Günah lüğət elmində



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə27/101
tarix22.10.2018
ölçüsü3,44 Mb.
#75296
1   ...   23   24   25   26   27   28   29   30   ...   101

 
74 
Mərhum  Təbərsi  “Məcməül-bəyan”  kitabında  imam  Baqirdən 
(ə) nəql etmiĢdir ki, onlar məsum imamlardır.
1
  
“Təfsiri-ƏyyaĢi”də  imam  Rizadan  (ə)  nəql  olunan  bir  hədisdə 
belə buyurulur:
 
  ٓلْاِعاَ٠
  نٌّا ةُُةُ٘اَٚ ،ءٍلمَّّاَؾةُِ اَيآ ٜ
 اََاواَؾلْاٌِااَٚ اَيلااَؾلْاٌِا  اَْٛةُـ ولْاِعاَ٠اَٚ  ْآوةُملْاٌِا  آَ ِ  اَْٛةُل جلْإِاَزلْاَِاَ٠  آَ٠
  ٗ ملْاٍِاَف ٍٝاَ   الله ةُخمَّغةُؽ لْاُِةُ٘اَٚ
:
 
“Məqsəd  Məhəmmədin  (s)  övladlarıdır.  Onlar  Quranı  izah 
edənlər,  halal  və  haramı  tanıyanlar  və  insanlar  üzərində  ilahi 
höccətlərdir!”
2
  
ġeyx Səduq “Kəmalud-din” kitabında
3
 imam Baqirdən  (ə)  belə 
nəql  edir:  “Allahın  vilayət  (rəhbərlik)  və  ilahi  elminə  yiyələnənləri 
Peyğəmbərin Əhli-beytindən başqasına aid edən kəs Allahın əmrinə 
qarşı çıxmışdır.” 
*** 
Ġkinci ayədə (Qurani-kərimin “Nəhl” və “Ənbiya” surələrindəki 
“Fəsəlu  əhləz-zikr,  in  kuntum  la  tələmun”  ayəsində)  isə  bütün 
insanlara  göstəriĢ  verilir  ki,  bilmədiklərini  elm  və  bilik  əhlindən 
soruĢsunlar. 
ġübhəsiz,  ayədə  qeyd  olunan  “zikr”  sözü  “elm,  bilik  və 
məlumat”  mənasını  bildirir.  Ümumiyyətlə,  “əhləz-zikr”  sözü  bütün 
elmli,  bilikli  və  məlumatlı  Ģəxslərə  aid  edilə  bilər.  Buna  görə  də 
təqlid  məsələsində  bir  Ģəxsin  alimə  müraciətinin  zəruriliyini  sübut 
etmək üçün bu ayəyə istinad olunur. Lakin onun tam mənada həqiqi 
timsalı elmini Allah və Peyğəmbərdən (s) irs alanlardır. Onların elmi 
xəta və səhvdən uzaq, ismət məqamı ilə birgədir. Məhz buna görə də 
həmin  ayə  Əhli-beyt  və  məsum  imamlara  təfsir  edilmiĢdir.  Belə  ki, 
imam Rizadan (ə) nəql olunan bir hədisdə bu ayə ilə əlaqədar sualın 
cavabını belə vermiĢdir: “Elm və bilik əhli bizik və (hər şeyi) bizdən 
soruşmaq lazımdır!”
4
  
Diqqət  yetirmək  lazımdır  ki,  bu  və  buna  oxĢar  fikirlər  əhli-
sünnənin  on  ikiyə  yaxın  təfsir  kitabında  nəql  olunmuĢdur.  Həmin 
təfsir kitabları aĢağıdakı alimlərin əsərləridir: Əbu Yusif, Ġbn Həcər, 
Müqatil  ibn  Süleyman,  Vəki  ibn  Cərrah,  Yusif  ibn  Musəl-Qəttan, 
                                                 
1
 “Məcməül-bəyan”, 3-cü cild, səh. 82. 
2
 “Kənzud-dəqaiq” təfsiri, 3-cü cild, səh. 486. 
3
 Yenə orada. 
4
 “Burhan” təfsiri, 2-ci cild, səh. 369. 


 
75 
Qəttadə,  Hərbut-Tai,  Südey,  Mücahid,  Müqatil  ibn  Həyyan,  Əbu 
Saleh və Məhəmməd ibn Musa ġirazi. 
Bu  təfsir  kitablarında  Ġbn  Abbasdan  nəql  olunur  ki,  “Elm 
əhlindən  soruĢun”  ayəsində  məqsəd  Məhəmməd  (s),  Əli,  Fatimə, 
Həsən  və  Hüseyndir  (ə).  Onlar  elm,  bilik  və  əql  sahibləri, 
Peyğəmbərin Əhli-beytidir!
1
 
Bir sözlə, ayənin məfhumu geniĢ olsa da, onun kamil nümunəsi 
elmi  xəta  və  səhvdən  uzaq  məsum  imamlardır.  Ayə  keçmiĢ 
peyğəmbərlərin  niĢanələri,  Tövrat,  Ġncil,  yəhudi  və  məsihi 
alimlərindən sualla əlaqədar nazil olsa da, onun mənası deyilənlərlə 
heç bir ziddiyyət təĢkil etmir. 
BildiriĢ: 
Əvvəldə  deyildiyi  kimi,  peyğəmbərlər  insanların  bütün  maddi 
və mənəvi yönlərdə hidayəti, onların dünya və axirət səadəti ilə bağlı 
vəzifələri  layiqincə  yerinə  yetirmək  üçün  mütləq  qeyri-adi  elm  və 
biliyə  malik  olmalıdırlar.  Peyğəmbərin  caniĢinləri  olan  imamlar  da 
belədir.  Onların  öhdələrinə  düĢən  ağır  məsuliyyətə  görə  qeyri-adi 
elm  və  biliyə  yiyələnmələri  zəruridir.  Çünki  insanlar  onlara  etimad 
etməli, dində rəhbərliyi onlara tapĢırmalıdırlar. 
Bu  elm  və  bilik  xəta,  səhv  və  nöqsandan  uzaq  olmalıdır.  Əks 
təqdirdə  insanların  etimadını  qazana  bilməzlər,  onlar  öz  fikir  və 
nəzərlərini  peyğəmbər  və  imamın  nəzərindən  üstün  tutarlar. 
Peyğəmbər  və  imamın  xəta  və  səhvi  qeyd-Ģərtsiz  təslimçiliyə  yol 
vermir.  Mütləq  etimad  qazanmaq  üçün  onların  ismət  məqamında 
olması zəruri görünür. 
Qurani-kərimdə  Bəni-Ġsrailin  rəhbəri  seçilən  Talut  haqda  belə 
buyurulur: 
   ُلْاَِ غلْاٌِااَٚ  ُلْاٍِ علْاٌِا ٟ ـ ًخاَللْاَِاَث ةُٖاَكااَىاَٚ لْاُِةُىلْاِ١اٍَاَ  ةُٖباَفاَل لْإِا اَ ّالله  مَّْ إ
“Allah-taala sizdən ötrü onu seçmiĢ, elm və bədəncə (qüvvəcə) 
ona üstünlük verilmiĢdir!”
2
  
Allah-taala Bəni-Ġsrailin “biz hökmdarlığa daha layiq ikən və  
                                                 
1
 “Ehqaqul-həqq”, 3-cü cild, səh. 482. 
2
 “Bəqərə” surəsi, ayə: 247. 


 
76 
ona  var-dövlət  verilmədiyi  halda  o  necə  bizə  padĢah  ola 
bilər”
1
 sözləri müqabilində buyurdu ki, ilahi rəhbərlik elm və qüvvə 
ilədir və ona kifayət qədər elm, qüvvə bəxĢ etmiĢik. 
Həzrət Yusif (ə) Misirin hökumət iĢində “beytül-mal”a (ümumi 
əmlak)  müdiriyyətə  layiq  görüldükdə  elm,  bilik  və  əmanətdarlığına 
istinad edərək buyurdu:
 
 ةٌُ١ ٍاَ  ةٌظ١ فاَؽ ٟدِّٔ إ  ٗ لْاِهاَلْا  ٓ  آاَياَف ٝاٍَاَ  ٟ ٕلْاٍِاَع لْاِعا
“Məni  Misirin  xəzinələrinə  məmur  təyin  et,  çünki  mən 
qoruyan və bilənəm!”
2
  
Peyğəmbərlərin  elmi  barəsində  qeyd  etdik  ki,  onlar  öz 
vəzifələrini  layiqincə  yerinə  yetirmək  üçün  mütləq  qeyb  aləmindən 
xəbərdar  olmalıdırlar.  Bu  elmə  imamlar  da  malikdir.  Onların 
vəzifələri  cahanĢümul  olduğundan  dünyanın  bir  çox  sirlərindən,  o 
cümlədən, keçmiĢ və gələcəkdən də xəbərdar olmaları zəruridir. Ola 
bilərmi  ki,  keçmiĢ  və  gələcəkdən  xəbərdar  olmadıqları  halda, 
vəzifələrini  layiqincə  yerinə  yetirsinlər?!  Onların  iĢi  zahir  və  batin, 
daxil  və  xariclə  birbaĢa  əlaqədardır.  Belə  mühüm  iĢləri  qeyb 
aləmindən  xəbərsiz  yerinə  yetirmək  qeyri-mümkündür.  Bunu  imam 
Sadiqin (ə) diqqəti cəlb edən buyuruğunda görmək olar: 
 ُّظز لْاِؾاَ٠ اَالله  مَّْاَا اَُاَ اَى  لْآِاَِ
 
  ؾ ءٍللْاِجاَع ث
 ةُوةُزلْاَِاَ٠ مَُّةُص  ٖ كلا ث ٜ
 ةُٖ
 
  لاَماَـ  ٗ١اٌَ ا ةُطبز لْاِؾاَ٠ بِ اَع١ّ اَع ةُٗلْإِاَ 
 ٝاٍَاَ  ٜواَزلْاِـا
  الله
 :
“Hər  kəs  yer  üzündə  bir  bəndənin  Allahın  höccəti  olduğunu, 
sonra isə Allahın bu bəndənin ehtiyac duyduğunu ondan gizlətdiyini 
güman edərsə, Allaha iftira yaxmışdır!”
3
  
Bəli, keçmiĢ, bu gün və gələcəklə əlaqəli hadisələrin sirlərindən 
agah  olmaq  ilahi  höccətin  xüsusiyyəti,  eləcə  də,  insanların  hidayəti 
ilə  bağlı  əsas  vəzifələrin  yerinə  yetirilməsi  üçün  bir  vasitədir.  Bir 
sözlə, imamət məqamının ilk Ģərti qeyri-adi elmə yiyələnmək, bütün 
dini  maarifdən,  cəmiyyətin  ehtiyaclarından,  onların  təlim-tərbiyəsi, 
hidayət və idarəsi ilə əlaqədar məsələlərdən tam xəbərdar olmaqdır. 
                                                 
1
 “Bəqərə” surəsi, ayə: 246. 
2
 “Yusif” surəsi, ayə: 55. 
3
 “Bəsairud-dərəcat”, “Biharul-ənvar” kitabından nəqlən, 26-cı cild, səh. 137. 


Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə