Günah lüğət elmində



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə31/101
tarix22.10.2018
ölçüsü3,44 Mb.
#75296
1   ...   27   28   29   30   31   32   33   34   ...   101

 
85 
Ġzah:
  Qurani-kərimin  üç  ayəsində  həzrət  Ġsanın  (ə)
1
  ,  bir 
ayəsində  isə  Ġslam  peyğəmbərinin  (s)
2
    “Ruhul-qudus”  vasitəsilə 
qüvvətlənməsindən söz açılmıĢdır. 
“Ruhul-qudus”  kimdir,  yaxud  nədir?”  Bu  barədə  təfsirçilər 
arasında  fikir  ayrılığı  var.  Bəziləri  onu  Cəbrail,  bəziləri  həzrət  Ġsa 
(ə),  bəziləri  Ġncil,  bəziləri  də  həzrət  Ġsanın  (ə)  ölüləri  dirildərkən 
istifadə etdiyi Allahın böyük adı (“ismi-əzəm”) kimi təfsir etmiĢlər.
3
  
Lakin  Qurani-kərimin  ifadələri,  eləcə  də  bir  çox  rəvayətlərdən 
baĢa düĢülür ki, “Ruhul-qudus”un müxtəlif mənaları var. Onun ayrı-
ayrı  hallarda  xüsusi  və  fərqli  məna  daĢıması  mümkündür.  Qurani-
kərimin  bir  ayəsində  buyurulur:  “De:  “Ruhul-qudus  onu  Rəbbi 
tərəfindən  haqq  olaraq  sənə  nazil  etdi!”
4
    Zahirən  burada  Quranı 
Allah  tərəfindən  Peyğəmbəri-əkrəmə  (s)  nazil  edən  Cəbrail  (ə) 
nəzərdə tutulmuĢdur. 
Qurani-kərimin  həzrət  Ġsadan  (ə)  söz  açan  digər  üç  ayəsində 
onun  baĢqa  məna  ifadə  etdiyi  nəzərə  çarpır.  Çünki  ayələrdə  qeyd 
olunan  “əyyədəkə  bi-ruhil-qudus”  və  yaxud “və  əyyədnahu  bi-ruhil-
qudus”  (onu  müqəddəs  ruhla  qüvvətləndirdik)  kimi  ifadələrdə  Ġsa 
(ə) ilə həmiĢə birgə olan, onu qüvvətləndirən ruha iĢarə olunur. 
Əhli-beytdən  (ə)  nəql  olunan  rəvayətlərdən  də  aydın  olur  ki, 
“Ruhul-qudus”  bütün  peyğəmbər  və  məsumlarla  birlikdə  olan, 
müxtəlif  məqamlarda  ilahi  yardım  edən  müqəddəs  ruhdan  ibarətdir. 
Əhli-sünnə mənbələrində nəql olunan bir çox rəvayətlərdən də baĢa 
düĢülür  ki,  bəzən  onlar  mühüm  iĢlər  gördükdə,  yaxud  dərin  mənalı 
fikir  və  Ģer  söylədikdə,  onu  müqəddəs  və  pak  ruhdan  ilham  kimi 
aldıqlarını  xəbər  verirdilər.  O  cümlədən,  “Əd-durrul-mənsur” 
təfsirində  nəql  olunan  bir  hədisdə  buyurulur  ki,  Peyğəmbəri-əkrəm 
(s)  Ġslamın  məĢhur  Ģairi  Həssan  ibn  Sabit  haqda  buyurmuĢdur: 
                                                 
1
 “Bəqərə” surəsi, ayə: 87, 253 və “Maidə” surəsi, ayə: 110. 
2
 “Nəhl” surəsi, ayə: 102. 
3
  Bu  dörd  təfsir  “Kənzüd-dəqaiq”,  2-ci  cild,  səh.  78-də  gəlmişdir.  Bəzi 
məşhur təfsirçilər yalnız birinci təfsiri qeyd etmişlər. Fəxri-Razinin təfsirində üç təfsir 
görünür: “Cəbrail, İncil və Allahın böyük adı.” (“Kəbir” təfsiri, 3-cü cild, səh. 177. 
4
 “Nəhl” surəsi, ayə: 102. 


 
86 
“İlahi!  Peyğəmbəri  müdafiə  etdiyinə  görə  Həssanı  müqəddəs  ruhla 
qüvvətləndir!”
1
  
Ġmam  Baqir  (ə)  məĢhur  Əhli-beyt  (ə)  Ģairi  Kumeyt  ibn  Zeyd 
Əsədi  haqda  buyurmuĢdur:  “Peyğəmbəri-əkrəmin  (s)  Həssan  ibn 
Sabit  haqda  duası  sənə  də  aiddir.  Bizi  müdafiə  etdiyin  vaxta  qədər 
müqəddəs ruh səninlə olacaq!”
2
  
Ġslamın  qorxmaz  Ģairi  Dibel  Xüzai  “Mədarisul-ayat”  adlı 
məĢhur  qəsidəsindən  iki  beyt  oxuduğu  zaman  imam  Riza  (ə) 
ağlayaraq  buyurmuĢdu:  “Müqəddəs  ruh  bu  iki  beyti  sənin  dilinlə 
söylədi!”
3
  
Beləliklə,  bir  çox  ayə  və  rəvayətlərdən  məlum  olur  ki,  Ruhul-
qudus  mühüm  iĢlərdə  ilahi  və  mənəvi  yardım  göstərən  ruhdan 
ibarətdir.  Əlbəttə,  bu  yardım  bəndələrin  dərəcələrinə  görə  fərqlənir; 
Peyğəmbər  və  məsum  imamların  iĢlərində  daha  qüvvətli, 
baĢqalarında  isə  aĢağı  həddə  özünü  göstərir.  (Əlbəttə,  bu  iĢin 
mahiyyəti və təfərrüatı barədə geniĢ məlumat yoxdur!) 
Ġmam  Sadiq  (ə)  “Vəs-sabiqunəs-sabiqun,  ulaikəl-müqərrəbun” 
ayəsinin təfsirində buyurmuĢdur:
 
  الله ةًُةٍُةُه لْاُِةُ٘  اَْٛةُم ثبٌَّباَـ
(
 
 )
 اَؿ لْاُِ ٙ١ ـ اًَاَعاَع ، ٗ ملْاٍِاَف  لْآِ ِ  الله  خمَّٕبفاَٚ
 ةُخاََلْاِِ
 اَلْاِلاا اٛةُـاَواَ   ٗ جاَـ  ًةُلةُملْاٌِا  ػٚةُو ث لْاُِةُ٘اَلمَّ٠اَا ،ءٍػاٚلْاِهاَا
 اَاب١لْاِّ
 ...
“Burada “qabaqcıllar” yaranmışlar arasındakı ilahi elçilər və 
Allahın  xüsusi  bəndələridir.  Allah-taala  onlarda  beş  ruh  qərar 
vermiş və (o cümlədən) onları müqəddəs ruhla qüvvətləndirmişdir ki, 
onun vasitəsilə əşyaları (olduğu kimi) tanıya bilsinlər...”
4
  
Ġmam  Baqir  (ə)  bir  hədisdə  peyğəmbər  və  vəsilərdə  mövcud 
olan  beĢ  ruhu  bəyan  etdikdən  sonra  buyurur:  “Onlar  müqəddəs  ruh 
vasitəsilə ərş və yerin altında olanları bilirlər.”
5
  
Bu  məsələ  ilə  əlaqədar  “Üsuli-kafi”  və  digər  kitablarda  çoxlu 
hədis  vardır  ki,  burada  qeyd  etdiklərimizlə  kifayətlənirik.  Bəli, 
                                                 
1
  “Əd-durrul-mənsur”,  1-ci  cild,  səh.  87,  “Bəqərə”  surəsinin  87-ci  ayəsinin 
təfsirində. Bu rəvayətə oxşar iki rəvayət də “Səhihi-Müslim”də (4-cü cild, səh. 19 və 
32, “Həssan ibn Sabitin fəzilətləri” bölümündə) nəql olunmuşdur. 
2
 “Səfinətül-bihar”, 2-ci cild, səh. 4954. 
3
 “Kəşfül-ğümmə”, 3-cü cild, səh. 118 və “Əlamul-vəra”, səh. 331. 
4
 “Üsuli-kafi”, 1-ci cild, səh. 271. 
5
 Yenə orada, səh. 272. 


 
87 
müqəddəs  ruh  vasitəsilə  ilahi  yardımlar  məsum  imamların  elmi 
mənbələrindən sayılır. 
d) Ġlahi nur: 
Bir  çox  rəvayətlərdə  nəql  olunduğu  kimi,  imamların  elm 
mənbələrindən  biri  də  ilahi  nurdur.  Həsən  ibn  RaĢid  nəql  edir  ki, 
imam Sadiqdən (ə) belə eĢitdim:
 
...
  لْاِلاا ٝٚاَِ ام باَـ
 ٌٝ ا  ٗ ث ةُوةُظلْإِاَ٠ ،ءٍهٛةُٔ  لْآِ ِ اَهبٕاَِ انٙ ٌ اَع ـةُه ةُٗاٍَلْاِجاَل  اَْبو ٜ نمٌَّا ةَُبِ
ٗ جاَـ  ك  لااَقلْاٌِا  يبّلْاِ اَا
  ٗ ملْاٍِاَف ٍٝاَ  ةُالله  ُّظاَز لْاِؾاَ٠ ام
 :
“İmam  dünyadan  getdikdə,  Allah-taala  sonrakı  imam  üçün 
nurdan  bir  sütun  düzəldir.  İmam  onun  vasitəsilə  insanların 
əməllərini görür. Allah-taala bu yolla höccəti tamamlayır!”
1
  
Bəzi  rəvayətlərdə  “mənarun  min  nur”  (nurdan  bir  sütun) 
ifadəsinin  əvəzinə  “əmudun  min  nur”  ifadəsi  qeyd  olunsa  da,  onlar 
arasında böyük fərq yoxdur. Əlbəttə, rəvayətlərin çoxunda “mənarun 
min nur” ifadəsi iĢlədilmiĢdir. (Bu barədə əlavə məlumat əldə etmək 
istəyənlər  “Biharul-ənvar”  kitabının  6-cı  cildinin  132-ci  səhifəsinə 
müraciət  edə  bilərlər.  Mərhum  Əllamə  Məclisi  bu  məsələ  ilə 
əlaqədar on altı hədis nəql etmiĢdir. Həmçinin, həmin kitabın 23-cü 
cildinin 333-334-cü səhifələrində bu barədə müxtəlif rəvayətlər var.) 
*** 
Qeyd  edilənlərdən  məlum  olur  ki,  məsum  imamların  elm 
mənbələri müxtəlifdir. Onların Qurani-kərimin bütün hüdudlarından 
agahlıqları, Peyğəmbəri-əkrəmdən (s) öyrəndikləri, mələklər və qeyb 
aləmi  ilə  əlaqələri  onlara  ilahi  yardımlar,  qəlb  ilhamları  göz 
qabağındadır.  Bütün  bunlar  Ġslamı,  Quranı  və  Peyğəmbər  (s) 
sünnəsini qorumaqda, insanların Allaha doğru hidayətinda, nəfslərin 
paklanmasında,  qanunların  icrasında,  ümmətin  iĢlərinin  sahmana 
salınmasında  bir  sıra  vəzifə  və  məsuliyyətlərin  layiqincə  yerinə 
yetirilməsində imama böyük yardım edir. 
Diqqəti  cəlb  edən  məsələlərdən  biri  də  budur  ki,  bir  sıra 
rəvayətlərdə  “hər  cümə  axĢamı  imamların  ruhuna  Allah  tərəfindən 
yeni  ilhamlar  edilir”  kimi  ifadələr  mövcuddur.  Ġmam  Sadiqdən  (ə) 
nəql  olunan  bir  hədisdə  buyurulur:  “Hər cümə  axşamı  bizə  yeni  bir 
sevinc  gəlir!”  Ravi  “Allah  sevincinizi  artırsın,  bu  sevinc  nədən 
ibarətdir” soruĢduqda, Həzrət buyurur:
 
                                                 
1
 “Üsuli-kafi”, 1-ci cild, səh. 387, hədis: 2. 


Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə