Sənət, sənətkar və zaman
65
dünyası», «Hacı Salman», «Ağanın kənizi», «Məşədi Qədimin
evində bədbəxtlik», «Küləkli bir axşam», «Mirzə Badımcan».
«Qayçı», «Aldanmış ümid» hekayələri, «Düşmənlər» (1932)
povesti onun sənətkarlığını qiymətlədirmək baxımından xüsusi
əhəmiyyət kəsb edir. H.Nəzərli, B.Talıblı, S.Hüseyn kimi
T.Ş.Simurq da hekayələr müəllifi olmuş, 1935-ci il, 1960-cı
ildə I cilddən ibarət «Seçilmiş əsərləri» Azərnəşr, 1983-cü ildə
I cildlik «Seçilmiş əsərləri» «Yazıçı» nəşriyyatı tərəfindən nəşr
olunmuşdur.
1920-ci illərdən bədii yaradıcılıqla məşğul olan «keçmişə
qəzəbli və istehzalı münasibət» (M.Hüseyn) bəsləyən Hacıbaba
Nəzərli 30–cu illər Azərbaycan nəsrində ilk dəfə olaraq «döyüş
lövhələri və döyüşçü surətləri»ni yaratmışdır. «Nişanlı gözləri»,
«Casusun yardımçısı», «Laçın», «Satqın», «Üç dövrün canlı
arxivi», «120-dən ikisi», «Təəssüb», «Əyyaş», «Rəfail»,
«Qəhrəmanın romanı», «Sarıköynək» və s. kimi dövrün
oxucuları arasında tanınan əsərlərin müəllifidir. O, nəsrlə
yanaşı, dram əsərləri də yazmışdır. «Yollar», «Sabir» və
Süleyman Rüstəmlə birgə «Yanğın» komediyasını yazmış,
maraqlı, yaddaqalan obrazlar yaratmışdır. Onun əsərlərində
mənfi, yaramaz, qeyri-insani hisslər pislənir, mərdlik, səxavət,
qoçaqlıq, başqalarına kömək etmək, vətənpərvərlik kimi yaxşı
keyfiyyətlər təbliğ olunur, bədiiləşdirilir.
O, hekayələrlə yanaşı, yazdığı dram əsərlərində də
istedadlı sənətkar kimi diqqəti cəlb edir. Onun «Casusun yar-
dımçısı» (1926), «Qaratel» (1927), «Laçın» (1928), «Satqın»
(1930), «Ölülər rəqs edərkən» (1930) kitabları nəşr
olunmuşdur.
O, ictimai xadim kimi tanınmış, repressiyaya uğramış,
1958-ci il yanvarın 28-də xalq düşməni kimi güllələnmiş, on
yeddi ildən sonra bəraət almışdır.
Gülxani Pənah, Salatın Əhmədli
66
Digər dramaturqlar kimi C.Cabbarlı da dramaturgiyamı-
zın inkişafında böyük əmək sərf etmişdir. 1930-1940-cı illər
dramaturgiyada «yüksəliş dövrü» kimi qiymətləndirilir. Cəfər
Cabbarlının bu sahədə rolu çox böyükdür və o, «Almaz»da
(1929) Azərbaycan kəndində kollektivləşmə illərində gedən
sinfi mübarizəni əks etdirir, müxtəlif ictimai təbəqənin
nümayəndələrinin dolğun obrazlarını yaradır.
1932-ci ildə hadisələrin inkişafı cəhətdən «Almaz»ın
«davamı» olan «Yaşar» pyesini, 1932-1933-cü illərdə «Dönüş»
pyesini yazır və 20-30-cu illər arasında Cəfər Cabbarlı
Azərbaycan dramaturgiyasının «sonrakı inkişafı üçün bir ədəbi
məktəb» yaratmış olur. Hüseyn Cavid də bu illərdə «Dəli
Knyaz», «Telli saz», «Səyavuş», «Xəyyam» kimi qiymətli
pyeslərini yazır və bu əsərləri ilə yaradıcılığında ictimai
motivlərin, mütərəqqi görüşlərin, həyat hadisələrinin qüvvətli
verilməsiylə həm oxucu kütləsinin, həm də tənqidçilərin
diqqətində olur.
Cəfər Cabbarlının realist ənənələrini davam etdirən gənc
dramaturqlar yetişməyə başlayır. M.İbrahimov, S.Vurğun dram
əsərlərinə üz tuturlar. M.İbrahimov «Həyat» pyesini yazır.
Onun bu əsəri C.Cabbarlıdan sonra «səhnədə yaranan ilk
dolğun məzmunlu, sənətkarlıqla yazılmış, müasir varlığı geniş
ümumiləşdirmələr
yolu
ilə
əks
etdirən
əsər»
kimi
qiymətləndirilir. İkinci dram əsəri «Madrid»də böyük ideallar
uğrunda vuruşan qəhrəman ispan xalqının mübarizəsi öz əksini
tapmışdır.
1937-ci ildə S.Vurğun «Vaqif» pyesi ilə tarixi dram
canrını yeni bir pilləyə qaldırdı və bu, zəngin xarakterlərə malik
coşqun ehtiraslar dramı kimi tamaşaçıların rəğbətini qazanan
əsər oldu. «Xanlar» əsərini yazır, əsərin mövzusu inqilabi
mübarizəyə həsr olunub.
Sənət, sənətkar və zaman
67
Çar məmurlarına və yerli mülkədarlara qarşı mübarizəni
özündə əks etdirən Süleyman Rüstəmin «Qaçaq Nəbi» pye-
sində xalq mənafeyini müdafiə edən, xalqın istismardan
qurtulması uğrunda mübarizə aparan, şüurlu şəkildə bu xalq
hərəkatına başçılıq edən Qaçaq Nəbinin mükəmməl obrazını
yaratmışdır.
Bu illərdə tarixi dramlarla yanaşı, yeni tipli komediyalar
da yaranır və bu sahədə Sabit Rəhmanın rolu böyükdür.
Axundov, Vəzirov ənənələrini davam etdirən Sabit Rəhman
«Toy», «Xoşbəxtlər» (1940) komediyalarını yazır.
30-cu illərdə ədəbi tənqid və ədəbiyyatşünaslıq bədii
əsərlərlə elə qüvvətli bir zəncirlə bağlı idi ki, 75 illik ədəbi
mühiti nəzərdən keçirdikdə ondan bir addım da uzaq olma-
dığını görürük. Ədəbi tənqidi, ədəbiyyatşünaslığı inkişaf et-
dirən də elə yazıçı və şair kimi ədəbi mühitə gələnlər idi. Azər-
baycan ədəbi tənqidində yaranan bədii əsərlərin təhlil və
tədqiqini verən Salman Mümtaz, Əli Nazim, Cəfər Cəfərov,
Mehdi Hüseyn, Məmməd Arif, Həmid Araslı, Əziz Şərif, Cəfər
Xəndan, Mir Cəlal, Feyzulla Qasımzadə, Mikayıl Rəfili, Əkbər
Ağayev... kimi peşəkar tənqidçilər var. Yazıçılarımızın,
şairlərimizin əksəriyyəti (Cəfər Cabbarlı, Abdulla Şaiq, Mehdi
Hüseyn, Mir Cəlal, Mikayıl Rzaquluzadə, Səməd Vurğun,
Mirzə İbrahimov və s.) bədii yaradıcılıqla yanaşı nəzəriyyə və
tənqid məsələləri ilə məşğul olmuşlar. «Bu tənqidçilərin ən çox
məşğul olduqları problemlər əsasən nəzəri səciyyə daşıyırdı.
Onlar ədəbiyyatda ideyalılıq, müasirlik, xəlqilik, aktuallıq,
tarixilik, bədii sənətkarlıq, bədiilik, mövzu, bədii dil, müsbət
qəhrəman kimi problemləri və s. bilavasitə yaradıcılıq
prinsipləri ilə bağlı izah edirdilər. Onlar həyat həqiqətini
dövrün əsas tələbi hesab edir və dolayısı ilə romantikanı da
unutmurdular».
Gülxani Pənah, Salatın Əhmədli
68
Ədəbi tənqid bu illərdə lirik əsərlərin təhlil və tədqiqini
diqqət mərkəzində saxlayırdı. Lirik əsərlərdə qoyulan
mövzular, məsələlər bəzən bir–biri ilə toqquşur, biri o birini
tamamlamır, əksinə bir–birinə zidd olurdu: «Lirika və onun
müasir çalarları bu illərdə ədəbi tənqidin diqqət mərkəzində
dayanırdı. «Lirikaya baxışlarda bir-birinə, daban-dabana zidd
iki konsepsiya var idi:
a) müasir aləmdə lirikaya yer yoxdur, sovet adamı
kədərlənməz, sevməz, sevilməz və s.
b) yaşasın lirika! Birincisi insana emosional təsir edən nə
varsa hamısını: tarı, kamançanı, sazı, muğamatı, mahnını milli-
mədəni irsi inkar edirdi, ikincisi isə deyirdi: «Oxu tar».
S. Vurğunun bu nəzəri fikirlərini alimlər qiymətləndirirdi
ki, «Bəziləri elə düşünürlər ki, sosializm dövründə guya insan
zövqlərinə, insan hisslərinə ədəbiyyatda yer verilməməlidir.
Guya proletar əməkçilərdə dərin hisslər, incə zövqlər, ilhamlar
yoxdur. Bu, qətiyyən doğru deyildir. ..
Biz işçi sinfinin əmək prosesindən aldığı dərin həyəcan-
ları, təmiz duyğuları və onların bu əməyi ilə həyata keçirdikləri
böyük ideallardan aldıqları mənəvi zövqləri lirika vasitəsilə
ifadə etməliyik...».
Səməd Vurğun, Mikayıl Müşfiq, Süleyman Rüstəm,
Rəsul Rza, Məmməd Rahim, Osman Sarıvəlli, Əhməd Cəmil
yaradıcılığında da lirik qəhrəmanın zəngin mənəvi aləmi,
mənəviyyatı, kamilliyi məsələləri əsas planda idi.
Ədəbi tənqid klassik irsə, tarixi mövzuda yazılmış əsər-
lərə də diqqətlə yanaşırdı. Yaranan tarixi mövzuda əsərlər
haqqında tənqidçilər çoxlu sayda resenziya, məqalə, mo-
noqrafiyalar yazır, tarixi hadisələrin müasir həyatla səsləşən,
«bu günü yaxşı dərk etməkdə» oxucu və tamaşaçılara yaxından
kömək edən ideyalar, qayələr olduğunu üzə çıxarırdılar.
Dostları ilə paylaş: |