Sənət, sənətkar və zaman
41
qısa müddətdə milli ideya mübarizəsində, o cümlədən,
romantizm və realizm yaradıcılıq axınında birləşir. Və bu
dövrdə fəaliyyətə başlayan parlament Azərbaycan dilini dövlət
dili elan edir. XX əsrin əvvəlindən Azərbaycan ədib və şairləri
müəyyən məktəblər, üslublar üzrə qruplaşmaqda idi. «Həmin
birliklər ədəbiyyatın get-gedə daha çox ideoloci məzmun kəsb
etdiyini, zamanın siyasi konyukturasına tabe olduğunu
göstərirdi. Bu və ya digər siyasi-ideoloci mərama mənsubluq
ilk yaradıcılıq təşkilatlarının, yaxud cəmiyyətlərinin fəaliyyəti
ilə yanaşı, adında da özünü göstərirdi. «Yaşıl qələm», «Qırmızı
qələm» və s. ədəbiyyatın bu cür «rənglənməsi» sənət
baxımından o qədər təbii olmasa da, bədii təfəkkürün cəmiyyət
həyatına yaxınlığından irəli gəlirdi. «Yaşıl» rəng türkçülüyün,
müsəlmançılığın, «qırmızı» isə inqilabi müasirliyin ifadəsi
idi».
XX əsrin ilk iki onilliyində Azərbaycan çox mürəkkəb,
ictimai-siyasi cəhətdən ən ağır dövrünü yaşadı. Rusiya-Yapo-
niya müharibəsi, rus imperiyasının məğlubiyyəti, ictimai –
siyasi prosesləri Azərbaycanda güclənən milli – azadlıq
hərəkatı ədəbi prosesə də öz təsirini göstərdi. Ölkədə maarif-
çilik hərəkatının güclənməsi, maarifçi ədəbiyyatın inkişafına
kömək etdi. Milli problemlərin həlli yollarını axtarmaqda
ziyalılar bir araya gəlməkdə idilər. «Şərqi –rus», «Hümbət»,
«Molla Nəsrəddin», «Füyuzat», «İrşad», «İqbal», «Tərəqqi»,
«Təkamül», «Yoldaş», «Məktəb», «Dirilik» kimi mətbu
orqanlar fəaliyyətə başladı, ana dilimizdə yaranan bu mətbu
orqanlar xalqımızın ədəbiyyatının inkişafına kömək etmiş
olurdu. Bunlarda ictimai - siyasi və milli - mənəvi problemlər
öz əksini tapırdı.
Bu dövrdə realizm və romantizm ədəbi məktəbləri dövrün
ədəbi proseslərini özündə əks etdirirdi. «Molla Nəsrəddin»,
Gülxani Pənah, Salatın Əhmədli
42
«Füyuzat» curnalları ətrafında toplanan maarifçi ziyalılar realist
və romantizmin ideya–estetik düşüncələrini ifadə edirdilər.
Cəlil Məmmədquluzadənin nəşrə hazırladığı «Molla
Nəsrəddin» curnalı realist şair və yazıçıları öz ətrafında birləş-
dirir, mollanəsrəddinçilər kimi tanınan ədiblər ədəbi dili xalqın
danışıq dilinin bazası əsasında yaratmağı düşünür. Əli bəy
Hüseynzadənin başçılıq etdiyi «Füyuzat» curnalı romantiklərin
ideya və düşüncələrini müdafiə edir və füyuzatçılar kimi
tanınan ziyalılar isə «ortaq türk dilinin formalaşdırılması
ideyası»nı əsas bilir və «bu məsələdə Türkiyə türkcəsini əsas
götürməyi düşünürdülər».
Rusiyada 1905-ci il inqilabı məğlubiyyətə uğradı və bu
azadfikirli,
maarifçi
Azərbaycan
ziyalılarının
işini
ağırlaşdırırdı. 1908-1910-cu illərdə Məmməd Əmin Rəsulzadə,
Əli bəy Nüsrətzadə, Əhməd bəy Ağaoğlu kimi ziyalılar
Azərbaycanı tərk etməyə məcbur olmuş, təqib olunduqlarından
İranda (Məmməd Əmin Rəsulzadə), Türkiyədə (Əli bəy
Nüsrətzadə, Əhməd bəy Ağaoğlu) fəaliyyətlərini davam
etdirməli olmuşlar.
1905-1901-ci illərdə Səttarxan hərəkatı bütün İrana, eləcə
də Şərqə, məşrutə hərəkatının qələbəsi ictimai - siyasi hərəkata,
eləcə də ədəbi prosesə ciddi təsir göstərir. Bu hadisələri
Məmməd Əmin Rəsulzadə, Əli bəy Hüseynzadə silsilə
məqalələrlə dərindən izləyir. «Məşrutə hərəkatını yaxından
izləyən M.Ə. Rəsulzadə yazdığı silsilə məqalələrlə milli mətbu-
atda ictimai tendensiyanın, vətəndaşlıq amalının güclənməsinə
təkan vermişdir. Əli bəy Hüseynzadə isə «Siyasəti-fürusət» adlı
fəlsəfi-publisistik
traktatında
şərti-simvolik
üslubun
imkanlarından bəhrələnərək diqqəti Azərbaycanın Güneyində
cərəyan edən siyasi hadisələrə yönəldir, hər bir millət üçün
azadlığın qaçılmaz olduğu zərurətini vurğulayırdı».
Sənət, sənətkar və zaman
43
«Səfa», «Niğam», «Nəşri–maarif», «Cəmiyyəti–xeyriy-
yə» kimi ədəbi mədəni mühitə təsir edən cəmiyyətlərin rolu,
xüsusilə qeyd edilməlidir. Onların köməyi ilə keçirilən yubiley
tədbirləri, nəşr olunan kitablar, səhnələşdirilən dram əsərləri
ədəbi prosesin inkişafına göstərilən dəyərli köməklər idi.
M.Ə.Rəsulzadə «Açıq söz» qəzetinin nəşrinə başlamaqla
Azərbaycan mətbuatı tarixində yeni bir yol açdı. Bu qəzet
«milli ideologiyanın formalaşdırılmasında müstəsna rol oynadı.
Onun
səhifələrində
dərc
olunan
yazılar
Azərbaycan
ədəbiyyatının, mədəniyyətinin inkişafına böyük təkan idi.
Ölkədə (1918-1920) baş verən ictimai - siyasi hadisələr,
inqilabi hərəkatın geniş vüsət alması, Azərbaycan Xalq
Cümhuriyyətinin yaranması xalqımızın həyatında misilsiz rol
oynadı. Qısa bir müddət yaşasa da, Azərbaycanın ilk müstəqil
dövləti kimi böyük çətinliklərlə qurulan bir dövlət idi və bu
yolda Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, ziyalılarının
xüsusi
fəallığı
nəzərə
alınmalıdır.
1918-1920-ci
illər
«millətimizin həyatında xüsusi bir mərhələ olmuş və onun
gələcək inkişafına ciddi təsir göstərmişdir. Bu dövrdə
xalqımızın yüz ildən artıq sürən köləlik zəncirindən xilas ol-
ması, müstəqil həyata qədəm qoyması, yalnız ictimai-siyasi
sferalarda deyil, ədəbi-mədəni sahələrdə də köklü dəyişik-
liklərin gerçəkləşdirilməsi üçün zəmin yaratmışdır. Türk
dilinin dövlət dili elan olunması, milli mətbuatın nəşr imkan-
larının genişlənməsi ictimai ideallarla zəngin bir ədəbiyyatın
yaranmasına təkan vermişdir».
Azərbaycanda 1919–cu ildə Bakı Dövlət Universiteti
fəaliyyətə başladı. Bununla belə, «Azərbaycan Dövlət Teatrı»,
«Teatr xadimləri cəmiyyəti», «Müsəlman Mühərrir və Ədiblər
Cəmiyyəti», «Yaşıl qələm» ədəbi birliyi yarandı, fəaliyyətə
başladı. Milli mətbuat bu illərdə öz inkişafında uğurlar qazandı:
Gülxani Pənah, Salatın Əhmədli
44
Belə ki, bu dövrdə «Azərbaycan» (rusca, türkcə), «Azərbaycan
hökumətinin əxbarı», «İstiqlal», «Al bayraq», «Bəsirət»,
«İttihad», «Gələcək», «Şeypur», «Doğru yol», «El», «Əfkari-
nəfisə», «Xalq sözü», «Hürriyyət», «Zəhmət sədası», «Məşəl»
və s. qəzet və dərgilər çap olunmuşdur. Ümumiyyətlə, 1919-cu
ildə Azərbaycanda 92 adda qəzet və dərgi nəşr olunmuşdur ki,
bunlardan qırx ikisi türkcə, qırx dördü rusca, altısı isə digər
dillərdə yayınlanmışdır».
1918-1920–ci illərdə Məhəmməd Hadi, Hüseyn Cavid,
Abdulla Şaiq, Cəfər Cabbarlı, Əhməd Cavad, Ümgülsüm
Sadıqzadə, Əli Yusif poeziya sahəsində uğurlar qazandılar.
Məhəmməd Hadi «Əsgərlərimizə, könüllülərimizə», «Məfxu-
reyi – aliyəmiz», «Şühədayi – hürriyyətimizin əhvalinə ithaf»
kimi şeirlərində əldə edilən milli azadlığın qorunub saxlanması
uğrunda
millətini
mübarizəyə
səsləyir.
«Şühədayi
–
hürriyyətimizin əhvalinə ithaf» şeirlərində 1918-ci ildə erməni
daşnaqlarının törətdikləri qanlı cinayətlər, erməni – müsəlman
faciəsi, tökülən günahsız qanlardan sarsılmış şair bu yolda
şəhid olanlarımızı ağlayır:
Sizin məzarınız iştə qülubi-millətdir,
Bu sözlərim ürəyimdən gələn həqiqətdir.
Sizi unutmayacaq şanlı millətim əsla,
Əmin olun buna, ey ziynəti-cahani fəna.
Sizinlə buldu bu millət həyati -püriqbal.
Sizinlə buldu bu millət şərəfli istiqlal.
«Əsgərlərimizə, könüllülərimizə» şeirində müstəqillik
uğrunda mübarizədə igid vətən oğullarına üz tutur, onları və-
tənpərvər olmağa, torpağı, milləti, dövləti qorumağa çağırır:
Bil ki, vətənin sevgili bir madəri-candır,
Vermə bunu düşmən əlinə, rəhm et, amandır,
Hürriyyətimiz hürri-füsunsazi- cahandır.
Dostları ilə paylaş: |