Günah lüğət elmində



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə23/101
tarix22.10.2018
ölçüsü3,44 Mb.
#75296
1   ...   19   20   21   22   23   24   25   26   ...   101

 
62 
2. Bu hədis “Səhihi-Buxari” kitabında oxĢar ifadələrlə Cabir ibn 
Abdullah  Ənsarinin  Peyğəmbəri-əkrəmdən  (s)  belə  eĢitdiyi  nəql 
olunmuĢdur: 
  َاَا اَواَْاَ  ٕٝلْاِص ا  ةُْٛةُىاَ٠
بٙلْاِعاَّلْاٍِاَا لْاُِاٌَ ًخاَّ ٍاَو اَيبماَـ ًاو٠
 !
 اَؾ
 اَا اَيبل
  ة
ٜ
 
 مَّْ ا
 ةُٖ
 اَيبل
:
 
  لْآِ ِ ُةٍُُّٙةُو
 ءٍِلْاِ٠اَوةُل
 :!
“Məndən  sonra  on  iki  əmir  olacaq.”  Sonra  həzrət  bir  söz 
buyurdu ki, mən eĢitmədim. Atam dedi ki, həzrət deyirmiĢ: “Onların 
hamısı Qüreyş tayfasındandır!”
1
  
3.  Bunun  oxĢarı  “Səhihi-Termizi”  kitabında  da  azacıq  fərqlə 
qeyd  olunmuĢ  və  Termizi  onu  nəql  etdikdən  sonra  yazmıĢdır:  “Bu 
hədis “həsən” və səhihdir!”
2
  
4. “Səhihi-Əbi Davud” kitabında da bu hədis azacıq fərqlə qeyd 
edilmiĢdir. Hədisin deyiliĢindən baĢa düĢülür ki, Peyğəmbər (s) onu 
böyük  bir  cəmiyyət  qarĢısında  buyurmuĢdur.  Rəvayətdə  göstərildiyi 
kimi,  Peyğəmbər  (s)  “Bu  din  on  iki  xəlifənin  rəhbərlik  etdiyi  vaxta 
qədər,  həmişə  izzətli,  qüdrətli  və  yenilməz  olacaqdır”  deyə 
buyurduqda, camaat uca səslə “Allahu-Əkbər” demiĢdir.
3
  
5.  “On  iki  imam”  hədisi  Əhməd  ibn  Hənbəlin  “Müsnəd” 
kitabının bir neçə yerində qeyd edilmiĢdir ki, bəzi təhqiqatçılar onu 
otuz dörd vasitə ilə Cabirdən nəql etmiĢlər.
4
  
Bir  yerdə  Məsruqun  belə  dediyini  görürük:  “Biz  Abdullah  ibn 
Məsudun  yanında  oturmuĢduq,  o  bizə  Quran  oxuyurdu.  Bir  nəfər 
ondan  “Heç  Peyğəmbərdən  (s)  öyrənmisinizmi  ki,  bu  ümmətə  neçə 
nəfər  xəlifəlik  edəcəkdir?”  deyə  soruĢduqda,  “Ġraqa  gəldiyim 
vaxtdan səndən baĢqası bu sualı soruĢmamıĢdır!” deyərək belə əlavə 
etdi: “Bəli, bunu Allahın Rəsulundan (s) soruĢduqda, buyurdu:
 
ٓلْاِص ا
ٜ
 
  ٓاَث  ابجاَمةُٔ  حمَّل عاَو اَواَْاَ 
ٜ
 
 اًَ١  اولْاٍِ ا
 :
“Bəni-İsrailin  (saleh)  rəhbərlərinin  sayı  qədər,  on  iki 
nəfərdir!”
1
  
                                                 
1
 “Səhihi-Buxari”, 3-cü cild, səh. 101, Beyrutun “Darul-ceyl” çapı. 
2
 “Səhihi-Termizi”, 4-cü cild, səh. 501, Beyrutun “Daru ehyai-turrasil-ərəbi” 
çapı, “ma caə fil-xüləfa” bölümü, hədis: 22223. 
3
  “Səhihi-Əbi  Davud”,  4-cü  cild,  “Əl-Mehdi”  bölümü,  Beyturun  “Daru 
ehyais-sünnətin-nəbəviyyə” çapı. 
4
 “Müntəxəbul-əsər” kitabının 12-ci səhifəsinə və “Ehqaqul-həqq” kitabının 
13-ü cildinə müracət edin! 


 
63 
Yuxarıda  qeyd  etdiyimiz  hədislər  əhli-sünnənin  ən  məĢhur  və 
mötəbər  kitablarından  əlavə,  digər  kitablarda  da  qeyd  edilmiĢdir. 
Məqsəddən  yayınmamaq  üçün  onların  kiçik  bir  qisminə  iĢarə 
edəcəyik.  Əlavə  izahat  üçün  “Ehqaqul-həqq”,  “Fəzailul-xəmsə”, 
“Müntəxəbul-əsər” və digər kitablara müraciət edə bilərsiniz. 
*** 
“ON ĠKĠ ĠMAM” HƏDĠSĠNĠN MÖHTƏVASI 
Bu rəvayətlərin ifadələri müxtəlif olduğundan, bəzilərində “isna 
əĢərə xəlifətən” (on iki xəlifə), bəzilərində “isna əĢərə əmirən” (on iki 
əmir) və bəzilərində isə on iki nəfərin vilayət və hökumətindən söz 
açan  “ma  vəlahum  isna  əĢərə  rəculən”  (on  iki  nəfərin  vilayəti) 
ifadələri  qeyd  olunmuĢdur.  Bu  rəvayətlərin  əksəriyyətində  on  iki 
nəfərin xəlifəliyindən söz açılır. Bəzi rəvayətlərdə təkcə onların neçə 
nəfərdən  ibarət  olduğuna  iĢarə  edilərək  buyurulur:  “Ġsna  əĢərə  kə-
iddəti  nuqəbai  Bəni-Ġsrail!”  (Onlar  Bəri-Ġsrail  tayfasının  (saleh) 
rəhbərlərinin  sayı  qədər,  on  iki  nəfərdirlər!)  Bəzilərində  isə,  “on  iki 
baĢçı” ifadəsi iĢlədilmiĢdir. 
Məlum  olduğu  kimi,  bütün  bunlar  xilafət,  vilayət  və  hökumət 
iĢlərinə aid olub, nəticə etibarilə eyni mənanı ifadə edir. 
Digər  tərəfdən,  bəzi  rəvayətlərdə  “Bu  din  həmiĢə  qüdrətli  və 
yenilməz  olacaqdır...!”,  bəzilərində  “Mənim  ümmətimin  iĢi  həmiĢə 
məsləhət üzündəndir...”, bəzilərində “Bu ümmətin iĢi həmiĢə uğurlu 
olacaqdır,  əgər...!”,  bəzilərində  “Bu  ümmətin  iĢi  yaxĢılığa  doğru 
olacaqdır,  əgər...”,  bəzilərində  də  “Heç  kəs  bu  ümmətə  zərər  yetirə 
və  onları  xar  edə  bilməz”  kimi  ifadələr  verilmiĢdir.  Bu  qəbildən 
digər  rəvayətlər  də  vardır.  Onlarda  da  bir  növ  bu  həqiqətə 
toxunulmuĢ və Ġslam ümmətinin qüdrəti, qələbə və uğurundan söhbət 
açılmıĢdır.  Bundan  əlavə,  bu  rəvayətlərin  əksər  ravi  silsilələri 
fərqlidir. 
Üçüncüsü isə bu rəvayətlərdə “kulluhum min QureyĢ” (Onların 
hamısı  Qüreyş  tayfasındandır)  ifadəsi  gözə  çarpır.  Yalnız  Qunduzi 
Hənəfinin  “Yənabiul-məvəddət”  kitabında  nəql  etdiyi  bir  rəvayətdə 
Peyğəmbər  (s)  belə  buyurmuĢdur:  “Kulluhum  min  Bəni-HaĢim!” 
                                                                                                                   
1
 “Müsnədi-Əhməd ibn Hənbəl”, 1-ci cild, səh. 398, Beyrutun “Darus-Sadiq” 
çapı. 


 
64 
(Onların hamısı Bəni-Haşimdəndir!) O da bunu “Məvəddətül-qurba” 
kitabından Cabir ibn Səmərədən nəql etmiĢdir.
1
  
Bu  hədislərin  çoxunda  göründüyü  kimi,  Peyğəmbəri-əkrəm  (s) 
sonuncu  cümləni  bəyan  edərkən  səsini  alçaldaraq  onu  məhrəmanə 
buyurmuĢdur.  Aydın  olur  ki,  həmin  vaxt  orada  Peyğəmbərin  (s) 
QüreyĢ,  yaxud  HaĢimi  tayfasından  olan  on  iki  nəfər  caniĢinin  elanı 
ilə  müxalif  olanlar  varmıĢ.  Bu  səbəbdən  həzrət  sonuncu  cümləsini 
məxfiyanə, astadan bəyan etmiĢdir! 
Ümumiyyətlə,  bu  hədis  məĢhur,  birinci  dərəcəli  mənbələrdə 
nəql  olunmuĢdur  və  bütün  Ġslam  alimləri  onu  qəbul  etmiĢlər.  Bu 
hədisin  mənası  Əhli-beyt  (ə)  məktəbi  ardıcıllarına  tam  aydındır. 
Onun məfhumunu yalnız on iki məsum, günahsız imama aid edirlər. 
Amma  onun  izahı  digər  Ġslam  məzhəbləri  ardıcılları  üçün  qaranlıq 
məsələyə çevrilmiĢdir. Belə ki, digər məzhəblərin alimləri bu haqda 
aydın  bir  söz  deməmiĢlər.  Bunun  səbəbi  də  məlumdur;  çünki  ilk 
xəlifələrin  sayı  dörd,  Əməvi  xəlifələrinin  sayı  on  dörd
2
,  Abbasi 
xəlifələrinin  sayı  otuz  yeddi  nəfərdir.  Bu  rəqəmlərin  heç  biri 
Peyğəmbərin  (s)  buyurduğu  on  iki  nəfər  xəlifə  ilə  uyğun  gəlmir. 
Burada  biz  Hafiz  ibn  Süleyman  ibn  Ġbrahim  Qunduzi  Hənəfinin 
etirafını həqiqətə uyğun bilməliyik. Belə ki, o, “Yənabiul-məvəddət” 
adlı məĢhur kitabında yazır: 
“Bəzi  tədqiqatçılar  Peyğəmbərdən  (s)  sonrakı  on  iki  nəfərdən 
danıĢan  hədislərin  məĢhur,  eyni  zamanda  çoxsaylı  vasitələrlə  nəql 
olunduğunu  bildirmiĢlər.  Zaman  ötdükcə  məlum  olacaq  ki,  Allahın 
Rəsulunun  (s)  bu  hədisdə  məqsədi  on  iki  nəfərdən  ibarət  Əhli-beyt 
imamlarıdır. Bunu o həzrətdən sonrakı xəlifələrə tətbiq etmək olmaz 
və  səbəbi  də  aydındır  (çünki  onların  sayı  dörd  nəfərdir).  Həmçinin 
onu  Əməvi  hakimlərinə  aid  etmək  olmaz.  Çünki  onların  sayı  on  iki 
nəfərdən  çoxdur.  Digər  tərəfdən  Ömər  bin  Əbdül-Əziz  istisna 
olmaqla, onların  hamısı  aĢkar  zülm və  haqsızlıqla  tanınmıĢlar. Həm 
də  onlar  Bəni-HaĢim  tayfasından  deyillər.  Halbuki  bu  hədisin  bəzi 
                                                 
1
 “Yənabiul-məvəddət”, səh. 445, 77-ci bölüm. 
2
  Onların  adları  belədir:  1)  Birinci  Müaviyə,  2)  Birinci  Yezid,  3)  İkinci 
Müaviyə,  4)  Birinci  Mərvan,  5)  Əbdüd-Məlik,  6)  Birinci  Vəlid,  7)  Süleyman  ibn 
Əbdül-Məlik, 8) Ömər ibn Əbdül-Əziz, 9) İkinci Yezid, 10) Hişam ibn Əbdül-Məlik, 
11) İkinci Vəlid, 12) Üçüncü Yezid, 13) İbrahim ibn Vəlid, 14) İkinci Mərvan. Əndəlus 
əməvilərinə  gəldikdə  isə  onların  sayı  bundan  da  artıqdır.  (“Dairətul-məarif” 
Dehxuda.) 


Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə