Günah lüğət elmində



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə28/101
tarix22.10.2018
ölçüsü3,44 Mb.
#75296
1   ...   24   25   26   27   28   29   30   31   ...   101

 
77 
Qeyri-adi  elm  və  biliksiz  belə  ağır  məsuliyyəti  (imamət  məqamını) 
kimsəyə tapĢırmaq olmaz.
 
*** 
ĠMAMLARIN ELMĠ MƏNBƏLƏRĠ 
Məsum  imamların  elmi  ilə  bağlı  diqqəti  cəlb  edən  ən  mühüm 
məsələ  onların  elmi  mənbələridir.  Görəsən,  onlar  din  və  dünya  ilə 
əlaqədar  bu  qədər  məlumatı  haradan  almıĢlar?  Onlara  vəhyin  nazil 
olmadığına,  Peyğəmbəri-əkrəmin  (s)  vəfatından  sonra  vəhyin 
kəsildiyinə  heç  bir  Ģəkk-Ģübhə  qalmadığı  halda,  Ģəriət  məsələlərini, 
Ġslam  və  müsəlmanların  məsləhətlərini,  ümmətin  hidayəti  ilə  bağlı 
zərurətləri, eləcə də, keçmiĢ və gələcəyi haradan bilirdilər? 
Quran ayələri və rəvayətlərə diqqət yetirdikdə, bir çox mənbələr 
gözə dəyir. Onlar aĢağıdakılardan ibarətdir: 
1.
  Allahın  kitabı  Qurani-kərim  (kamil  Ģəkildə  agah 
olmaq Ģərtilə):
 
Məsum  imamlar  Qurani-kərimin  təfsir  və  təvilini,  zahir  və 
batinini,  “möhkəm  və  mütəĢabih”  ayələrini  çox  gözəl  bilirdilər. 
Qurani-kərimdə buyurulur: 
 اَؿاَو لْاًِةُل ًلااٍَ لْاِوةُِ  اَذلْاَِاٌَ لْاِاٚةُواَفاَو  آَ٠ نمٌَّا ةُيٛةُماَ٠اَٚ
 ةُٖاَلٕ    لْآِاَِاَٚ لْاُِةُىإَلْاِ١اَثاَٚ ٟ ٕلْاِ١اَث اًل١ ٙاَّ   ّللَّب ث ٜ
ةباَز ىلْاٌِا ةُُلْاٍِ  
 
“Kafirlər  “Sən  peyğəmbər  deyilsən”  deyirlər.  Onlara  belə 
cavab  ver:  “Mənimlə  sizin  aranızda  Allahın  və  kitabdan  xəbərdar 
kəsin Ģahidliyi kifayətdir!”
1
  
Bu  ayədən  aydın  baĢa  düĢülür  ki,  Allahın  kitabından  agah 
olanlar vardır. Diqqət yetirmək lazımdır ki, “elmül-kitab” (kitabdan 
xəbərdar  olmaq)  mütləq  Ģəkildə  (qeydsiz)  iĢlədildiyindən,  bütün 
ilahi  kitablarda  mövcud  olanlara  Ģamildir.  Lakin  “Nəml”  surəsinin 
40-cı  ayəsində  Allahın  kitabından  cüzi  xəbərdar  olan  kəs  haqda 
buyurulur: 
 اَهةُـ لْاِواَٛ اَهلْاِ١اٌَ إ مَّلاَر لْاِواَ٠ ْاَأ اًَلْاِجاَل  ٗ ث اَه١ رآ بأَاَأ  ةباَز ىلْاٌِا  آَدِِّ ةٌُلْاٍِ   ةُٖاَلٕ   ٞ نمٌَّا اَيباَل
“Kitabdan  bir  qədər  bilən  kəs  dedi:  “Mən  onu  sənə  bir  göz 
qırpımında gətirərəm!” 
                                                 
1
 “Rəd” surəsi, ayə: 43. 


 
78 
ġübhəsiz, Allahın kitabı elm və bilik mənbəyi, hər iĢin açarıdır. 
Belə  ki,  Süleyman  peyğəmbərin  vəziri  Asəf  ibn  Bərxiya  Allahın 
kitabından cüzi xəbərdar olduğu halda zahirən mümkün olmayan bir 
iĢin yerinə yetirilməsini öhdəsinə götürdü və Səba padĢahının taxtını 
bir  göz  qırpımında  Ərəbistanın  cənubundan  (Yəməndən)  Ģimalına 
(Suriyanın  ġam  Ģəhərinə  -  Süleyman  peyğəmbərin  hökumət 
mərkəzinə)  gətirdi.  ġübhəsiz,  Allahın  bütün  kitabı  və  onda  olan 
bütün  elmlərdən  agah  olan  Ģəxs  istənilən çətin  və  ağılagəlməz  iĢləri 
görməyə  qadirdir.  Amma  “Görəsən,  kim  kitabın  elminə  vaqifdir  və 
Allahın  kitabını  bilənlər  kimdir”  sualının  cavabı  Qurani-kərimdə 
üstüörtülü qeyd edilmiĢdir. 
Bəzilərinin  əqidəsinə  görə,  həmin  Ģəxs  Allahın  Özüdür.  (Belə 
olduqda,  “mən  indəhu  elmul-kitab”  (kitabdan  xəbərdar  olan  kəs) 
cümləsi  kəlamın  zahirinin  əksinə  olan  bir  təfsir  bağlayıcısından 
ibarət olacaqdır!) 
Bəzi  təfsirçilərin  nəzərincə,  məqsəd  əvvəllər  kitab  əhlindən 
olmuĢ,  Ġslam  peyğəmbərinin  (s)  niĢanələrini  keçmiĢ  səmavi 
kitablarda görmüĢ  və  onun haqq  olduğunu qəbul edən  Salman  Farsi 
və Abdullah ibn Salam kimi alimlərdir. 
Lakin  bir  çox  təfsir  alimləri  yazmıĢlar  ki,  bu  ayə  Əli  ibn  Əbi 
Talib (ə) (hidayət imamı) barəsindədir. 
MəĢhur  təfsirçi  Qurtubi  bu  ayənin  təfsirilə  əlaqədar  Abdullah 
ibn  Ətadan  belə  nəql  edir:  “Mən  Əbu  Cəfər  ibn  Əli  ibn  Hüseynə 
“Camaat elə güman edir ki, ayədə qeyd olunan “əlləzi indəhu elmul-
kitab”  (kitabı  bilən  Ģəxs)  ifadəsindən  məqsəd  Abdullah  ibn 
Salamdır!”  dedikdə,  o  cavab  verdi:  “O  (Allahın  kitabını  bilən)  kəs 
yalnız  Əli  ibn  Əbi  Talibdir.”  Bunu  Məhəmməd  ibn  Hənəfiyyə  də 
təsdiq etmiĢdir.”
 1
 
Diqqəti cəlb edən budur ki, surə (“Rəd” surəsi) Məkkədə nazil 
olmuĢdur.  Halbuki  Abdullah  ibn  Salam,  Salman  Farsi  və  kitab 
əhlindən olan digər alimlər Ġslam dinini Mədinədə qəbul etmiĢdilər. 
Bu  fikir  Səid  ibn  Cübeyrdən  də  nəql  olunmuĢdur.  Belə  ki, 
ondan  “ayədə  qeyd  olunan  “mən  indəhu  elmul-kitab!”  (Allahın 
kitabını  bilən  Ģəxs)  Abdullah  ibn  Salamdırmı”,  deyə  soruĢduqda, 
                                                 
1
 “Təfsiri-Qurtubi”, 5-ci cild, səh. 3565. 


 
79 
belə  cavab  vermiĢdi:  “O  deyil,  çünki  bu  surə  Məkkədə  nazil 
olmuĢdur!”
1
  
Həmçinin ġeyx Salman Qunduzi Hənəfi
2
  “Yənabiul-məvəddət” 
kitabında Sələbi, Ġbn Məğazili və Abdullah ibn Ətadan nəql edir ki, 
Məhəmməd  Baqirlə  (ə)  birgə  məsciddə  oturmuĢdum.  Bu  zaman 
Abdullah  ibn  Salamın  oğlunu  görüb  dedim:  “Bu  Allahın  kitabını 
bilən Ģəxsin oğludur!” Məhəmməd Baqir (ə) buyurdu: “(Xeyr!) Ayə 
Əli ibn Əbi Talib (ə) barəsində nazil olmuĢdur.”
3
  
Həmin  kitabda  baĢqa  bir  rəvayətdə  Ətiyyə  Ovfi,  Əbu  Səid 
Xudridən  belə  nəql  edir:  “Peyğəmbəri-əkrəmdən  (s)  “əlləzi  indəhu 
elmun  minəl-kitab”  (“Nəml”  surəsinin  40-cı)  ayəsi  haqda 
soruĢulduqda o həzrət buyurdu: “O, qardaşım Süleyman ibn Davud 
peyğəmbərin  vəziri  idi!”  Sonra  “De  ki,  Allah  və  Onun  kitabından 
xəbərdar  olan  Ģəxsin  mənimlə  sizin  aranızdakı  Ģahidliyi  mənə 
bəsdir”  ayəsinin  kimin  haqqında  nazil  olduğu  soruĢuldu.  Həzrət 
buyurdu: “O, qardaşım Əli ibn Əbi Talibdir!”
4
  
BaĢqa  bir  rəvayətdə  Ġbn  Abbas  belə  deyir:  “Allahın  kitabını 
bilən  Ģəxs  yalnız  Əlidir.  O,  Quranın  təfsir  və  təvilini,  nasix  və 
mənsuxunu bilir!”
5
  
Bir  sözlə, bu  ayəni  kitab  əhlindən olan alimlərə aid  etmək  əsla 
düzgün  deyil.  Çünki  bu  surə  Məkkədə  nazil  olmuĢdur.  Onlar  isə 
hicrətdən  sonra  Mədinədə  Ġslamı  qəbul  etmiĢdilər.  Yuxarıdakı 
rəvayətlərə əsasən, bu ayə imam Əlinin (ə) barəsində nazil olmuĢdur 
(o həzrətdən sonrakı məsum imamlara da elmdən irs çatmıĢdır). 
Bəli,  Qurani-kərim,  onun  sirr  və  incəlikləri,  zahir  və  batini 
mənaları məsum imamların əsas elm mənbələrindəndir.
6
  
Buna  sübut  göstərilən  ayələrdən  biri  də  “Ali-Ġmran”  surəsinin 
“Və  ma  yələmu  təviləhu  illəllahu  vər-rasixunə  fil-elm”  (Quranın 
                                                 
1
 “Əd-durrul-mənsur”, 4-ü cild, səh. 69. 
2
 Qunduz – Əfqanıstanın şimalında yerləşən bir şəhərin adıdır və adıçəkilən 
əhli-sünnə alimi o şəhərə mənsubdur. 
3
 “Yənabiul-məvəddət”, səh. 102. 
4
 Yenə orada, səh. 103. 
5
 Yenə orada, səh. 104. 
6
  Bu  barədə  Əhli-beytdən  (ə)  də  çoxlu  rəvayət  nəql  olunmuşdur.  Əlavə 
məlumat  əldə  etmək  istəyənlər  “Kənzüd-dəqaiq”  kitabının  6-cı  cildinin  48-cı 
səhifəsinə, eləcə də “Burhan” təfsirinə (bu ayənin təfsirinə) müraciət etsinlər!  


Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə