Günah lüğət elmində



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə33/101
tarix22.10.2018
ölçüsü3,44 Mb.
#75296
1   ...   29   30   31   32   33   34   35   36   ...   101

 
91 
abır-həyası, düĢüncə və mərifəti bu iĢə yol vermir. Amma həmin iĢin 
yerinə yetirilməsi, yaxud tərki onun öz ixtiyarındadır. Peyğəmbər və 
imamların  da  günahları  tərk  etməsi  bu  qəbildəndir.  Doğrudur  ki, 
məsumluq və günahsızlıq ilahi yardım sayılır. Lakin ilahi yardımlar 
da hesab-kitabsız deyil. Qurani-kərimdə Ġbrahim (ə) haqda buyurulur 
ki,  o  həzrət  ağır  və  mühüm  sınaqlardan  sonra  yüksək  imamət  və 
rəhbərlik məqamına nail oldu.
1
  
Ayədə  qeyd  olunan  “rics”  sözü  lüğətdə  “çirkin  Ģey”  mənasını 
bildirir. Ġstər insanın təbiətinə uyğun gəlməyən və nifrət doğuran Ģey, 
istər  əqli  və  Ģəri  baxımdan  çirkin  Ģey,  istərsə  də  hər  bir  çirkin  Ģey. 
Rağib  Ġsfahani  “Müfrədat”  kitabında  “rics”i  “çirkin  Ģey” 
mənalandırdıqdan sonra (yuxarıda qeyd etdiyimiz kimi,) həmin dörd 
surəti  qeyd  edir  (insanın  təbiəti  ilə  uyğun  gəlməyən,  əqli  və  Ģəri 
baxımdan, yaxud bütünlüklə hər bir çirkin Ģey). 
Əgər  bəzi  alimlər  “rics”i  “günah”,  yaxud  “Ģirk”,  yaxud  “batil 
əqidə”,  yaxud  da  “paxıllıq  və  həsəd”  kimi  mənalandırmıĢlarsa, 
əslində  bu  sözün  geniĢ  mənada  nümunələrini  göstərmiĢlər. 
Ümumiyyətlə,  ayədə  qeyd  olunan  “ər-rics”  sözündəki  “əlif  və  lam” 
artiklinin  ümumi  cinsi  bildirməsi  ilə  ayənin  mənası  belə  olacaq: 
“Allah  siz  Əhli-beytdən  hər  növ  çirkinliyi  uzaqlaĢdırıb,  sizi  pak-
pakizə qarar vermək istəyir.” 
“Və  yutəhhirəkum  təthirən”  cümləsi  (“təthir”  sözünün  “pak-
pakizə  etmək”  mənasına  diqqət  yetirməklə)  Əhli-beytin  pak-pakizə 
və  çirkinlikdən  uzaq  olmasına  əlavə  təkiddir.  Məsdərin  təkid 
formasında iĢlədilən “təthirən” sözü bu mənanı bir daha təsdiqləyir. 
Nəticə:
 Allah-taala müxtəlif təkidlərlə Ġslam peyğəmbərinin (s) 
Əhli-beytini  hər  bir  çirkinlik  və  aludəlikdən  pak  etdiyini  bildirir. 
ġübhəsiz,  ilk  növbədə  evin  əsl  sahibi  Peyğəmbəri-əkrəmin  (s) 
özüdür.  Lakin  Əhli-beytin  kimlərdən  ibarət  olduğu  haqda  geniĢ 
izahata ehtiyac duyulur. 
*** 
 
 
 
 
 
                                                 
1
 “Bəqərə” surəsi, ayə: 124. 


 
92 
 
ƏHLĠ-BEYT KĠMLƏRDĠR? 
Əhli-sünnə  təfsirçilərinin  bir  qrupu  “Əhli-beyt”i  Peyğəmbərin 
(s) zövcələri kimi təfsir etmiĢlər. Lakin qeyd etdiyimiz kimi,  ayənin 
üslub  və  deyiliĢ  tərzinin  dəyiĢilməsi,  əvəzliklərin  əvvəli  ilə  axırının 
fərqlənməsi  bu  hissənin  tamamilə  ayrı  məna  bildirdiyini  göstərir. 
Məgər  Allahın  bütün  iĢlərinin  hikmət  əsasında,  Quran  ayələrinin 
fəsahət və bəlağətli olduğu qəti deyilmi?! 
Digər təfsirçilər isə Əhli-beytin Peyğəmbəri-əkrəm (s), Əli (ə), 
Fatimə  (ə.s),  imam  Həsən  (ə)  və  imam  Hüseyndən  (ə)  ibarət 
olduğunu qeyd etmiĢlər. ġiə və sünni mənbələrində nəql olunan bir 
çox rəvayətlər bunu təsdiqləyir. Hətta bəziləri bu rəvayətlər əsasında 
onun daha  geniĢ  məna  daĢıdığını  söyləmiĢ,  həm  bu  beĢ  nəfərə,  həm 
də  Peyğəmbərin  (s)  zövcələrinə  aid  olduğunu  demiĢlər.  Bu  isə 
ayənin üçüncü təfsiridir. 
Lakin  Əhli-beytin  beĢ  məsumdan  ibarət  olduğunu  açıqlayan 
rəvayətlər olduqca çoxdur. Yalnız “Əd-durrul-mənsur” təfsirində on 
səkkiz rəvayət (beĢi Ümmü Sələmədən, üçü Əbu Səid Xudridən, biri 
AyiĢədən,  biri  Ənəs  ibn  Malikdən,  ikisi  Ġbn  Abbasdan,  ikisi  Əbil-
Həmradan,  biri  Vailə  ibn  Əsqədən,  biri  Səddən,  biri  Səhhak  ibn 
Müzahimdən, biri də Zeyd ibn Ərqəmdən) nəql olunmuĢdur.
1
  
Əllamə  Təbatəbai  “Əl-mizan”  təfsirində  bu  barədə  yetmiĢdən 
çox rəvayət nəql edərək yazır: “Bu mövzuda əhli-sünnə təriqilə nəql 
olunan  rəvayətlərin  sayı  Ģiə  təriqilə  nəql  olunan  rəvayətlərin 
sayından çoxdur!” Bu kitabda yuxarıda adlarını çəkmədiyimiz (“Əd-
durrul-mənsur” təfsirində adları çəkilməyən) ravilərin də adları qeyd 
edilmiĢdir.  Bəzi  alimlər  bu  rəvayətlər  və  onların  nəql  olunduğu 
kitabların sayının yüzə çatdığını qeyd etmiĢlər. 
Burada  həmin  rəvayətlərin  yalnız  bir  neçəsini  qeyd  edirik  ki, 
Vahidinin  “Bu  ayə  Peyğəmbəri-əkrəm  (s),  Əli  (ə),  Fatimə  (ə.s), 
Həsən  (ə)  və  Hüseyn  (ə)  barədə  nazil  olmuĢ  və  baĢqaları  onlarla 
Ģərik deyil”
2
  sözlərinin eynilə həqiqət olduğu aydınlaĢsın: 
                                                 
1
 “Əd-durrul-mənsur”, 5-ci cild, səh. 196-199. 
2
 “Əl-mizan”, 16-cı cild, səh. 311. 


 
93 
1.  Peyğəmbərin  (s)  bəzi  zövcələrindən  nəql  olunmuĢ 
rəvayətlərdə  deyilir  ki,  “Təthir”  ayəsindən  söz  salıb  Peyğəmbərdən 
(s) soruĢduq: “Bu ayə bizə  də Ģamil olurmu?” Həzrət buyurdu:  “Siz 
də yaxĢısınız, lakin bu ayə sizə Ģamil olmur!” 
O  cümlədən,  (“Kəbir”  təfsirinin  müəllifi,  4-cü  və  5-ci  əsrlərin 
məĢhur  əhli-sünnə  alimi)  Sələbi  öz  təfsirində  Peyğəmbərin  (s) 
zövcəsi olan  Ümmü Sələmədən  belə nəql  edir:  Bir gün Fatimə  (ə.s) 
Peyğəmbərə (s) yemək  gətirdi. O həzrət  buyurdu:  “Həyat  yoldaĢını, 
övladların  Həsən  və  Hüseyni  çağır.”  Onlar  gəldilər  və  yeməkdən 
sonra  Peyğəmbər  (s)  əbasını  onların  üstünə  atıb  buyurdu:  “İlahi! 
Bunlar  mənim  Əhli-beytim  və  itrətimdir,  çirkinliyi  onlardan 
uzaqlaşdır və onları pak-pakizə et!” Bu zaman “Təthir” ayəsi nazil 
oldu...  Mən  o  həzrətdən  “Ey  Allahın  Rəsulu!  Mən  də  sizdənəmmi” 
deyə  soruĢdum.  O  buyurdu:  “Sən  də  yaxşısan  (amma  bu  zümrədən 
deyilsən)!”
1
  
Sələbi  baĢqa  bir  rəvayətdə  Peyğəmbərin  (s)  zövcəsi  AyiĢədən 
“Cəməl”  müharibəsi  və  onun  müharibəyə  qatılması  haqda 
soruĢduqda,  dedi:  “Bu,  ilahi  bir  təqdir  idi!”  Ondan  Əli  (ə)  haqda 
soruĢduqda  dedi:  “Peyğəmbərin  (s)  yanında  ən  sevimli  Ģəxsin  kim 
olduğunu  həzrətin  ən  sevimli  zövcəsindən  soruĢursan?!  Mən  öz 
gözümlə  gördüm  ki,  Peyğəmbər  (s)  Əli,  Fatimə,  Həsən  və  Hüseyni 
libasının altına salıb buyurdu:
 
  ذلْاِ١اَث ةًُلْاِ٘اَا  الام٘ مَُّةٌٍُّٙاَا
  ذاَِبؽاَٚ ٜ
 اَتاَ٘لْاِماَباَـ ٜ
 
 ةُُةُٙلْإِاَ 
 
 ًاو١ ٙلْاِلاَر لْاُِةُ٘ لْاِودِّٙاَٛاَٚ  اٌَ لْاِعدِّوٌا
 :
“İlahi!  Bunlar  mənim  Əhli-beytim  və  himayəçilərimdir, 
çirkinliyi  onlardan  uzaqlaşdır  və  onları  pak-pakizə  et!”  Mən  o 
həzrətdən  “Ey  Allahın  Rəsulu!  Mən  də  onlardanammı”  soruĢduqda 
buyurdu: “Xeyr, sən yaxşısan (amma onlardan deyilsən)!”
2
  
Bəli,  bu  rəvayətlərdə  göstərilir  ki,  Peyğəmbərin  (s)  zövcələri 
(yaxĢı olsalar da,) ayədə qeyd olunan Əhli-beytdən sayılmırlar. 
*** 
2.  Müxtəlif  ifadələrlə  bir  çox  rəvayətlərdə  nəql  olunan  ”Kisa” 
(əba)  əhvalatı:  “Peyğəmbər  (s)  Əli  (ə),  Fatimə  (ə.s),  Həsən  (ə)  və 
Hüseyni  (ə)  çağırıb  (yaxud  onların  yanına  gedib),  üstlərinə  bir  əba 
                                                 
1
 “Məcməül-bəyan”, “Təthir” ayəsinin təfsirində; “Şəvahidut-tənzil”, Hakim 
Həskani, 2-ci cild, səh. 56. 
2
 “Məcməül-bəyan”, “Təthir” ayəsinin təfsirində. 


Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə