Sənət, sənətkar və zaman
13
mədhiyyələri, həcvləri qalıb. Musa Şəhəvatın şeirləri məşhur
idi. Onlar hikmətli sözlər, zərb-məsəllər kimi ağızdan-ağıza
keçirdi, cariyələrdən tutmuş xəlifələrə qədər onun şeirlərini
əzbər söyləyirdilər. O, şeirlərində özündən razı adamlara,
mənsəb və vəzifəsinə arxalanıb heç kəslə hesablaşmaq
istəməyən lovğalara üz tutur, «insan daimi yaşamır, o, gec-tez
ölüb gedəcəkdir»,-deyir, xeyirxahlıq, saflıq kimi nəcib insani
sifətləri tərənnüm edir. Dünyada insanın ancaq yaxşı
əməllərinin əbədi qalacağını söyləyir. Onun aşağıdakı beyti
bunu təsdiq edir:
Mərdlik düşmənlərinə de ki, Xaliddə səxavət
məhv olmuşdur.
Ancaq Səidin fəzilətləri məhv olmayacaqdır.
Belə dəyərli fikirləri ondan sonra gələn şairlər üçün də
ilham mənbəyi olmuş, onun bir çox qiymətli fikirləri digər
qəsidələri də bəzəmiş, məzmununu xeyli qüvvətləndirmişdir.
Dövrünün aktual məsələləri onun şeirlərində var. Ədalətsiz qazi
və valilərə düşmən olan şair Allah adından istifadə edib min
fırıldaq törədənləri ifşa edir, cəmiyyətdə gördüyü eybə-
cərliklərdən iyrənib həyatdan əl üzmür, əksinə, ədalətin, haqqın
gücünə inanır, zülmkarlara lənət yağdırdığı kimi yaxşı əməlləri
də alqışlayır. Ailə münasibətlərinə aid şeirlərində yaxşı qızların
ləyaqətli adama ərə getməsini alqışlayır, özünə layiq ər
seçməyənləri məzəmmət edir. Onun əsərlərindən görünür ki,
yüksək sənətkar olub, ərəb dilinin incəliklərinə dərindən bələd
olub, şeir qanunlarını mükəmməl öyrənib, ərəb şeirlərinin əlavə
vəznlərini
məharətlə öz
yaradıcılığında tətbiq etməyi
bacarmışdır.
İsmayıl İbn Yəsar ərəbdilli Azərbaycan poeziyasının
qüdrətli nümayəndələrindən biridir. VII-VIII əsrdə yaşayıb -
yaratmış bu görkəmli şairin ədəbi fəaliyyəti şərqşünasların
Gülxani Pənah, Salatın Əhmədli
14
diqqətindən kənarda qalıb. Onu müasir fars tədqiqatçılarından
Zəbihullah Səfa və ərəb alimi Əhməd Əmin heç bir əsasları
olmadan fars şairlərinin siyahısına daxil etmiş, Məhəmmədəli
Tərbiyət isə onun Azərbaycan şairi olduğunu bir daha
təsdiqləmişdir. O, ədəbiyyat tarixinə kəskin siyasi şeirlər, zərif
mədhlər, yanıqlı mərsiyələr, səmimi vəsflər, incə aşiqanə şeirlər
müəllifi kimi daxil olmuş, o Musa Şəhəvatdan fərqli olaraq
ömrü boyu ərəb hegemonluğuna qarşı çıxmış, qələmini əsarət
altına alınmış xalqların heysiyyatının qorunmasına həsr
etmişdir. Əhməd Əmin onun yaradıcılığını, şeirlərinin
xüsusiyyətlərini xüsusi qeyd edir, göstərir ki, «orada
hekayəçilik ruhu, gözəl məntiqi ardıcıllıq hakimdir. İsmayıl
ibn Yəsar köhnə ənənələri cəsarətlə qırmış, şeirin yalnız
formaca deyil, məzmunca da sabitliyini ərəbdilli ədəbiyyata
gətirmişdir. Artıq onun aşiqanə şeirlərində dəvə karvanlarının,
səhraların boz qumlarının, qəbilələrin təsvir və tərənnümünə
rast gəlmirik. Ondan qabaqkı ərəbdilli şairlərin hamısı bu
köhnə ənənənin çərçivəsindən çıxa bilmir, müxtəlif hadisələr
yığımını bu şeirdə əlaqəsiz şəkildə əks etdirirdilər. İbn Yəsarın
böyük xidmətlərindən biri elə bu şeiri səliqəsizlikdən xilas
etmək, mövzu vəhdətini poeziyaya gətirmək olmuşdur: bunu
tənqidçilər qədim Azərbaycan ədəbiyyatının təsiri ilə
bağlayırlar. Onun sözləri, tərkiblər, poetik vəzni ərəb qəlibində
verilsə də, Azərbaycan təfəkkürü, Azərbaycan ruhu onun
şeirlərinə daxil ola bilmiş, yeni məna və mahiyyət kəsb
etmişdir. Onun şeirlərində poetik obrazlar, bədii ifadə vasitələri
yüksək sənətkarlıq nümunəsi kimi qiymətləndirilir, əsassız
mübaliğələr, şit təşbehlər, real həyatdan uzaq bənzətmələr
yoxdur. Dili yığcam və canlı, axıcıdır.
Əbul Abbas əl əma Cəzimə ibn Əli ibn əd Deyl ibn Bəkr
ibn Əbd Mənat qəbiləsinin mövlası olmuşdur. Onun
Sənət, sənətkar və zaman
15
yaradıcılığı Yəsar və Şəhəvat kimi müasirlərindən bəzi xüsu-
siyyətləri ilə fərqlənsə də, ardıcıl, qəti mövqeyi ilə seçilib. Əldə
olan mədhləri, həcvləri siyasi xarakter daşıyır. Onun maraqlı
şeirlərindən biri bir atanın dilindən nankor oğula qarşı
çevrilmiş və yüksək sənətkarlıqla yazılmış kiçik bir şeir
parçasıdır. Atanın duz-çörəyi ilə boya-başa çatan oğul ata
qəlbinin yanıqlı fəryadını dərk etmir:
Anadan olan gündən sənə çörək verib, su qabını
dodaqlarına yaxınlaşdırıb,
Qurtum-qurtum içirdərək səni boya-başa çatdırdım.
Gecələr sənə bir bədbəxtlik üz verdikdə gözlərimi
Səhərə qədər yummayıb sənin dərdin üçün
narahatlıq keçirdim.
Sanki sənə üz verən bəla mənə də sirayət edib
Hönkür-hönkür ağladırdı.
VII-VIII əsrlərdə yaşayıb yaratmış və məvali şairlər
adlanan bu təfəkkür sahibləri-azərbaycanlı şairlər ərəbdilli
poeziyanın inkişafına xeyli köməklik göstərmiş, eyni zamanda
öz xalqının bədii və fəlsəfi təfəkkürü ilə bağlı olmuşlar.
«Onların yaradıcılığı sübut edir ki, Azərbaycan xalqının həmin
dövrdəki bədii təfəkkürü digər müsəlman xalqlarının mədəni
səviyyəsindən heç də geri qalmamış, bir çox millətlərin birgə
səyi nəticəsində meydana gəlmiş ərəbdilli poeziyanın yeni
keyfiyyətlər
kəsb
etməsində,
forma
və
məzmunca
dərinləşməsində, ictimai və siyasi həyata dərindən nüfuz et-
məsində öz faydasını əsirgəməmişdir. Azərbaycanlı ruhu, azər-
baycanlı təfəkkürü, azərbaycanlı zövqü ərəbdilli ədəbiyyata
daxil olaraq bu ədəbiyyatın mövzuca genişlənməsinin əsas
amillərindən birinə çevrilmişdir. X-XI əsrlərdə Azərbaycanda
yaranan ərəbdilli poeziya məhz belə bir zəmin üzərində
yüksələrək, məzmunca daha da müstəqilliyə doğru getmişdir.
Gülxani Pənah, Salatın Əhmədli
16
Əbul-Həsən əl Baxərzinin «Dumyat əl-qəsr və usrat əhl
əl-əsr» məcmuəsində XI əsr Azərbaycan poeziyasının səkkiz
Azərbaycan şairinə yer verilməsi o dövrdə poeziyamızın çox
zəngin olduğundan xəbər verir. Onların yaradıcılığı haqqında
ərəbdilli mənbələrdə öz əksini tapmamasına səbəb onların öz
şəhərləri ilə bağlı olması, ümummüsəlman ədəbiyyatının geniş
meydanına çıxmaq imkanı olmamasıdır. Başqa bir səbəbin də
siyasi hadisələrlə bağlı olduğu bildirilir: «Belə ki, səlcuqların
zəifləməsindən sonra vahid imperiyanın dağılması və bununla
əlaqədar müxtəlif döv-lətlərin, ayrı-ayrı əlaqəsiz elm və
mədəniyyət mərkəzlərinin meydana gəlməsi bir zamanlar çox
möhkəm olan ümummüsəlman mədəniyyətinin bütövlüyünü,
sıx rabitəsini və vahidliyini aradan qaldırır. Bu da öz
növbəsində
ərəbdilli
ədəbiyyatın
ümumi
ahənginin
pozulmasına, onun ayrı-ayrı ölkələrdə müstəqil inkişafına
gətirib çıxarır. Təbii ki, belə bir şəraitdə təzkirə müəllifləri
bütün şərq aləmini əhatə etmək imkanından məhrum olurlar».
Bu dövrdə monqol işğalları, ölkədə baş verən siyasi
dərəbəyliklər, müharibələr bir çox sənətkarların əsərlərinin
məhvinə, unudulmasına səbəb olmuşdur. Baxərzinin
məcmuəsinin bu cəhətdən misilsiz dəyəri var. Məhz həmin
məcmuədə XI əsrin səkkiz Azərbaycan şairinin adı çəkilir. Bu
məcmuədəki Azərbaycan şairlərinin siyahısı Mənsur Təbrizinin
şeirləri ilə açıldığı söylənir. Baxərzi yazır: «Təbriz əhli
içərisində böyük istedadı ilə məşhurlaşmış, mənaları saf
qızıltək cilalanmışdır. Bu kafiyədə gətirdiyim (parçalar) onun
adı üçün kifayətdir. Bu, Şam diyarında yüksək zövqü oxşayan,
indi də söz xəzinəsinin incisi hesab olunan bir qəsidədir».
Mənsur Təbrizinin buradakı şeirlərini araşdıran tədqiqatçılar
onun məcmuədəki şeirlərini «nadir poetik ilhamın, qanadlı
təfəkkürün, vüqarlı mənliyin vəhdətindən yoğrulan, bakir
Dostları ilə paylaş: |