Sənət, sənətkar və zaman
9
söz sənətimizlə möhkəm bağlı olub. Böyük sənətkarlarımızın
söylədiyi dahiyanə fikirlər bədii və fəlsəfi təfəkkürün
vəhdətindən yaranıb. Xalq ədəbiyyatımız dərin fikirlərlə,
hikmətlə, fəlsəfə ilə zəngindir. Şeir, sənət, söz bahadırlarının
hikmətli sözləri dildən-dilə keçdikcə, büllur sellər axınında
zərgər əlinə düşdükcə elə cilalanmışdır ki, min illər keçsə, yenə
də öz dəyərini, qiymətini saxlayacaq.
«Azərbaycan ədəbiyyatı keşməkeşli bir təkamül, inkişaf
yolu keçmişdir. Onun ilk izləri Midiya əfsanələrində,
«Avesta»da axtarılır. Qədim türkdilli yazılı abidələrimizin
Azərbaycan ədəbiyyatının təşəkkülündə diqqətəlayiq rol oy-
nadığı getdikcə daha artıq yəqinləşir. Bu ədəbiyyat yalnız
Azərbaycan sərhədləri daxilində deyil, İranda, Türkiyədə,
İraqda, Hindistanda, Suriyada... belə yaradılmış və bəzən indi
də yaradılır. Onun nümayəndələri yalnız doğma dilin deyil,
ərəb-fars dillərinin bədii abidəsi kimi şöhrət qazanmış əsərlərin
müəllifləridir» (Araz Dadaşzadə.)
Yeni eranın başlanğıcından VII əsrə qədər Azərbaycan
mədəniyyəti müxtəlif inkişaf dövrləri keçirmişdir: «Hələ
Sasanilər dövründə, Azərbaycan xalqının şimal və cənub düş-
mənlərinə qarşı mübarizə illərində ölkəni müdafiə məqsədilə
tikilən qalalar, çəkilən sədlər, burada memarlıq işini
qüvvətləndirmişdi. IV əsrdən etibarən xristianlığın Azərbaycan-
da qismən yayılması ilə əlaqədar olaraq tikilən kilsələr və bu
kilsələr ətrafında təşəkkül edən xristianlıq təlimi ölkənin
mədəni həyatına müəyyən dərəcədə təsir edirdi. Xristianlığın
qəbul edildiyi yerlərdə bizans təsirlərinin qüvvətlənməsini, yeni
alban əlifbasının yaradılmasını və yazılı ədəbiyyatın inkişafını
da təxmin edə bilirik. Arran dilində olan bu ədəbiyyatın bir
nümunəsi bizə qədər gəlib çatmamışdır. Hələ VII əsrdə
Azərbaycanda müstəqil Alban dövlətinin yaranması ilə
Gülxani Pənah, Salatın Əhmədli
10
yüksələn mədəniyyət ərəb istilasına qədər inkişaf edərək
gəlmişdi» (Azərbaycan ədəbiyyatı tarixi). Ərəb istilasından
əvvəlki dövrə aid erməni tarixçilərin əsərlərində ərəb
işğalçılarına, Sasani qəsbkarlarına qarşı, xalqının müstəqilliyi
uğrunda mübarizə aparan Cavanşirin qəhrəmanlığı haqqında,
xəyanət nəticəsində ölümündən doğan kədəri ifadə edən VII
əsrdə Davdağın yazdığı mərsiyə vardır. Bu mərsiyə yüksək
üslubda, böyük bir bədii keyfiyyətlərlə zəngindir və bu,
mərsiyənin müəllifinin bir çox əsərlər yazmış olduğunu da
sübut edir. Bu mərsiyə ərəb istilasından əvvəlki dövr
Azərbaycan ədəbiyyatının «yeganə yadigarı» hesab edilir.
VII əsrdə ərəblər Azərbaycanı işğal etdilər. Atəşpərəst-
liyin bütün nişanələrini məhv etməyə çalışan ərəb istilaçıları
atəşgahları dağıdır, yandırırdılar və o məbədlərdə saxlanan
tarixi sənədlər, ədəbi materiallar da məhv olurdu.
Ərəblər öz dillərini qəbul etdirir, mədrəsələr açdırır,
təlim-tərbiyə işləri ərəb dilində aparılırdı. Alban və pəhləvi
əlifbaları qadağan edilir, ərəblərin özləri üçün də çətin olan kufi
xətti qəbul etdirilirdi.
İslam dini qəbul edildikdən sonra ərəb dili hakim dilə
çevrilir. Az bir zaman içərisində müxtəlif xalqlar arasında əsas
ünsiyyət vasitəsi kimi qəbul olunur. Bütün əsərlər bu dildə
yazılır, bu dildə yayılır, bu dilin vasitəsilə ümummüsəlman
xarakteri alır. Fransız şərqşünası Qustan Löbenin dediyi kimi,
«latın dili orta əsrlərdə Avropada necə yayılmışdırsa, ərəb dili
də müsəlman xalqları arasında elə intişar tapmışdı». Bu hal
ədəbiyyatda, ilahiyyatda qabarıq şəkildə özünü göstərir. Orta
Asiya, Zaqafqaziya, İran xalqları nümayəndələri ərəb dilində
yazır, bu dildə ümummüsəlman mədəniyyəti meydana gəlir.
İsveçrə şərqşünası Adam Mets yazırdı ki, «əhalinin tərkibinin
dəyişməsi, onun bu vaxtaqədərki -X əsrə qədərki aparıcı
Sənət, sənətkar və zaman
11
hissəsinin qüvvəsinin tükənməsi və qarışıq irqlərin qədim
əhalisinin ön cərgəyə keçməsi ədəbiyyatda özünü qabarıq
göstərir».
Ərəb dilli orta əsrlər ədəbiyyatı müxtəlif xalqların birgə
yaratdığı, inkişaf etdirdiyi və formalaşdırdığı mədəni irsdir. Bu
irsin əsas yaradıcılarından biri də Azərbaycan xalqı olmuşdur.
VII əsrin ikinci yarısından başlayaraq Azərbaycan
sənətkarları öz əsərlərini ərəb dilində yazır. Artıq Əməvilər
dövründə İsmayıl ibn Yəsar, Musa Şəhəvat, Əbu-l-Abbas əl-
Əma kimi qüdrətli qələm sahibləri yetişir. Müxtəlif elmlər
sahəsində, xüsusən ilahiyyat, fiqh və hədis sahələrində azər-
baycanlıların səsi daha qüvvətli eşidilməyə başlayır. XI əsrin
əvvəllərində Əbu Mənsur əs-Səalibi X əsr ərəbdilli Azərbaycan
şairləri haqqında qiymətli məlumatlar verir. Az sonra isə Əbu-l
Həsən əl Baxərzi öz məcmuəsində ərəbcə yazan azərbaycanlı
şairlərə ayrıca bölmə ayırır. Xətib Təbrizi, Eyn-Əl-Quzat, Yusif
Xoylu, Şühavəddin Sührəvərdi bütün ərəb aləmində tanınır.
Şərqin elminə, mədəniyyətinə və ədəbiyyatına, onun inkişafına
böyük təsir göstərir. Zəngin kitabxanaların yaradılması, ədəbi-
elmi məclislərin təşkil olunması ümumi xarakter alır. Ərəb dilli
Azərbaycan ədəbiyyatı XII əsrdən sonra da davam edir,
Nizami, Füzuli kimi nəhəng söz ustaları ana diliylə yanaşı ərəb
dilində də əsərlər yazır.
Ərəbcə yazan azərbaycanlıların öz ölkələri ilə, öz xalqı ilə
bağlılığı xeyli güclənir. Sonrakı şairlərin, ədiblərin yara-
dıcılığında milli zəminlə əlaqə ilk baxışdan özünü göstərir. XI
əsr Azərbaycan şairləri Eyn-Əl-Quzat, Sührəvərdi, Xoylu və
başqaları ərəb ölkələrindən kənarda fəaliyyət göstərir. Ərəb dili
onlara öz fikirlərini ifadə etməkdə zahiri forma rolunu oynayır.
Ərəb dilli Azərbaycan ədəbiyyatının XI əsrdə müstəqilliyi artır.
Bununla belə, bu əsərlər ümummüsəlman ədəbiyyatının tərkib
Gülxani Pənah, Salatın Əhmədli
12
hissəsi idi. Oxşar cəhətlər çox idi, bunu inkar etmək olmazdı,
«yalnız ərəbcə yazmış azərbaycanlı şair və ədiblərin
yaradıcılığına həsr olunub, əsasən Azərbaycan xalqının ədəbi
fikir
tarixi
ilə
əlaqədar
olsa
da,
ümummüsəlman
mədəniyyətinin də öyrənilməsi baxımından səciyyəvidir».
Doğrudur, ərəb dili bütün Azərbaycanın əqli və mədəni
həyatına daxil olmayıb. O, tədricən dini və siyasi bir dil kimi
yayılıb, müəyyən vaxt keçdikdən sonra elmi və ədəbi əsərlərin
dili kimi qərarlaşıb. Doğrudur, bu dil Azərbaycanda hakim
mövqe tutmazdan əvvəl ərəblər tərəfindən əsir alınmış bir sıra
azərbaycanlı şairlər də öz qələmlərini ərəb dilində sınamış,
hətta ərəbləri belə heyrətə salan kamil sənət nümunələri
yaratmışlar. Onlar «məvali» adlanan şairlər idi. İbn Qüteybə-
əd-Dinavəri özünün «Kitab-əş-şer və ş-şüəara» adlı məşhur
kitabında Əbu-l-Yəqzana əsaslanaraq yazır: «Mədinədə
məvalilərdən elə bir şair yoxdur ki, o əslən Azərbaycandan
olmasın. Sonra İsmayıl ibn Yəsar və onun qardaşının, Musa
Şəhəvatın və Əbu-l-Abbasın adını çəkmişdir».
İbn Qüteybənin göstərdiyi bu şairlər VII əsrin sonlarında
və VIII əsrin birinci yarısında yaşayıb yaratmışlar. Onlar
«məvali» (bu sözün mənası «yaxın olmaq, hər kəsin ardınca
getmək, ona qoşulmaq» deməkdir) idilər və bu ad islamdan
əvvəl və islamın ilk dövrlərində əsir tutularaq müsəlmanlığı
qəbul etmiş, yaxud da ərəblərin içərisində yaşayan və könüllü
surətdə yeni dinin bayrağı altına keçən qeyri-ərəblərə verilirdi.
Təkəbbürlü ərəblər arasında məvalilərə qarşı təkəbbür,
lovğalıq, nifrət vardı. Məhəmməd Peyğəmbər, Əli yanında
məvalilər xüsusi hörmətə malik idilər. Onları bəzən ərəblərdən
üstün tuturdular» (Əbu-l-Abbas əl-Mütərrəd).
Şəhəvat Qüreyş qəbiləsinin mövlası olmuşdur. Əldə olan
şeirləri onun yaradıcılığının cüzi hissəsini təşkil edir. Onun
Dostları ilə paylaş: |