Sənət, sənətkar və zaman
37
onları bir-iki cümlə ilə yada salmaqda, min illərin ədəbi-bədii
lövhələrini bir lent kimi göz önündən «ötürməkdə» məqsədimiz
budur ki, deyək ki, «ot kökü üstündə bitər».
Hər əsrdə, hər nəsildə yetişən bir və ya bir-iki böyük
sənətkarların yaradıcılığı haqqında məlumatımız vardır, bu şeir,
sənət dühaları barədə, Azərbaycan söz sənətinin tarixiliyi,
qədimliyi haqqında məhz XX əsrin ilk iki onilliyindən üzü bəri
və indi daha geniş məlumatlar əldə edə bilirik. Bu dövrdə
Azərbaycan xalqının bu günü, sabahı, uzaq keçmişi, kökü,
soyu, tarixi, millət kimi formalaşması üçün keçib gəldiyi yollar,
mərhələlər araşdırılmış, tədqiq edilmiş, min illərin açılmamış
səhifələri açılmış, böyük sənətkarlarımızın bədii irsi toplanmış,
nəşr edilmiş, tədqiq edilmiş, haqqında cild-cild tədqiqat işləri
aparılmış, neçə-neçə yazıçımız, şairimiz içərisində alimlər-
folklorşünaslar,
ədəbiyyatşünaslar,
qorqudşünaslar,
nizamişünaslar, füzulişünaslar, nəsimişünaslar, dilşünaslar...
yetişmiş, onların yaradıcılığı, keçdiyi həyat yolu neçə-neçə
romanların, povestlərin, dram əsərlərinin mövzusu olmuşdur.
Xalq bir əsr ərzində on iki minillik tarixini, mədəniy-
yətini, ədəbi prosesini üzə çıxarmaq üçün yüksək biliyə, məlu-
mata sahib olmuşdur. Maarifin, elmin inkişafı insanı, xüsusilə
ədəbi prosesin nümayəndələrini xalqına, tarixinə, keçmişinə,
eləcə də bu gününə və sabahına diqqət kəsilməyə «məcbur
edilmişdi». Bununla xalqımız, millətimiz öz keçmişi, qədim
keçmişi, şanlı keçmişi, zəngin elmi, bədii, fəlsəfi, ədəbi keçmişi
ilə dünya dövlətləri, sivil dövlətlər arasında yeri olduğunu
sübut etməyə nail olmuşdur. Bu böyük işi bacarmaq, yerinə
yetirmək üçün getdiyi yolda başı müsibətlər də çəkdi...
80 illik ədəbi dövrə qədər hər hansı bir Azərbaycan
sənətkarı haqqında nadir kitablarda, cünglərdə bir-iki cümlə ilə
məlumat verilmişdirsə, XX əsrin 30-cu illərindən üzü bəri
Gülxani Pənah, Salatın Əhmədli
38
Azərbaycan ədəbiyyatı tarixi qədim dövrdən üzü bəri
mərhələlərlə araşdırılmış, tədqiq edilmişdir. Onların dövrünü,
həyatını, ədəbi irsini, dilini öyrənmiş ədəbiyyatşünaslar ordusu
yaranmış, Azərbaycan Elmlər Akademiyasında Nizami adına
Ədəbiyyat İnstitutu, Dilçilik İnstitutu yaranmış, onların irsi
ədəbi-tarixi, etnik mövqedən araşdırılmış, bu böyük irsin
tədqiqi nəticəsində cild-cild ədəbi-tənqid, ədəbiyyatşünaslıq
nöqteyi-nəzərindən sanballı kitablar yazılmışdır, yazılır.
Bu kitabda 80 illik Azərbaycan ədəbiyyatının keçdiyi
tarixi mərhələlər, yaranan əsərlər, Azərbaycan dövlətinin bir
dövlət kimi formalaşmasında, qurulmasında ədəbiyyatın
fəaliyyəti, verdiyi qurbanlar, əqidə dönməzliyi, ədəbiyyat
sahəsində qazandıqlarımız, itirdiklərimiz, itirdiklərimizin içində
möhkəmlənən Azərbaycan Respublikası, onun ədəbiyyatı, bu
ədəbiyyatın inkişafında az da olsa belə rolu olan qələm
sahiblərimiz haqqında, ədəbiyyatımızın inkişafı haqqında qısa,
konkret məlumat verməyə çalışmışıq.
Sənət, sənətkar və zaman
39
Gülxani Pənah, Salatın Əhmədli
40
XALQ CÜMHURİYYƏTİ
DÖVRÜNDƏ ƏDƏBİYYAT
(1918-1920)
Y.V.Çəmənzəminli: «Hankı yolda
qənaət olunsa, nəşriyyat üçün qənaət
olmasın.
Çünki
bugünkü
basılan
kitablar kəsilən pullardan qiymətlidir.
Bir çox pullar var ki, sərf olunur və
əməli nəticələr vermir. Nəşriyyata
xərclənənlər millət üçün böyük sərma-
yə vücudə gətirər. Bütün gələcəyimiz
mədəni binalarımız, tərəqqi məhsulla-
rımız bu sərmayə üzərinə binalanacaq-
dır».
XX əsr Azərbaycanın ictimai-siyasi, ədəbi-mədəni
həyatında elə bir əsrdir ki, onda daha böyük oyanış var, bu əsr
milli azadlıq hisslərinin güclənməsi, dövlətçilik, azadlıq və
tərəqqipərvər hisslərlə zəngindir. Bu milli azadlığın şirinliyini
XX əsrin ilk onilliyində daddıq, sonra itirdik və əsrin son iki
onilliyində yenidən əldə etdik. Qanımız, canımız bahasına əldə
etdik...
Azərbaycanda Xalq Cümhuriyyətinin qurulması ölkə-
mizdə ictimai həyatda olduğu kimi, mədəni, ədəbi həyatda bö-
yük bir canlanmaya təkan verdi. Xalqımızın milli azadlıq,
dövlət müstəqilliyi uğrunda mübarizə apardığı və arzularına
nail olduğu və qurduğu Xalq Cümhuriyyəti fəaliyyət göstərdiyi
Dostları ilə paylaş: |