Sənət, sənətkar və zaman
21
hissəsinə çevrilir. XII əsrdə farsdilli poeziya geniş şöhrət tapsa
da ərəbdilli ədəbiyyat öz mövqeyini saxlayırdı. Dövrünün
məşhur şairi, şairlər xaqanı təxəllüsü almış Xaqani fars diliylə
yanaşı ərəb dilində də gözəl əsərlər yaradırdı. Bu da ərəb dilinin
hər sahədə oduğu kimi ədəbi sahədə də bu dövrdə işlədildiyinə
sübutdur.
XII əsrdə fars dili Azərbaycan poeziya dili kimi hakim
mövqe tutmasına baxmayaraq, ərəb dilində yazan sənətkarlar
olmuş, onlar elmi və bədii əsərlərini bu dildə yazmışlar.
Sührəvərdi Şərqin mədəniyyət və elmində qüdrətli bir filosof
olmaqla yanaşı şairdir. O, 38 illik ömründə özündən sonra
böyük fəlsəfi bir irs ( «Hikmət əl-işraq», «Həyakil ən-nur»,
«Ət-Təlvihat əl-lavhiyyə va-l-ərşiyyə»), «Risalə fi itiqad əl-
hukəmə», («Əl-Mutarahat»), («Əl-Əlvah əl-imadiyyə»), «Əl-
Muqavamat», «Əl-Məaric» və s) qoyub getmişdir. Təbiət və
cəmiyyət məsələləri, həyatın hikmətinə aid nəzəri fikirləri
verilən bu əsərləri ilə yanaşı, o, qələmini poeziya sahəsində
sınamış, lirik incə qəlbli bir şair kimi tanınmışdır. Mənbə və
məxəzlərdə onun poeziya yaradıcılığı haqqında qiymətli
fikirlər var. Sührəvərdinin divanı Həmid Araslı tərəfindən
tapılmış
və
əlyazmasının
fotosurəti
respublikamıza
gətirilmişdir. Bu tapıntı filosof şairin yaradıcılığını geniş və
hərtərəfli tədqiq etməyə imkan verir. Həcmcə kiçik divan
tamamlanmamışdır. Onun yaradıcılığı ərəbdilli Azərbaycan
poeziyasında xüsusi yer tutur. VII-VIII əsr şairlərinin
ənənələrini davam etdirmiş, keyfiyyətcə zənginləşdirmişdir.
Ona qədər poeziyada real hisslərin tərənnümü qüvvətli idi,
Sührəvərdinin şeirlərində isə «rassionalist istiqamət, fəlsəfi
dərinlik, romantik vüsət» üstünlük təşkil etdiyi, onun
poeziyasının «fəlsəfi ümumiləşdirmənin, əqli mühakimənin
gözəl nümunələri kimi» diqqəti cəlb etdiyini qeyd edən alimlər
Gülxani Pənah, Salatın Əhmədli
22
bildirirlər ki, «əgər Musa Şəhəvat ərəbdilli Azərbaycan
poeziyasına ictimai motiv gətirmişsə, İsmayıl ibn Yəsar onu
siyasi və ideoloci vuruşmalar meydanına çevirmiş, Mümkan
Təbrizi isə sənətin xalq həyatı ilə bağlılığı ideyasını meydana
atmışdır. Həmin poeziyanın filosofu isə məhz Sührəvərdi
olmuşdur».
Zəncan yaxınlığındakı Sührəvərdi şəhərində anadan olan,
Marağada təhsil alan, elmi, biliyi ilə diqqəti cəlb edən, Hələbə
gələrkən oranın hakiminin hörmətini qazanan, bilik və
bacarığına həsəd aparılan, «cəsarətli fəlsəfəsindən qorxuya
düşən «Hələb fəqihləri alimin qətlinə fitva verirlər».
Onun kimi tale sahibi Eyn əl-Quzat dövrünün böyük
filosofu, həm də nasiri və şairi olmuşdur. Babası dövrünün ta-
nınmış şairlərindən olmuşdur. Eyn əl-Quzatın Azərbaycanın
fəlsəfi, ictimai, siyasi, ədəbi fikir tarixində rolu alimlər
tərəfindən yüksək dəyərləndirilir.
Ərəbləşdirmə siyasətindən narazı Yaxın Şərq xalqlarının
üsyan və mübarizələri Əməvilər sülaləsini süquta uğratdı və
Abbasilər sülaləsi hakimiyyət başına keçdi. Onların haki-
miyyətə gəlməsində fars zadəganlığı xüsusi rol oynadığından
ərəb dili öz hakim mövqeyini saxlamaq istəsə də, fars dili də
xilafət sarayına yol tapdı. IX əsrdən fars dili poeziya dili oldu:
«dini və elmi əsərlər ərəb dilində yazılır, şəriət qanunları ilə
əlaqədar məsələlər bu dildə aparılırdı, ərəb dili din dili kimi öz
hüququnu saxlasa da, fars dili şeir dili olaraq şöhrətləndi və bu
dil Orta Asiya, İran və Azərbaycan feodal saraylarında rəsmi
dövlət dili və ədəbi dil kimi möhkəmlənməyə başladı». Fars
dilində şeir yazdırmaq dəb şəkli aldı, xalq kütlələrindən
fərqlənmək üçün dillərinə xor baxan feodallar idi. XI əsrdən
etibarən fars dili uzun müddət ədəbi dili olduğundan ana
dilində yazan sənətkarlar fars dilində də əsər yazmaq
Sənət, sənətkar və zaman
23
məcburiyyətində qaldılar. «Bu dövrdə yaranan şifahi xalq
ədəbiyyatı qədim atəşpərəstlik ənənələrini mühafizə etməklə
xalqın şikayətlərini, etirazlarını, baş verən gündəlik tarixi
hadisələri, eyni zamanda məişət, adət və ayin məsələlərini əhatə
edirdi. Şifahi xalq ədəbiyyatı dünyəvi hadisələri tərənnüm
edirdi. Bu ədəbiyyatı xalqın içərisindən çıxmış sənətkarlar
yaşadır və bunlar nəsildən-nəslə keçərək ağızlarda dolaşırdı.
Dini dairələr bu ədəbiyyatı dindən xaric, dinə, şəriətə zidd
adlandırıb təqib edirdilər». Belə bir dövrdə Azərbaycan ədə-
biyyatının qüdrətli qələm ustadları dilimizin yüksək bədii ifadə
vasitələrindən istifadə etməklə, Azərbaycan şeirinin şah
əsərlərini həm öz dilində, həm ərəb, həm də fars dilində
yaratmağa məcbur oldular. Qətran Təbrizi, Əfzələddin Xaqani,
Nizami, hakim feodal ruhani görüşləri təbliğ edən Əbül-Üla
Gəncəvi, Fələki, İzzəddin Şirvani, Qivami Mütərrizi, Məhsəti,
Mücirəddin Beyləqani kimi şairlər yazıb-yaradırdılar.
Xaqaninin yaradıcılığının onun özündən sonra gələn şairlərin
yaradıcılığına böyük təsiri olmuş, onun sənətkarlıq şöhrəti
bütün Yaxın Şərqdə, Hindistan, İraq, İran, Orta Asiyada
yayılmış, Mücirəddin Beyləqani onu öz ustadı sanmış, xarəzmli
Rəşidəddin Vətvat, Fərqanəli Əsir Axsiketi kimi şairlər onunla
şeirləşməyə çalışsalar da, «Xaqani sənəti öz qüdrət və
üstünlüyü ilə həmişə qalib gəlmişdir». Onun «Qəsideyi-şiniyə»
əsəri XII əsrdə klassik Şərq poeziyasında elə bir yenilik oldu ki,
dünyanın böyük ustadlarını yerindən tərpətdi. Qəsidənin
məzmunundan «təsirlənmiş» XIII əsrin böyük hind şairi Əmir
Xosrov Dəhləvi «Meratüs-səfa» (saf güzgü) adlı 174 beytlik
qəsidəsini, böyük tacik şairi Əbdürrəhman Cami (XIV əsr)
«Cilair- ruh» («Ruhun cilası») 130 beytlik qəsidəsini, Füzuli
«Ənisül-qəlb» 138 beytlik əsərini yazır, onun bu qəsidəsinə
hamıdan öncə Nizaminin nəzirə yazdığını Əbülqasim Şirazi
Gülxani Pənah, Salatın Əhmədli
24
Əmri Xaqaninin qəsidəsinə nəzirə olaraq yazdığı «Ənvarül-
üyun» («Gözlərin işığı») qəsidəsində qeyd edir, o qəsidə bizə
gəlib çatmayıb. Xaqani yaradıcılığının özündən sonra gələn
sənətkarların yaradıcılığına böyük təsir göstərdiyini sübut edən
bu siyahını artırmaq olar. «Xaqani dühasına pərəstiş və onun
ayrı-ayrı əsərlərinə nəzirə yazmaq ənənəsi ən çox Azərbaycan
ədəbiyyatında dərin izlər buraxmışdır. Xaqaninin əsərləri
Azərbaycan klassik şairləri tərəfindən daha çox sevilmişdir.
Zəmanəsindəki ictimai hadisələrə həssas və coşqun münasibət,
yüksək sənətkarlıq kimi gözəl xüsusiyyətlər Xaqanini
Azərbaycanın bir çox şairləri üçün müəllim və ustad etmişdir.
Nizami Gəncəvi, Mücirəddin Beyləqani, Füzuli öz əsərlərində
Xaqaninin sənətkarlıq xüsusiyyətlərindən istifadə ilə onu daha
da inkişaf etdirmişdir».
Nizaminin yaradıcılığı ilə orta əsr Azərbaycan ədəbiy-
yatında və ictimai fikir tarixində yeni bir dövr başlanmışdır.
Misilsiz sənətkarlıqla yazılmış əsərləri xalqının ibrətamiz,
hikmətamiz, mütərəqqi əxlaqi görüşləri ilə zəngin olub. Dünya
ədəbiyyatı tarixində «Xəmsə» adlanan beş böyük əsəri bədii
sözün dəyərini bilənlər tərəfindən ölməz əsərlər kimi
dəyərləndirilmiş, bu misilsiz bədii qüdrətə malik əsərləri bütün
dünyaya yayılaraq hələ sağlığında belə ona dünya şöhrəti
qazandırmışdır. XIII əsrdən başlayaraq Nizami motivləri
əsasında əsərlər yaranmağa başlayır. Sədi Şirazinin «Bustan»,
Cəlaləddin Ruminin «Məsnəvi» əsərlərini görürük. Onun
«Xəmsə»si əsasında XIII əsrin klassik şairi Əmir Xosrov
Dəhləvi, Əlişir Nəvai, Əbdürrəhman Cami «Xəmsə»lər
yaratdılar. Yaxın və Orta Şərq xalqlarının ədəbiyyyatına böyük
təsir göstərmiş, XVII əsrdən Avropa, Amerika alimləri (fransız
şərqşünası dErbelo, Hammer Purqştal, F. Erdman, Eduard
Braun, M. Xautsma, R.Levi, Xorn, F.B. Şarmuan, V. Baxer,
Dostları ilə paylaş: |