Sənət, sənətkar və zaman
29
dili də dövlət, sənət, elm dili kimi işlənmək hüququ qazanır»
(T. Hacıyev).
İzzəddin Həsənoğlu, Əbdülqadir Marağayi, Şah Qasım
Ənvar, Sultan Əhməd kimi şairlərin yaradıcılığı, onların əldə
olunan şeirləri Nəsimiyə qədərki yazılı ədəbi dilimizin abidələri
kimi tarixi əhəmiyyətlidir. Əbdülqadir Marağayi böyük istedad
sahibi kimi həm də incəsənət aləmində məşhur idi. Gözəl səsə
malik olan şair yüksək təfəkkür sahibi olub, «musiqi sənətinə
hərtərəfli yanaşan musiqi alimi» olub, «maraq dairəsinin
böyüklüyü, zehniyyətinin vüsəti, görüş üfüqlərinin genişliyi
etibarilə zamanının görkəmli alimi, mümtaz musiqişünası və
mahir ustadı sayılır» (Əfrasiyab Bədəlbəyli).
Əbdülqadir Marağayinin şairliyi və xəttatlığı haqqında
İran alimi məlumat verir. Onun «Məqasidül-Əlhan» («Təra-
nələrin məqsədləri») və «Cameül-Əlhan» («Təranələr külliy-
yatı») əsərləri əlyazma nüsxələri əsasında, Təqi Binişin tərtibatı
ilə çap edilmişdir. Birinci əsərinin sonuna şairin farsca və
türkcə bir sıra şeirləri daxil edilmişdir. Müəllif onları
bəstələdiyi musiqi əsərlərinə mətn kimi yazmışdır. Onun
«Məqasidül-əlhan» kitabında «Ey canü cəhan bəhər səfa, bizi
unutma» misrası ilə başlanan şeiri yazılı ədəbi dilimizin ilk
nümunələrindən biri kimi qiymətləndirilir.
XV əsrdən etibarən Azərbaycan ədəbiyyatı əsasən milli
dildə inkişaf etməyə başlayır: «Teymurilərin qovulmasından
sonra Cənubi Azərbaycanda təşəkkül edən Ağqoyunlu və
Səfəvilər dövlətlərinin Azərbaycan dilinə əhəmiyyət verməsi,
xüsusən Səfəvilər dövlətinin bu dildən dövlət dili kimi istifadə
etməsi Azərbaycan dilinin ədəbi-bədii dil olaraq sürətlə inkişaf
etməsinə şərait yaradır. Hələ XIV əsrdən başlayıb inkişaf
etməkdə olan Azərbaycan ədəbi-bədii dili XV əsrdə
möhkəmlənir, XVI əsrdə isə yüksək zirvəyə çatır; «bu əsrdə
Gülxani Pənah, Salatın Əhmədli
30
əsas əsərlərini bu dildə yaratmış cahanşümul sənətkarlar
yetişir».
Bu dövrdə fars dilində də şeir yazan şairlər vardı. Katibi,
fars dilində «Həqiqi» təxəllüsü ilə şeirlər yazan Şahcahan, fars
dilində «Xəmsə» yazan Marağalı Əşrəf kimi şairlərlə yanaşı, bu
dövrdə ölkədə baş verən siyasi hadisələrlə razılaşmadıqlarından
vətəni tərk edənlər də vardı; Türkiyəyə köçüb yaradıcılıqlarını
davam etdirən Hamidi, Haşimi (XV əsr), Süruri, Şahi, Həbibi,
Xəlili, Matəmi, Arifi, Qasimi, Gülşəni, Bidari, Pənahi, Hafiz,
Xəlifə, Xəzani, Həsiri, Mir Qədri vardı; Əlişir Nəvainin
başçılıq etdiyi ədəbi məktəbə maraq göstərib Herata köçən,
orada hörmət qazanandan sonra vətənə dönən, Nəvai dilinə
yaxın bədii dili olan əsərlər yaradan Azərbaycan şairləri
(Xülqi, Allahi, Ziyayi) vardı. Qəzvində doğulub Təbrizdə
yaşayıb-yaratmış, öz ana dilində yazdığı şeirləri ilə
müasirlərindən fərqlənən Kişvəri, dostu Həbibi, «dünyəvi
meyilləri, canlı, sadə dili ilə xalq kütlələri içərisində geniş
yayılmış və Azərbaycan şeirinin sonrakı inkişafında müəyyən
müsbət rol oynamış», «aşıq şeiri üslubunda, sadə, canlı xalq dili
ilə yazılan və saz havalarına uyğun gələn» qoşmalar müəllifi,
Azərbaycan dilində məsnəvi tərzində yazılan ilk əsərlərdən olan
«Dəhnamə» poemasının müəllifi, üç dildə şeir yazmaq qabiliy-
yətinə malik «Divan», didaktik mənzumələr, lirik qoşmalar,
«Nəsihətnamə» məsnəvisi, «Dəhnamə»si olan Şah İsmayıl
Xətayi vardı; Nizami, Xaqani ədəbi ənənələri ilə qidalanmış, o
ənənələri davam və inkişaf etdirərək Azərbaycan ədəbiyyatına
yeni məzmun, yeni bədii keyfiyyətlər gətirmiş, üç dildə ölməz
əsərlər yaratmış, dünya ədəbiyyatına, xüsusilə, Yaxın Şərqin
ədəbi həyatına, Türkiyə, İran, Orta Asiya xalqlarının
ədəbiyyatına dərin təsir göstərmiş, Azərbaycan poeziyasında
lirikanın ən gözəl nümunələrini yaradan və onu yüksək zirvəyə
Sənət, sənətkar və zaman
31
qaldıran, qəzəl ustadı, Azərbaycan bədii dilinin banisi, dilinin
sadəliyini, təbiiliyini göz bəbəyi kimi qoruyan, dili məcaz və
təşbehlərlə, istiarə və mübaliğələrlə, əlvan epitet və surətlərlə
zəngin dili olan, Azərbaycan poeziyasını vəzn cəhətdən
zənginləşdirən, vəznlərə yeni ruh, yeni ahəng gətirən» bir
sənətkar kimi dəyərləndirilən Füzuli kimi qüdrətli sənətkarlar
vardı və onlar təkcə Azərbaycanda deyil, bütün Yaxın Şərqdə
tanınmış sənətkarlar olmuşdur. Xüsusilə, Füzuli «əsərlərinin
dərin elmi, fəlsəfi məzmunu, mövzu cəhətdən rəngarəngliyi,
yüksək obrazlılığı və forma gözəlliyi əsrlər boyu ədəbi inkişafa
təsir göstərmiş, yalnız Azərbaycanda deyil, bütün Yaxın Şərqdə
yetişən şairlər üçün əsl yaradıcılıq məktəbi olmuşdur».
XVII əsrdə xalq yaradıcılığından-xalqın mübarizəsini,
zəhmətkeş kütlələrin istək və arzularını ifadə edən əsərlərdən
qüvvət alan yazılı ədəbiyyat təkmilləşir, xalq şeiri təsiri altında
yazan yeni tipli şairlər meydana çıxır. Folklor təsirindən
yaranan şeir məzmun və şəkli ilə saray şeirindən fərqlənirdi,
xalqın, yoxsul təbəqənin istək və arzuları, əməyi, zəhməti ön
plana çəkilirdi, xalqın istilaçılara, feodal zülmünə qarşı
mübarizəsindən, el gücündən bəhs edilirdi: «Əsrin qabaqcıl
arzularını ifadə edən bu ədəbiyyat şəkli xüsusiyyətləri ilə də
feodal, ruhani və tacir mühitində sevilən ədəbiyyatdan
fərqlənirdi. Bu şeirin xalq şeiri ilə səsləşməsi ən yaxşı
cəhətlərindən biri idi. Onun vəzni heca vəzni idi. Bədii ifadələr
canlı həyatdan, kənd və şəhər yoxsullarının məişətindən alınır,
təşbeh və istiarələri ənənəvi qəzəl, qəsidə ifadələrindən fərqli
olaraq canlı həyat, məişət ilə bilavasitə əlaqədar olurdu».
Bu dövrdə xalq şeiri tərzində yazan Tufarqanlı Abbas,
Sarı Aşıq daha çox məşhur olub, əsərlərində məhəbbətlə yanaşı,
daha çox dövrün ictimai-siyasi məsələlərini əks etdirirdilər.
XVIII əsrdə şifahi xalq şeiri tərzində yazan şairlərin yaradıcılığı
Gülxani Pənah, Salatın Əhmədli
32
daha geniş, daha əhatəli olub, «dövrün ədəbi inkişafına
istiqamət verməyə başladı». Xəstə Qasım, Vidadi, Vaqif kimi
böyük sənətkarlar bu ədəbi cərəyanı yüksək səviyyəyə
qaldırdılar. Xalq ədəbiyyatına olan bu meyil getdikcə
qüvvətlənərək şifahi xalq şeirinin bütün xüsusiyyətlərini yazılı
ədəbiyyatda əks etdirirdi.
Həm xalq yaradıcılığından, həm də klassik ənənələrdən
yararlanmaqla oricinal keyfiyyətlərə
malik XVIII əsr
Azərbaycan lirikasının yaradıcıları Vaqif, Vidadi, Nişat, Ağa
Məsih, Məhcur, Xəstə Qasım kimi sənətkarlardır. Bu dövrün
sənətkarlarının əsərlərində «romantik və dünyəvi məhəbbətin
tərənnümü, həyatın mənası barədə fəlsəfi düşüncələr feodal
dünyasında hökm sürən qeyri-bərabərliyə, ədalətsizliyə etiraz,
xeyirxahlıq və nəcibliyə çağırış, konkret hadisə və insanların
təsviri... bütün bu motivlər XVIII əsr lirikasında öz rəngarəng
bədii əksini tapmışdır. Həmin lirikada əyani səslənən
dünyəvilik və nikbinlik notları orta əsr şeirinə yeni ruh
gətirirdi».
Bu dövr sənətkarlarımız həm əruz, həm də heca vəznində
əsərlər yazsa da, heca vəzni-Azərbaycan şeirinin ana vəzni daha
mühüm mövqe qazanmaqda idi. Onların əsərlərinin dili xalq
ifadələri, xalq dili, deyimləri, ifadələri ilə zənginləşirdi, ərəb-
fars tərkibli ifadələrdən təmizlənirdi. Alimlər bu dövrün bir
əlamətdar cəhəti kimi sənətkarlarının yaradıcılığında «həyat
hadisələrinə, insana münasibətdə realistik dünyabaxışın üstün
gəlməsi faktı»nı dəyərləndirir və bu «realistik meyil» realist
ədəbiyyatın inkişafına yol açmış olur.
XIX əsr Azərbaycan ədəbiyyatı tarixində «ən zəngin,
məhsuldar, rəngarəng, maraqlı və eyni zamanda ən ziddiyyətli
bir dövr» kimi təhlil edilir. Bu əsrdə Azərbaycan ədəbiyyatında
köhnə ədəbi üsulların mövcud olduğu şəraitdə realizm ədəbi
Dostları ilə paylaş: |