Günah lüğət elmində



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə42/101
tarix22.10.2018
ölçüsü3,44 Mb.
#75296
1   ...   38   39   40   41   42   43   44   45   ...   101

 
119 
edəcəyimiz  dəlillərin  üstündən  asanlıqla  keçmiĢ,  yaxud  məsələyə 
iradla yanaĢmıĢlar. Biz gələcək bəhslərdə Allahın lütf və  mərhəməti 
sayəsində onların nəzərlərini dəqiq araĢdıracağıq. 
“QƏDĠR-XUM” HADĠSƏSĠ 
Ötən  bəhslərdəki  bir  dəlilə  əsasən,  “təbliğ”  ayəsinin  imam  Əli 
(ə)  barəsində  nazil  olduğu  açıqlandı.  Bu  haqda  (həm  Ģiə,  həm  də) 
əhli-sünnənin  məĢhur  kitablarında  nəql  olunan  rəvayətlərin  sayı  o 
qədər  çoxdur  ki,  heç  kim  onu  inkar  edə  bilməz.  Bu  rəvayətlərdən 
əlavə,  digər  rəvayətlərdə  də  açıq-aĢkar  deyilir  ki,  bu  ayə  “Qədir-
Xum”  hadisəsinə  və  Peyğəmbəri-əkrəmin  (s)  Əlini  (ə)  öz  caniĢini, 
vəsisi təyin etdiyi zamana aiddir. Əllamə Əmini “Əl-qədir” kitabında 
“Qədir-Xum” hədisinin 110 səhabəsi, 84 tabein və 360 məĢhur Ġslam 
alimi  tərəfindən  nəql  olunduğunu  qeydə  almıĢdır.  Kim  bu  sənəd  və 
mənbələrə  nəzər  salsa,  əmin  olar  ki,  “Qədir-Xum”  hədisi  “təvatür” 
həddində  çatmıĢ  mötəbər  hədislərin  ən  üstünüdür.  Doğrusu,  kim 
onun “təvatür” həddinə çatmasına Ģəkk etsə, “təvatür” həddində olan 
heç  bir  hədisi  qəbul  etməməlidir.  Bu  kimi  bəhslər  bizi  təfsir 
üslubundan  xaric  etdiyindən,  hədisin  sənədləri  və  ayənin  nazilolma 
səbəbləri  barədə  deyilənlərlə  kifayətlənib,  onun  mənasını 
araĢdırmağa baĢlayırıq. Hədislə bağlı geniĢ izah istəyənlər aĢağıdakı 
kitablara müraciət edə bilərlər: 
–“Əl-qədir” (Əllamə Əmini), 1-ci cild; 
–“Ehqaqul-həqq”  (Əllamə  Qazi  Nurullah  ġuĢtəri)  Ayətullah 
Nəcəfinin Ģərhi ilə 2-4 və 20-ci cildlər; 
–“Əl-müraciat” (Seyid ġərəfuddin Amuli); 
–“Əbəqatul-ənvar”  (Mirhamid  Hüseyni  Hindi;  bu  kitabın 
xülasəsinin 7-9-cu cildlərinə müraciət etmək daha münasibdir); 
–“Dəlailus-sidq”, (Mərhum Müzəffər), 2-ci cild. 
“QƏDĠR-XUM” RƏVAYƏTLƏRĠNƏ BĠR BAXIġ 
“Qədir-Xum” hadisəsini qeydə alan rəvayətlərin məcmusundan 
(əlbəttə,  bəzi  rəvayətlərdə  bu  hadisə  daha  geniĢ,  bəzilərində  qısa, 
bəzilərində  hadisənin  bir  qismi,  bəzilərində  isə  digər  bir  qismi 
açıqlanmıĢdır) belə qənaətə gəlirik ki, Ġslam peyğəmbəri (s) ömrünün 
sonuncu ilindəki  həcci (“Həccətül-vida”nı)  daha  Ģövkət  və  əzəmətlə 


 
120 
sona  çatdırmıĢdır.  Bu  mövsümdə  hacıların  qəlbləri  mənəvi  hisslərlə 
dolmuĢ,  böyük  ibadətin  ləzzətini  bütün  varlıqları  ilə  duymuĢdular. 
Peyğəmbərin (s) səhabələri
1
 bu böyük səadətə çatdıqları üçün böyük 
sevinc  hissi  keçirirdilər.  Bu  səfərdə  Peyğəmbərlə  (s)  birgə  yalnız 
Mədinə əhalisi deyildi. Ġftixar və səadətə nail olmaq üçün Ərəbistan 
yarımadasının  müxtəlif  məntəqələrindən  xeyli  müsəlman  həzrəti 
müĢayiət edirdi. 
Hicazın qızmar günəĢi dağ və düzənlikləri yandırırdı. Amma bu 
misilsiz  mənəvi  səfərin  ləzzəti  bütün  çətinlikləri  asanlaĢdırmıĢdı. 
Günorta yaxınlaĢır və yavaĢ-yavaĢ Cöhfə məntəqəsi, ondan sonra isə 
Qədir-Xumun  quru,  yandırıcı  səhralıqları  görünürdü.  Hicazı  digər 
məntəqələrdən  ayıran  dörd  yolayrıcı  vardı:  biri  Ģimala  (Mədinəyə), 
biri  Ģərqə  (Ġraqa),  biri  qərbə  (Misirə),  biri  də  cənuba  (Yəmənə) 
doğru.  Camaat  bura  çatdıqda,  artıq  bir-birindən  ayrılır  və  həcc 
səfərinin  son  xatirəsi  burada  sona  yetirdi.  Bu  yerdə  müsəlmanlar 
Ġslam  peyğəmbərindən  (s)  son  göstəriĢləri  almaqla  bir-birlərindən 
ayrılırdılar. 
Hicri-qəmərilə  10-cu  il  cümə  axĢamı  idi.  Qurban  bayramından 
səkkiz  gün  keçirdi.  Bu  vaxt  Peyğəmbər  (s)  tərəfindən  hacılara 
dayanmaq  göstəriĢi  verildi.  Müsəlmanlar  uca  səslə  elan  etdilər  ki, 
karvanın  önündə  hərəkət  edənlər  geri  qayıtsınlar.  Nəhayət,  geridə 
qalanlar  da  gəlib  çatdılar.  Günorta  vaxtı  Peyğəmbərin  (s)  azançısı 
“Allahu-Əkbər” səsi ilə camaatı namaza çağırdı. Camaat tez namaza 
hazırlaĢdılar.  Havanın  qızmar  istisindən  hacılardan  bəziləri 
əbalarının  bir  ucunu  ayaqlarının  altına,  o  biri  ucunu  da  baĢlarına 
atmıĢdılar;  çünki  səhranın  yandırıcı  çınqılları  və  günəĢin  Ģüası 
onların  əl-ayaqlarını  yandırırdı.  Bu  səhralıqda  bir  neçə  çılpaq 
ağacdan  baĢqa  nə  gölgəlik,  nə  də  ot-ələf  görünürdü.  Bəziləri  də  bu 
çılpaq ağaca sığınmıĢdılar. 
Nəhayət,  günorta  namazı  qurtardı.  Ağacların  birinin  üstünə 
parça atıb Peyğəmbər (s) üçün kölgəlik düzəltdilər. Amma yandırıcı 
hava  onları  kölgəlikdə  də  rahat  qoymurdu.  Müsəlmanlar  özləri  ilə 
gətirdikləri  çadırlara  girmək  istədikdə,  Peyğəmbər  (s)  xəbərdarlıq 
etdi ki, hamı Allah tərəfindən nazil olan yeni bir xəbəri eĢitmək üçün 
hazır olsun. Peyğəmbərdən (s) uzaq olanlar cəmiyyətin içərisindən o 
                                                 
1
 Bəzi alimlər Peyğəmbərlə (s) birgə həcdə olanların sayını 90 min, bəziləri 
112 min, bəziləri 120 min, bəziləri isə 124 min qeyd etmişdir. 


 
121 
həzrətin  nurani  surətini  görə  bilmədikləri  üçün  dəvələrin 
kəcavəsindən hündür bir yer düzəltdilər. Peyğəmbər (s) onun üstünə 
qalxıb,  əvvəlcə  Allaha  həmd-səna  dedi  və  özünü  Allaha  tapĢıraraq 
camaata  belə  buyurdu:  “Mən  tezliklə  Allahın  dəvətini  qəbul  edib, 
sizin  aranızdan  gedəcəyəm.  (Allah  qarşısında)  həm  mən  məsuliyyət 
daşıyıram, həm də siz! Siz mənim haqda necə şəhadət verirsiniz?” 
Camaat  uca  səslə  dedi:  “Biz  Ģəhadət  veririk  ki,  sən 
peyğəmbərlik  borcunu  kamil  yerinə  yetirdin,  xeyirxahlıq  etdin  və 
bizim  hidayətimiz  yolunda  çalıĢdın.  Allah  sənə  yaxĢı  mükafat 
versin!”  
Sonra  Peyğəmbər  (s)  buyurdu:  “Siz  Allahın  təkliyinə,  mənim 
peyğəmbərliyimə,  qiyamətin  və  ölülərin  diriləcəyi  günün  haqq 
olmasına şəhadət verirsinizmi?” 
Hamı bir ağızdan “Bəli, Ģəhadət veririk” – dedi. 
Peyğəmbər (s) dedi: “İlahi, şahid ol...” Sonra davam etdi: “Ey 
camaat, səsimi eşidirsinizmi?” 
Dedilər: “Bəli!” 
Bundan sonra səhra tamamilə sükuta büründü, isti küləyin züm-
züməsindən  baĢqa  bir  səs  eĢidilmirdi. Bu  vaxt  Peyğəmbərin  (s)  səsi 
eĢidildi:  “İndi  baxın  görün,  mənim  aranızda  yadigar  qoyduğum  iki 
böyük və ağır əmanətlə necə davranacaqsınız?!” 
Cəmiyyətin  içərisindən  bir  səs  gəldi:  “Ey  Allahın  Rəsulu!  Bu 
iki ağır əmanət nədir?” 
Peyğəmbər  (s)  dərhal  buyurdu:  “Birincisi  bir  tərəfi  Allahın, 
digər  tərəfi  isə  sizin  əlinizdə  olan  Allahın  kitabıdır!  Ondan  əlinizi 
çəkməyin,  yoxsa  zəlalətə  düşərsiniz.  Mənim  ikinci  ağır  yadigarım 
Əhli-beytimdir.  Hər  şeyi  bilən  Allah  mənə  xəbər  verib  ki,  bu  iki 
əmanət  behiştdə  mənə  qovuşana  qədər,  heç  vaxt  bir-birindən 
ayrılmayacaq.  Onlardan  irəli  keçməyin,  yoxsa  həlak  olarsınız. 
Geridə də qalmayın ki, yenə həlak olarsınız!” 
Bu  zaman  hamı  gördü  ki,  Peyğəmbər  (s)  öz  ətrafına  baxır  və 
kimisə  axtarır.  Əlini  (ə)  görən  kimi  əyilib,  onun  əlindən  tutdu  və  o 
qədər yuxarı qaldırdı ki, hətta onun qolunun altı göründü. Hamı onu 
tanıdı  və  bildi  ki,  o,  Ġslamın  yenilməz  sərkərdəsidir.  Bu  zaman 
Peyğəmbər  (s)  səsini  bir  az  da  ucaldaraq  buyurdu:  “Ey  camaat! 
Möminlərə onların özlərindən daha artıq ixtiyar sahibi kimdir?!” 
Dedilər: “Allah və Peyğəmbəri daha yaxĢı bilir!” 


Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə