Günah lüğət elmində



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə47/101
tarix22.10.2018
ölçüsü3,44 Mb.
#75296
1   ...   43   44   45   46   47   48   49   50   ...   101

 
134 
edirik.”  Həmçinin  Əbuzərdən  də  belə  nəql  edir:  “Bir  gün 
Peyğəmbərlə  (s)  birgə  günorta  namazını  qılırdım.  Bu  zaman  bir 
yoxsul  məscidə  girib  kömək  istədi  və  heç  kəs  ona  kömək  etmədi. 
Yoxsul  əlini  göyə  qaldırıb  dedi:  “Ġlahi,  Ģahid  ol!  Mən  Peyğəmbərin 
(s) məscidində kömək  istədim, lakin heç kim mənə kömək  etmədi.” 
Əli (ə) namaz halında ikən o yoxsula sağ əli ilə kiçik barmağındakı 
üzüyü  götürməsini  iĢarə  etdi.  O,  Peyğəmbərin  (s)  gözü  önündə 
gedib,  Əlinin  (ə)  barmağından  üzüyü  çıxartdı.  Peyğəmbər  (s)  dedi: 
“İlahi!  Qardaşım  Musa  Səndən  sinəsinin  genişlənməsini,  qardaşı 
Harunun  onun  peyğəmbərliyinə  şərik  olmasını  istəyəndə...,  ona 
buyurdun: “Mən tezliklə səni qardaşın vasitəsilə gücləndirəcək, sizə 
qüvvət  və  qələbə  bəxş  edəcəyəm.”  İlahi!  Mən  Məhəmməd,  Sənin 
peyğəmbərin  və  elçinəm.  Mənim  də  sinəmi  genişləndir,  işləri  mənə 
asanlaşdır, mənim üçün Əhli-beytimdən bir vəzir təyin et, məni onun 
vasitəsilə güclü və qüvvətli et!” 
Əbuzər  deyir:  “Allaha  and  olsun!  Allahın  Rəsulu  (s)  hələ 
sözünü qurtarmamıĢdı  ki,  Cəbrail  nazil  olub  dedi:  “Ey  Məhəmməd! 
Oxu: “Ġnnəma vəliyyukumullahu və Rəsuluhu...”
1
  
Əlbəttə,  Fəxri-Razi  bu  rəvayəti  nəql  etdikdən  sonra  adəti  üzrə 
bu  ayənin  imamətlə  bağlılığına  irad  tutur.  Biz  bu  iradı  sonra  qeyd 
edəcəyik. 
Təbəri  də  öz  təfsirində  bu  ayənin  təfsiri  və  nazil  olma  səbəbi 
haqda müxtəlif rəvayətlər nəql edir ki, o rəvayətlərin çoxu bu ayənin 
Əli (ə) haqda nazil olduğunu açıqlayır.
2
  
Alimlərin  böyük  bir  dəstəsi  bu  ayənin  nazil  olma  səbəbini 
açıqlayan  rəvayəti  müxtəlif  ifadələrlə  qeyd  etmiĢlər.  O  cümlədən, 
“Kənzül-ümmal”  kitabının  6-cı  cildinin  319-cu  səhifəsində  bu 
rəvayət  nəql  olunmuĢdur.  Həmçinin  5-ci  əsrin  məĢhur  alimlərindən 
olan  Hakim  Həskani  Hənəfi  onu  “ġəvahidut-tənzil”  kitabında  altı 
müxtəlif  silsilə  sənədlə  Ġbn  Abbasdan,  iki  sənədlə  Ənəs  ibn 
Malikdən, iki sənədlə Məhəmməd ibn Hənəfiyyədən, bir sənədlə Əta 
ibn  Saibdən,  bir  sənədlə  Əbdül-Məlik  ibn  Cərih  Məkkidən  və  onlar 
da 
Peyğəmbəri-əkrəmdən  (s)  nəql  etmiĢlər  ki,  “innəma 
                                                 
1
 “Kəbir” təfsiri, Fəxri-Razi, 12-ci cild, səh. 26. 
2
 “Təfsiri-Təbəri”, 6-cı cild, səh. 186. 


 
135 
vəliyyukumullah...” – ayəsi namazın rükusunda öz üzüyünü yoxsula 
verən Əli (ə) haqda nazil olmuĢdur.
1
  
Mərhum Əllamə Əmini bu rəvayəti və həmin ayənin imam Əli 
(ə)  haqda  nazil  olduğunu  əhli-sünnənin  təqribən  iyirmi  kitabından 
(sənəd  və  mənbələri  ilə  birgə)  nəql  etmiĢdir.
2
    “Ehqaqul-həqq” 
kitabında bu rəvayət müxtəlif kitablardan nəql olunmuĢdur.
3
  
Diqqəti cəlb edən budur ki, Peyğəmbərin (s) dövründə yaĢayan 
məĢhur  Ģair  Həssan  ibn  Sabit  bunu  Ģübhə  doğurmayan  bir  məsələ 
kimi  öz  Ģerlərində  nəzmə  çəkmiĢdir.  O,  məĢhur  bir  Ģerində  imam 
Əliyə (ə) xitab edərək deyir: 
 
Və əntəlləzi ətəytu iz kuntə rakiən, 
Zəkatən fədətkən-nəfsu, ya xəyrə rakiin! 
Fə-ənzələ fikəllahu xəyrə vəlayətin, 
Və bəyyənəha fi muhkəmatiş-şəraye! 
 
“Rükusunda  zəkat  verən  sən  idin.  Can  sənə  qurban  olsun,  ey 
rüku  edənlərin  ən  yaxĢısı!  Bundan  sonra  Allah-taala  sənin  üçün  ən 
gözəl vilayəti nazil edərək, onu Quranında bəyan etdi.”
4
  
Onun baĢqa bir Ģerində belə deyilir: 
 
Mən za bixatəmihi təsəddəqə rakiən, 
Və əsərrəha fi nəfsihi israrən? 
 
“Rükuda sədəqə verən və bunu öz qəlbində gizlədən kim idi?”
5
  
 
Bir sözlə, “vilayət” ayəsinin imam Əli (ə) haqda nazil olmasına 
heç bir Ģübhə yoxdur. Hətta “Minhacul-bəraə fi Ģərhi Nəhcül-bəlağə” 
                                                 
1
  Rəvayətin  sənədləri  haqda  əlavə  məlumat  əldə  etmək  istəyənlər 
“Şəvahidut-tənzil”  kitabının  161-168-ci  səhifələrinə  (Beyrutun  “Ələmi”  çapına) 
müraciət edə bilərlər.  
2
 “Əl-qədir”, 2-ci cild, səh. 52-53. 
3
 “Ehqaqul-həqq”, 2-ci cild, səh. 399-407. 
4
  Həssan  ibn  Sabitin  şerləri  azacıq  fərqlə  bir  çox  kitablarda,  o  cümlədən, 
“Ruhul-məani” və “Kifayətut-talib” (Gənci Şafei) kitablarında qələmə alınmışdır. 
5
  “Təzkirətul-xəvass”,  (Sibt  ibn  Covzi),  səh.  10;  “Kifayətut-talib”,  (Şafei 
Gənci), səh. 123. 


 
136 
kitabının  müəllifi  yazır:  “Bu  haqda  Əhli-beyt  məktəbinin  ardıcılları 
və əhli-sünnə vasitəsilə “mütəzafir”, hətta “mütəvatir” hədislər nəql 
olunmuĢdur.” 
Burada bizi maraqlandıran əsas məsələ bu ayənin  Peyğəmbərin 
(s) xilafət və vilayət məsələsi ilə bağlılığıdır. 
*** 
“VĠLAYƏT” AYƏSĠNĠN XĠLAFƏTƏ DƏLALƏTĠ 
Bu  ayədə  gələn  “vəli”  sözü  imam  Əlinin  (ə)  müsəlmanların 
vəlisi və rəhbəri olmasını açıqlayır. Öncə iĢarə etdiyimiz kimi, “vəli” 
sözünün  müxtəlif  mənaları  vardır  ki,  bəzən  dost,  bəzən  hakim  və 
rəhbər  mənasında  iĢlədilir.  Rağib  Ġsfahaninin  yazdığına  görə,  bu 
sözün  ilkin  mənası  aralarında  heç  bir  fasilə  olmayan  iki  Ģeyin  sıx 
rabitəsini  bildirir.  Sonra  əlavə  edərək  yazır:  “Vilayət”  dostluq  və 
kömək, “vəlayət” isə rəhbər və ixtiyar sahibi mənasını ifadə edir.”
1
  
Ayədə mövcud olan dəlillər göstərir ki, burada “vəli” rəhbər və 
ixtiyar  sahibi  mənasındadır.  Çünki  burada  “vəli”  dost  və  yardımçı 
mənası  kimi  iĢlənsə,  onda  bütün  möminlərə  aid  olacaq.  Necə  ki, 
“Tövbə” surəsinin 71-ci ayəsində belə buyurulur: 
 ءٍ٘لْاِعاَث اباَ١ ٌ لْاِٚاَأ لْاُِةُٙةُٚلْاِعاَث  ةُدبإَ ِ لْاِمةُّلْاٌِااَٚ  اَْٛةُٕ ِ لْاِمةُّلْاٌِااَٚ
 
“Mömin kiĢilər və qadınlar bir-birlərinin dostlarıdır...” 
Lakin  bəhs  etdiyimiz  ayədəki  vilayət  sözü  xüsusi  hala,  rüku 
halında sədəqə verən Ģəxsə aid edilmiĢ və inhisar bildirən “innəma” 
(yalnız  və  yalnız)  sözü  ilə  birgə  qeyd  olunmuĢdur.  Bu  ifadə  isə 
vilayət sözünün dostluq və yardım kimi (eləcə də buna oxĢar digər) 
mənalar  daĢımasına  imkan  verir.  Beləliklə,  yeganə  yol  odur  ki, 
“vəli”  sözünün  ixtiyar  sahibi  və  rəhbər  mənasını,  Allahın  və 
Peyğəmbərin (s) vilayəti ilə yanaĢı tutulan cəhətini qəbul edək. 
Sonrakı ayə 
(ayənin davamı)

  آَ٠ نمٌَّااَٚ ةُٗاٌَٛةٍُاَهاَٚ اَ ّالله مَّياَٛاَزاَ٠ ٓاَِاَٚ
  اَْٛةُج ٌباَؽلْاٌِا ةُُةُ٘   ّالله  اَة لْاِي ؽ  مَّْ  اَـ لْاِاٛةُٕاَِآ
                                                 
1
 Müfrədati-Rağib”, “vəli” sözü. Bəzi alimlər “mövla” sözünə iyirmi yeddi 
məna qeyd etmişlər. (“Əl-qədir”, 1-ci cild, səh. 362.) Lakin onun əsas mənaları qeyd 
etdiyimiz iki mənadır, qalan mənalar da bu iki mənaya qayıdır. 


Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə