Sənət, sənətkar və zaman
33
yaradıcılıq metodu inkişafa başlayır, dramaturgiya, milli
mətbuat, ədəbi tənqid, estetika, bir sıra canr və formalar, ictimai
və fəlsəfi fikir sahəsində müəyyənləşmiş və sistemləşmiş
materialist və ateist baxışlar meydana çıxır. Abbasqulu ağa
Bakıxanov, professor Mirzə Kazım bəy, Mirzə Şəfi Vazeh,
İsmayıl bəy Qutqaşınlı, Mirzə Baxış Nadim, Baba bəy Şakir,
Qasım bəy Zakir, Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi,
Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, aşıq şeiri tərzində
yazan Seyid Əbülqasım Nəbati kimi simalar yetişir, onlar
xalqımızı dramaturgiya və teatrla, milli mətbuatla, inqilabi-
demokratik fikirlərlə, azadlıq ideyaları ilə tanış edir, onların
yaradıcılığında real, gördükləri hadisələr öz əksini tapır və bu
realizm Axundovun yaradıcılığında kamala çatır: «Öz
dövründəki ictimai-mədəni həyatın elə bir sahəsi tapılmaz ki,
oraya böyük mübariz yazıçı nəzər salmamış və öz qəti, hərarətli
sözünü söyləməmiş olsun. Ədəbiyyat, sənət, fəlsəfə, din,
siyasət-bütün bu mühüm sahələrdə M. F. Axundov yorulmadan
mübarizə aparmış və döyüşkən bir materialist-ateist kimi köhnə
ideyaları
alt-üst
etməyə
çalışmışdır.
Bütün
ideoloci
mübarizəsində Avropanın mütərəqqi, demokratik burcua
yazıçılarından və böyük rus maarifçilərindən ruhlanan M.F.
Axundovun fikirləri ardıcıl və möhkəmdir. Parlaq istedad,
geniş bilik sahibi olan yazıçı toxunduğu hər bir məsələdə dərin
məlumat, fikir genişliyi, gözüaçıqlıq və uzaqgörənlik
göstəmişdir» (M. Arif). Nizami, Füzuli, Nəsimi, Vaqif...
Azərbaycan ədəbiyyatında «poeziyanı dünya meydanına
çıxardıqları halda, bədii nəsr və dramaturgiya öz böyük
sənətkarını M. F. Axundov simasında qazandı».
M.F.Axundovun özündən sonra yetişən realist sənət-
karların (N. B. Vəzirov, C. Məmmədquluzadə, Əbdürrəhimbəy
Haqverdiyev, C. Cabbarlı....) yaradıcılığına böyük təsiri olmuş,
Gülxani Pənah, Salatın Əhmədli
34
böyük sənətkarlarımız M.F. Axundovun yolu ilə getmiş, onun
realizmini inkişaf etdirmişlər.
XIX əsrin ikinci yarısında aşıq poeziyası ilə yanaşı,
qəzəl şairlərinin sayı getdikcə çoxalır. Qarabağda («Məclisi-
üns» və «Məclisi-fəramuşan»), Şamaxıda («Beytüs-səfa»),
Bakıda («Məcməüş-şüəra»), Ordubadda («Əncüməni-şüəra»),
Lənkəranda («Fövcül-füsəha») şeir məclisləri fəaliyyət göstərir,
Seyid Əzim Şirvani, Xurşudbanu Natəvan, Fatma xanım
Kəminə, Mirzə Ələsgər Növrəs, Əbdülxalıq Cənnəti, Mirzə
İsmayıl Qasir, Bahar Şirvani, Cənubi Azərbaycanda Mirzə
Məhəmmədbağır Xalxali və b. yetişir.
Bu dövrdə Axundovdan sonra tanınmış ikinci böyük icti-
mai xadim Həsən bəy Zərdabi «Əkinçi» (1875-1877) qəzetinin
nəşrinə nail olmaqla, milli Azərbaycan mətbuatının bünövrəsini
qoydu. Onun səhifələrində şairlərin imzaları da vardı.
Ustad sənətkar Cəlil Məmmədquluzadə milyonlarla xalq
kütlələri ilə danışmağın «qaydasını bilən», böyük təsiredici,
təşviqedici qüvvəyə malik olan «Molla Nəsrəddin» curnalının
nəşrinə başlamaqla hər sahədə olduğu kimi, Azərbaycan ədəbi
təfəkkürünün də nələrə qadir olduğunu bir daha sübut etmiş
oldu. Bu curnal müsəlman Şərqində, bütün Yaxın və Orta
Şərqdə ən qabaqcıl satirik curnal olub, dövrün mühafizəkar və
mürtəce qüvvələrini, ictimai bəlalarını inqilabi-demokratik
cəhətdən cəsarətlə tənqid edən bir ədəbi orqan kimi dünyada
məşhur idi. «Məktəb», «Dəbistan», «Təkamül», «Hürriyyət»,
«Rəhbər», «Həyat», «İrşad», «İşıq», «Füyuzat», «Şəlalə»,
«Dirilik», «Qurtuluş» kimi mətbu orqanlarla birlikdə «Molla
Nəsrəddin» öz səhifələrində A. Səhhət, M.Ə.Sabir, N. B.
Vəzirov, Ə. Haqverdiyev, S. S. Axundov, Ə. Qəmküsar, Ə.
Nəzmi, Məhəmməd Hadi, M.S. Ordubadi, R.Əfəndiyev, S. M.
Qənizadə
kimi
ədibləri
birləşdirirdi.
Bu
dövrdə
C.
Sənət, sənətkar və zaman
35
Məmmədquluzadə
ədəbiyyatımızın
inkişafında
misilsiz
xidmətləri olan böyük şəxsiyyətdir. «Azərbaycan ədəbiyyatında
qədim dövr humanizminin mahiyyət və xarakterini öyrənmək
üçün Nizami poeziyası, orta əsrlər şeiri və məhəbbət lirikasının
ictimai və intim keyfiyyətlərini bilmək üçün Füzuli yaradıcılığı,
XX əsr romantizminin mürəkkəb xüsusiyyətlərini araşdırmaq
üçün Hüseyn Cavid dramaturgiyası nə qədər zəngin, əlvan
material verirsə, yeni ədəbiyyatın ən qüdrətli məktəbi olan
realizm üslubunun şəkil və məzmun xüsusiyyətlərini dürüst
müəyyən etmək üçün də Mirzə Cəlilin əsərləri əvəzsiz və
tükənməz mənbədir» (Mir Cəlal).
Təxminən 25 il ömür sürən «Molla Nəsrəddin» curnalı
ədibin ictimai fəaliyyətində, Azərbaycan mətbuatı tarixində
əsas yer tutur. Onun səhnə əsərləri təkcə Azərbaycanda deyil,
bütün müsəlman şəhərlərində tamaşaya qoyulub. Mirzə Cəlil
elə bir sənətkardır ki, Azərbaycan dili başa düşülən ölkələrdə
sağlığında belə məşhur idi. Yaratdığı curnal «Azərbaycan
xalqının oyanması, mənəvi cəhətdən silahlanması və inqilab
yoluna düşməsində, əsrlərcə feodal zülm və zülmətində
yaşayan kütlələrin əsarətindən, «ölülər» aləmindən qur-
tarmasında, tərəqqi və səadət üçün çarpışmasında, öz mü-
qəddəratı, azadlığı və hüququ uğrunda mübarizəsində, maarif
və mədəniyyətin təbliğ edilməsi və yayılması işində, elm işığı
ilə işıqlanmasında» elə böyük rol oynadı ki, ikinci belə bir xalq
curnalını o dövrdə göstərmək çətindir...
Onun məsləkdaşları M. Ə. Sabir, N. Nərimanov, Ə.
Haqverdiyev, Ə. Nəzmi, M. S. Ordubadi, Ə. Qəmküsar, M. Ə.
Möcüz, S. S. Axundov, M. Hadi, A. Səhhət, Y. V. Çəmən-
zəminli, S. M. Qənizadə, A. Şaiq məktəbinin davamçılarının
gətirdiyi güclü dalğa möhtəşəm bir ədəbiyyatın gələcəyindən
xəbər verirdi. Elə bir ədəbiyyatın ki, bəşər tarixində öz
Gülxani Pənah, Salatın Əhmədli
36
sıralarında bu qədər ədəbiyyat adamını birləşdirməmişdi, bu
qədər sistemli şəkildə millətinə, xalqına xidmət işini öz
çiyinlərinə götürməmişdi. O elə bir dalğa idi ki, özüylə
Azərbaycan ədəbiyyatına daha bir qüdrətli nəfəs gətirdi, 70 il
ərzində minlərlə ziyalısı, onlarla ədəbiyyatçısı repressiyalara
məruz qaldı, dissident həyatı yaşadı. Amma əqidəsini, amalını
yeni həyat uğrunda silahlanmış ideyalarını həyat yolunun
devizi etməkdən çəkinmədi. Mirzə Cəlil kimi sənətkarların
yaratdığı abı-hava ilə köklənən yeni ədəbiyyatın nümayəndələri
yetişirdi, 70 illik ədəbi prosesi kommunist ideologiyası idarə
etmiş olsa da, senzura hökm sürsə də, bu məmləkətdə azad
düşünmək, azad yaşamaq, yaratmaq hissini tamamilə boğa
bilmədi.
1929-37-ci illərdə əhməd cavadlar, müşfiqlər, cavidlər...
məhv edildi, almaslar, ceyhunlar, məmmədəminlər... mühacirət
həyatı yaşamalı oldu, amma onların əqidəsinə, amalına hörmət
və ehtiram göstərənlər onların fəaliyyətini təqdir edən əsərlər
yazdılar. Onların közərtmək istədikləri kiçik tonqalları 60-70-
ci illərdə ədəbiyyata gələnlər elə alovlandırdılar ki, senzura,
kommunist ideologiyası qarşısında aciz qaldı. İlk bünövrəsini
Cəlil Məmmədquluzadələrin qoyduğu mübarizə bundan sonra
sönmədi və bu gün də alovlanmaqdadır, şöləsi bütün aləmə
yayılmaqdadır...
Bu möhtəşəm, sistemli, bütövlükdə xalq və dövlət
tərəfindən xüsusi qayğıyla da əhatə olunmuş ədəbiyyatın
yetişməsində özündən əvvəlki nəsillərin, uluların, onların
yaratdığı şifahi xalq ədəbiyyatının rolu böyük olduğu yada
salındı; ərəb-fars dilində yazıb-yaratmağa məcbur olmuş,
təzkirələrin, tarixi əsərlərin yaddaşında qalan simalar xatırlandı;
yol üstündə yerləşdiyindən, zaman-zaman çapılıb, talanmış
Azərbaycan torpağının yetişdirdiyi nadir dühalara nəzər salındı;
Dostları ilə paylaş: |