Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə20/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   ...   16   17   18   19   20   21   22   23   ...   147

 
Sənət, sənətkar və zaman
 
 
 
77 
humanizm»  olduğunu  tənqidçilər,  ədəbiyyatşünaslar  yetərincə 
yaradıcılığının  bütövlüklə  təhlil  və  tədqiqində  üzə  çıxarmışlar. 
Dramaturgiyasında  olduğu  kimi,  lirikasında  da  lirik  növün 
bütün canr və şəkilləri əhatə olunmuş, əruz, heca, hətta sərbəst 
şeirlərində  «ustad  sənətkar  ruhu»,  «pafosu»  aydın  duyulur.  
Lirikasında inqilabdan əvvəl   bir «məhzunluq,   nisgil, şikayət» 
vardısa, 1922-ci ildə yazdığı  «Mənim Tanrım» şeirində «sevgi 
və  gözəllik  ən  ülvi  bir  hiss,  ən  ali  din,  tanrı»  səviyyəsində 
tərənnüm  edilir.  Yeni  həyatla  bağlı,  müasir  mövzuda  şeir  yaz-
mamasını  «müasir  varlıqdan  uzaqlaşmasını,  Mehdi  Hüseyn 
«onun  inqilaba  zidd  cəbhə  tutması  ilə  deyil»  inqilabi  mü-
rəkkəbliyin    Cavid  tərəfindən  «çətin  anlaşılması»  kimi  qəbul 
edir.  Onun  haqqında  monoqrafiya  yazan  M.Cəfər  bunlarla 
yanaşı,  bunu  göstərir  ki,  «bu  illərdə  Hüseyn  Cavid  sosialist 
inqilabının mahiyyətini başa düşməmişdir. Caviddə yeni həyat, 
bu  həyatın  böyük  mənası  və  gələcəyi  haqqında  aydın  bir 
təsəvvür yox idi. Onda proletar inqilabının xilaskar roluna qəti 
bir  inam da  yox  idi».  Tənqidçilər şairi  «haqlı»  bilirlər. «Azər» 
poemasını,  «Koroğlu»  kinossenarisini  və  bir  sıra  başqa 
əsərlərini  qələmə  almış  Hüseyn  Cavid  repressiya  qurbanı 
olmuş,  Sibirə  sürgün  edilmiş,  1941-ci  ildə  Sibir  sürgünündə 
vəfat  etmiş,  Stalinin  ölümündən  sonra  bəraət  almış,  Heydər 
Əliyevin  rəhbərliyi  ilə  nəşi  80-ci  illərdə  Azərbaycana 
gətirilmiş, doğma yurdu Naxçıvanda torpağa tapşırılmış,  xatirə 
ev  muzeyi  açılmış,  məzarı  üstündə  möhtəşəm  məqbərə 
ucaldılmışdı, adına küçə, bağ , məktəb var.  
Repressiya  qurbanlarından  biri  də  görkəmli  yazıçımız, 
tədqiqatçı Y.  V.  Çəmənzəminlidir.  İlk kitabı  «Cənnətin qəbzi» 
1923-cü  ilə  çap  olunmuşdur.  Sonralar  yazıçının  «Keçmiş 
səhifələr»  (1926),  «Məlikməmməd»  (1926),  «Arvadlarımın 
halı»  (1928),  «Studentlər»  (1930),  «Qazanc  yolunda»  (1930), 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
78 
«Qaranlıqdan  işığa»  (1932),  «Qızlar  bulağı»  (1934),  «Yara-
maz»  (1934),  «Bir  cavanın  dəftəri»  (1966),  «Əsərləri»,  III 
cilddə,  «Romanlar»  (1968),  «Qan  içində»  (1967),  «Qayınana-
nın  oyunları»  (1970),  «Ayrılıq  axşamı»  (1971)  və  s.  kitabları 
nəşr  olunub.  1925-ci  ildə  Türkiyə  və  Fransada  olduğu  illərdə 
Azərbaycan  tarixinin  və  ədəbiyyatımızın  tədqiqi  ilə  məşğul 
olmuş,  «Azərbaycan  ədəbiyyatına  bir  nəzər»  kitabını  yazmış, 
1920-ci  ildə  Türkiyədə  Azərbaycan  dilində,  1922-ci  ildə 
Fransada  fransızca  çap  etdirmişdir.  Y.V.Çəmənzəminli  bədii 
yaradıcılığında  rəngarəng  tiplər  yaratmış,  «Molla  Nəsrəddin» 
tənqidi realizm  yolu  ilə getmiş,  mütərəqqi  fikirli  yazıçı olmuş, 
dövrün  demokratik  ədəbiyyatı  ilə  bağlı  olmuşdur.    Dövrün 
tənqidçiləri  onun    əsərlərinin  mövzusunu  məişətimizdən 
götürdüyünü,  «asan  və  sadə  dil  ilə»  yazdığını  (F.  Köçərli), 
«qüdrətli hekayələr ustası», romanlar müəllifi olduğunu bildirir, 
o,  xalq  dilinin  saflığını,  sadəliyini  yaratdığı  əsərlərində 
qoruyan,  «Dil  məsələsi»,  «Bizə  ciddi  mətbuat  çoxdan  lazım 
idi» kimi məqalələrində də Azərbaycan ədəbi dilinin «sadəliyi, 
təmizliyi  və  xəlqiliyi  uğrunda»  mübarizədə  yaxından  iştirak 
edən,  «sözdən özünəməxsus  istifadə üsulu» olan sənətkar kimi 
dəyərlidir.  30-cu  illər  yaradıcılığında  «konflikt  çox  halda 
yeniliyin  və  köhnəliyin  açıq  və  ya  gizli  münaqişəsi  əsasında 
qurulur,  sücet  yeniliyin  qələbəsinə  və  köhnəliyin  süqutuna 
doğru  inkişaf  etdirilirdi.  Ədib  hekayələrində  istifadə  etdiyi  bu 
cür  konflikti  və  onun  bədii  həlli  istiqamətini  özündən  uydur-
murdu.  Həyatın,  mühitin  özündən  götürürdü  və  müvafiq  bir 
fabulada  əhəmiyyətli  ictimai  məzmun  ifadə  etməyə  müvəffəq 
olurdu.  Bu,  ədibin  30-cu  illər  hekayələrini  o  dövrün  qələm 
sahiblərinin  bir  çoxunun  yaradıcılığında  rast  gəldiyimiz 
sxematizmdən xilas edirdi». 
 


 
Sənət, sənətkar və zaman
 
 
 
79 
 
Atamız dünyadan «eh»-dedi getdi, 
Tez sönən ömrünə «meh»-dedi getdi. 
Gül əkdi, vay dərdi cahan bağından, 
Tökdüyü yaşlara «şeh»-dedi getdi. 
Bu  misralar  Mikayıl  Müşfiqin  «Duyğu  yarpaqla-
rı»ndandır.  Bu  rübaidir.  Müşfiq  klassik  poeziyanın  bu  forma-
sından  istifadə  etməklə  «yeni,  ictimai  məzmunun,  vətəndaşlıq 
hissinin  ifadəçisi  kimi  çıxış  etmiş,  lirika  ilə  fəlsəfəni  zamanın 
ruhu  ilə qovuşdurmuşdur». «Gənc  işçi» qəzetində 1926-cı  ildə 
çap  olunan  «Bir  gün»  şeiri  ilk  şeiridir.  İlk  kitabı  1936-cı  ildə 
nəşr  olunan  «Küləklər»  adlanır.  «Küləklər»  kitabından  sonra 
1930-cu  ildə  «Günün  səsləri»,  1932-ci  ildə  «Buruqlar 
arasında»,  «Vuruşmalar»,  «Pambıq»,  «Bir  may»  kitablarını, 
1934-cü ildə «Şeirlər», 1935 -ci ildə «Qaya», «Kəndli və ilan», 
1934-cü ildə «Şəngül, Şüngül, Məngül» kitablarını nəşr etdirib. 
Sağlığında  on  kitabı  nəşr  olunub.  1965-cı  ildən  bəri  II  cildlik 
Seçilmiş əsərləri (1957-1960), «Duyğu yarpaqları» (1965).  İki 
cilddə  «Əsərləri»  (1968-1973),  «Yenə  o  bağ  olaydı»  (1976), 
«Əbədiyyət nəğməsi» (1978), «Həyat sevgisi» (1988), «Məktəb 
kitabxanası» 
silsiləsindən 
«Seçilmiş 
əsərləri» 
(1983),  
«Könlümü al, oxu» (2002)  və s. kitabları nəşr olunub. Əsərləri 
dünya  xalqlarının  dillərinə  tərcümə  olunmuş    Mikayıl  Müşfiq 
bənzərsiz sənətkar idi: «Yeni poetik formalar yaratmaq poeziya 
tarixində  hər  şairə  qismət  olmur.  Müşfiq  bu  cəhətdən  seçilən 
şairlərimizdəndir.  Onun  elə  şeirləri  vardır  ki,  bu  ancaq  onun 
özünə  məxsus  formada  yazılmışdır  («Tərtərhes  nəğmələri»  və 
s). «Tərtərhes nəğmələri»ndə şair beş üçlükdən ibarət 15 misra-
lıq  bənd  yaratmışdır  ki,  burada  birinci  üçlüyün  iki  misrası  öz 
aralarında  qafiyələnir.  Üçüncü  misra  isə  o  biri  üçlüklərin 
üçüncü  misrası  ilə  həmqafiyə  olur.  Bəndlərin  bu  cür 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
80 
quruluşunun  ümumi  ahəngi  coşğun  çayların  (Tərtər  də  belə 
çaylardan biridir) gur axınını xatırladır». 
Yaradıcılığa  20-ci  illərin  ikinci  yarısında  gələn  M.Müş-
fiqin    şeirlərinin  əsas  hissəsini  ictimai-siyasi  lirika  təşkil  etsə 
də,  aşiqanə  şeirləri  («Yenə  o  bağ  olaydı»,  «Sənin  gözlərin», 
«Sənin  gülüşlərin»,  «Məhəbbət»,  «Ulduzlar»,  «Şirin  qız», 
«Ürək», «Maral» və s.),  insan hissləri,  məhəbbətin şirin cəfası, 
«hicrandan  doğan  intizar»,  sevdiyi  insanı  Xəzərin  damcılarına 
belə  qısqanan  coşqun  məhəbbətlə  sevən  ürək  çırpıntıları, 
«sevdalı cavanların ümid qapılarının gah açılıb, gah qapanması 
və  s.  «poetik  yüksəkliyə  qaldırılır.  «Müşfiq  lirikası  özünün 
yalnız  ictimai,  əxlaqi-tərbiyəvi  məzmunu  ilə  deyil,  oricinal 
sənətkarlıq cəhətləri ilə də diqqəti cəlb edir.  
Şair  şeir,  sənət  və  sənətkarlar  haqqında  xüsusi  məqalələr 
yazmasa da, bəzi əsərlərində («Gözəl şeir», «Yeni il», «Bulud-
lar»,  «Şeirim»,  «Sənətkar»,  «Duyğu  yarpaqları»,  «Şair  və 
vətəndaş» və s) poeziyanın vəzifələri haqqında bir sıra maraqlı 
fikirlər  irəli  sürmüş,  ədəbiyyat  xadimlərinə  həsr  olunmuş 
«Sabir 
üçün», 
«Şairin 
ölümü», 
«N.Ostrovski 
üçün», 
«Ustamıza»  və  Ömər  Xəyyam,  Sabir,  Cəlil  Məmməd-
quluzadənin  yığcam,  eyni  zamanda  əhatəli  yaradıcılıq 
səciyyəsini  verən  «Şən  teyflər»  əsərlərində  «şairin  ədəbi  və 
estetik görüşlərini aydın izləmək olar». 
Müşfiqin  uşaqlar  üçün  yazdığı  əsərlərdə  («Vuruşmalar», 
«Qaya»  poemaları,    «Kəndli  və  ilan»,  «Şəngül,  Şüngül, 
Məngül»  mənzum  nağılları,  «Bir  may»,  «Məktəbli  şərqisi», 
«Pioner»,    «Coğrafiya»,  «Zəhra  üçün»  və  s.)    şair  onların  yaş 
xüsusiyyətlərini də nəzərə almış, «təsvir etdiyi hadisələri oynaq 
bir  vəznlə,  axıcı  bir  dillə»  ifadə  etdiyini  tənqidçilər  yüksək 
dəyərləndirmiş, «30-cu illər uşaq ədəbiyyatımızın yaxşı əsərləri 
sırasında olduğunu» göstərmişlər. 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə