Sənət, sənətkar və zaman
17
sənətkarlığın əlçatmaz qüdrəti ilə süslənən poeziya çələngi,
nəğmələr dünyası» (M. Mahmudov) adlandırır. M. Təbrizi
poeziyaya yüksək amallarla yanaşırdı, onu ictimai həyatın
bütün dərinliklərinə nüfuz edən, «həyat nəfəsli bir qüvvə»
bilirdi. XI əsrin mütəfəkkir şairi doqquz yüz il bundan əvvəl
yazırdı:
(Şeir) zəiflərə elə bir qətiyyət verir ki,
Taqətdən düşmüş hər bir kəs belə kəsərli qılınc
hesab olunur.
Bu misraların əsas ideyası müasir ədəbiyyatın qarşısına
qoyulan estetik tələblərlə, ictimai məzmunla səsləşir. Şeir
xalqın ruhunu, fikrini ifadə etməlidir, şəxsi maddi maraqlara
deyil, böyük amallara xidmət etməlidir. Poetik sənətinin böyük
ictimai təsir qüvvəsinə inanan şair xalqın düşmənlərini
sarsıtmaq üçün qələmin mübariz gücünü görürdü. Söz, qələm
hər zaman bütün tarixi dövrlərdə mübarizə meydanında qələbə
çalmış, sözün qüdrətiylə neçə-neçə hökmdar qılıncı endirilmiş,
sözün qüdrəti neçə-neçə qüdrətli hökmdarların gücündən daha
təsirli olmuşdur.
(Qələm) öz ucu ilə nə qədər qəddar düşmənləri məhv
etmişdir?
Həm də düşmənin qanını tökməklə yox, öz qanını axıt-
maqla.
Burada şair fikrini obrazlı ifadə edir. Qələmindən və-
rəqlərə tökülən mürəkkəbi onun qanına bənzədir. Qələmin «qa-
nının» nəyə qadir olduğunu metaforik bir dillə ifadə edir.
Mənsur Təbrizinin şeirlərində həm də əsas mövzu məhəbbətdir.
Özünü məhəbbət dünyasının əbədi yolçusu bilən şair, ilahi eşqi
insan ruhunun ayrılmaz «pərisi» bilir. Onun yaradıcılığından az
nümunələr
zəmanəmizə
gəlib
çatsa
da,
bu
azacıq
nümunələrdəki bəşəri məsələlər, onların qoyuluşu, şair
Gülxani Pənah, Salatın Əhmədli
18
təfəkkürünün zənginliyi Mənsur Təbrizinin dövrünün ərəb dilli
şairləri içərisində qüdrətli bir Azərbaycan şairi olduğunu
göstərir. «Dumyat əl qəsr» məcmuəsində adı çəkilən Xətibi
Urməvinin qəsidəsindən bir parça nümunəyə daxil edilmişdir.
Klassik ərəb poeziyasının təsiri altında yazılmış bu şeir parçası
kiçicik bir nümunədir və şair onu 1070-ci ildə Uşnə
yaxınlığında Nizam əl-Mülkü qarşılayarkən qələmə alıb.
Baxərzi diqqətini cəlb edən bir parça qəsidəni məcmuəyə daxil
etmişdir.
Hüseyn Təbrizinin (Əbu-l-Məhasin Hüseyn ibn Əli ibn
Nəsr Təbrizi) Nizam əl-Mülkün tərifinə həsr etdiyi qəsidə şairin
daxili hissləri, dövrün tənələrinə qarşı şikayəti ilə başlayır:
«Şair onu bürüyən ətraf mühitdən uzaqlaşmağı, tənhalığın
qoynunda bir qədər dincəlməyi arzulayır. Çünki onu məzəmmət
edənlərin tənə və danlaqları şairin ruhunu sanki qandallamış,
sevgi ağırlığından rahatlığı əldən getmişdir:
Əgər təsəlli bircə saat mənə kömək etsəydi,
Ruhumu məzəmmət edənlərin qandalından
dərhal xilas edərdim.
Məhəbbətin ağırlığından uzaqlaşaraq rahatlanar,
Tənə yükündən təkliyə çəkilərdim.
Şair ona görə təklik istəyir ki, təbiətin gözəlliyinin seyrinə
dalsın, bu gözəllikdən həzz alsın, ilham çırağı daha da
şölələnsin, bu gözəlliklər içində gözəllikləri bir də duysun...
yüksək sənətkarlıqla, böyük şairanəliklə yaradılmış təbiət
mənzərəsi kimi Nizam əL-Mülkün tərifi verilir. Onu ağıllı,
tədbirli, islam dünyasını zülmdən qurtaran xilaskar kimi mədh
edir. Şeirin sonunda ona bəslədiyi səmimi arzularını ifadə edir.
Şeir ərəb dilində yazılmış olsa da, burada Azərbaycan təbiətinin
Sənət, sənətkar və zaman
19
tərənnümü, doğma yurdun gözəlliklərinə vurğunluğunu böyük
sənətkarlıqla verir.
Əli Təbrizinin (Əli ibn Hibətullah ibn Məhəmməd ibn
Xalid Təbrizi) yalnız üç beyti məcmuəyə daxil edilmişdir. Bu
parçada şairin fəlsəfi düşüncələri verilir, həyata fəlsəfi
münasibəti duyulur.
Baxərzi XI əsrin Azərbaycan şairlərindən olan Xəttat
Nizami Təbrizini şəxsən tanımış, onun şeirlərini şairin öz
məclisində dinlədiyini etiraf etmiş və göstərmişdir ki, Nizam
əl-Mülk tərəfindən Nişapurdakı mədrəsəyə müəllim təyin
olunan şair «öz xətti ilə kağızlar torpağında dürr əkirdi». Onun
vətən həsrəti ilə yazılmış rübaisində vətən həsrəti ilə çırpınan
qəlbinin səsi duyulur:
Torpağıma can atıram, təəccüblü deyildir ki,
Neçə-neçə qəribin qəlbi vətənlərinə can atmışdır.
Səhərin şəfəqləri mənə tutqun görünür, sanki o,
Mənim qürbətimdən bir pay götürmüşdür.
İskafi Zəncani yaradıcılığından məcmuəyə salınmış dörd
beyt onun ayrı-ayrı şeirlərindən seçilmişdir. Bir beytində insan
mənəviyyatının
təmizliyi,
saflığı,
digərində
dövrün
ədalətsizliklərinə qarşı üsyan, digərində «yaylığa layiq olan
başlarda «çələng» görəndə keçirdiyi xəcalət hissləri ifadə
edilib. Cəhalətin hökm sürdüyü bir dövr, azad fikirlərin
amansızlıqla boğulmasından doğan qəzəb hissi onun qəlbini
xəstə salıb. Keçirdiyi sarsıntıları ifadə etdiyi aşağıdakı beytində
haqsızlığı görüb qəzəbindən alışıb yanan bir şairin üsyankar
səsi duyulur:
Əgər mən od olsam, sirr isə buzdan olsa,
Onu məndən qoruyun ki, alovum ona xətər yetirməsin.
Orta əsr şairləri içərisində yeganə şairdir ki, Xətib Təbrizi
haqqında məlumatlar xeylidir. Daha çox həyatı araşdırılmış,
Gülxani Pənah, Salatın Əhmədli
20
ona diqqət daha çox yetirilmişdir. Onun ədəbiyyat və dilçilik
elmləri sahəsindəki fəaliyyətindən bəhs etməklə yanaşı bəzi
mənbələr bədii yaradıcılığına da toxunmuş, şeirlərindən
bəzilərini əsərlərinə daxil etmişlər. Baxərzinin məcmuəyə daxil
etdiyi şeiri Nizam əl-Mülkə həsr etmişdir. Onunla arasında
olan dostluq münasibətlərinin möhkəmləndirilməsi ilə bağlı
yazılmış əsər kimi xarakterizə edilir. Xətib Təbrizi Səlcuq
vəzirini səxavətiylə, xalqı mərhumiyyətlərdən qurtarmaq üçün
göstərdiyi məqsədyönlü fəaliyyəti ilə mədh edir.
Xətib Təbrizi yüksək şairlik istedadına, incə zövqə malik,
dərin müşahidə qabiliyyətli bir sənətkardır. İbn Xəlliqan onun
beytlərini «ən duzlu və lətif şeirlər cərgəsində» olduğunu etiraf
etmişdir.
Haqqında söhbət açdığımız şairlərin yaradıcılığı az da
olsa XI əsr ərəbdilli Azərbaycan poeziyasının həm kəmiyyət,
həm də keyfiyyət baxımından əhəmiyyətli dərəcədə inkişaf
etdiyini, poeziyanın ədəbi həyatımızın bütün sahələrinə nüfuz
etmiş poeziya olduğunu sübut edir. XI əsr poeziyamız özündən
əvvəlki dövrlərdə yaranmış ərəbdilli Azərbaycan ədəbiyyatının
əvvəlki ənənələrinin zəruri inkişafının təzahürüdür: «Bu dövrdə
Mənsur Təbrizinin ədəbiyyatı siyasi vuruşlar meydanına
çevirməsi, ona yüksək amallar carçısı kimi baxması, habelə
İskafi Zəncaninin mühüm ictimai problemləri öz şeirlərinin
mövzusu etməsi, Nizami Təbrizinin şeirlərindəki vətənpərvərlik
ruhu yalnız XI əsr Azərbaycan bədii fikrinin deyil,
ümumiyyətlə, Yaxın və Orta Şərq xalqlarının estetik
təfəkkürünün
nailiyyəti
kimi»
(M.
Mahmudov)
qiymətləndirilir.
XII əsrdə Azərbaycan ədəbiyyatı, xüsusilə poeziyamız
xeyli inkişaf etmişdir. Bu əsrdə Eyn əl-Quzatın şəxsində bədii
nəsrin ilk nümunələri yaranır və ədəbi-bədii fikrin tərkib
Dostları ilə paylaş: |