Günah lüğət elmində



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə34/101
tarix22.10.2018
ölçüsü3,44 Mb.
#75296
1   ...   30   31   32   33   34   35   36   37   ...   101

 
94 
ataraq dedi: “Ġlahi! Bunlar mənim Əhli-beytimdir, onlardan çirkinliyi 
uzaq et!” Bu zaman “Təthir” ayəsi nazil oldu.” 
Diqqət  yetirmək  lazımdır  ki,  bu  hədis  Müslimin  “Səhih” 
kitabında AyiĢədən, Hakimin “Müstədrək”, Beyhəqinin “Sünən”, Ġbn 
Cəririn  “Təfsir”,  Süyutinin  “Əd-durrul-mənsur”
1
 

Hakim 
Həskaninin  “ġəvahidut-tənzil”
2
  ,  Termizinin  “Səhih”  kitabında  isə 
Əmr ibn Əbi Sələmə və Ümmü Sələmədən nəql olunmuĢdur.
3
  
Fəxri-Razi  “Mübahilə”  (“Ali-Ġmran”  surəsinin  61-ci)  ayəsinin 
təfsirində  bu  hədisi  (“Kisa”  hədisi)  nəql  etdikdən  sonra  yazır:  “Bu 
rəvayət  səhih  və  düzgündür,  təfsir  və  hədis  alimlərinin  səhih 
saydıqları hər hansı bir rəvayətlə heç bir fərqi yoxdur!”
4
  
Diqqəti  cəlb  edən  məsələ  budur  ki,  hətta  Əhməd  Hənbəl 
“Müsnəd”  kitabında  bu  hədisi  müxtəlif  ravilərin  dilindən  nəql 
etmiĢdir.
5
  
*** 
3.
  Rəvayətlərin  bir  qismində  deyilir  ki,  “Təthir”  ayəsi  nazil 
olduqdan  sonra  Peyğəmbər  (s)  bir  neçə  ay  (bəzi  rəvayətlərdə  altı, 
bəzilərində  doqquz  ay)  sübh  namazına  gedərkən  Fatimeyi-Zəhranın 
(ə.s) evinin yanından keçərək uca səslə deyirdi:
 
 اَا
حٍٛمٌَّٖ
 !
 اَا ب٠
  ذلْاِ١اَث اًَلْاِ٘
 !
 ةُُةُىلْإِاَ   اَت ٘لْاِنةُ١ ٌ ةُاللهةُل٠ وةُ٠ بّمَّٔ ا
 
 دِّٗاَلةُ٠اَٚ  ذلْاِ١اَجلْاٌِا اًَلْاِ٘اَا  اٌَ لْاِعدِّوٌا
 لْاُِةُواَه
 ًاو١ ٙلْاِلاَر
 :
“Ey Əhli-beyt, namaz (vaxtıdır)! (Sonra bu ayəni tilavət edirdi:) 
Həqiqətən, Allah siz Əhli-beytdən bütün çirkinliyi uzaqlaĢdırıb, sizi 
pak etmək istəyir!” 
Bu  hədis  məĢhur  təfsir  alimi  Hakim  Həskaninin  “ġəvahidut-
tənzil”  kitabında  Ənəs  ibn  Malikdən,  baĢqa  bir  hədisdə  Əbil-
                                                 
1
 “Səhihi-Müslim”, 4-cü cild, səh. 1883, hədis: 2424, “Peyğəmbərin (s) Əhli-
beytinin fəzilətləri” bölümü. 
2
 “Şəvahidut-tənzil”, 2-ci cild, səh. 33, hədis: 376. 
3
  “Səhihi-Termizi”,  5-ci  cild,  səh.  699,  hədis:  3871,  “Fatimənin  fəziləti” 
bölümü, “Ehyaut-turas” çapı. 
4
 “Kəbir” təfsiri, Fəxri-Razi, 8-ci cild, səh. 80. 
5
 “Müsnədi-Əhməd”, 1-ci cild, səh. 330, 4-cü cild, səh. 107, 6-cı cild, səh. 292. 
(“Fəzailul-xəmsə” kitabından nəqlən, 1-ci cild, səh. 276.) 


 
95 
Həmradan nəql edilmiĢ, Peyğəmbərin (s) bu iĢi yeddi ay, (Əbu Səid 
Xudridən: səkkiz ay) davam etdirdiyi yazılmıĢdır.
1
  
Rəvayətlərdəki  ifadələrin  bir-birindən  fərqlənməsi  təbiidir; 
mümkündür ki,  bu  hadisəni  Ənəs ibn Malik altı  ay,  Əbu  Səid  Xidri 
səkkiz ay, Əbil-Həmra yeddi ay  və  Ġbn Abbas doqquz ay  müĢahidə 
etmiĢ olsun. Beləliklə, rəvayətlərdə  heç bir ziddiyyət yoxdur və hər 
kəs öz gördüyünü nəql etmiĢdir. 
Ümumiyyətlə, bu iĢin Peyğəmbər (s) tərəfindən nə qədər davam 
etməsi  onun  yüksək  əhəmiyyətini  göstərir.  O  həzrət  bu  rəftar  və 
ardıcıl  təkidlərilə  kimsədə  Ģəkk-Ģübhə  qalmasın  deyə,  bildirmək 
istəyirdi  ki,  Əhli-beyt  yalnız  bu  kəslərdir  və  “Təthir”  ayəsi  məhz 
onların  Ģənində  nazil  olmuĢdur.  Maraqlıdır  ki,  Peyğəmbərin  (s)  bu 
qədər təkid  və israrına  baxmayaraq  bu məsələ bəzilərinə  “qaranlıq” 
qalmaqdadır. Bu doğrudan da, heyrətləndiricidir! 
Peyğəmbərin (s) məscidinə yalnız onun özünün və imam Əlinin 
(ə) evlərinin qapılarının açıq qalması icazəsi diqqəti cəlb edən digər 
nöqtələrdəndir.  (Peyğəmbər  (s)  göstəriĢ  vermiĢdi  ki,  bu  iki  qapıdan 
baĢqa  məscidə  açılan  qapılar  bağlansın!)  Məlum  olduğu  kimi, 
oradakıların  bir  qrupu  namaz  vaxtı  Peyğəmbərin  (s)  “Ey  Əhli-beyt, 
namaz  vaxtıdır”  çağırıĢını  eĢidirdilər.  Buna  baxmayaraq  bəzi 
təfsirçilərin  ayəni Peyğəmbərin (s) zövcələrinə də aid etməsi qəribə 
deyilmi?!  Halbuki,  Peyğəmbər  (s)  zamanının  cüzi  hadisələrini 
açıqlayan AyiĢə nəinki özünü “Təthir” ayəsinə aid etmir, hətta deyir 
ki, Peyğəmbər (s) mənə buyurdu: “Sən onlardan deyilsən!” 
*** 
4.  MəĢhur  səhabə  Əbu  Səid  Xudridən  nəql  olunan  və  “Təthir” 
ayəsindən  danıĢan  bir  çox  rəvayətlərdə  aydın  Ģəkildə  belə  deyilir: 
“Bu  ayə  Allahın  Rəsulu,  Əli,  Fatimə,  Həsən,  Hüseyn  (əleyhimus-
səlam) barəsində nazil olmuĢdur!”
2
  
Nəticə:
 Ġslamın məĢhur mənbələrində “Təthir” ayəsi və ondakı 
“Əhli-beyt”in  Peyğəmbər  (s),  imam  Əli  (ə),  Fatimeyi-Zəhra  (ə.s), 
imam  Həsən  (ə)  və  imam  Hüseynə  (ə)  aid  olduğunu  bildirən 
rəvayətlər  “təvatür”  həddinə  çatdığından,  onların  düzgünlüyünə  heç 
                                                 
1
  “Şəvahidut-tənzil”,  2-ci  cild,  səh.  11,  12,  13,  14,  15,  28  və  92.  (bu  hədis 
müxtəlif ravilərdən nəql olunmuşdur;) “Ehqaqul-həqq”, 2-ci cild, səh. 503-548. 
2
 “Şəvahidut-tənzil” kitabında bu zəmində dörd hədis nəql olunmuşdur, 2-
ci cild, səh. 24-27, hədis: 659, 660, 661 və 664. 


 
96 
bir  Ģübhə  yeri  qalmır.  Hətta  “Ehqaqul-həqq”  kitabının  Ģərhində  bu 
rəvayətlərin  (Əhli-beyt  ardıcıllarının  məĢhur  mənbələrindən  əlavə,) 
əhli-sünnənin  yetmiĢdən  çox  məĢhur  mənbəsində  nəql  olunduğu 
göstərilir  və  yazılır:  “Əgər  bu  rəvayəti  nəql  edən  bütün  mənbələri 
saysaq, mindən çox olar!”
1
  
BĠR NEÇƏ SUALA CAVAB 
“Təthir”  ayəsinin  təfsiri  ilə  əlaqədar  Ġslamın  məĢhur 
mənbələrində  nəql  olunan  rəvayətlər  “təvatür”  həddinə  çatdığından 
və  bu  Əhli-beyt  imamları  üçün  böyük  fəzilət  sayıldığından  onların 
məzhəbinin də haqq olduğu üzə çıxır. Bəzi alimlər əl-ayağa düĢərək, 
müxtəlif iradlara əl atmıĢlar. Bu iradlar daha çox bəhanəyə bənzəyir. 
Halbuki  əhli-sünnə  alimlərinin  bir  çoxu  Ģücaətlə  “Təthir”  ayəsinin 
məsum  imamlara  aid  olduğunu  demiĢ  və  bu  rəvayətləri  qəbul 
etmiĢlər. Həmin iradların bir qismi aĢağıdakılardan ibarətdir: 
1.  “Əhli-beyt”dən  məqsəd  Peyğəmbərin  (s)  öz  ev  sakinləridir. 
Çünki  “beyt”  yaĢayıĢ  evi  deməkdir  və  Peyğəmbərin  (s)  evində 
yaĢayanlar  o  həzrətin  zövcələri  olduğundan  “Təthir”  ayəsini 
baĢqalarına  aid  etmək  olmaz.  Ayədəki  kiĢi  cinsinə  aid  cəm 
əvəzliklərin  səbəbi  də  “əhl”  sözünün  kiĢi  cinsində  olmasıdır. 
Peyğəmbərin  (s)  zövcələri  müxtəlif  evlərdə  qalsalar  da,  “beyt” 
sözünün cəm formasında deyil, tək halda iĢlədilməsi o həzrətin vahid 
bir fərd olması ilə əlaqədardır. Buna görə də o həzrətin evi tək halda 
qeyd olunmuĢdur. Bir sözlə, ayə yalnız Peyğəmbərin (s) zövcələrinə 
aid edilməlidir. 
Cavab:
  Bu  nəzər,  yaxud  bəhanənin  ötən  bəhslər  müqabilində 
heç  bir  dəyəri  yoxdur.  Əgər  ayədə  qeyd  olunan  “əhl”  sözündən 
məqsəd Peyğəmbərin (s) zövcələridirsə, onun zahiri kiĢi cinsinin tək, 
mənası  isə  qadın  cinsinin  cəm  formasını  bildirməlidir.  Halbuki 
ayədəki  əvəzliklər  nə  kiĢi  cinsinin  tək,  nə  də  qadın  cinsinin  cəm 
formasındadır.  Əksinə,  kiĢi  cinsi  cəm  formasında  iĢlədilmiĢdir. 
Amma  “beyt”  sözü  ayənin  əvvəlində  cəm  formada  (“və  qərnə  fi 
buyutikunnə”),  “Əhli-beyt”  sözündə  isə  tək  haldadır.  Bu  da 
Peyğəmbərə (s) xatir ola bilməz. Çünki o həzrətin özünün müstəqil 
evi  yox  idi  və  zövcələrinə  məxsus  olan  evlərdə  yaĢayırdı.  Buna 
                                                 
1
 “Ehqaqul-həqq”, kitabından iqtibas edilmişdir, 2-ci cild, səh. 502-563. 


Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə