Sənət, sənətkar və zaman
49
verirsə, qarşı tərəfdən onun yazılarının Cümhuriyyət idealları
ilə bağlılığından mayalanır».
Repressiya qurbanı olmuş, həbsxanalara salınmış Um-
gülsüm Sadıqzadənin «Əsgər anasına», «Çəkil, dəf ol», «Bir
mayıs günündə», «Yolunu bəklərdim» şeirlərində azadlığını,
müstəqilliyini əldə etmiş Azərbaycan xalqına, onun yenicə
qurduğu azad, müstəqil, suveren dövlətinə məhəbbət, Vətənin
sabahı üçün narahatlıq, xalqın çətin anda köməyinə çatan, onu
düşmən caynağından qurtarmağa gələn Türk ordusunun arxa,
dayaq olmasından ürəyində doğan qürur hissi, dili bir, qanı bir
Azərbaycan xalqının, türklərinin hiss və duyğuları, bu tarixi
həqiqətlərin xalqın ruhunda, yaddaşında buraxdığı dərin izlər
yaşayır. Onun şeirlərində eyni zamanda ölkədə Xalq
Cümhuriyyətinin
süquta
uğraması,
başımıza
gətirilən
müsibətlər, tarixi ədalətsizliklər öz əksini tapmışdır.
Məmməd Səid Ordubadi, Əliqulu Qəmküsar, Cavid, Əli
Şövqü, Davud Ağamirzadə və başqa sənətkarlarımız Xalq
Cümhuriyyətinin yaşadığı dövrün ümumi mənzərəsini poezi-
yada verdiyi kimi, Cəlil Məmmədquluzadə, Əbdürrəhimbəy
Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Abdulla Şaiq, Seyid
Hüseyn, Tağı Şahbazi kimi tanınmış ədiblər də öz nəsr
yaradıcılıqlarında bunu əks etdirirdilər.
Cəlil Məmmədquluzadə hekayələrində qadın azadlığı
(«Konsulun arvadı» «Xanın təsbehi», «Qəssab») problemlərinə
toxunur. «Zırrama» hekayəsində mənfi əxlaqi keyfiyyətlər
tənqid olunur. Ə.Haqverdiyevin «Mirzə Səfər», Seyid
Hüseynin «Həzin bir xatirə», «İsmailiyə» hekayələri diqqəti
cəlb edir. «İsmailliyə» hekayəsində ədəbiyyatşünaslar Seyid
Hüseynin «bu tarixçənin istiqlal və azadlıq hərəkatı ilə bağlı
məqamlarına diqqət yetirildiyini, əslində İsmailliyənin sima-
Gülxani Pənah, Salatın Əhmədli
50
sında yazıçının bütün ruhu və qəlbi ilə bağlı olduğu doğma
Azərbaycanın obrazını yaratdığını bildirirlər.
Abdulla Şaiqin «Əsrimizin qəhrəmanları» romanının bir
hissəsini Cümhuriyyət dövründə qələmə aldığı, bu əsrdə birinci
dünya müharibəsi, çar Rusiyasının tənəzzülü, Oktyabr inqilabı
dövründə yeni nəsli düşündürən və narahat edən problemlərin
diqqət mərkəzinə çəkildiyi qeyd edilir.
Ağababa Yusifzadənin «Sınan qanad» romanında xalqın,
millətin qayğılarını bir vətəndaş kimi irəli çəkmək məsələləri,
vətənin azad və abad yaşaması, qurulması ideyaları verilir.
Bu dövrdə Cəfər Cabbarlının «Ədirnə fəthi», «Trablis
müharibəsi», yaxud «Ulduz», «Aydın», Hüseyn Cavidin «İb-
lis», Cəlil Məmmədquluzadənin «Anamın kitabı», «Kamança»
əsərləri Cümhuriyyət dövrünün dramaturci əsərləri kimi bədii
cəhətdən yüksək qiymətləndirilir. Cəfər Cabbarlının dram
əsərlərində Türkiyə mövzusunun daha qabarıq şəkildə verildiyi
və bu cəhətdən kamil əsərlər kimi səciyyələndirildiyi
məlumdur.
Tədqiqatçılar Hüseyn Cavidin «İblis» faciəsinin «bu
illərdə cərəyan edən hadisələrin ümumi ruhundan və mahiy-
yətindən qaynaqlan»dığını bildirir: «Dramaturq I Dünya sa-
vaşının ağır siyasi böhranının və erməni-daşnak birləşmələrinin
fitvası ilə törədilmiş Mart faciəsinin onun şüurunda və
dünyagörüşündə yaratdığı güclü təəssüratın təsiri ilə belə bir
əsərin yaradılmasını vacib hesab etmişdir».
Dramaturqun «İblis» faciəsinə ziddiyyətli münasibət olsa
da, Abdulla Şaiq bu əsəri tənqid edənlərə qarşı çıxır: «Cavidin
«İblis» faciəsini ideoloci cəhətdən tənqid edənlərə onun nə kimi
təsir altında yazıldığını xatırlatmaq üçün şairin keçdiyi müdhiş
bir fəlakəti yazmaq məcburiyyətindəyəm.
Sənət, sənətkar və zaman
51
Cavid Bakıda Nikolayevski küçəsində yerləşən «Təbriz»
otelində yaşayırdı. 1918-ci ilin mart hadisəsindən sonra yazıçı
və münəqqid Hüseyn Sadiq ilə bərabər bizə gəlmişdi. Cavidin
bət-bənizi ağarmışdı. O, son dərəcə nəşəsiz və mütəəssir
görünürdü. Əhval sordum. Hüseyn Sadiq Cavidin əsir
düşdüyünü
və
ölümdən
qurtulduğunu
söylədi....Cavid
Azərbaycan səhnəsinin şah əsərlərindən olan «İblis» faciəsini
bu acı təsirlər altında yazmışdı».
Milli birlik, mənəvi bütövlük ideyaları üzərində qurulan
dövlətin tərəfdarı olan Cəlil Məmmədquluzadənin «Anamın
kitabı» pyesinin ədəbi tənqiddə dərin təhlili verilmişdir:
«Böyük mütəffəkkirin fikrincə, birliyi və bütövlüyü olmayan
millətin iqtisadi, siyasi, mənəvi güc, qüdrət sahibi olması, tarix
səhnəsində uzun müddət duruş gətirməsi mümkün deyildir.
Dramaturq pyesdə bir ananın övladları olan Rüstəm bəy, Mirzə
Məhəmmədəli, Səməd Vahidin timsalında köləlik və əsarətin
millətin xarakterində qoymuş olduğu acı nişanələrə diqqəti
yönəldə bilmişdir. Eyni zamanda, müəllif millətin ruhuna
hopdurulmuş yabançı xislətləri diqqət mərkəzinə çəkməklə
kifayətlənməmiş, bu bəlalardan xilas olmağın yollarını
göstərmişdir».
Azərbaycan ədəbiyyatı tənqidi və ədəbiyyatşünaslığı
Cümhuriyyət dövründə özünəməxsus inkişaf yolu keçib. «Bu
özünəməxsusluq, hər şeydən öncə, ədəbi irsin milli-nəzəri fikir
müstəvisində təhlil və tədqiqinin aktuallıq kəsb etməsi,
həmçinin ədəbiyyatşünaslığı məşğul edən problemlərin daha
operativ
şəkildə
diqqət
mərkəzinə
çəkilməsi
ilə
şərtlənməkdədir. Belə ki, Cümhuriyyət dövründə bir tərəfdən
klassik ədəbi irsin tədqiqi istiqamətində mühüm addımlar
atılmış, digər tərəfdən çağdaş ədəbi proses yetərincə də-
Gülxani Pənah, Salatın Əhmədli
52
yərləndirilmiş, həmçinin ədəbiyyatın nəzəri-estetik problem-
lərinin araşdırılması ilə bağlı müəyyən işlər görülmüşdür».
Məmməd Əmin Rəsulzadə milli azadlıq yolunda əldə
edilən müvəffəqiyyətlərin qazanılmasında bədii ədəbiyyatın
rolunu belə dəyərləndirir: «Azadlıq və istiqlaliyyət əsas
süngüləri ilə yox, ədəbiyyat və incəsənət vasitəsi ilə əldə
olunur» və «Qurtuluş günü» məqaləsində yazır: «Ey millətin
lisanül-qeybi olan şairlər, ədiblər, millətin əməllərini, ülvi
niyyət və məqsədlərini oxşayınız, kəndisinə millət sevgisi,
vətən məhəbbəti, hürriyyət eşqi təlqin ediniz».
Cümhuriyyət dövründə Seyid Hüseyn «Yaşıl qələm»
ədəbi – elmi cəmiyyət yaradır. Bu cəmiyyət Məmməd Əmin
Rəsulzadə, Hüseyn Cavid, Seyid Hüseyn, Nəcəf bəy Vəzirov,
Üzeyir Hacıbəyov, Abdulla Şaiq, Əhməd Cavad, Cəfər
Cabbarlı, Salman Mümtaz, Əli Yusif və digər ziyalıları,
sənətkarları
özündə
birləşdirirdi.
«Cəmiyyətin
məqsədi
Azərbaycan xalqının fikrən yüksəlməsinə çalışmaq və
Azərbaycan ədəbiyyatında müşahidə edilməkdə olan yeniliyi
qüvvətləndirmək, onu türklüyə və sadələşməyə sövq etmək»
idi. Onlar müxtəlif yığıncaqlar keçirir və bu yığıncaqlarda
qələm sahiblərinin yaradıcılığı müzakirə edilir, əsərlərin nəşri
(məsələn, Sabirin «Hop Hopnamə»sinin nəşri) məsələsi
müzakirə
edilir,
ədəbiyyatımızın
tarixinin
öyrənilməsi,
araşdırılması məsələləri ilə yanaşı ədəbi tənqidin inkişafına da
diqqət göstərirdi.
Yusif Vəzir Çəmənzəminli bu dövr ədəbiyyatşünaslığına
dəyərli əsərlər vermişdir. «Azərbaycan ədəbiyyatına bir nəzər»
monoqrafik tədqiqat əsəri 1919-cu ildə İstanbulda nəşr edilmiş
öz elmi – nəzəri əhəmiyyəti ilə seçilir. Firidun Köçərli Tiflisdə
«Azərbaycan teatrının ədəbiyyatı» əsərini rus dilində nəşr
etdirir.
Dostları ilə paylaş: |