Günah lüğət elmində



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə46/101
tarix22.10.2018
ölçüsü3,44 Mb.
#75296
1   ...   42   43   44   45   46   47   48   49   ...   101

 
131 
Quran  ayələrinin  toplanması  ilə  tanıĢ  olanlar  yaxĢı  bilirlər  ki, 
ayələr tədricən və müxtəlif münasibətlərlə nazil olmuĢdur. Buna görə 
də çox vaxt surələrdə müxtəlif mövzulardan söz açılır. Məsələn, eyni 
bir  surədə  həm  müəyyən  bir  müharibədən,  həm  Ġslamın 
hökmlərindən,  həm  münafiqlərdən,  həm  də  möminlərdən  danıĢılır. 
“Nur”  surəsinə  diqqət  yetirsək,  tövhid,  məad,  zinanın  hökmü,  “ifk” 
hadisəsi, münafiqlər, hicab və digər məsələlərə iĢarə edildiyinə Ģahid 
olacağıq  (Quranın  digər  böyük  surələri  də  az-çox  bu  qəbildəndir). 
Hərçənd,  bir  surənin  məcmusu  arasında  ümumi  bağlılıq  həmiĢə 
qorunur. 
Bir  surənin  məzmunca  müxtəlifliyi  Qurani-kərimin  tədricən  və 
zərurəti  nəzərə  almaqla,  müxtəlif  münasibətlərdə  nazil  olması  ilə 
əlaqəlidir.  Qurani-kərim  əvvəlcədən  təyin  olunan  bir  mövzu 
haqqında  danıĢan  klassik  kitab  deyil.  Buna  əsasən,  “Maidə” 
surəsinin bir hissəsinin “kitab əhli”, digər bir hissəsinin isə  “Qədir-
Xum”  hadisəsindən  söz  açmasında  heç  bir  anlaĢılmazlıq  yoxdur. 
Əlbəttə, ümumi götürsək, bu mövzular arasında da müəyyən bağlılıq 
var.  Peyğəmbərin  (s)  yerinə  caniĢin  təyin  edilməsinin  də  “kitab 
əhli”nə  təsiri  vardır,  çünki  onlar  Peyğəmbərin  (s)  vəfatından  sonra 
Ġslamın dağılacağına ümidvar idilər. 
4-NƏ ÜÇÜN ƏLĠ (Ə) “QƏDĠR-XUM” HƏDĠSĠNƏ 
ĠSTĠNAD ETMƏDĠ? 
Bəziləri  bəhanə  axtarıb  deyirlər  ki,  əgər  əzəmətlə  yad  edilən 
“Qədir-Xum”  hədisi  həqiqətdirsə,  nə  üçün  Əli  (ə),  onun  Əhli-beyti 
və dostları zəruri hallarda ona istinad etmirdilər? Onların Əlinin (ə) 
xilafətini  sübut  etmək  üçün  bu  mühüm  sənədə  əsaslanmaları  daha 
yaxĢı olmazdımı? 
Bu irad da digər iradlar kimi təfsir, tarix və hədis kitablarından 
məlumatsızlıqdan  irəli  gəlmiĢdir.  Çünki  əhli-sünnə  alimlərinin  bir 
çox  kitablarında  nəql  olunmuĢdur  ki,  Əli  (ə)  özü,  Əhli-beyt 
imamları,  eləcə  də  onların  dostları  “Qədir-Xum”  hədisinə  istinad 
etmiĢlər. Maraqlıdır ki, irad tutanlar bunları necə görməmiĢlər? 
Xətib Xarəzmi Hənəfi “Mənaqib” kitabında Amir ibn Vasilədən 
nəql  edir  ki,  (Ömərdən  sonra  xəlifə  təyin  etmək  üçün  altı  nəfərdən 
ibarət)  ġura  günü  Əli  (ə)  ilə  birlikdə  idim.  O,  Ģura  üzvlərinə  belə 
deyirdi:  “Sizə  tutarlı  bir  dəlil  göstərirəm  ki,  ərəb  və  əcəm  onu 


 
132 
dəyiĢməyə  qadir  deyil... Sizi  Allaha  and verirəm!  Sizin  aranızda  elə 
bir  kəs  varmı  ki,  Peyğəmbər  (s)  onun  barəsində  belə  buyurmuĢ 
olsun: “Mən hər kəsin mövlasıyamsa, Əli də onun mövlasıdır. İlahi! 
Onun dostunu Sən də dost bil, onu sevəni Sən də sev. Hazır olanlar 
bunu qaib olanlara çatdırsınlar!” 
Hamı dedi: “Xeyr!”
1
  
Bu  rəvayəti  Həməvinin  “Fəraidus-səmteyn”  kitabının  58-ci 
bölümündə, Ġbn Hatəm “Durrun-nəzim” kitabında və Ġbn Əbil-Hədid 
“Nəhcül-bəlağə”nin  Ģərhində,  eləcə  də  Ġbn  Həcər  “Əs-səvaiq” 
kitabında Darü-Qutnidən nəql etmiĢlər.
2
  
“Əl-qədir”  kitabında  imam  Əlinin  (ə)  müxtəlif  vaxtlarda,  o 
cümlədən,  Osmanın  xilafəti  və  öz  xilafəti  dövründə,  Cəməl 
müharibəsində  və  Kufədə  Siffeyn  müharibəsi  günü  Qədir-Xum 
hədisinə  əsaslanmasına  və  uyğun  mənbələr  geniĢ  yer  verilmiĢdir. 
Bundan  əlavə,  Fatimeyi-Zəhra  (ə.s), imam  Həsən  (ə), imam  Hüseyn 
(ə),  bir  qrup  səhabə  və  qeyri-səhabələrin  də  on  altı  yerdə  bu  hədisə 
istinad etmələrini nəql etmiĢdir. Bu da müəllifin geniĢ məlumatından 
və  bu  hədisin  müxtəlif  zamanlarda  diqqət  mərkəzində  olmasından 
danıĢır.  Hərçənd,  hər  dövrdə  mövcud  siyasətə  uyğun  olaraq  bunu 
əhəmiyyətsiz  qələmə  verməyə  çalıĢmıĢlar.  Bu  bəhsin  əhatəsi  geniĢ 
olduğundan deyilənlərlə kifayətlənirik.
3
  
 
 
 
 
 
2-“VĠLAYƏT” AYƏSĠ 
“Xüsusi  imamət”ə  dəlalət  edən  ayələrdən  biri  də  “vilayət” 
ayəsidir. Bu ayədə buyurulur: 
                                                 
1
 “Mənaqib”, səh. 217. 
2
 “Əl-qədir”, 1-ci cild, səh. 161. 
3
  Əlavə  məlumat  əldə  etmək  istəyənlər  “Əl-qədir”  kitabının  1-ci  cildinin 
159-213-cu səhifələrinə müraciət edə bilərlər. 


 
133 
 اَحاَلامٌَّٖا  اَْٛةُّ١ مةُ٠  آَ٠ نمٌَّا لْاِاٛةُٕاَِآ  آَ٠ نمٌَّااَٚ ةُٗةٌُٛةٍُاَهاَٚ ةُ ّالله ةُُةُىُّ١ ٌاَٚ باَّمَّٔ إ
 
 اَحباَومَّيٌا  اَْٛةُر لْاِمةُ٠اَٚ
  اَْٛةُع وااَه لْاُِةُ٘اَٚ
“Həqiqətən,  sizin  vəliniz  (rəhbəriniz)  yalnız  Allah,  Onun 
Peyğəmbəri və iman gətirənlərdir. O kəslər ki, iman gətirib namaz 
qılır və rüku halında zəkat verirlər.”
1
  
*** 
AYƏNĠN NAZĠL OLMA SƏBƏBĠ 
Təfsir  və  hədis  alimlərinin  əksəriyyəti  bu  ayənin  imam  Əli  (ə) 
haqda  nazil  olduğunu  nəql  etmiĢlər.  Süyuti  “Əd-durrul-mənsur” 
kitabında bu ayənin təfsiri ilə bağlı Ġbn Abbasdan belə nəql edir: “Əli 
(ə)  namazda  rüku  halında  olarkən,  bir  yoxsul  ondan  kömək  istəyir. 
Əli (ə) də öz üzüyünü çıxarıb ona verir. Peyğəmbər (s) o yoxsuldan 
“Bu  üzüyü  sənə  kim  sədəqə  verdi?”  –  deyə  soruĢduqda,  o,  imam 
Əliyə  (ə)  iĢarə  edib  deyir:  “Rüku  halında  olan  o  kiĢi!”  Bu  zaman 
“Həqiqətən,  sizin  rəhbəriniz  yalnız  Allah,  Onun  Peyğəmbəri  və 
iman gətirənlərdir...” – ayəsi nazil olur.”
2
  
Bu  kitabda  elə  həmin  məzmunla  Ġbn  Abbasdan,  Səlmət  ibn 
Küheyldən  və  imam  Əlinin  (ə)  özündən  rəvayətlər  nəql 
olunmuĢdur.
3
  
Bunu Vahidi də “Əsbabun-nüzul” kitabında Cabir ibn Abdullah 
və Ġbn Abbasdan nəql etmiĢdir.
4
  
MəĢhur  təfsirçi  Carullah  ZəməxĢəri  “KəĢĢaf”  təfsirində  yazır: 
“Bu ayə Əli (ə) haqqında nazil olmuĢdur. Bir gün Əli (ə) məsciddə 
namaz  qılırdı.  Rüku  halında  bir  yoxsul  gəlib,  ondan  kömək  istədi. 
Əli (ə) üzüyünü çıxarıb ona verdi.”
5
  
Fəxri-Razi öz təfsirində Abdullah ibn Salamdan belə nəql edir: 
“Bu  ayə  nazil  olduqda,  Allahın  Rəsuluna  (s)  dedim:  “Mən  öz 
gözlərimlə  gördüm  ki,  Əli  (ə)  rüku  halında  öz  üzüyünü  yoxsula 
sədəqə  verdi.  Buna  görə  də  biz  onun  vilayət  və  rəhbərliyini  qəbul 
                                                 
1
 “Maidə” surəsi, ayə: 55. 
2
 “Əd-durrul-mənsur”, 2-ci cild, səh. 293. 
3
 Yenə orada. 
4
 “Əsbabun-nüzul”, səh. 148. 
5
 “Kəşşaf” təfsiri, 1-ci cild, səh. 649. 


Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə