Günah lüğət elmində



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə44/101
tarix22.10.2018
ölçüsü3,44 Mb.
#75296
1   ...   40   41   42   43   44   45   46   47   ...   101

 
125 
Ayədən  açıq-aĢkar  görünən  bu  üç  məsələni  nəzərə  alsaq,  o 
zaman  Peyğəmbərə  (s)  xilafət  və  caniĢinliklə  əlaqədar  vəhyin  nazil 
olduğunu  baĢa  düĢərik.  Bəli,  Peyğəmbəri-əkrəmin  (s)  ömrünün 
axırlarında  ümmətə  çatdıracağı  son  mühüm  məsələ  Ġslamın  o  vaxta 
qədər bəyan edilməyən əməli vəzifələri deyil, yalnız xəlifəliklə bağlı 
məsələ  ola  bilərdi.  Çünki  Peyğəmbərin  (s)  risalət  və  peyğəmbərliyi 
qədər  mühüm  olan  və  müxaliflərin  sərt  mövqe  tutacaqlarına  və  o 
həzrətin  canının  təhlükəyə  düĢəcəyi  ehtimal  verilən  məsələ  məhz 
budur! Əgər “təbliğ” ayəsini imamət, vilayət və xilafət məsələsindən 
baĢqa  bir  yönə  təfsir  etsək,  ayənin  məqsədinə  qətiyyən 
uyğunlaĢmayacaq. 
Əhli-sünnənin təfsir alimlərinin bu ayənin mənası ilə bağlı fikir 
və  nəzərlərinin  heç  biri  deyilən  təkidlərlə  əsla  uyğunlaĢmır  və 
həqiqətdə  ayəni  təfsir  etməkdə  “acizdirlər”  (çünki  imamət  və 
vilayətə etiqadlı deyillər). 
*** 
ġƏRHLƏR 
1-“QƏDİR-XUM” HƏDİSİNDƏKİ “MÖVLA” SÖZÜNÜN 
TƏFSİRİ 
Biz “təvatür” həddində olan “Qədir-Xum” hədisini qısa Ģəkildə 
bəyan etdik. Peyğəmbərin (s) bu hədisdə buyurduğu “Mən hər kəsin 
mövlasıyamsa,  Əli  də  onun  mövlasıdır”  kəlamı  çox  həqiqətləri 
aydınlaĢdırır. 
Əhli-sünnə  alimlərinin  bir  çoxu  “mövla”  sözünü  “dost” 
mənasına  təfsir  etməyə  çalıĢsalar  da
1
,  müxtəlif  dəlillər  göstərir  ki, 
hədisdə  bəyan  olunan  “mövla”  sözü  “vəli”,  “baĢçı”  və  “rəhbər” 
mənasını ifadə edir. Bu dəlillərin bir qismini nəzərdən keçirək: 
1. O zaman imam Əlinin (ə) bütün möminlərlə dostluq məsələsi 
elə də gizli və üstüörtülü bir məslə deyildi ki, bu qədər təkidə ehtiyac 
olsun. Əgər məqsəd Əlini sevməkdirsə, onda o böyük karvanın quru 
və yandırıcı bir səhrada dayandırılıb, Peyğəmbərin (s) uzun bir xütbə 
oxumasına və camaatdan ardıcıl etiraf istəməsinə nə ehtiyac var idi?! 
Həm  də  Quranda  açıq-aĢkar  buyurulur  ki,  möminlər  bir-birlərilə 
                                                 
1
 Çünki bu sözün mənalarından biri də budur və biz də bunu qəbul edirik. 


 
126 
qardaĢdır.
1
  Həmçinin baĢqa bir ayədə buyurulur: “Mömin kiĢilər və 
mömin qadınlar bir-birinin dostudur!” 
2
 
Bir  sözlə,  Ġslamda  qardaĢlıq  və  müsəlmanların  bir-birilə 
dostluğu  bu  dinin  aydın  məsələlərindəndir.  Bu  Ġslamın  ilk 
çağlarından  olmuĢ,  Peyğəmbər  (s)  də  dəfələrlə  bunu  təkid  etmiĢdir. 
Bundan  əlavə,  dostluq  və  qardaĢlıq  elə  məsələlərdən  deyil  ki, 
Peyğəmbərin (s) onu bəyan etməsilə canı təhlükəyə düĢsün. 
2.  Peyğəmbəri-əkrəmin  (s)  buyurduğu  “Ələstu  ovla  bikum  min 
ənfusikum”  (Mən  sizə  özünüzdən  daha  artıq  ixtiyar  sahibi 
deyiləmmi?) sualı əksər rəvayətlərdə nəql olunmuĢdur və bu sadə bir 
dostluğu  bəyan  etməklə  əsla  uyğunlaĢmır.  Əksinə  o  həzrət  bununla 
demək istəyirdi ki, mənimlə Əlinin (ə) sizin üzərinizdə olan ləyaqət, 
ixtiyar  və  rəhbərliyimiz  eynidir.  Burada  bundan  baĢqa  bir  təfsir 
yürütmək insafsızlıq və həqiqətdən uzaqdır.  
3.  Bu  tarixi  hadisədə  camaat,  xüsusilə  Əbu  Bəkr  və  Ömər 
tərəfindən Əliyə  (ə) deyilən  təbriklər həzrətin xilafət məqamına  nail 
olmasını  bir  daha  təsdiqləyir.  Çünki  ümumi  Ģəkildə  bütün 
müsəlmanlara  dostluq  məsələsinin  elan  olunmasında  təbrikə  ehtiyac 
duyulmur. 
Əhmədin  “Müsnəd”  kitabında  yazılır:  “Ömər, 
Peyğəmbərin (s) bəyanatından sonra Əliyə dedi:
 
 اَٞ ًبئ١ ٕاَ٘
  خإَ ِمةُِ اَٚ ءٍٓ ِمةُِ دًِّةُو ٌٝلْاِٛاَِ  اَذلْاِ١اََلْاِِاَااَٚ  اَذ لْاِؾاَجلْإِاَا ءٍت ٌبل١ ثاَا  آَلْاِثا
 :
“Afərin sənə, ey Əbu Talibin oğlu! Sən hər bir mömin kiĢi və 
qadının mövlası oldun.”
3
  
Fəxri-Razinin  “təbliğ”  ayəsinin  təfsirində  yazdığı  ifadə  də 
belədir: “Ömər dedi:
 
  خإَ ِمةُِ اَٚ ءٍٓ ِمةُِ دًِّةُو ٌٝلْاِٛاَِ اَٚ اَٜلا لْاِٛاَِ  اَذ لْاِؾاَجلْإِاَا اَهاٌَ ًبئ١ ٕاَ٘
 :
“Afərin  sənə!  Sən  mənim  və  bütün  mömin  kiĢi  və  qadınların 
mövlası oldun!” 
Beləliklə,  Ömər  onu  özünün  və  bütün  möminlərin  mövlası 
hesab etdi.” 
“Tarixi-Bağdad”  kitabında  Ömərin  belə  dediyi  nəql  olunur: 
“Afərin, afərin olsun sənə, ey Əbu Talibin oğlu! Sən mənim və bütün 
müsəlmanların mövlası oldun.”
1
  
                                                 
1
 “Hücurat” surəsi, ayə: 10. 
2
 “Tövbə” surəsi, ayə: 71. 
3
  “Müsnədi-Əhməd”,  4-cü  cild,  səh.  281.  (“Fəzailul-xəmsə”  kitabından 
nəqlən, 1-ci cild, səh. 432. 


 
127 
“Feyzül-qədir”  və  “Əs-səvaiq”  kitablarında  da  yazılır  ki,  bu 
təbriki Əliyə (ə) həm Əbu Bəkr, həm də Ömər demiĢdir.
2
  
Aydındır  ki,  möminlər  arasındakı  sadə  dostluğun  bəyanı  üçün 
böyük  bir  mərasim  qurulmasına  ehtiyac  yoxdur.  Deməli,  hədisdəki 
“vilayət” sözü xilafətdən baĢqa bir məna daĢıya bilməz. 
4.  Öncə  qeyd  etdiyimiz  Həssan  ibn  Sabitin  aydın  ifadələrlə 
zəngin Ģeri bizim müddəamıza canlı bir Ģahiddir. 
*** 
2-“QƏDĠR-XUM” HƏDĠSĠNĠ TƏSDĠQ EDƏN DĠGƏR 
AYƏLƏR 
“Məaric” surəsinin baĢlanğıcında buyurulur: 
  ط هباَعاَّلْاٌِا ٞ م   مَّالله  آَدِِّ ةٌع ـااَك ةُٗاٌَ  اٌَلْاِ١اٌَ  آَ٠و ـباَىلْاٍِدٌِّ ءٍع لااَٚ ءٍةااَناَع ث ةًٌ  باٍَ اَياَتاٍَ
“Bir nəfər vaqe olacaq əzab barədə soruĢdu. O əzab kafirlərə 
məxsusdur və onu dəf edə biləcək bir kimsə yoxdur. O əzab yüksək 
dərəcələr  sahibi  olan  (mələklərini  göylərə  qaldıran)  Allah 
tərəfindəndir!”
3
  
Bir çox təfsirçilər və hədis raviləri bu ayələrin nazil olma səbəbi 
barədə belə demiĢlər: 
Ġslam peyğəmbəri (s) imam Əlini (ə) “Qədir-Xum”da xəlifəliyə 
seçib 
 
 (
 ُهلا ٌَْ  ٌَِّلَعَ  ُهلا ٌَْ   ُ ْنُك  ْيَ 
)
“Mən hər kəsin mövlasıyamsa, Əli də 
onun  mövlasıdır”,  buyurandan  sonra  bu  xəbər  tez  bir  zamanda  hər 
tərəfə  yayıldı.  Münafiqlərdən  olan  Nöman  ibn  Haris  Fehri
4
 
Peyğəmbəri-əkrəmin  (s)  hüzuruna  gəlib  dedi:  “Sən  bizə  göstəriĢ 
verdin  ki,  Allahın  yeganəliyinə,  sənin  peyğəmbərliyinə  Ģəhadət 
verək.  Biz  də  Ģəhadət  verdik.  Sonra  bizə  cihad,  namaz,  həcc  və 
zəkatı  əmr  etdin.  Onları  da  qəbul  etdik.  Yenə  bunlarla 
kifayətlənməyib,  nəhayət,  bu  cavanı  (Əliyə  (ə)  iĢarə  etdi)  öz  yerinə 
caniĢin  təyin  edərək  dedin:  “Mən  hər  kəsin  mövlasıyamsa,  Əli  də 
                                                                                                                   
1
 “Tarixi-Bağdad”, 7-ci cild, səh. 290. 
2
 “Feyzül-qədir”, 6-cı cild, səh. 217 və “Əs-səvaiq”, səh. 107. 
3
 “Məaric” surəsi, ayə: 1-3. 
4
 Bəzi rəvayətlərdə Haris ibn Nöman, bəzilərində isə Nəzr ibn Haris adı ilə 
nəql olunmuşdur. 


Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə