Günah lüğət elmində


təvilini  Allahdan  və  elmdə  qüvvətli  olanlardan  baĢqa  heç  kəs



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə29/101
tarix22.10.2018
ölçüsü3,44 Mb.
#75296
1   ...   25   26   27   28   29   30   31   32   ...   101

 
80 
təvilini  Allahdan  və  elmdə  qüvvətli  olanlardan  baĢqa  heç  kəs 
bilmir) ayəsidir.
1
  
Ġzah:
  Təfsir  alimləri  arasında  “elmdə  qüvvətli  olanlar”  – 
ifadəsinin  “və”  bağlayıcısı  ilə  “Allah”  sözünə  bağlılığında  fikir 
ayrılığı  var.  Bəzilərinin  nəzərincə,  ifadə  “və”  bağlayıcısı  vasitəsilə 
“Allah” sözünə bağlanır. Belə olduqda, ayə yuxarıda qeyd etdiyimiz 
mənanı  daĢıyıcaqdır.  Bəziləri  isə  deyirlər  ki,  “elmdə  qüvvətli 
olanlar...”  ayrıca,  müstəqil  cümlədir.  Buna  əsasən,  ayənin  mənası 
belə  olacaq:  “Quranın  təvilini  yalnız  Allah  bilir.  Elmdə  qüvvətli 
olanlar  isə  “Biz  onlara  inandıq,  onların  hamısı  Rəbbimiz 
tərəfindəndir”, deyirlər!” 
Ġkinci  baxıĢ  həqiqətə  uyğun  gəlmir  və  bunun  bir  neçə  səbəbi 
var: 
1.  Qurani-kərimdə  Allahdan  baĢqasının  bilmədiyi  sirlərin 
olması qeyri-mümkündür. Quran insanların hidayət və tərbiyəsi üçün 
nazil  olduğundan,  onda  Allahdan  baĢqa  kimsənin  bilmədiyi  bir 
cümlə və ayənin olması mənasızdır. 
2.  Böyük  təfsir  alimi  Təbərsinin  “Məcməül-bəyan”  kitabında 
yazdığı kimi, hələ ki, təfsirçilər arasında “filan ayəni Allahdan baĢqa 
heç  kim  bilmir”  deyən  bir  təfsirçi  görünməmiĢdir.  Əksinə,  onlar 
həmiĢə  ayələrin  sirlərini  kəĢf  etmək  üçün  müxtəlif  yollara,  o 
cümlədən,  məsum  imamların  rəvayətlərinə  əl  atmıĢlar.  Həqiqətdə, 
ikinci baxıĢ bütün təfsir alimlərinin dediklərinin əksinədir. 
3.  Əgər  məqsəd  elmsiz  təslim  olmaqdırsa,  onda  ayədə  “elmdə 
qüvvətli olanlar” deyil, “imanda qüvvətli olanlar” ifadəsi iĢlədilməli 
idi.  Bir  Ģey  bilməyən  Ģəxsə  “elmdə  qüvvətli  olan”  adını  vermək 
olarmı?! 
4.  Bir  çox  rəvayətlərdə  “elmdə  qüvvətli  olanlar”ın  Quran 
ayələrinin təvil və batinini bildikləri nəql olunmuĢdur. Bu isə həmin 
ibarənin “və” bağlayıcısı ilə “Allah” sözünə bağlandığını göstərir. 
Ġmam  Sadiqdən  (ə)  nəql  olunan  bir  hədisdə  belə  buyurulur: 
“Elmdə  qüvvətli  olanlar  Əmirəl-möminin  və  ondan  sonrakı 
imamlardır!”
2
  
 
                                                 
1
 “Ali-İmran” surəsi, ayə: 7. 
2
 “Üsuli-kafi”, 1-ci cild, səh. 213, hədis: 1 və 3. 


 
81 
Yenə baĢqa bir hədisdə imamlar buyurmuĢdur: “Elmdə qüvvətli 
olanlar və Quranın təvilini bilənlər bizik!”
1
  
Ġmam  Baqir  (ə)  (yaxud  imam  Sadiq  (ə))  “Quranın  təvilini 
Allah  və  elmdə  qüvvətli  olanlardan  baĢqa  kimsə  bilməz”  ayəsinin 
təfsirini belə açıqlamıĢdır:
 
  ـ ٍاّوٌا ةًُاَٚلْاِـاَا  الله ةُيٛةٍُاَواَـ
 بِ اَع١ّ اَع مًَّاَعاَٚمَّياَ  ةُالله ةُٗاَّمٍَّاَ  لْاِلاَل ، ُلْاٍِ علْاٌِا ٝ ـ  آَ٠
 لْاُِاٌَ ًبئلْاِ١اَّ  ٗ١اٍَاَ  اَيدِّيإَةُ١ ٌ ةُالله  اَْبو بِاَٚ ، ً٠ ٚتمَّزٌااَٚ  ً٠ يلْإِمَّزٌا  آَ ِ  ٗ١اٍَاَ  اَياَيلْأِاَا
 
 ةُٗلْاِّدٍِّاَعةُ٠
 ةُٗاٍَ٠ ٚتاَر
 ةُٗمٍَّةُو ةُٗأَٛةُّاٍَلْاِعاَ٠  ٖ للْاِعاَث  لْآِ ِ ةُٗةُ ب١ ٕلْاِٚاَااَٚ ،
 :
“Allahın  Rəsulu  (s)  elmdə  qüvvətli  olanların  ən  üstünüdür. 
Allah-taala  tənzildən  təvilə  qədər  nazil  etdiklərinin  hamısını  ona 
öyrətdi.  Allah-taalanın  ona  nazil  etdiyi  bir  şeyin  təfsir  və  təvilini 
öyrətməməsi  qeyri-mümkündür.  Peyğəmbərin  (s)  vəsiləri
2
  də 
peyğəmbərdən sonra onların hamısını bilirlər!”
3
  
Bu  barədə  həmin  məna  və  məfhumu  yetirən  hədislər  də 
çoxdur.
4
  
Qeyd  etdiyimiz  dörd  dəlilə  əsasən,  “elmdə  qüvvətli  olanlar” 
ifadəsinin  “Allah”  sözünə  bağlanmasına  heç  bir  Ģəkk-Ģübhə  qalmır 
və onlar Quran ayələrinin təvil və batinindən agahdırlar. 
Diqqəti  cəlb  edən  digər  incə  nöqtə  budur  ki,  Qurani-kərimdə 
“elmdə  qüvvətli  olanlar”  ifadəsi  iki  dəfə  –  biri  bu  ayədə  (“Ali-
Ġmran”  surəsi,  7-ci  ayə),  digəri  isə  “Nisa”  surəsində  (162-ci  ayə) 
iĢlədilmiĢdir. “Nisa” surəsinin 162-ci ayəsində kitab əhlinin (yəhudi 
və məsihilərin)  sələm, qarət və camaatın əmlakını  mənimsəmə  kimi 
bəyənilməz  və  çirkin  əməllərinə  iĢarə  edildikdən  sonra  buyurulur: 
“Lakin  onların  elmdə  qüvvətli  olanları  və  (Peyğəmbərin 
                                                 
1
 Yenə orada. 
2
  Ərəb  dilində  “vəsi”,  “vəsiyyət”,  eləcə  də  bu  kökdən  alınan  sair  sözlərin 
mənası belədir: “Həyatda olan bir insan başqa biri ilə əhd-peyman bağlayır ki, onun 
vəfatından sonra nəzərdə tutduğu müəyyən işləri yerinə yetirsin. Bu vəsiyyəti edən 
“musi”, vəsiyyətin edildiyi şəxs isə “vəsi” adlandırılır. Məsələn, vəsiyyət edən şəxs 
(musi) öz vəsisinə deyir: “Sənə vəsiyyət edirəm ki, vəfatımdan sonra ailəmə nəzarət 
et, onların  barəsində filan  işləri gör...”  Bəzən isə  başqalarını öz  vəsiyyətindən  agah 
edərək  deyir:  “Filankəsə  vəsiyyət  etmişəm”,  yaxud  “mənim  vəsim  filankəsdir!” 
(“Məalimul-mədrəsətəyn”, Əllamə Əskəri, 1-ci cild, səh. 173.) (Müt.) 
3
 Yenə orada, hədis: 2. 
4
  Əlavə  məlumat  əldə  etmək  istəyənlər  bu  kitablara  müraciət  etsinlər: 
“Camiul-əhadis”,  1-ci  cild,  səh.  27;  “Kənzüd-dəqaiq”  təfsiri,  səh.  42-45  və  “Üsuli-
kafi”, 1-ci cild, səh. 415. 


Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə