Sənət, sənətkar və zaman
69
Məmməd Səid Ordubadinin «Dumanlı Təbriz» kimi çox-
cildli, çoxsücetli, monumental əsəri ədəbi tənqidin diqqətini
cəlb etdi. Bu roman Azərbaycan bədii nəsrinin böyük
müvəffəqiyyəti, Azərbaycan romançılığının qüdrət və
qüvvətinin nəticəsi kimi dəyərli idi. Mir Cəlalın «Böyük
problemlər romanı» məqaləsini digər tənqidçilər tarixi inqilabi
romanın bir sıra nəzəri probleminin həlli sahəsində «özünün
konseptual monoqrafik xarakterinə, obyektivliyinə, yüksək
tənqidi təfəkkürünün parlaqlığına, aydınlığına görə seçilən»
qiymətli məqalə kimi yüksək dəyərləndirir. Bu məqalədə
«tənqidçi romanın əsas tarixi və əfsanəvi macəra qaynaqları ilə
bərabər, onun sücet, kompozisiya, fabula üslubundakı
şairanəlik, obrazlar aləmi, sənətkarlıq problemlərinin və ən
başlıcası əsərin ictimai-siyasi, fəlsəfi, həyati məsələlərin,
xüsusilə
azadlıq uğrunda gedən
mübarizələrin
faciəli
mahiyyətini
proffessional
tənqidçi
mövqeyindən
təhlil
etmişdir».
30-cu illərdə yaranan «Şamo», «Dirilən adam», «Daşqın»,
«Dünya qopur», «Gizli Bakı», «Döyüşən şəhər» kimi tarixi və
əfsanəvi mövzuda yazılmış əsərlərdə konkret tarixi-inqilabi
mübarizələri müəlliflərin böyük sənətkarlıqla əks etdirdikləri
bildirilir. Bəzi cüzi çatışmazlıqlar nəzərə alınmaqla, nöqsanlar
göstərilməklə geniş təhlil və tədqiqini tapmışdır. Bu cəhətdən
N. Əfəndiyevin professional tənqidçi kimi fəaliyyətini qeyd
etməliyik. Bu dövrün Salman Mümtaz, R.Axundov, Əli Nazim,
H.Zeynallı, M.Hüseyn, M.Arif, M.Cəfər kimi tənqidçiləri
yetişmişdi. Bu dövrün tənqidi və ədəbiyyatşünaslığı «sənət
sənət üçündür» nəzəriyyəsinə, vulqar sosiologizmə, hər cür yad
meyillərə qarşı mübarizələrdə bərkimiş, inkişaf etmiş olduğunu
sonrakı dövr alim və tədqiqatçıları dönə –dönə söyləmişlər.
Gülxani Pənah, Salatın Əhmədli
70
Bu illərdə ədəbiyyatşünaslıqda bir sıra məsələlərin həlli
yolları, klassik irsimizin, ədəbiyyat tarixinin müxtəlif problem-
ləri araşdırılır. Nizami, Füzuli, Mirzə Fətəli Axundov, Mirzə
Ələkbər Sabir, Cəlil Məmmədquluzadə və başqalarının həyat
və yaradıcılığı əhatəli şəkildə tədqiq edilir, monoqrafiyalarda
Azərbaycan ədəbiyyatının tarixi araşdırılır, öyrənilir. Klassik
irs dərindən öyrənilirdi, dünya ədəbiyyatına böyük sənət
inciləri bəxş etmiş Nizaminin 800 illik yubileyi ərəfəsində
ədəbiyyatşünaslığın bütün sahələri bu işlə məşğul olmuş, onun
əsərləri farscadan ana dilimizə tərcümə edilmiş, yaşadığı dövr,
həyat və yaradıcılığı ilə bağlı məqalələr, monoqrafiyalar
yazılmışdı.
Bu illərdə Füzuli yaradıcılığı da geniş şəkildə tədqiq
olunmağa başlandı. Mir Cəlal «Füzulinin poetik xüsusiyyətləri»
(1940) əsəri ilə ilk dəfə çıxış etdi. F. Qasımzadə, Mikayıl
Rəfili, filosof Heydər Hüseynov M.F. Axundov irsinin
öyrənilməsində müstəsna xidmətlərə malikdirlər. Onların
tədqiqatlarında ilk dəfə Axundovun həyatı, fəaliyyəti, şair,
filosof, dramaturq, tərcüməçi, ictimai xadim, maarifçi, islahatçı
kimi tədqiq olunmağa başlanıldığı məlumdur. 1938-ci ildə
əsərlərinin 3 cildliyi çapdan çıxdı və bu onu daha yaxşı tanımaq
üçün oxuculara kömək etdi. Bu illərdə Ə. Nazim «Molla
Nəsrəddin» (1936), Mirzə İbrahimov «Böyük demokrat»
(1939), Cəfər Xəndan «Sabir» (1940) və s. irihəcimli tədqiqat
əsərləri yazdı. Tədqiqatçılar təkcə Azərbaycan ədəbi irsini
deyil, eyni zamanda rus, dünya xalqlarının ədəbiyyatı, onun
nümayəndələri haqqında Azərbaycan oxucusuna məlumat
verir, bu mövzuda əsərlər çap etdirirdilər.
Azərbaycan sovet ədəbiyyatı öz inkişafı dövründə çox
çətinliklərə, mənəvi təqiblərə, cismani cəzalara məruz qalmış
ədib və şairləri ilə də tarixə düşüb.
Sənət, sənətkar və zaman
71
20-ci ildə Bolşevik Rusiyası Azərbaycanı işğal etdi. Xalq
Cümhuriyyəti süquta uğradı və ölkədə yaranan gərgin ictimai-
siyasi vəziyyət ideoloci ovqatı da dəyişməyə başladı. Milli
məfkurəyə qarşı amansızlıqlar baş alıb gedir, xalq, ziyalı
təbəqəsi kommunist ideologiyası ilə «silahlandırılırdı». Bu çox
çətin, ağır illərdə yaradıcılıqları çiçəklənən, müdriklik dövrünü
yaşayan C. Məmmədquluzadə, Hüseyn Cavid, Nəcəf bəy
Vəzirov, Süleyman Sani Axundov, Yusif Vəzir Çəmənzəminli,
Seyid Hüseyn bu dövrün ədəbi tələblərinə uyğunlaşa bilmir,
müqavimət göstərirdi. Buna görə də inqilabi kommunist
quruluşun düşmənləri kimi təqib olunurdular. Azərbaycan
ədəbi posesinin belə sürətlə inkişafı düşmənlərimizin xoşuna
gəlmirdi. Siyasi-ictimai gərginlik onların xeyrinə idi. «Yaşlı»
ədəbiyyata qarşı yeni formalaşmaqda olan gənc ədəbi qələm
sahiblərindən istifadə olunmağa başlandı. Ədəbiyyata qarşı
kommunist siyasətinin bu üsulundan yararlanmaq üçün 1925-ci
ildə Bakıda müxtəlif ədəbi dərnəkləri öz ətrafında birləşdirən
«Qızıl qələmlər» cəmiyyəti yarandı və onun bölgələrdə
fəaliyyət göstərən şöbələri ətrafında da oktyabr inqilabının
təntənəsini tərənnüm edən, təbliğ edən gənc ədib və şairlər
toplaşırdı. «Qızıl qələmlər» cəmiyyətinin fəaliyyətini genişlən-
dirmək üçün Bakıda qurultaylar keçirilirdi. 1928-ci ildə
Azərbaycan Yazıçılar Cəmiyyəti yaradıldı. Bütün nəsillərdən
olan yazıçıların sovet ideologiyası ətrafında birləşdirilməsi
üçün bütün cəhdlər göstərilirdi. Baxmayaraq ki, milli əqidəyə
sədaqətli sənətkarlarımız kommunist partiyasının hakim
ideologiyasına tabe olmaqdan boyun qaçırır, müxtəlif yollarla
da bundan imtina edirdilər. Belə bir dövrdə proletar
beynəlmiləlçiliyindən, rus xalqının qüdrətindən, Lenindən
yazmayan
bu
sənətkarlar
«sosialist
inqilabını
gözü
götürməyən» sənətkarlar kimi amansız təqibə məruz qalırlar.
Gülxani Pənah, Salatın Əhmədli
72
1934-cü ildə Azərbaycan Yazıçılar Cəmiyyəti əsasında
daha mütəşəkkil yaradıcılıq təşkilatı olan Azərbaycan Yazıçılar
İttifaqı
yaradıldı.
Senzura
sosialist
prinsiplərini
öz
yaradıcılıqlarında yetərincə ifadə edə bilmədiyi bəhanəsiylə
Azərbaycan yazıçılarının böyük bir hissəsini təqib etməyə
başladı və onlar bu repressiyanın qurbanı oldular. Ölkədən
gedən, mühacirət həyatı yaşayan, vətəndən didərgin salınan
sənətkarlarımız oldu.
Kommunist-sovet ideologiyası milli məfkurəyə qarşı mü-
barizə aparırdı və bu mübarizə özünü aşağıdakı sahələrdə də
göstərirdi:
(A) azərbaycançılığın əsas əlaməti olan türkçülük, tama-
milə əsassız olaraq, millətçilik hesab edilir; ədəbiyyatda milli
tarixi mövzuların, ideyaların yer tutmasına imkan verilmir;
milli mənafe əvəzinə sinfi mənafelərin mübarizəsindən
danışılır, vulqar beynəlmiləlçilik təbliğ olunurdu.
B) azərbaycançılığın ikinci əlaməti olan müsəlmançılıq,
ümumiyyətlə, hər cür dini dünyagörüş bütünlüklə inkar edilir:
onun mənəvi-əxlaqi imkanlarından, bədii yaradıcılıqdakı
ənənəvi rolundan imtina olunurdu;
C) azərbaycançılığın üçüncü əlaməti olan müasirlik
vulqarlaşdırılaraq sosialist inqilabının, sovet gerçəkliyinin
tərənnümü ilə məhdudlaşdırılır; dünyaya geniş pəncərə
açılmasına icazə verilmirdi».
Bütün bunlara baxmayaraq azərbaycançılıq- milli məf-
kurə beşiyində boğula bilmədi. Demək olar ki, bütün şair,
yazıçı, dramaturqların əsərlərində millilik qorundu, inkişaf
etdirildi, özünü bir xalq kimi təsdiq etdi.
Bu dövrdə xalq ədəbiyyatının toplanması, nəşri, onun
yazılı ədəbiyyata təsiri, xalq ruhunun ədəbiyyatda əksi görün-
məmiş bir şəkildə kütləvi hal almışdı və xalq ədəbiyyatını öz
Dostları ilə paylaş: |