Günah lüğət elmində


səhabələrindən olan)  möminlər sənə nazil edilənə  və səndən əvvəl



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə30/101
tarix22.10.2018
ölçüsü3,44 Mb.
#75296
1   ...   26   27   28   29   30   31   32   33   ...   101

 
82 
səhabələrindən olan)  möminlər sənə nazil edilənə  və səndən əvvəl 
nazil  olanlara  (səmavi  kitablara)  inanırlar!”  (Yəni  hər  iki  qrup 
bütün  səmavi  kitablara,  həm  Qurani-kərimə,  həm  də  əvvəlki 
kitablara iman gətirmiĢlər.) 
Belə nəzərə çarpır ki, Abdullah ibn Salam və kitab əhlinin Ġslam 
dinini  qəbul  edən  digər  alimlərinin  “elmdə  qüvvətli  olanlar”a  aid 
edilməsi  “Ali-Ġmran”  surəsinin  7-ci  ayəsi  ilə  yox,  “Nisa”  surəsinin 
162-ci  ayəsi  ilə  əlaqədardır.  Çünki  bu  ayədə  kitab  əhlinin  alimləri 
haqda  söz  açıldığı  halda,  bəhs  etdiyimiz  ayədə  (“Ali-Ġmran” 
surəsinin 7-ci ayəsi) kitab əhli barədə heç bir söz yoxdur. 
Bir  sözlə,  “Ali-Ġmran”  surəsinin  7-ci  ayəsinin  zahiri  mənası 
budur  ki,  Quranın  təvilini  Allah  və  elmdə  qüvvətli  olanlar  bilir. 
Elmdə  qüvvətli  olanların  həqiqi  simaları  Peyğəmbər  (s)  və  məsum 
imamlar  olduğundan,  onların  elmi  mənbələrindən  ən  mühümü  də 
Qurani-kərim, onun təfsir və təvili, zahir və batinidir. 
Bu  hissəni  Qurani-kərimin  “Ənkəbut”  surəsinin 49-cu  ayəsi  ilə 
sona çatdırırıq: 
 اَُلْاٍِ علْاٌِا اٛةُرٚةُأ  آَ٠ نمٌَّا  هٚةُلةُٕ ٟ ـ  ةٌدبإَدِّ١اَث  ةٌدباَ٠آ اَٛةُ٘ لْاًِاَث
“Xeyr, bu Quran elm verilmiĢ kəslərin sinələrində olan açıq-
aydın ayələridir.” 
Əhli-beyt  (ə)  rəvayətlərinə  görə,  bu  ayədə  qeyd  olunan  “elm 
verilmiĢ  kəslər”  ünvanı  (Peyğəmbərdən  (s)  sonra)  məsum 
imamlardır.  Əlavə  məlumat  əldə  etmək  istəyənlər  “Biharul-ənvar” 
kitabına və “Bürhan” təfsirinə müraciət edə bilərlər.
1
  
b) Peyğəmbərin (s) irsi: 
Məsum imamların elmi mənbələrinin ikincisi Peyğəmbərdən (s) 
aldıqları elm irsidir. Belə ki, o həzrət bütün Ġslam Ģəriət və maarifini 
imam Əliyə (ə) öyrətmiĢdir. Bəzi rəvayətlərə əsasən, imam Əli (ə) də 
öyrəndiklərini  yazmıĢ,  bu  elm  və  bilik  nəsildən–nəslə  onun 
övladlarına, yəni məsum imamlara ötürülmüĢdür. BaĢqa sözlə, Ġslam 
rəvayətlərində  göstərildiyi  kimi,  Peyğəmbər  (s)  imam  Əliyə  (ə) 
elmin min qapısını açdı. Bu qapıların hər birindən min qapı açılırdı. 
                                                 
1
 “Biharul-ənvar”, 23-cü cild, səh. 188-208 və “Burhan” təfsiri, 3-cü cild, səh. 
254-256.  (Bu  kitablarda  bəhs  etdiyimiz  mövzu  ilə  əlaqədar  təxminən,  iyirmi  hədis 
nəql olunmuşdur.) 


 
83 
“Üsuli-kafi” kitabında bu barədə xeyli rəvayət var. O cümlədən, 
Əbu Bəsirin belə dediyi nəql olunur: “Ġmam Sadiqdən (ə) soruĢdum: 
“Sizin  ardıcıllarınız  deyirlər  ki,  Allahın  Rəsulu  (s)  Əliyə  (ə)  elmin 
elə bir qapısını açdı ki, ondan min qapı açıldı.” O həzrət buyurdu:
 
 ءٍةبث  اَؿلْاٌِاَا ءٍةبث دًِّةُو  لْآِ ِ ةُؼاَزلْاِفةُ٠ ،ءٍةبث  اَؿلْاٌِاَا ًبّ١ ٍاَ   الله ةُيٛةٍُاَه اَُمٍَّاَ 
 :
“Allahın Rəsulu (s) Əliyə (ə) elmin (bir qapı deyil) min qapısını 
açdı və hər qapıdan min qapı açıldı.” 
Sonra  buyurdu:  “Ey  Əbu  Bəsir!  Bizim  ixtiyarımızda  bir 
“Camiə”  var.”  Əbu  Bəsir  “Camiə  nədir”  soruĢduqda,  Həzrət 
buyurdu:  “Allah  Rəsulunun  “zira”sı
1
  (biləkdən  dirsəyə  qədər  olan 
məsafə)  ilə  yetmiş  zira  uzunluğda  bir  səhifədir.  O,  Peyğəmbərin  (s) 
öz  imlası  və  Əlinin  (ə)  dəstxətti  ilə  yazılmışdır.  Onda  bütün  halal-
haram  və  (qiyamət  gününə  qədər)  insanların  ehtiyac  duyduqları 
məsələlər, hətta bədəndəki cızığın diyəsi (cəriməsi) mövcuddur.”
2
  
Diqqət  yetirmək  lazımdır  ki,  “Elm Ģəhəri”  adlı  məĢhur  hədislə 
əlaqədar  Ģiə  və  sünnilərin  mötəbər  kitablarında  nəql  olunan 
rəvayətlərin sayı olduqca çoxdur. Bu hədisin ravilərindən Ġbn Abbas, 
Cabir  ibn  Abdullah  Ənsari,  Abdullah  ibn  Ömər  və  imam  Əlini  (ə) 
misal  göstərmək  olar.  Bu  hədis  Hakim  NiĢapurinin  “Müstədrək”, 
Əbu  Bəkr  NiĢapurinin  “Tarixul-Bağdad”,  Ġbn  Məğazilinin 
“Mənaqibu 
Əmiril-möminin”, 
Gəncinin 
“Kifayətut-talib”, 
Həməvininin  “Fəraidus-səmteyn”,  Zəhəbinin  “Mizanul-etidal”, 
Qunduzinin  “Yənabiul-məvəddət”,  Nəbhaninin  “Fəthul-kəbir”ində 
və  s.  kitablarda  nəql  olunmuĢdur.
3
    Bir  çox  rəvayətlərdə  Əhli-beyt 
imamlarının  belə  buyurduğunu  görürük:  “Biz  bütün  dediklərimizi 
Peyğəmbəri-əkrəmdən  (s)  nəql  edirik.  Çünki  bütün  bunlar  bizə  ata-
babalarımız vasitəsilə Peyğəmbərdən (s) çatmıĢdır!” 
Ġmam Sadiqin (ə) səhabələrindən biri o həzrətə dedi: “Biz bəzən 
sizdən bir hədis eĢidir, sonra onu sizdən, yoxsa atanızdan eĢitdiyimiz 
barədə  Ģəkk  edirik  (bu  halda  nə  edək?)”  Həzrət  buyurdu:  “Məndən 
                                                 
1
  Dirsəkdən  barmaqların  ucuna  qədər  olan  uzunluq  ölçü  vahididir.  Orta 
hesabla 1-zira 48 sm-dir. 
2
 “Üsuli-kafi”, 1-ci cild, səh. 239. 
3
 Bax:  “Ehqaqul-həqq”,  5-ci  cild,  səh.  468-501  və  “Camiul-əhadis”,  səh.  16, 
qədim çapı. 


 
84 
eşitdiyini  atamın  və  Allahın  Rəsulunun  (ə)  adından  rəvayət  edə 
bilərsən!”
1
  
Həmçinin  buyurmuĢdur:  “Mənim  sözüm  atamın,  atamın  sözü 
babamın, babamın sözü Hüseynin (ə), Hüseynin (ə) sözü Həsənin (ə), 
Həsənin (ə) sözü Əmirəl-möminin Əlinin (ə), Əmirəl-möminin Əlinin 
(ə)  sözü  Allahın  Rəsulunun  (s),  Allahın  Rəsulunun  (s)  sözü  isə 
Allahın sözüdür!”
2
  
BaĢqa bir hədisdə buyurmuĢdur: “Hər vaxt sənə cavab versəm, 
bil ki, o, Allahın Rəsulundandır. Biz özümüzdən heç nə demirik!”
3
  
v) Mələklərlə əlaqə: 
Ġmamların elm mənbələrindən biri də mələklərlə rabitədən əldə 
etdikləridir.  Əlbəttə,  bu  onların  peyğəmbər  olduğunu  göstərmir. 
Bildiyimiz  kimi,  Ġslam  peyğəmbəri  (s)  ilahi  elçilərin  sonuncusu 
olmuĢ  və  onun  vəfatı  ilə  ilahi  vəhy  kəsilmiĢdir.  Qurani-kərim 
ayələrinə  əsasən,  Xızr  (ə),  Zül-Qərneyn  (ə)  və  Məryəm  (ə)  kimi 
müqəddəs  Ģəxslər mələklərlə  əlaqə  saxladığı  kimi,  imamlar da  qeyb 
aləminin həqiqətlərindən xəbərdar olurdular. Ġmam Baqirdən (ə) nəql 
olunan bir hədisdə buyurulur: “Həqiqətən, Əli (ə) “mühəddəs” idi.” 
(Yəni o, qeyb aləmindən söz alırdı.) O həzrətdən: “Əli (ə) ilə söhbət 
edən  kim  idi”  soruĢulduqda,  buyurdu:  “Onunla  mələk  söhbət 
edirdi!”  Yenə  də  o  həzrətdən  “O,  peyğəmbərmi  idi”  soruĢulduqda, 
Həzrət  əlini  inkar  əlaməti  olaraq  tərpədib  buyurdu:  “O,  eynilə 
Süleymanın dostu (Asəf ibn Bərxiya), yaxud Musanın dostu (Yuşə ibn 
Nun və ya Xızr), yaxud da Zül-Qərneyn kimi idi.”
4
  (Bu barədə çoxlu 
rəvayət nəql olunmuĢdur.)
5
  
q) Ruhul-qudusun (müqəddəs ruhun) təlqini: 
Ġmamların elm mənbələrindən biri də Ruhul-qudusdan aldıqları 
təlqinlərdir. 
                                                 
1
 “Camiul-əhadis”, 1-ci cild, səh. 17, hədis: 4, “İmamların fətvasının höccət 
olması” bölümü. 
2
 Yenə orada, hədis: 1. 
3
 Yenə orada, hədis: 7. (Bu barədə digər hədislər də vardır.) 
4
 “Üsuli-kafi”, 1-ci cild, səh. 271 
5
 Yenə orada. 


Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə