərini
yazdı və bu əsərlər Türkiyədə baş verən inqilabi-tarixi
hadisələri, türk xalqının öz suverenliyi, ərazisini qoruyub
saxlamaq uğrunda mübarizəsini əks etdirirdi.
Milli hökumətin yarandığı illərdə parlamentdə stenoqraf
işləyən C. Cabbarlı dramaturgiya, eləcə də lirik yaradıcılığını
Sənət, sənətkar və zaman
47
davam etdirir, milli dövlətçiliyi, vətənin, torpağın gözəlliyini
tərənnüm edir. İlk şeirlərində-«Azərbaycan bayrağına»,
«Sevdiyim», «Sevimli ölkəm», «Salam» və s. şeirlərində Xalq
Cümhuriyyətinin şirin dadını duyan, bu dövlətin məhəbbətini
qəlbində yaşadan vətənpərvər qəlbin səsi duyulur. Bayrağımız,
türkçülük, turançılıq məfkurəsi ön planda verilir. Şairin
«Azərbaycan bayrağına» şeiri şairin «azadlıq və istiqlal»
sevgisini oricinal formada əks etdirən əsərlərdən» biri kimi
yüksək qiymətləndirilir.
«Azərbaycan bayrağına» şeirində üçrəngli Azərbay-can
bayrağının rəmzlərini bədii şəkildə verir:
Bu göy boya Göy Moğoldan qalmış bir türk nişanı,
Bir türk oğlu olmalı!
Yaşıl boya İslamlığın sarsılmayan imanı,
Ürəklərə dolmalı!
Şu al boya azadlığın, təcəddüdün fərmanı,
Mədəniyyət bulmalı!
Səkkiz uclu şu yıldız da səkkiz hərfi od yurdu,
Əsarətin gecəsindən fürsət bulmuş quş kibi
Səhərlərə uçmuşdur.
«Sevdiyim» şeirində də şair üçrəngli bayrağa, vətənə mü-
qəddəs hisslərlə yanaşır, bu bayraqda türkçülük, turançılıq
ideyalarını ümumiləşdirir.
Ölkədə milli hökumətin süqut etməsiylə, Xalq Cümhuriy-
yətinin qurucuları, ədəbiyyata gələn gənc istedadlı qələm
sahibləri mənəvi cəhətdən yaralanmışdılar. Bu zərbənin ağr-
ılarını çəkirdilər və C.Cabbarlı da onlardan biri idi. «Aydın»,
«Oqtay Eloğlu» kimi əsərlərində milli kədərin motivləri vardır.
Qorxmaz, mübariz C. Cabbarlı 1920-ci il aprelin 27-də
hakimiyyətin süqutu haqqında qərar qəbul edilən axşamı bu
milli hərəkatın bir çox cavan fəalları ilə Məmməd Əmin
Gülxani Pənah, Salatın Əhmədli
48
Rəsulzadənin evinə yığışırlar. «Gənc müsavatçılar» hərəkatı
yaranır. Bu gizli təşkilatın sədri Mirzə Bala Məmmədzadə, baş
katib Cəfər Cabbarlı oldu. Təşkilatın bir sıra yığıncaqları Cəfər
Cabbarlının bağında keçirilir, bolşevizmə qarşı mübarizə
aparan özəklər yaradılır, «İstiqlal» qəzeti dərc edilirdi. 1923-cü
ildə təşkilatın üzvləri, o cümlədən C. Cabbarlı da bolşevik
hökuməti tərəfindən həbs edilsə də, avqustun ortalarında
müxtəlif şərtlər əsasında azadlığa buraxıldı. Onun yaradıcılığını
ətraflı tədqiq edən alimlər bu qənaətdədirlər ki, «Cəfər Cabbarlı
heç bir zaman bolşevik ideyalarını qəbul etməmiş və sovet
quruculuğunun kor-koranə təbliğatçısı olmamışdır. Onun bu
recimlə birbaşa həmfikirliyini göstərən heç bir yazısı yoxdur.
Lakin müəyyən mənada aydın və oqtayların prototipi olan C.
Cabbarlının bir xüsusiyyəti vardı: doğma xalqa bağlı olan ədib
üçün idealsız, qayəsiz, Azərbaycanın sabahına inamsız
yaşamaq qeyri-mümkün idi. Belə qayələri Cəfər Cabbarlı
qismən 20-ci illərdə bolşeviklərin xüsusi ardıcıllıqla həyata
keçirdikləri mədəni inqilabda tapdı. Bu inqilab Azərbaycan
xalqını Avropa mədəniyyəti yoluna yönəldirdi və məhz bu
cəhət Cəfər Cabbarlının xalqımızın gələcəyi barədə arzularına
uyğun idi. Ona görə də bu prosesdə iştirak edən C. Cabbarlını
mənəvi iflasdan və əzablardan xilas etdi».
Xalq Cümhuriyyətinin köməyini, dövlətin qayğısını
üzərində hiss edən, onun dəstəyi ilə xaricdə təhsil alan, elmə,
biliyə yiyələnən Əli Yusifin «Azərbaycanlıya», «Bayraq»,
«İdeal», «Bir türk yanqısı deyir ki», «Qarabağ xainlərinə» və s.
şeirlərində xalq, millət, vətən sevgisi əsasdır. «Əli Yusifin
şeirlərini səciyyələndirən başlıca keyfiyyət onların canlı hiss
və təəssüratlardan qaynaqlanması yüksək mübarizlik əhval-
ruhiyyəsinin məhsulu olmasıdır. Bu cəhət bir tərəfdən şairin
fitri poetik keyfiyyətlərinin göstəricisi kimi özünü büruzə
Dostları ilə paylaş: |